Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   ...   20   21   22   23   24   25   26   27   28

1078-31.5.  İdarəçinin  fəaliyyətini  tənzimləyən  qaydalar  və  idarəçi  ilə  müştərinin 

müqaviləsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

1078-31.6.  İdarəçi  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər 

əmlakın  leqallaşdırılmasının  və  terrorçuluğun  maliyyələşdirilməsinin  qarşısının 

alınması  məqsədi  ilə  onun  üçün  müvafiq  qanunvericiliklə  müəyyən  edilmiş  tədbirləri 

yerinə yetirməlidir.



cxiv[511]

 

  



Maddə 1078-32. Klirinq fəaliyyəti 

  

1078-32.1.  Klirinq  fəaliyyətini  yalnız  hüquqi  şəxslər  (bundan  sonra  -  klirinq 



təşkilatları) həyata keçirir. 

1078-32.2.  Qiymətli  kağızlarla  əqdlər  üzrə  hesablaşmaları  həyata  keçirən  klirinq 

təşkilatlan  qiymətli  kağızlarla  əqdlərin  icra  olunmaması  risklərini  azaltmaq  üçün 

zəmanət  fondu  yaratmalıdır.  Zəmanət  fondunun  minimal  məbləği  bağlanılacaq 

əqdlərin təmin edilməmiş hissəsindən az olmamalıdır. 

1078-32.3.  Klirinq  fəaliyyətinin  həyata  keçirilməsinin  qaydaları  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

  

Maddə 1078-33. Depozitar fəaliyyəti 

  

1078-33.1.  Depozitar  fəaliyyəti  yalnız  hüquqi  şəxslər  tərəfindən  həyata  keçirilə 



bilər. 

1078-33.2.  Depozitar  fəaliyyətinin  həyata  keçirilməsi  standartları  və  qaydaları 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

1078-33.3.  Depozitarın  qiymətli  kağızların  saxlanması  və  uçotu  üzrə 

xidmətlərindən istifadə edən şəxs deponent adlandırılır. 

1078-33.4. Depozitar müqaviləsinin bağlanılması qiymətli kağızlar üzrə mülkiyyət 

hüququnun depozitara keçməsinə əsas deyildir. 

1078-33.5.  Depozitarın  öhdəlikləri  üzrə  tənbeh  tədbirləri  deponentin  qiymətli 

kağızlarına yönəldilə bilməz. 



1078-33.6.  Depozitar,  depo  hesabları  üzrə  yazıların  tamlığını  və  düzgünlüyünü 

təmin-etməlidir  və  öz  öhdəliklərinin  yerinə  yetirilməməsinə  və  ya  lazımınca  yerinə 

yetirilməməsinə  görə,  depo  hesabları  üzrə  yazıların  tamlığına  və  düzgünlüyünə  görə 

məsuliyyət daşıyır. 

1078-33.7. 

Depozitar 

sisteminin 

strukturu, 

onun 

üzvlərinin 



qarşılıqlı 

münasibətlərinin  prinsipləri,  məzmunu  və  formasına  olan  tələblər,  onların  fəaliyyət 

qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

1078-33.8.  Depozitar  eyni  zamanda  reyestrsaxlayıcı  peşəkar  fəaliyyətini  həyata 

keçirdikdə emitentlə bağlanılmış müqaviləyə əsasən qiymətli kağız sahiblərinin və (və 

ya)  nominal  saxlayıcıların  depo  hesablarına  əsasən  reyestri  aparır.  Bu  halda  digər 

depozitarlarda saxlanılan qiymətli kağızlar qiymətli kağız sahiblərinin reyestrini aparan 

depozitarda nominal saxlayıcı hesabında əks etdirilir. 

1078-33.9. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlət qiymətli kağızlarına 

hüquqların uçotunu aparan depozitarla bağlanılmış müqavilə əsasında həmin qiymətli 

kağızlar üzrə ayrı-ayrı depozitar əməliyyatlarını aparmaq hüququna malikdir 

  

Maddə  1078-34.  Qiymətli  kağız  sahiblərinin  reyestrinin  aparılması  üzrə 

fəaliyyət 

  

1078-34.1. Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətlə yalnız 



hüquqi şəxslər məşğul ola bilər. 

1078-34.2. Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyəti həyata 

keçirən  şəxs  (bundan  sonra  -  reyestrsaxlayıcı)  qiymətli  kağız  sahiblərinin  reyestrinin 

aparılması  sistemində  qeydə  alınmış  emitentin  qiymətli  kağızları  ilə  əqdləri  bağlaya 

bilməz. 

1078-34.3.  Qiymətli  kağız  sahiblərinin  reyestri  müəyyən  tarixə  qeydə  alınmış 

qiymətli  kağızların  sahiblərinin  və  nominal  saxlayıcılarının,  onlara  məxsus  qiymətli 

kağızların  sayının  və  növünün  eyniləşdirilməsini  təmin  edən  siyahıdır.  Qiymətli 

kağızların reyestrində emitent haqqında məlumat, hər bir qiymətli kağız sahiblərinə və 

nominal  saxlayıcılarına  məxsus  olan  qiymətli  kağızların  sayı,  nominal  dəyəri,  növü, 

forması,  öhdəliklər  ilə  yükləndirilməsi  və  qanunvericiliklə  müəyyən  edilmiş  digər 

məlumatlar göstərilməlidir. 

1078-34.4.  Qiymətli  kağız  sahiblərinin  reyestrinin  aparılması  üzrə  fəaliyyətin 

həyata  keçirilməsi  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir. 



1078-34.5. Adsız qiymətli kağızların sahiblərinin reyestri aparılmır. 

1078-34.6.  Bir  emitentin  adlı  investisiya  qiymətli  kağızlarının  sahiblərinin  sayı 

iyirmidən  artıq  olduqda,  qiymətli  kağız  sahiblərinin  reyestrinin  aparılması  yalnız 

qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçısı  olan  reyestrsaxlayıcı  tərəfindən 

keçirilməlidir.  Bir  emitentin  adlı  investisiya  qiymətli  kağızlarının  sahiblərinin  sayı 

iyirmi  və  daha  az  olduqda,  onların  reyestri  həm  qiymətli  kağızlar  bazarının  peşəkar 

iştirakçısı olan reyestrsaxlayıcı, həm də emitentin özü tərəfindən aparıla bilər. 

1078-34.7.  Emitentin  eyni  növ  qiymətli  kağızlarının  sahiblərinin  reyestri  eyni 

zamanda yalnız bir reyestrsaxlayıcı tərəfindən aparılmalıdır. 

1078-34.8. Reyestrsaxlayıcı reyestrdən verdiyi çıxarışlar üzrə yazıların tamlığını və 

düzgünlüyünü  təmin  etməlidir  və  öz  öhdəliklərinin  yerinə  yetirilməməsinə  və  ya 

lazımınca  yerinə  yetirilməməsinə  görə  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

məsuliyyət daşıyır. 

1078-34.9.  Emitent  reyestrsaxlayıcısını  dəyişdiyi  halda,  bu  barədə  kütləvi 

informasiya  vasitələrində  elan  verməli,  və  ya  bütün  qiymətli  kağız  sahiblərinə  öz 

hesabına yazılı bildiriş göndərməlidir. 

1078-34.10.  Qiymətli  kağız  sahiblərinin  reyestrində  qiymətli  kağızların  nominal 

saxlayıcısı qismində broker (yalnız deponentləşdirilməmiş qiymətli kağızlar üzrə) və ya 

depozitar çıxış edə bilərlər. 

1078-34.11. Qiymətli kağızlar depozitarda deponentləşdirildikdə depozitar həmin 

qiymətli kağızların sahiblərinin reyestrində nominal saxlayıcı kimi qeydə alınır. 

1078-34.12. Qiymətli kağızların nominal saxlayıcısı həmin qiymətli kağızlarla təsbit 

edilmiş hüquqları yalnız onların mülkiyyətçisi tərəfindən bu barədə səlahiyyət aldıqda 

həyata keçirə bilər. 

1078-34.13.  Reyestrin  aparılması  sistemində  nominal  saxlayıcının  adının  qeyd 

edilməsi qiymətli kağızlara mülkiyyət hüququnun nominal saxlayıcıya keçməsinə əsas 

deyildir. 

1078-34.14.  Bir  nominal  saxlayıcının  müştəriləri  olan  qiymətli  kağız  sahiblərinin 

arasında əqdlərin nəticələri reyestrdə əks etdirilmir. 

1078-34.15. Qiymətli kağızların bir nominal saxlayıcıdan başqa nominal saxlayıcıya 

ötürülməsi  haqqında  məlumat  nominal  saxlayıcılar  tərəfindən  üç  iş  günü  ərzində 

reyestrsaxlayıcıya təqdim olunmalıdır. 

1078-34.16.  Qiymətli  kağız  sahibləri  tərəfindən  qiymətli  kağızlar  üzrə  hüquqların 

həyata  keçirilməsinin  təmin  edilməsi  üçün  nominal  saxlayıcı  reyestrsaxlayıcının  tələbi 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə