Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   2   3   4   5   6   7   8   9   ...   28

992-1.7. Broker fəaliyyəti müştərinin hesabına tapşırıq və ya komisyon müqaviləsi 

əsasında  müvəkkil  və  ya  komisyonçu  kimi  fəaliyyət  göstərən,  həmin  müştərinin 

mənafeyi  üçün  qiymətli  kağızlarla  alqı-satqı  əqdlərinin  bağlanması  üzrə  qiymətli 

kağızlar bazarında peşəkar fəaliyyətdir. 

992-1.8.  Diler  fəaliyyəti  öz  adından  və  öz  hesabına  əvvəlcədən  kütləvi  elan 

olunmuş alış və (və ya) satış qiymətləri ilə qiymətli kağızlar üzrə alqı  -satqı əqdlərinin 

bağlanması üzrə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir. Kütləvi elan açıq elan 

formasında edilmiş təklifdir. 

992-1.9.  Aktivlərin  idarə  edilməsi  müstəsna  predmeti  müştəriyə  məxsus  olub, 

idarəçiliyə  verilmiş  pul  vəsaitləri,  qiymətli  kağızlar  və  qanunvericiliklə  müəyyən 

edilmiş digər əmlakla müştərinin və ya onun göstərdiyi üçüncü şəxsin mənafeyi üçün 

əməliyyatların  aparılmasından  ibarət  olan  qiymətli  kağızlar  bazarında  peşəkar 

fəaliyyətdir.

xiii[410]

 

992-1.10.  Klirinq  fəaliyyəti  qiymətli  kağızlarla  əqdlər  üzrə  qarşılıqlı  öhdəliklərin 



müəyyən  edilməsi  (məlumatların  toplanması,  yoxlanması,  üzləşdirilməsi,  mühasibat 

sənədlərinin  hazırlanması),  hesablaşmaların  aparılması  və  öhdəliklərin  qarşılıqlı 

icrasının təmin edilməsi üzrə peşəkar fəaliyyətdir. 

992-1.11. Depozitar fəaliyyət qiymətli kağızların saxlanması, onlara hüquqların və 

öhdəliklərin yüklənməsi faktlarının uçotu və təsdiqi, habelə qanunvericiliklə müəyyən 

edilmiş qaydada pul  hesablarının açılması,  aparılması və pul köçürmələri  ilə əlaqədar 

xidmətlər göstərilməsindən ibarət olan peşəkar fəaliyyətdir.

xiv[411]

 

992-1.12. Depozitar sistemi bir-biri ilə "depo" hesabları açmaq vasitəsi ilə qarşılıqlı 



əlaqədə fəaliyyət göstərən depozitarların vahid sistemidir. 

992-1.13. Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qiymətli kağızlar, 

onların  emitenti,  sahibləri,  nominal  saxlayıcıları  barədə  məlumatların  toplanması, 

qeydə  alınması,  işlənməsi,  saxlanması  və  təqdim  edilməsi  xidmətlərinin  göstərilməsi 

üzrə peşəkar fəaliyyətdir. 

992-1.14. Fond birjası qiymətli kağızlarla əqdlərin bağlanması üçün zəruri şəraitin 

yaradılması,  onların  bazar  qiymətlərinin  müəyyən  edilməsi,  onlar  haqqında  lazımi 

məlumatın yayılması üzrə peşəkar fəaliyyətdir. 

992-1.15. İnvestor qiymətli kağızları mülkiyyətinə əldə etmiş şəxsdir. 

992-1.16.  Qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılarının  özünü  tənzimləyən 

təşkilatı  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılarının  könüllülük,  qeyri-

kommersiya prinsipləri əsasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatı olan ictimai 

birliyidir. 



992-1.17. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya qiymətli kağızlar 

bazarının  stabilliyinin  pozulmasına  səbəb  ola  bilən,  qiymətli  kağızlar  bazarının 

iştirakçılarının qiymətli kağızlarla əqdlər üzrə qiymətli kağızların bazar qiymətinin hər 

hansı  bir  üsulla  əvvəlcədən  razılaşdırılmış,  qəsdən  edilmiş  əməllər  ilə  süni  olaraq 

dəyişdirilməsidir.  Qiymətli  kağızlar  bazarında  qiymətlərlə  manipulyasiyaya  yol 

verilmir. 



  

Maddə  993.  Qiymətli  kağıza  mülkiyyət  hüququnun  əmələ  gəlməsi  və 

ötürülməsi

xv[412]

 

  



993.1.  Sənədsiz  qiymətli  kağızlara  mülkiyyət  hüququ  buraxılış  zamanı  həmin  qiymətli 

kağızın  ilk  mülkiyyətçiyə  özgəninkiləşdirilməsindən  sonra  mərkəzi  depozitarda  qeydə  alındığı 

andan  əmələ  gəlir.  Sənədli  qiymətli  kağızlara  mülkiyyət  hüququ  həmin  qiymətli  kağızların  ilk 

mülkiyyətçiyə özgəninkiləşdirildiyi andan əmələ gəlir. 

993.2.  Mülkiyyətçi  qiymətli  kağıza  mülkiyyət  hüququnu  bu  Məcəllənin  1078-20-ci 

maddəsində göstərilən qaydada əqdlərin bağlanması yolu ilə başqa şəxsə ötürə bilər. 

993.3.  Bu  Məcəllənin  993.2-ci  maddəsi  ilə  nəzərdə  tutulmuş  qaydada  sənədsiz  qiymətli 

kağızı  əldə  edən  şəxsin  mülkiyyət  hüquqları  həmin  qiymətli  kağızların  ötürülməsinin  mərkəzi 

depozitarda  qeydiyyatı  ilə,  sənədli  qiymətli  kağızları  əldə  edən  şəxsin  mülkiyyət  hüquqları  isə 

müvafiq əqdin bağlanması ilə yaranır. 

993.4. Qiymətli kağıza mülkiyyət hüququ başqasına verildikdə və bu Məcəllənin 1078-21-

ci  maddəsində  nəzərdə  tutulmuş  digər  şərtlər  yerinə  yetirildikdə  qiymətli  kağızla  təsdiqlənmiş 

bütün  hüquqlar  əldə  edənə  keçir,  bu  şərtlə  ki,  həmin  qiymətli  kağızı  başqasına  vermək  hüququ 

mövcud olsun. 

993.5. Əgər müqavilədə və ya qiymətli kağızın özündə nəzərdə tutulubsa, digər şəxslərin, 

xüsusən də emitentin iştirakı qiymətli kağıza mülkiyyət hüququnun verilməsi üçün zəruridir. 

  

Maddə 994. Sənədli qiymətli kağızların zədələnməsi, korlanması

xvi[413]

 

  



Sənədli  qiymətli  kağız  zədələnmək  və  ya  korlanmaq  nəticəsində  dövriyyə  üçün 

yararsız  olduqda  onun  mülkiyyətçisi  emitentdən  zədələnmiş  və  ya  korlanmış  kağızın 

qaytarılması  müqabilində  yeni  qiymətli  kağız  verməyi  tələb  edə  bilər,  bu  şərtlə  ki, 

həmin  kağızda  onun  əsas  məzmununu  və  fərqləndirici  əlamətlərini  inamla 




müəyyənləşdirmək  hələ  mümkün  olsun.  Zədələnmiş  və  ya  korlanmış  sənədli  qiymətli 

kağızın əvəz olunması xərclərini onun mülkiyyətçisi çəkir.  

  

Maddə 995. Sənədli qiymətli kağızın etibarsız elan edilməsi

xvii[414]

 

  



995.1.  Sənədli  qiymətli  kağız  itirilmişdirsə,  onun  mülkiyyətçisinin  vəsatəti  ilə 

məhkəmə emitent fiziki şəxsin yaşayış yeri üzrə və ya emitent hüquqi şəxsin olduğu yer 

üzrə  bu  qiymətli  kağızı  etibarsız  elan  edə  bilər.  Adsız  qiymətli  kağızlar  itirilmişdirsə, 

ərizəçinin  tələbi  ilə  məhkəmə  qiymətli  kağız  üzrə  emitentə  onu  ödəməyi  qadağan  edə 

bilər.

xviii[415]

 

995.2.  Sənədli  qiymətli  kağızın  etibarsız  elan  edilməsi  haqqında  vəsatəti  itki  və  ya 



itkinin  aşkar  edilməsi  məqamında  onun  mülkiyyətçisi  olmuş  şəxs  verə  bilər.  Ərizəçi 

qiymətli kağıza mülkiyyət hüququnu və onun itirildiyini sübuta yetirməlidir. Əgər kupon 

vərəqi və ya səhm kuponu olan qiymətli kağız sahibi yalnız kupon vərəqini və ya səhm 

kuponunu  itirərsə,  vəsatətini  əsaslandırması  üçün  əsas  qiymətli  kağızı  təqdim  etməsi 

kifayətdir.

xix[416]

 

  



Maddə 996. Sənədsiz qiymətli kağızlar 

  

996.1.  Sənədsiz  qiymətli  kağız  mülkiyyətçisinin  adı  və  digər  rekvizitləri  mərkəzi 



depozitardakı  yazıda  əks  olunmuş  elektron  sənəd  formasında  olan  qiymətli  kağızdır.  Elektron 

sənəd haqqında qanunvericilik sənədsiz qiymətli kağızlara tətbiq edilmir.

xx[417]


 

996.2.  Hüququ  sənədsiz  formada  təsbit  etmiş  şəxs  hüquq  sahibinin  tələbi  ilə  ona 

təsbit edilmiş hüququ təsdiqləyən sənəd verməlidir. 

996.3.  Göstərilən  təsbit  yolu  ilə  təsdiqlənən  hüquqlar,  hüquqların  və  hüquq 

sahiblərinin  rəsmən  təsbit  edilməsi  qaydası,  qeydlərin  sənədli  surətdə  təsdiqlənməsi 

qaydası  və  sənədsiz  qiymətli  kağızlarla  əməliyyatların  aparılması  qaydası  qanunla  və 

ya qanunun müəyyənləşdirdiyi qaydada təyin edilir.  

996.4.  Sənədsiz  qiymətli  kağızlarla  əməliyyatlar  yalnız  hüquqların  qeydiyyatını 

aparan  şəxsə  müraciət  etməklə  aparıla  bilər.  Hüquqların  başqasına  verilməsi,  təqdim 

olunması və məhdudlaşdırılması rəsmi yazıların salamatlığı, onların məxfiliyinin təmin 

edilməsi, bu cür yazılar haqqında düzgün məlumatlar verilməsi, aparılmış əməliyyatlar 

haqqında  rəsmi  qeydlərin  yazılması  üçün  məsuliyyət  daşıyan  bu  şəxs  tərəfindən 

rəsmən təsbit edilməlidir.

xxi[418]

 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə