Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   ...   20   21   22   23   24   25   26   27   28

1078-27.6. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi qaydaları 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

  

  

§ 15. Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları



cx[507]

 

  



Maddə 1078-28. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin növləri 

  

1078-28.1. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət növlərinə aşağıdakılar aid 



edilir: 

1078-28.1.1. broker fəaliyyəti

1078-28.1.2. diler fəaliyyəti

1078-28.1.3. aktivlərin idarə edilməsi üzrə fəaliyyət;



cxi[508]

 

1078-28.1.4. klirinq fəaliyyəti



1078-28.1.5. depozitar fəaliyyəti

1078-28.1.6. qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyət

1078-28.1.7. fond birjası. 

1078-28.2.  Qanunvericiliklə  qiymətli  kağızlar  bazarında  peşəkar  fəaliyyətin  digər 

növləri də müəyyən edilə bilər. 

1078-28.3.  Qiymətli  kağızlar  bazarında  peşəkar  fəaliyyət  yalnız  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən verilmiş müvafiq xüsusi razılığa (lisenziyaya) malik olan 

şəxslər tərəfindən həyata keçirilə bilər. 

1078-28.4. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin müxtəlif növləri ilə eyni 

zamanda  məşğul  olunması  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən  edilir.  Qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılarının  banklar  istisna 

olmaqla qiymətli kağızlar bazarına aid olmayan digər sahibkarlıq fəaliyyəti növləri ilə 

eyni zamanda məşğul olunmasına yol verilmir.

cxii[509]

 



1078-28.5.  Qiymətli  kağızlar  bazarında  peşəkar  fəaliyyəti  həyata  keçirmək  üçün 

xüsusi  razılığın  (lisenziyanın)  verilməsi,  dayandırılması  və  ləğv  edilməsi  qaydaları 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

1078-28.6.  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  qanunvericiliklə  müəyyən 

edilmiş  qaydada  qiymətli  kağızlar  bazarında  peşəkar  fəaliyyət  növlərini  və  ya  həmin 

fəaliyyət növləri çərçivəsində ayrı-ayrı əməliyyatları xüsusi razılıq (lisenziya) olmadan 

həyata keçirə bilər. 

  

Maddə 1078-29. Broker fəaliyyəti 

  

1078-29.1. Broker fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. 



1078-29.2.  Brokerin  müştərisinin  tapşırığını  onun  üçün  daha  əlverişli  şərtlərlə 

yerinə  yetirməyə  maneəçilik  törədən  marağı  varsa,  broker  tapşırığın  icrasını 

dayandıraraq dərhal müştərini bu barədə xəbərdar etməli və müştərinin yeni tapşırığını 

icra etməlidir. 

1078-29.3. Broker müvafiq tapşırığı alarkən onunla müştərinin maraqları arasında 

ziddiyyət  barədə  müştəriyə  məlumat  verməmişdirsə  və  bu  müştərinin  maraqlarına 

ziyan vurmuşdursa, broker qanunvericiliklə müəyyən edilmiş qaydada həmin zərəri öz 

hesabına ödəməyə borcludur. 

1078-29.4. Brokerin müştərisinin tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı olmayan 

öhdəlikləri  üzrə  brokerə  tətbiq  edilən  maddi  tənbeh  tədbirləri  müştərinin  brokerdə 

saxlanılan maddi vəsaitlərinə yönəldilə bilməz. 

1078-29.5. 

Broker 

komisyoner 



kimi 

fəaliyyət 

göstərdikdə, 

komissiya 

müqaviləsində  nəzərdə  tutulduqda,  müştərinin  onun  sərəncamına  verilmiş  pul 

vəsaitlərindən  (qiymətli  kağızlara  investisiya  üçün  nəzərdə  tutulmuş  və  ya  qiymətli 

kağızların  alınmasından  əldə  edilmiş),  onların  qaytarılması  anma  qədər,  müqavilə 

şərtlərinə  uyğun  olaraq  qiymətli  kağızlarla  əməliyyatlarda  təkrarən  istifadə  edə  bilər. 

Bu fəaliyyətin nəticəsində əldə edilən gəlirin istifadəsi qaydaları müqavilə ilə müəyyən 

edilir. 


1078-29.6.  Broker  eyni  zamanda  diler  fəaliyyəti  ilə  məşğul  olduqda,  ona  müştəri 

tərəfindən  verilmiş  sifarişdə  diler  fəaliyyətinin  həyata  keçirilməsi  ilə  bağlı  aparıldığı 

əməliyyatlarla  əqdin  istiqaməti  və  şərtləri  eyni  olduqda,  o,  ilk  növbədə  müştərinin 

tapşırığını yerinə yetirməlidir. 

1078-29.7.  Broker  müflis  elan  edildikdə  broker  xidmətinin  göstərilməsi  haqqında 

müqaviləyə əsasən müştərinin onda saxlanılan maddi vəsaitlər qaytarılmalıdır. 




1078-29.8. Broker fəaliyyətini tənzimləyən qaydalar və broker ilə müştəri arasında 

bağlanılmış  müqaviləyə  dair  tələblər  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən edilir. 

1078-29.9.  Broker  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər 

əmlakın  leqallaşdırılmasının  və  terrorçuluğun  maliyyələşdirilməsinin  qarşısının 

alınması  məqsədi  ilə  onun  üçün  müvafiq  qanunvericiliklə  müəyyən  edilmiş  tədbirləri 

yerinə yetirməlidir. 

  

Maddə 1078-30. Diler fəaliyyəti 

  

1078-30.1. Diler fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. 



1078-30.2.  Diler  əvvəlcədən  elan  etdiyi  şərtlərə  uyğun  gələn  alqı-satqı 

müqavilələrinin  bağlanmasından  həmin  şərtləri  dəyişdirmək  yolu  ilə  imtina  edə 

bilməz. 

1078-30.3. Diler fəaliyyətini tənzimləyən qaydalar müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən müəyyən edilir. 

  

Maddə 1078-31. Aktivlərin idarə edilməsi üzrə fəaliyyət 

  

1078-31.1. Aktivlərin idarə edilməsi üzrə fəaliyyət yalnız hüquqi şəxslər tərəfindən 



həyata  keçirilə  bilər.  Aktivlərin  idarə  edilməsi  üzrə  fəaliyyəti  həyata  keçirən  qiymətli 

kağızlar bazarının peşəkar iştirakçısı idarəçi adlanır.



cxiii[510]

 

1078-31.2.  İdarəçiyə  idarə  edilmək  üçün  qiymətli  kağızların,  pul  vəsaitlərinin  və 



qanunvericilikdə  nəzərdə  tutulmuş  digər  əmlakın  verilməsi  həmin  qiymətli  kağızlara, 

pul vəsaitlərinə və əmlaka mülkiyyət hüququnun keçməsinə səbəb olmur. 

1078-31.3.  İdarəçi  ilə  müştərisi  arasında  və  ya  idarəçinin  bir  neçə  müştəriləri 

arasında  maraqlar  ixtilafı  yarandıqda  idarəçi  bu  barədə  müştərilərinə  dərhal  məlumat 

verməlidir. Əks tədqirdə, bunun nəticəsində müştəriyə dəymiş zərər idarəçi tərəfindən 

ödənilməlidir. 

1078-31.4.  İdarəçinin  öhdəlikləri  üzrə  tənbeh  tədbirləri  müştərinin  idarə  etməyə 

verilmiş əmlakına yönəldilə bilməz. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə