Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

kağızlarının  emissiyası  haqqında  qərar  qəbul  edilən  zaman  onlarda  olan  səhmlərin 

sayma mütənasib miqdarda yeni emissiya olunan qiymətli kağızları almaqda üstünlük 

hüququ verildikdə tətbiq olunmur. 

1078-15.6.  Səhmdar  cəmiyyətlərinin  səhmlərinin  kütləvi  təklif  üsulu  ilə 

yerləşdirilməsi  fond  birjası  vasitəsi  ilə  həyata  keçirilir.  Səhmlərin  emissiyasının  baş 

tutmuş hesab edilməsi üçün əsas olan hissəsinin fond birjası vasitəsi ilə yerləşdirilməsi 

qiymətli  kağızların  buraxılışı  dövlət  qeydiyyatına  alındığı  tarixdən  etibarən  bir  il 

ərzində başa çatmalıdır. 

1078-15.7.  Emitent  investisiya  qiymətli  kağızın  dəyərinin  ilk  sahibi  tərəfindən 

ödənildiyi  tarixdən  etibarən  on  beş  gündən  gec  olmayaraq  onun  sahibi  haqqında 

məlumatın  qiymətli  kağızların  sahiblərinin  reyestrinə  daxil  edilməsini  (adlı  qiymətli 

kağızların  yerləşdirilməsi  halında),  investisiya  qiymətli  kağızın  sahibinə  investisiya 

qiymətli  kağızın  sertifikatının  və  ya  depo  hesablardan  çıxarışların  verilməsini  təmin 

etməlidir. 

1078-15.8. İnvestisiya  qiymətli kağızları sənədli formada olduqda  emitent onların 

sahibinə qiymətli kağızların sertifikatını (sertifikatlarını) verir. 

1078-15.9.  İnvestisiya  qiymətli  kağızları  sənədsiz  formada  olduqda  onların 

sahiblərinə  əldə  etdikləri  qiymətli  kağızları  əks  etdirən  sertifikat  depozitar  tərəfindən 

verilir. 

1078-15.10.  Bir  sertifikatla  bir  və  daha  çox  sayda  eyni  dövlət  qeydiyyat  nömrəsi 

olan  investisiya  qiymətli  kağızlara  hüquqlar  təsdiq  edilə  bilər.  Bir  investisiya  qiymətli 

kağıza hüquqlar yalnız bir sertifikatla təsdiq edilə bilər. 

1078-15.11.  Kütləvi  təklif  üsulu  ilə  yerləşdirilən  səhmlərin  dəyəri  yalnız  pulla 

ödənilir. 

1078-15.12.  Emitent  müvafiq  icra  hakimiyyəti  orqanına  investisiya  qiymətli 

kağızların  yerləşdirilməsi  haqqında  Hesabat  təqdim  etməlidir.  İnvestisiya  qiymətli 

kağızların yerləşdirilməsi haqqında hesabatın təqdim edilməsi qaydası qanunvericiliklə 

müəyyən olunur. 

1078-15.13.  Azərbaycan  Respublikasının  emitentlərinin  qiymətli  kağızlarının 

Azərbaycan  Respublikası  ərazisindən  kənarda  yerləşdirilməsi  qaydaları  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

  

Maddə 1078-16. İnvestisiya qiymətli kağızlarının emissiyasının dayandırılması 

  



1078-16.1. İnvestisiya  qiymətli kağızlarının emissiyasının dayandırılması müvafiq 

icra  hakimiyyəti  orqanının  qərarı  ilə  qiymətli  kağızların  çap  edilməsi,  reklamı  və 

yerləşdirilməsi üzrə digər tədbirlərin dayandırılmasıdır. 

1078-16.2. İnvestisiya qiymətli kağızlarının emissiyası aşağıdakı əsaslarla müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən dayandırıla bilər: 

1078-16.2.1. qeydiyyata alınmış emissiya şərtlərinin, habelə bu Məcəllənin və digər 

müvafiq normativ hüquqi aktların qiymətli kağızların emissiyası ilə bağlı olan tələbləri 

pozulduqda; 

1078-16.2.2.  investisiya  qiymətli  kağızlarının  dövlət  qeydiyyatından  keçmiş 

sayından çox yerləşdirildikdə. 

1078-16.3.  Emitent  qiymətli  kağızların  emissiyasının  dayandırılması  barədə 

müvafiq  icra  hakimiyyəti  orqanından  rəsmi  bildiriş  aldıqdan  sonra  dərhal  kütləvi 

informasiya vasitələri ilə bu barədə məlumat verməli və qiymətli kağızların emissiyası 

zamanı  yol  verilmiş  pozuntuları  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 

müddət ərzində aradan qaldırmalıdır. 

1078-16.4.  Qiymətli  kağızların  emissiyası  zamanı  yol  verilmiş  pozuntular  aradan 

qaldırıldıqdan  sonra  müvafiq  icra  hakimiyyəti  orqanının  qərarı  ilə  emissiya  davam 

etdirilə  bilər.  Bu  zaman  qiymətli  kağızların  yerləşdirilməsi  müddəti  emissiya 

dayandırıldığı müddətə uzadılır. 

1078-16.5.  İnvestisiya  qiymətli  kağızları  dövlət  qeydiyyatından  keçmiş  sayından 

çox  yerləşdirildikdə,  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilən 

gündən iki ay ərzində emitent həmin kağızların geri satın alınmasını və ləğv edilməsini 

təmin  etməlidir.  Əks  təqdirdə  müvafiq  icra  hakimiyyəti  orqanı  emitent  tərəfindən 

əsassız  əldə  edilmiş  məbləğlərin  investorlara  qaytarılması  üçün  məhkəməyə  müraciət 

edə bilər. 

1078-16.6.  İnvestisiya  qiymətli  kağızlarının  emissiyasının  dayandırılması  ilə 

əlaqədar  xərclər  və  investorlara  müvafiq  vəsaitlərin  qaytarılması  emitentin  vəsaiti 

hesabına həyata keçirilir. 



  

Maddə  1078-17.  İnvestisiya  qiymətli  kağızlarının  emissiyasının  yekunları 

haqqında hesabat 

  

1078-17.1.  İnvestisiya  qiymətli  kağızlarının  yerləşdirilməsi  başa  çatdıqdan  sonra 



otuz  gün  müddətində  emitent  müvafiq  icra  hakimiyyəti  orqanına  investisiya  qiymətli 

kağızlarının emissiyasının yekunları haqqında hesabat təqdim etməlidir. 




1078-17.2.  İnvestisiya  qiymətli  kağızlarının  emissiyasının  yekunları  haqqında 

hesabata aşağıdakı məlumatlar daxil edilməlidir: 

1078-17.2.1. investisiya qiymətli kağızlarının yerləşdirilməsinin başlanması və başa 

çatması tarixi; 

1078-17.2.2. yerləşdirilmiş investisiya qiymətli kağızlarının sayı; 

1078-17.2.3.  investisiya  qiymətli  kağızlarının  yerləşdirilməsindən  daxil  olan 

vəsaitin ümumi məbləği; 

1078-17.2.4.  investisiya  qiymətli  kağızlarının  yerləşdirilməsi  zamanı  emitentlə 

investorlar arasında bağlanılmış əqdlər haqqında məlumat. 

1078-17.3.  Müvafiq  icra  hakimiyyəti  orqanı  investisiya  qiymətli  kağızlarının 

emissiyasının  yekunları  haqqında  hesabata  on  beş  iş  günü  müddətində  baxır  və 

qeydiyyatdan imtina üçün əsas olmadıqda onu qeydə alır. 

1078-17.4.  Müvafiq  icra  hakimiyyəti  orqanı  investisiya  qiymətli  kağızlarının 

emissiyasının  yekunları  haqqında  hesabatı  qeydiyyata  almaqdan  həmin  buraxılış 

qiymətli kağızlarının emissiyası ilə əlaqədar qanun pozuntularına yol verildikdə imtina 

edə bilər. 

1078-17.5.  İnvestisiya  qiymətli  kağızlarının  kütləvi  təklif  üsulu  ilə  yerləşdirilməsi 

zamanı emissiyanın yekunları haqqında hesabat, qeydiyyata alındıqdan sonra, emitent 

tərəfindən kütləvi informasiya vasitələrində açıqlanmalıdır. 

  

Maddə  1078-18.  İnvestisiya  qiymətli  kağızlarının  emissiyasının  baş  tutmamış 

hesab edilməsi 

  

1078-18.1.  İnvestisiya  qiymətli  kağızları  onların  emissiyasının  baş  tutmuş  hesab 



edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş saydan az miqdarda yerləşdirildikdə 

və ya qanunvericiliklə müəyyən edilmiş digər hallarda müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən emissiya baş tutmamış hesab edilə bilər. 

1078-18.2.  Emissiyanın  baş  tutmamış  hesab  edilməsi  barədə  emitent  kütləvi 

informasiya  vasitələri  ilə  elan  verməli  və  yerləşdirilmiş  qiymətli  kağızları  geri  satın 

alaraq,  investorlardan  alınmış  vəsaitləri  onlara  qaytarmalı  və  bunun  nəticələri  barədə 

müvafiq icra hakimiyyəti orqanına məlumat təqdim etməlidir. 

  



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə