Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   ...   20   21   22   23   24   25   26   27   28

1078-22.1.  Sənədli  qiymətli  kağızlarla  təsdiqlənmiş  hüquqlar  qiymətli  kağızların 

mülkiyyətçisi  tərəfindən  həmin  qiymətli  kağızların  sertifikatının  təqdim  edilməsi  ilə 

həyata keçirilir.



xcviii[495]

 

1078-22.2.  Sənədsiz  qiymətli  kağızlarla  təsdiqlənmiş  hüquqlar  həmin  qiymətli 



kağızlar barədə reyestr və ya "depo" hesablarında mülkiyyətçi, yaxud nominal saxlayıcı 

barədə  olan  məlumatlarla  reyestrdə  qeydə  alınmış  şəxs  barədə  məlumatların 

eyniləşdirilməsi ilə həyata keçirilir.

xcix[496]

 

1078-22.3. Sənədli qiymətli kağızların sertifikatları  mərkəzi depozitarda saxlandıqda 



həmin  qiymətli  kağızlarla  təsdiqlənmiş  hüquqlar  mülkiyyətçinin  tapşırığı  ilə  mərkəzi 

depozitarda  saxlanılan  qiymətli  kağızın  sertifikatının  (mülkiyyətçilərin  siyahısı  əlavə 

olunmaqla) depozitar tərəfindən təqdim edilməsi ilə həyata keçirilir.



c[497]

 

  



Maddə 1078-23. Qiymətli kağızların öhdəliklərlə yüklənməsi 

  

1078-23.1. Qiymətli kağızlar girovla və bu Məcəllədə nəzərdə tutulmuş digər öhdəliklərlə 



yüklənə  bilər  və  belə  yüklənmə  qiymətli  kağızlar  üzrə  depozitar  sistemində  qeydiyyata  alındığı 

andan qüvvəyə minir.

ci[498]

 

1078-23.2.  Qiymətli  kağızların  öhdəliklərlə  yüklənməsi  qaydası  bu  Məcəllə  və 



digər qanunvericilik aktları ilə müəyyən edilir. 

1078-23.3. Qiymətli kağızların girovu barədə səlahiyyətli orqanların qəbul etdikləri 

qərarlar  barədə  məlumatlar  müvafiq  icra  hakimiyyəti  orqanının  apardığı  rəsmi 

reyestrdə əks etdirilir.



cii[499]

 

1078-23.4.  Qiymətli  kağızlar  üzrə  girovun  (ipotekanın)  predmeti  olan  qiymətli 



kağızlarla  rəsmiləşdirilmiş  daşınmaz  əmlaka  tutmanın  yönəldilməsi  və  ya  hüquqların 

keçməsi  həmin  əmlaka  tutmanın  yönəldilməsi  və  ya  hüquqların  keçməsidir.  Qiymətli 

kağızlarla  rəsmiləşdirilmiş  hüquqlar  (daşınmaz  əmlakın  ipotekası  da  daxil  olmaqla) 

üzrə  mülkiyyətin  əldə  edənə  keçməsi  həmin  qiymətli  kağızın  verilməsi  ilə  həyata 

keçirilir.

ciii[500]

 

1078-23.5.  Girov  kağızı  və  ipoteka  kağızının  tədavülü  qaydaları  müvafiq  icra 



hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

1078-23.6.  Qiymətli  kağızlar  üzrə  girov  hüquqları  yalnız  onların  mülkiyyətçilərinin 

tapşırıqları əsasında depozitar sistemində qeydiyyata alınnmalıdır. 

1078-23.7.  Bu  Məcəllənin  1078-23.6-ci  maddəsində  nəzərdə  tutulmuş  tapşırıqda 

aşağıdakılar öz əksini tapmalıdır: 


1078-23.7.1.  mülkiyyətçinin  və  hüquqların  xeyrinə  qoyulduğu  üçüncü  şəxslər  barədə 

məlumatlar  (hüquqi  şəxs  olduqda  -  onun  tam  adı,  ünvanı;  fiziki  şəxs  olduqda  –  adı,  soyadı, 

atasının adı, ünvanı); 

1078-23.7.2.  mülkiyyətçinin  və  hüquqların  xeyrinə  qoyulduğu  üçüncü  şəxsin  mərkəzi 

depozitarda olan fərdi eyniləşdirmə nömrələri; 

1078-23.7.3. qiymətli kağızların növü, forması, qeydiyyat nömrəsi və sayı; 

1078-23.7.4.  qiymətli  kağızlar  üzrə  yüklənən  hüquqların  növü  və  qüvvədə  olma  müddəti 

(olduqda); 

1078-23.7.5. qiymətli kağızlar üzrə hüquqların ötürülməsini təsdiq edən sənədlər; 

1078-23.7.6. mülkiyyətçinin imzası. 

1078-23.8. Qiymətli kağızlar üzrə girov hüquqları onların depozitar sistemində qeydiyyata 

alındığı  andan  yaranır.  Girov  saxlayan  girovda  olan  qiymətli  kağızlar  üzrə  gəlirlərin  əldə 

olunması  hüququna  malikdirsə,  həmin  hüquqlar  girovla  birgə  depozitar  sistemində  qeydiyyata 

alınır. 

1078-23.9.  Qiymətli  kağızlarla  girov  predmetinə  tutmanın  yönəldilməsi  bu  Məcəllə  ilə 

müəyyən edilmiş hallarda məhkəmədən kənar qaydada həyata keçirilir. 

1078-23.10.  Borclu  öhdəliyi  icra  etmədikdə  girov  saxlayan  girov  predmetinə  tutmanın 

yönəldilməsi  haqqında  girov  qoyana  aşağıdakı  məlumatları  özündə  əks  etdirən  bildiriş 

göndərməlidir: 

1078-23.10.1. girovun mərkəzi depozitarda uçota alındığı tarixi; 

1078-23.10.2.  girov  predmeti  barədə  məlumat  (qiymətli  kağızların  emitentinin  adı, 

qiymətli kağızların qeydiyyat nömrəsi, növü, forması, sayı, nominal dəyəri); 

1078-23.10.3. icra olunmalı öhdəlik barədə məlumat; 

1078-23.10.4.  girov  predmetinə  tutmanın  yönəldilməsinin  girov  müqaviləsində  nəzərdə 

tutulduğu  və  ya  girov  kağızının  verildiyi  hallar  istisna  olmaqla,  girov  predmetinə  tutmanın 

yönəldilməsi  üçün  notariat  qaydasında  razılaşmanın  təsdiq  edilməsi  barədə  təklif  və  ya  girov 

predmetinə  notariusun  icra  qeydi  və  ya  məhkəmə  qaydasında  tutmanın  yönəldilməsi  barədə 

xəbərdarlıq; 

1078-23.10.5. bildirişin tarixi, bildirişi verən şəxsin vəzifəsi, adı və imzası. 

1078-23.11.  Girov  saxlayan  girov  predmetinə  tutmanın  yönəldilməsi  haqqında  bildirişi 

girov  qoyana  göndərildiyi  tarixdən  etibarən  yeddi  iş  günü  ərzində  mərkəzi  depozitara 

göndərilməlidir. 


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə