Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   2   3   4   5   6   7   8   9   ...   28

Ödəyici orderi aksept edənədək və ya ödənişi icra edənədək çıxarıcı ondan orderi 

geri götürə bilər.  



  

Maddə 1003. Orderin başqasına verilməsi 

  

1003.1.  Remitent  orderi  hələ  aksept  edilməmiş  olsa  belə,  hər  hansı  üçüncü  şəxsə 



keçirə bilər. 

1003.2.  Çıxarıcı  orderin  keçirilməsini  istisna  edə  bilər.  Ödəyici  üçün  belə  istisna 

yalnız  o  halda  etibarlıdır  ki,  orderdə  onun  haqqında  qeyd-şərt  edilmiş  olsun  və  ya 

ödəyici orderi aksept etməzdən və ya ödənişi icra etməzdən əvvəl çıxarıcı ödəyiciyə bu 

barədə məlumat vermiş olsun.  

  

§ 3. Veksel 



  

  

Maddə 1004. Veksel anlayışı 

  

Veksellər  adlı  qiymətli  kağızlardır,  veksel verən  onların  vasitəsilə  müəyyən  şəxsə 



müəyyən  məbləğ  ödəmək  barəsində  başqa  şəxsə  (ödəyiciyə)  göstəriş  verir  (köçürmə 

vekseli) və ya hər hansı müəyyən şəxsə və ya bu şəxsin sərəncamına müəyyən məbləğ 

ödəməyi öhdəsinə götürür (sadə veksel).

xxxii[429]

 

  



Maddə 1005. Köçürmə vekseli 

  

1005.1. Köçürmə vekseli aşağıdakı rekvizitlərin olduğu sənəddir: 



1005.1.1. Sənədin mətninə daxil edilmiş "veksel" adı;  

1005.1.2.  veksel  verənin  müəyyən  məbləği  ödəmək  barəsində  sadə  və  heç  nə  ilə 

şərtləşdirilməmiş göstərişi; 



1005.1.3. kim ödəməlidirsə, onun (ödəyicinin) adı; 

1005.1.4. ödəniş kimə və ya kimin sərəncamı ilə icra edilməlidirsə, onun adı; 

1005.1.5. vekselin tərtib edildiyi tarix

1005.1.6. veksel verənin imzası; 

1005.1.7. vekselin tərtib edildiyi yer; 

1005.1.8. vekselin ödənilməsi vaxtı (veksel üzrə ödəniş müddəti); 

1005.1.9. ödənişin icra edilməli olduğu yer. 

1005.2.  Bu  Məcəllənin  1005.1-ci  maddəsində  göstərilmiş  rekvizitlərdən  hər  hansı 

birinin  olmadığı  sənədin,  aşağıdakı  hallar  istisna  olmaqla,  köçürmə  vekseli  qüvvəsi 

yoxdur: 


1005.2.1.  ödəniş  müddəti  göstərilməmiş  köçürmə  vekseli  təqdim  edildikdə 

ödənilməli olan veksel (müddəti təqdim edilməsi ilə müəyyənləşdirilən veksel) sayılır; 

1005.2.2.  ödəniş  yeri  xüsusi  göstərilmədikdə  ödəyicinin  adı  ilə  yanaşı  göstərilmiş 

yer ödəniş yeri və bununla birlikdə, ödəyicinin yaşayış yeri və ya olduğu yer sayılır; 

1005.2.3.  tərtib  edildiyi  yer  göstərilməmiş  köçürmə  vekseli  veksel  verənin  adı  ilə 

yanaşı göstərilmiş yerdə imzalanmış sayılır; 

1005.2.4.  verildiyi  məqamda  tam  doldurulmamış  köçürmə  vekseli  başqa  şəxslərə 

verildikdə və həmin şəxslərə vekseldə çatışmayan məlumatları sonradan tamamlamaq 

hüququ verildikdə blank vekseli qüvvəsinə malik olur. 

  

Maddə 1006. Köçürmə veksellərinin növləri 

  

1006.1. Köçürmə vekseli veksel verənin özünün sərəncamı ilə verilə bilər. 



1006.2. Köçürmə vekseli veksel verənin özünə verilə bilər. 

1006.3. Köçürmə vekseli üçüncü şəxsin hesabına verilə bilər. 



  

Maddə 1007. Köçürmə vekseli üzrə ödəniş yeri 


  

Köçürmə vekseli üçüncü şəxsdə, ödəyicinin yaşayış yerində və ya olduğu yerdə və 

ya hər hansı başqa yerdə ödənilməli ola bilər. 

  

Maddə 1008. Veksel üzrə faizlər 

  

1008.1.  Təqdim  edildikdə  və  ya  təqdim  edildikdən  sonra  müəyyən  vaxt  ərzində 



ödənilməli olan köçürmə vekselində veksel verən şərt qoya bilər ki, veksel məbləğinin 

üstünə faizlər hesablanacaqdır. 

1008.2.  Faiz  dərəcəsi  vekseldə  göstərilməlidir;  belə  göstəriş  olmadıqda  şərt 

yazılmamış sayılır. 

1008.3.  Faizlərin  hesablanmağa  başlandığı  gün  göstərilmədikdə  onlar  vekselin 

tərtib edildiyi gündən hesablanmalıdır. 



  

Maddə 1009. Veksel məbləği 

  

1009.1. Əgər veksel məbləği həm  sözlə, həm də rəqəmlə göstərilmişdirsə, onların 



arasında fərq olduqda vekselin yazı ilə göstərilmiş məbləğdə qüvvəsi olur. 

1009.2.  Əgər  köçürmə  vekselində  məbləğ  bir  neçə  dəfə  yazı  ilə  və  bir  neçə  dəfə 

rəqəmlə  göstərilmişdirsə,  onların  arasında  fərq  olduqda  vekselin  daha  az  məbləğdə 

qüvvəsi olur. 



  

Maddə 1010. Köçürmə vekselində etibarsız imzalar 

  

Köçürmə vekselində veksel üzrə öhdəlik götürə bilməyən şəxslərin imzaları, saxta 



imzalar və ya uydurma şəxslərin imzaları olduqda və ya imzaları atmış və ya adından 

imzalar  atılmış  şəxsləri  hər  hansı  başqa  əsasla  mükəlləfiyyətli  edə  bilməyən  imzalar 

olduqda, digər şəxslərin imzaları qüvvəsini itirmir. 

  



Maddə  1011.  Nümayəndəlik  səlahiyyəti  olmayan  şəxsin  köçürmə  vekselini 

imzalaması 

  

Şəxsin adından fəaliyyət göstərmək üçün səlahiyyət almadan onun nümayəndəsi 



kimi  köçürmə  vekselini  imzalamış  hər  bir  şəxs  veksel  üzrə  öhdəlikləri  özü  daşıyır  və 

əgər  veksel  üzrə  ödənişi  həyata  keçirmişdirsə,  təmsil  etdiyi  şəxsin  malik  ola  biləcəyi 

hüquqlara  malik  olur.  Öz  səlahiyyətlərini  aşan  nümayəndə  də  eynilə  bu  vəziyyətdə 

olur. 


  

Maddə 1012. Veksel verənin məsuliyyəti 

  

1012.1. Veksel verən aksept və ödəniş üçün məsuliyyət daşıyır. 



1012.2.  Veksel  verən  aksept  üçün  məsuliyyəti  öhdəsindən  götürə  bilər,  lakin 

ödəniş üçün məsuliyyəti öhdəsindən götürə bilməz. 



  

Maddə 1013. Vekselin aksepti 

  

1013.1.  Ödəyici  aksept  vasitəsilə  köçürmə  vekselini  vaxtında  ödəmək  öhdəliyini 



götürür. Ödənişin həyata keçirilmədiyi halda veksel verən akseptanta qarşı məhkəməyə 

iddia verə bilər. 

1013.2. Aksept vekseldə yazılı bəyanat vasitəsilə ifadə edilir. 

1013.3. Əgər veksel təqdim edildikdən sonra müəyyən müddətdə ödənilməlidirsə 

və  ya  əgər  xüsusi  şərtə  görə  veksel  aksept  üçün  müəyyən  müddətdə  təqdim 

edilməlidirsə,  akseptə  onun  verildiyi  günün  tarixi  qoyulmalıdır,  bu  şərtlə  ki,  veksel 

saxlayan akseptə təqdim edilmə gününün tarixini qoymağı tələb etməsin. 

1013.4. Əgər veksel verən köçürmə vekselində ödəniş yeri kimi ödəyicinin yaşayış 

yerini  və  ya  olduğu  yeri  deyil,  başqa  yeri  göstərmişdirsə  və  bu  zaman  ödənişin  hansı 

üçüncü  şəxsdə  icra  edilməli  olduğunu  göstərməmişdirsə,  ödəyici  həmin  şəxsi  aksept 

zamanı göstərə bilər. 

1013.5.  Əgər  veksel  ödəyicinin  yaşayış  yerində  və  ya  olduğu  yerdə 

ödənilməlidirsə,  ödəyici  akseptdə  ödənişin  icra  edilməli  olduğu  yerdəki  hər  hansı 

ünvanı göstərə bilər. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə