Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

  

1044.1. Köçürmə vekselini saxlayan hər kəs onun surətini çıxara bilər. 

1044.2.  Surət  orijinalı  indossamentlər  ilə  və  üzərində  olan  bütün  digər  qeydlərlə 

birlikdə dəqiq təkrar etməlidir. Surətdə onun hansı indossamentə qədər etibarlı olduğu 

göstərilməlidir. 

1044.3. Surət orijinalla eyni qaydada və eyni nəticələr ilə indossament və aval edilə 

bilər. 

1044.4. Surətdə sənədin əslinin kimdə olduğu göstərilməlidir. 



1044.5.  Əgər  sənədin  əslində  onun  surəti  çıxarılanadək  edilmiş  sonuncu 

indossamentdən  sonra  belə  bir  qeyd-şərt  varsa  ki,  yalnız  surətdəki  indossament 

etibarlıdır, sənədin əslində ondan sonra qoyulmuş indossament etibarsız olur. 

  

Maddə 1045. Vekselin mətninin dəyişdirilməsi 

  

Köçürmə  vekselinin  mətninin  dəyişdirildiyi  halda  bu  dəyişiklikdən  sonra  imza 



etmiş  şəxslər  dəyişdirilmiş  mətnin  məzmununa  uyğun  məsuliyyət  daşıyırlar; 

dəyişikliyə  qədər  imza  etmiş  şəxslər  əvvəlki  mətnin  məzmununa  uyğun  məsuliyyət 

daşıyırlar. 

  

Maddə 1046. Köçürmə vekselindən irəli gələn iddia tələbləri üzrə müddətlər 

  

1046.1.  Köçürmə  vekselindən  akseptanta  qarşı  irəli  gələn  iddia  tələbləri  ödəniş 



müddətinin çatdığı gündən üç il sonra ödənilir. 

1046.2.  Veksel  saxlayanın  indossantlara  və  veksel  verənə  qarşı  iddia  tələbləri 

müəyyənləşdirilmiş müddətdə protestin verildiyi gündən bir il sonra ödənilir. 

1046.3. İndossantların bir-birinə və veksel verənə qarşı iddia tələbləri indossantın 

vekseli ödədiyi gündən və ona qarşı iddia irəli sürüldüyü gündən altı ay sonra ödənilir. 

1046.4.  Qanuni  və  ya  vekseldə  göstərilmiş  müddətlər  hesablanarkən  həmin 

müddətlərin axımının başlandığı gün hesaba alınmır. 

  



Maddə 1047. Vekselin etibarsız elan edilməsi 

  

İtmiş və ya məhv olmuş veksel ödəniş yeri üzrə məhkəmə tərəfindən etibarsız elan 



edilə bilər. 

  

Maddə 1048. Sadə veksel. Rekvizitlər 

  

1048.1. Sadə vekseldə aşağıdakılar göstərilməlidir: 

1048.1.1. mətnin özünə daxil edilmiş "veksel" adı; 

1048.1.2. müəyyən məbləği ödəmək barəsində sadə və heç nə ilə şərtləşdirilməmiş 

vəd; 

1048.1.3. bu Məcəllənin 1005.1.4-1005.1.9-cu maddələrində göstərilmiş rekvizitlər. 



1048.2.  Bu  Məcəllənin  1048.1-ci  maddəsində  göstərilmiş  rekvizitlərdən  hər  hansı 

birinin olmadığı sənədin sadə veksel qüvvəsi yoxdur. 

1048.3.  Sadə  vekseli  verən  köçürmə  vekselinin  akseptantı  ilə  eyni  əsaslar  üzrə 

məsuliyyət daşıyır. 

1048.4. Təqdim edildikdən sonra müəyyən müddətli sadə veksellər veksel verənə 

bu Məcəllənin 1014.4-cü maddəsində göstərilmiş müddətlər ərzində təqdim edilməlidir. 

Veksel  verən  vekselin  təqdim  edildiyini,  günü  göstərməklə  və  öz  imzasını  qoymaqla 

təsdiqləməlidir.  Təqdim  edildikdən  sonra  müəyyən  müddətin  axımı  təqdim  edilmə 

haqqında qeydin edildiyi gündən başlanır. 

1048.5. Qalan məsələlərdə sadə veksellərə köçürmə vekselləri üçün qüvvədə olan 

müddəalar tətbiq edilir. 

  

Maddə 1048-1. Xəzinə vekseli

xxxv[432]



  

  

1048-1.1. Xəzinə vekseli dövlət büdcəsindən ödənilməli olan vəsaitlərin məbləğini 

təsbit  edən  və  ya  qısa  müddətə  şəxslərdən  sərbəst  pul  vəsaitlərinin  cəlb  edilməsi 

məqsədi ilə buraxılmış sadə vekseldir. 




1048-1.2. Xəzinə vekseli aşağıdakı hallarda verilir: 

1048-1.2.1.  büdcə  təşkilatlarına  nəzərdə  tutulmuş  vəsaitlərin  ödənilməsi  zamanı 

xəzinədarlığın sərəncamında kifayət qədər vəsait olmadıqda; 

1048-1.2.2.  büdcənin  cari  ehtiyaclarmı  təmin  etmək  məqsədilə  vəsaitlərin  cəlb 

edilməsi hallarında; 

1048-1.2.3.  büdcənin  mülkiyyət  formasından  asılı  olmayaraq  müəssisə  və 

təşkilatlara borcu olduqda (artıq ödənilmiş vergilər, geri qaytarılmalı olan məbləğlər və 

s.). 


1048-1.3. Xəzinə veskelinin ödəmə müddəti aşağıdakı kimi ola bilər: 

1048-1.3.1. tərtib olunduqdan sonra müəyyən vaxt ərzində

1048-1.3.2. müəyyən edilmiş bir gündə. 

1048-1.4. Xəzinə vekseli onun buraxıldığı büdcə ili ərzində ödənilməlidir.

xxxvi[433]

 

1048-1.5.  Xəzinə  vekselindən  alınmış  mallara  görə,  görülmüş  işlərə  və  ya 



göstərilmiş xidmətlərə görə ödəniş vasitəsi kimi istifadə oluna bilər. 

1048-1.6. Xəzinə vekseli müvafiq qaydada uçot təşkilatında uçot edilə bilər. 

1048-1.7  Xəzinə  vekseli  təkrar  bazarda  müvafiq  qanunvericiliyə  riayət  etməklə 

satılıb-alına  bilər.  Bu  əməliyyatların  aparılması  üçün  vekselsaxlayan  müəyyən  edilmiş 

qaydada vekseli verdiyi şəxsin adına indossament vasitəsilə ötürməlidir. 

1048-1.8. Xəzinə vekseli hüquqi şəxslər tərəfindən büdcəyə olan vergi və ya digər 

borcları əvəzinə xəzinədarlığa təqdim edilə bilər. 

1048-1.9. Xəzinə vekseli ödəmə vaxtı çatmazdan əvvəl xəzinədarlığa ödəniş üçün 

təqdim oluna bilməz. 

1048-1.10.  Xəzinə  vekseli  ödəniş  vaxtı  çatdıqda  ödəniş  üçün  onu  buraxan 

xəzinədarlığa  (ödəyiciyə)  təqdim  olunur  və  onun  tərəfindən  ödənilir.  Xəzinədarlıq 

(ödəyici)  xəzinə  vekselini  ödəməkdən  imtina  etdikdə,  vekselsaxlayan  qanunvericiliyə 

uyğun olaraq ödəmədən imtinanı rəsmi protest aktı ilə təsbit etdirməlidir. 

1048-1.11.  Hüquqi  və  fiziki  şəxslərin  sərbəst  pul  vəsaitlərinin  büdcəyə  cəlb 

edilməsi məqsədilə xəzinə vekseli diskont qiymətli kağızı kimi buraxılır və xəzinədarlıq 

tərəfindən  nominal  dəyərindən  aşağı  qiymətlə  realizə  olunur,  ödənildikdə  isə  ödəyici 

tərəfindən vekselsaxlayana veksel məbləği tam ödənilir. 

  



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə