Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   2   3   4   5   6   7   8   9   ...   28

1013.6. Ödəyici aksepti veksel məbləğinin bir hissəsi ilə məhdudlaşdıra bilər. 

1013.7.  Qalan  məsələlərdə  aksept  sadə  olmalı  və  heç  nə  ilə  şərtləşdirilməməlidir. 

Köçürmə vekselinin məzmununda akseptin etdiyi hər hansı başqa dəyişiklik akseptdən 

imtinaya bərabərdir. 



  

Maddə 1014. Köçürmə vekselinin aksept üçün təqdim edilməsi 

  

1014.1. Veksel saxlayan və ya vekseli olan hər hansı şəxs köçürmə vekselini ödəniş 



müddəti çatanadək aksept üçün ödəyiciyə onun yaşayış yerində təqdim edə bilər. 

1014.2. Veksel verən aşağıdakıları edə bilər: 

1014.2.1. köçürmə vekselində şərt qoya bilər ki, veksel aksept üçün müddət təyin 

edilməklə və ya təyin edilmədən təqdim oluna bilər

1014.2.2. üçüncü şəxsdə ödənilməli olan köçürmə vekseli və ya ödəyicinin yaşayış 

yerində  və  ya  olduğu  yerdə  deyil,  başqa  yerdə  ödənilməli  olan  veksel  və  ya  təqdim 

edildikdən  müəyyən  müddət  sonra  ödənilməli  olan  veksel  istisna  edilməklə,  vekseldə 

onun aksept üçün təqdim olunmasını qadağan edə bilər

1014.2.3.  şərt  qoya  bilər  ki,  veksel  aksept  üçün  müəyyən  müddətdən  tez  təqdim 

edilə bilməz. 

1014.3.  Hər  bir  indossant  şərt  qoya  bilər  ki,  veksel  aksept  üçün  müddət  təyin 

edilməklə  və  ya  təyin  edilmədən  təqdim  oluna  bilər,  bu  şərtlə  ki,  veksel  verən  onun 

akspet üçün təqdim olunmasını qadağan etməsin. 

1014.4.  Təqdim  edildikdən  sonra  müəyyən  müddətdə  ödənilməli  olan  köçürmə 

vekseli  aksept  üçün  onun  verildiyi  gündən  bir  il  ərzində  təqdim  edilməlidir.  Veksel 

verən başqa müddət təyin edə bilər. İndossantlar bu müddəti qısalda bilərlər. 



  

Maddə 1015. Köçürmə vekseli üzrə akseptin geri götürülməsi 

  

1015.1.  Köçürmə  vekselində  öz  aksepti  barəsində  qeyd  yazmış  ödəyici  veksel 

qaytarılanadək  qeydin  üstündən  xətt  çəkdikdə  hesab  edilir  ki,  akseptdən  imtina 

olunmuşdur. 




1015.2.  Lakin  ödəyici  öz  aksepti  barəsində  veksel  saxlayana  və  ya  vekseldə  imza 

edənlərin hər hansı birinə yazılı məlumat vermişdirsə, onların qarşısında öz akseptinin 

şərtlərinə uyğun məsuliyyət daşıyır. 

  

Maddə 1016. Aval (veksel zaminliyi) 

  

1016.1. Köçürmə vekseli üzrə ödəniş veksel zaminliyi (aval) vasitəsilə tamamilə və 



ya qismən təmin edilə bilər. 

1016.2. Avalı üçüncü şəxs və ya vekseldə imza etmiş şəxslərdən biri verə bilər. 

1016.3.  Veksel  zaminliyi  köçürmə  vekselində  və  ya  əlavə  vərəqdə  verilir.  Aval 

üçün  ödəyici  və  ya  veksel  verən  olmayan  avalçının  köçürmə  vekselinin  üz  tərəfində 

qoyduğu imza kifayətdir. 

1016.4. Avalda onun kimin hesabına verildiyi göstərilməlidir. Bu, göstərilmədikdə 

hesab edilir ki, aval veksel verənin hesabına verilmişdir. 

1016.5.  Avalçı  avalı  kimin  əvəzinə  vermişdirsə,  onun  qədər  məsuliyyət  daşıyır. 

Onun öhdəliyi qarantiya verdiyi öhdəliyin etibarsız olduğu halda da qüvvədə qalır. 

1016.6. Avalçı köçürmə vekselini ödəyərək həmin vekseldən irəli gələn hüquqları 

qarantiya  verdiyi  şəxsə  qarşı  və  köçürmə  vekselinə  görə  onun  qarşısında 

mükəlləfiyyətli olanların hamısına qarşı əldə edir. 



  

Maddə 1017. Vekselin başqasına verilməsi 

  

1017.1. İstənilən köçürmə vekseli indossament vasitəsilə başqasına verilə bilər. 



1017.2.  İndossament  həmçinin  veksel  verənin  və  veksel  üzrə  mükəlləfiyyətli  olan 

hər hansı digər şəxsin xeyrinə icra edilə bilər. Bu, vekseli aksept edib-etmədiyindən asılı 

olmayaraq ödəyici üçün də qüvvədədir. Bu şəxslər də vekseli indossament edə bilərlər. 

  

Maddə 1018. İndossantın məsuliyyəti 

  



Əgər  razılaşmada  ayrı  qayda  nəzərdə  tutulmayıbsa,  indossant  aksept  və  ödəniş 

üçün məsuliyyət daşıyır. İndossant öz indossamentində sonrakı indossamenti qadağan 

edirsə, veksel xeyrinə indossament edilmiş şəxslərin qarşısında məsuliyyət daşımır. 

  

Maddə 1019. Veksel saxlayanın xeyrinə ehtimallar 

  

1019.1. Köçürmə vekseli olan şəxs indossamentlərin ardıcıl sırasına öz hüququnu 



əsaslandırırsa,  hətta  sonuncu  indossament  blank  indossamenti  olsa  da,  qanuni  veksel 

saxlayandır.  Bu  zaman  üstündən  xətt  çəkilmiş  indossamentlər  yazılmamış  sayılırlar. 

Blank  indossamentinin  ardınca  başqa  indossament  gəldikdə  bu  sonuncunu  imzalamış 

şəxs blank indossamenti üzrə veksel əldə edən sayılır. 

1019.2.  Əgər  əvvəlki  veksel  saxlayan  köçürmə  vekselini  hər  hansı  səbəblərə  görə 

itirmişsə,  bu Məcəllənin 1019.1-ci maddəsinə əsasən öz hüququnu  sübuta yetirən yeni 

veksel  saxlayan  vekseli  yalnız  onu  haqsız  əldə  etdiyi  və  ya  əldə  edərkən  kobud 

ehtiyatsızlıq göstərmiş olduğu halda geri verməyə borcludur. 



  

Maddə 1020. Yenidən tapşırma indossamenti 

  

1020.1.  Əgər  indossamentdə  sadə  tapşırıqdan  ibarət  hər  hansı  qeyd-şərt 

qoyulmuşdursa,  veksel  saxlayan  köçürmə  vekselindən  irəli  gələn  bütün  hüquqları 

həyata  keçirə  bilər,  lakin  onu  yalnız  yenidən  tapşırma  qaydasında  indossament  edə 

bilər. 

1020.2.  Yenidən  tapşırma  indossamentində  olan  tapşırığa  yenidən  tapşıranın 



ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi nəticəsində xitam verilmir. 

  

Maddə 1021. Girov indossamenti 

  

Əgər  indossamentdə  girovu  nəzərdə  tutan  qeyd-şərt  qoyulmuşdursa,  veksel 



saxlayan  köçürmə  vekselindən  irəli  gələn  bütün  hüquqları  həyata  keçirə  bilər,  lakin 

onun  qoyduğu  indossamentin  yalnız  yenidən  tapşırma  indossamenti  kimi  qüvvəsi 

vardır. 

  



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə