Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

1053.1. Çek yazıla bilər: 

1053.1.1. müəyyən şəxsin adına; 

1053.1.2. təqdim edənə (adsız). 

1053.2.  Çek  "və  ya  təqdim  edənə"  qeyd-şərti  ilə,  yaxud  bu  cür  məna  ifadə  edən 

qeyd-şərtlə müəyyən şəxsə verilərsə, adsız çek sayılır. 

1053.3. Sahibinin adı göstərilməyən çek adsız çek sayılır. 

1053.4. Çek, çek verənin özünə verilə bilər. 

  

Maddə 1054. Çekdə faizlər barədə yazılan qeyd-şərtin etibarsızlığı 

  

Çekdə faizlər barədə yazılan qeyd-şərt etibarsız sayılır. 



  

Maddə 1055. Çekin başqasına verilməsi 

  

1055.1.  Müəyyən  şəxsə  verilmiş  və  ödənişə  təqdim  olunmuş  çek  indossament 



vasitəsilə başqa şəxsə verilə bilər. 

1055.2.  Çek  indossament  vasitəsilə  həmçinin  çek  verənə  və  çek  üzrə 

mükəlləfiyyətli  hər  hansı  şəxsə  verilə  bilər.  Öz  növbəsində  bu  şəxslər  də  çeki 

indossament edə bilərlər. 

1055.3.  Ödəyici  bankın  indossamenti  etibarsızdır.  Adsız  indossament  blanklı 

indossament  sayılır.  Bankın  bir  neçə  şöbəsinin  (filialının)  olduğu  və  indossamentin 

çekin verildiyi şöbənin deyil, başqa şöbənin xeyrinə edildiyi hallar istisna olmaqla, bank 

üçün indossamentin yalnız ödəniş qəbzi qüvvəsi vardır. 

1055.4. Vekselin aksept edilməsinə dair müddəalar istisna olmaqla, bu Məcəllənin 

993.3-993.4, 1018 və 1020-ci maddələrinin müddəaları çeklərə də tətbiq edilir. 



  

Maddə 1056. Çek sahibinin xeyrinə ehtimal. Çekin itirilməsi 

  



1056.1.  Çek  sahibinin  xeyrinə  ehtimala  bu  Məcəllənin  1019.1-ci  maddəsi  tətbiq 

edilir. 


1056.2.  Çek  sahibi  çeki  itirdikdə,  əlində  çek  olan  şəxs,  onun  adsız  çek  və  ya 

indossament  vasitəsilə  verilən  çek  olmasına  baxmayaraq,  çeki  yalnız  o  halda 

qaytarmağa  borcludur  ki,  onu  vicdansız  yolla  əldə  etmiş  olsun  və  ya  əldə  edərkən 

kobud ehtiyatsızlıq etmiş olsun. 



  

Maddə 1057. Çek zaminliyi (aval) 

  

Çek  məbləğinin  ödənişinə  avalçı  tərəfindən  aval  (çek  zaminliyi)  vasitəsilə 

tamamilə  və  ya  qismən  qarantiya  verilə  bilər.  Ödənişə  belə  qarantiyanı,  ödəyici  bank 

istisna olmaqla, hər hansı üçüncü şəxs və ya artıq çekdə imzası olan şəxs verə bilər. 

  

Maddə 1058. Çekin ödənişə təqdim olunması 

  

1058.1.  Çek  təqdim  olunduqda  ödənilməlidir.  Hər  cür  başqa  göstəriş  etibarsız 



sayılır. 

1058.2.  Tərtib  edildiyi  ölkədə  ödənilməli  olan  çek  bir  ay  müddətində  ödənişə 

təqdim  olunmalıdır.  Verildiyi  ölkədə  deyil,  başqa  ölkədə  ödənilməli  olan  çek,  verilmə 

yeri ilə ödəniş yeri eyni qitədədirsə,  iki ay  müddətində, müxtəlif  qitələrdədirsə, üç ay 

müddətində  ödənişə  təqdim  edilməlidir.  Həm  də  Müstəqil  Dövlətlər  Birliyinin  üzvü 

olan  bir  dövlətin  ərazisində  verilən  və  Müstəqil  Dövlətlər  Birliyinin  üzvü  olan  digər 

dövlətin ərazisində ödənilməli olan çeklər eyni qitədə verilən və ödənilməli olan çeklər 

sayılır.  Yuxarıda  göstərilən  müddətlərin  axımı  çekdə  onun  verilmə  günü  kimi 

göstərilən gündən başlanır. 

1058.3.  Əgər  çek  onun  verildiyi  yerin  təqvimindən  fərqlənən  başqa  təqvimin 

qüvvədə  olduğu  yerdə  ödənilməlidirsə,  ödəniş  yerinin  təqviminə  əsasən  verilmə 

gününə uyğun tarix və bundan asılı olaraq ödəniş müddəti müəyyənləşdirilir. 



  

Maddə 1059. Çekin geri götürülməsi 

  



1059.1. Çekin geri götürülməsi yalnız onun təqdim edilmə müddəti qurtardıqdan 

sonra etibarlıdır. 

1059.2. Çek geri götürülmədikdə, bank çekin təqdim edilmə müddəti qurtardıqdan 

sonra da ödənişi icra edə bilər. 

1059.3.  Çek  verən  özünün  və  ya  hər  hansı  üçüncü  şəxsin  çeki  itirdiyini  təsdiq 

edirsə, ödəyiciyə ödənişin icrasını qadağan edə bilər. 



  

Maddə  1060.  Çek  verənin  ölməsinin,  fəaliyyət  qabiliyyətini  itirməsinin  və 

ödəmə qabiliyyətli olmamasının nəticələri 

  

Çek verildikdən sonra çek verənin ölməsi və ya fəaliyyət  qabiliyyətini itirməsi və 



ya ödəmə qabiliyyətli olmamasının elan edilməsi çekin etibarlığına təsir göstərmir. 

  

Maddə  1061.  Çek  üzrə  ödəniş  və  ödənişə  dair  qəbz.  Xarici  valyutada  verilən 

çeklər 

  

Çek üzrə ödənişlərə, ödənişə dair qəbz verilməsinə və xarici valyutada çeklərə bu 



Məcəllənin 1028, 1029.4 və 1030-cu maddələri müvafiq surətdə tətbiq olunur. 

  

Maddə 1062. Cızıqlı çek 

  

1062.1.  Çek  verən,  habelə  hər  hansı  çek  sahibi  bu  Məcəllənin  1062.2-1062.6-cı 



maddələrində  nəzərdə  tutulan  nəticələr  ilə  çeki  cızıqlaya  bilərlər.  Cızıqlama  çekin  üz 

tərəfinə  iki  paralel  xətt  çəkməklə  aparılır.  Cızıqlama  ümumi  və  ya  xüsusi  ola  bilər. 

Xətlər  arasında  heç  bir  göstəriş  və  ya  "bank"  qeydi  və  ya  eyni  mənalı  başqa  qeyd 

yoxdursa,  cızıqlama  ümumi  sayılır.  Xətlər  arasında  bankın  adı  yazılmışsa,  cızıqlama 

xüsusi sayılır. Ümumi cızıqlama xüsusiyə çevrilə bilər, lakin xüsusi cızıqlama ümumiyə 

çevrilə  bilməz.  Cızıqlamanın  və  ya  göstərilmiş  bankın  adının  qaralanması  etibarsız 

sayılır. 

1062.2.  Ödəyici  ümumi  cızıqlaması  olan  çeki  yalnız  banka  və  ya  öz  müştərisinə 

ödəyə bilər. 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə