Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

1078-12.2.2. hüquqi şəxslərin dövlət reyestrində emitent barədə olan məlumatlar

1078-12.2.3.  emitentin  nizamnamə  kapitalının  on  faizindən  az  olmayan  miqdarda 

səs  hüququnu  verən  səhmlərinə  (bundan  sonra  -  səsli  səhmlər)  malik  olan  şəxslər 

barədə məlumat; 

1078-12.2.4.  emitentin  idarəetmə  orqanı,  icra  və  nəzarət  orqanları  haqqında 

məlumat; 

1078-12.2.5. emitentin filial və nümayəndəlikləri haqqında məlumat; 

1078-12.2.6. nizamnamə kapitalında emitentin payı on faizdən az olmayan hüquqi 

şəxslərin siyahısı və rekvizitləri; 

1078-12.2.7.  nizamnamə  kapitalı  və  onun  tərkibi  haqqında,  o  cümlədən 

nizamnamə kapitalının miqdarı, səhmlərin miqdarı, onların nominal dəyəri və növləri, 

habelə  səhmlərin  ayrı-ayn  növlərinin  imtiyazları  haqqında  məlumat  (səhmdar 

cəmiyyətləri üçün); 

1078-12.2.8. müstəqil auditorun hesabatı ilə birlikdə, emitentin sonuncu balansı və 

toplu maliyyə hesabatı; 

1078-12.2.9.  emitentin  təsis  edildiyi  tarixdən  və  ya  son  beş  maliyyə  ili  ərzində 

emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat; 

1078-12.2.10.  emitentin  əvvəl  emissiya  edilmiş  qiymətli  kağızları  haqqında 

məlumat; 

1078-12.2.11.  investisiya  qiymətli  kağızlarının  buraxılışı  haqqında  ümumi 

məlumat; 

1078-12.2.12. investisiya qiymətli kağızlarının yerləşdirilmə qaydası; 

1078-12.2.13. emitentin kreditor borcları, ödəniləcək faizlərin məbləği və satınalma 

şərtləri (istiqrazlar üzrə); 

1078-12.2.14. istiqrazlar üzrə müəyyənləşdirilmiş xüsusi təminatlar (olduqda); 

1078-12.2.15.  təmin  edilmiş  istiqrazlar  üzrə  təminatın  sərəncamçısı  haqqında 

məlumat; 

1078-12.2.16. investisiya qiymətli kağızlarının ödənilməsi qaydası; 

1078-12.2.17.  investisiya  qiymətli  kağızlarının  yerləşdirilməsində  iştirak  edəcək 

qiymətli kağızlar bazarının peşəkar iştirakçısı haqqında məlumat; 




1078-12.2.18.  investisiya  qiymətli  kağızlarının  emissiyası  haqqında  qərarın  tarixi, 

nömrəsi və onu qəbul etmiş orqanın adı; 

1078-12.2.19. imtiyazlı səhmlərlə təsbit olunmuş hüquqların məzmunu; 

1078-12.2.20. investisiya qiymətli kağızlarının əldə edilməsi üçün məhdudiyyətlər 

(olduqda). 

  

Maddə 

1078-13. 

İnvestisiya 

qiymətli 

kağızları 

buraxılışının 

dövlət 

qeydiyyatından imtina 

  

1078-13.1.  İnvestisiya  qiymətli  kağızlarının  buraxılışının  dövlət  qeydiyyatından 



aşağıdakı hallarda imtina edilə bilər: 

1078-13.1.1.  investisiya  qiymətli  kağızlarının  buraxılışının  dövlət  qeydiyyatı  üçün 

təqdim olunmuş sənədlər mövcud qanunvericiliyin tələblərinə cavab vermədikdə

1078-13.1.2.  emitentin  səhmlərinin  əvvəlki  emissiyasının  yekunları  haqqında 

hesabat qeydiyyatdan keçmədikdə (səhm buraxılışı üçün); 

1078-13.1.3.  investisiya  qiymətli  kağızlarının  emissiya  prospektinə  və  ya 

investisiya  qiymətli  kağızlarının  emissiyası  haqqında  qərara  (qiymətli  kağızların 

buraxılışının  dövlət  qeydiyyatı  üçün  əsas  olan  digər  sənədlərə)  qeyri-dürüst,  yaxud 

təhrif edilmiş məlumatlar daxil edildikdə

1078-13.1.4.  emitent  tərəfindən  qiymətli  kağızlar  bazarında  ciddi  qanun 

pozuntularına yol verildikdə.

lxxix[476]

 

1078-13.2.  İnvestisiya  qiymətli  kağızlarının  buraxılışının  bu  Məcəllədə 



göstərilənlərdən  başqa  digər  əsaslarla  dövlət  qeydiyyatından  imtina  edilməsinə  yol 

verilmir. 

1078-13.3.  İnvestisiya  qiymətli  kağızlarının  buraxılışının  dövlət  qeydiyyatından 

imtina edilməsi haqqında bildiriş müvafiq icra hakimiyyəti orqanı tərəfindən emitentə 

təqdim edilir. 

1078-13.4.  İnvestisiya  qiymətli  kağızlarının  buraxılışının  dövlət  qeydiyyatından 

imtina  edilməsi  haqqında  qərardan  emitent  inzibati  qaydada  və  (və  ya)  məhkəmə 

qaydasında şikayət edə bilər. 



  


Maddə  1078-14.  İnvestisiya  qiymətli  kağızlarının  buraxılışı  haqqında 

məlumatın açıqlanması 

  

1078-14.1.  İnvestisiya  qiymətli  kağızlarının  emissiyası  emissiya  prospekti  ilə 



müşayiət olunduqda, emitent onları yerləşdirməzdən əvvəl emissiya prospektində olan 

məlumatlan  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  qaydada 

açıqlamalıdır. 

1078-14.2.  İnvestisiya  qiymətli  kağızlarının  emissiya  prospekti  emitentin 

ünvanında, qiymətli kağızların satış yerlərində olmalıdır və tanışlıq üçün emitent və ya 

yerləşdirməni  həyata  keçirən  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçısı  tərəfindən 

heç bir ödəniş tələb edilmədən təqdim edilməlidir. Emitent emissiya prospekti ilə tanış 

olmaq  üçün  zəruri  olan  şəraiti  yaratmalı  və  bunun  üçün  vaxtı  və  ünvanı  kütləvi 

informasiya vasitələrində elan etməlidir. 

  

Maddə 1078-15. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi 

  

1078-15.1.  Qiymətli  kağızların  yerləşdirilməsi  emitentin  qiymətli  kağızlarının  ilk 



sahiblərinə  özgəninkiləşdirilməsidir.  Emitent  investisiya  qiymətli  kağızlarının 

yerləşdirilməsi hüququnu onlar dövlət qeydiyyatından keçdiyi andan əldə edir. 

1078-15.2.  İnvestisiya  qiymətli  kağızlarının  yerləşdirilməsi  kütləvi  təklif  və  ya 

investorların məhdud dairəsinə təklif (qapalı yerləşdirmə) üsulu ilə həyata keçirilir. 

1078-15.3.  Açıq  səhmdar  cəmiyyətlərinin  səhmlərinin  qapalı  yerləşdirilməsinə 

(açıq səhmdar cəmiyyətlərinin yaradılması və yenidən təşkili zamanı, habelə səhmlərin 

konvertasiyası hallan istisna olmaqla), qapalı səhmdar cəmiyyətlərinin səhmlərinin isə 

kütləvi təklif üsulu ilə yerləşdirilməsinə yol verilmir. 

1078-15.4.  Yerləşdirilən  investisiya  qiymətli  kağızlarının  sayı  investisiya  qiymətli 

kağızlarının  emissiyası  haqqında  qərarda  və  ya  emissiya  prospektində  göstərilən 

sayından  çox  olmamalıdır.  Lakin  emitent  investisiya  qiymətli  kağızlarının  emissiyası 

haqqında  qərarda  və  ya  emissiya  prospektində  göstəriləndən  az  sayda  investisiya 

qiymətli  kağızları  yerləşdirə  bilər.  Bu  zaman  investisiya  qiymətli  kağızlarının 

emissiyasının  baş  tutmuş  hesab  edilməsi  üçün  əsas  olan  qiymətli  kağızların 

yerləşdirilmiş hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

1078-15.5.  İnvestisiya  qiymətli  kağızlarının  kütləvi  təklif  üsulu  ilə  yerləşdirilməsi 

zamanı  qiymətli  kağızları  alarkən  bir  alıcıya  başqaları  qarşısında  üstünlük  verilməsi 

qadağandır.  Bu  müddəa  səhmdar  cəmiyyətinin  səhmdarlarına  investisiya  qiymətli 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə