Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

  

§ 10. Törəmə qiymətli kağızlar

lxxv[472]

 

  



Maddə 1078-3. Törəmə qiymətli kağızlar 

  

1078-3.1.  Törəmə  qiymətli  kağızlarına  fyuçerslər,  opsionlar  və  qanunvericiliklə 



müəyyən edilmiş digər qiymətli kağızlar aid edilir. 

1078-3.2.  Fyuçers  müəyyən  edilmiş  tarixdə  müəyyən  baza  aktivinin  əvvəlcədən 

razılaşdırılmış  qiymətlərlə  alınması  və  ya  satılması  haqqında  öhdəliyini  təsbit  edən 

standartlaşdırılmış birja müqaviləsini ifadə edən qiymətli kağızdır. 

1078-3.3.  Opsion  sahibinə  müəyyən  edilmiş  tarixdə  müəyyən  baza  aktivinin 

əvvəlcədən  razılaşdınlmış  qiymətlərlə  almaq  və  ya  satmaq  hüququnu  ifadə  edən 

qiymətli kağızdır. 

1078-3.4.  Törəmə  qiymətli  kağızlar  üçün  baza  aktivi  kimi  xarici  valyuta,  qiymətli 

kağızlar, birja indeksləri, əmtəə və s. çıxış edə bilər. 

1078-3.5.  Törəmə  qiymətli  kağızların  tədavülü  ilə  bağlı  digər  xüsusatlar  müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

  

  



§ 11. Özəlləşdirmə qiymətli kağızları 

  

Maddə 1078-4. Özəlləşdirmə qiymətli kağızları 

  

1078-4.1. Özəlləşdirmə qiymətli kağızları dövlət əmlakının özəlləşdirilməsi zamanı 



dövlət 

əmlakının 

müvafiq 

qanunvericiliklə 

müəyyən 

edilmiş 


qaydada 

özgəninkiləşdirilməsi məqsədi ilə buraxılan qiymətli kağızlardır. 

1078-4.2.  Dövlət  əmlakının  özəlləşdirilməsi  zamanı  buraxılan  qiymətli  kağızların 

növləri, emissiyası, tədavülü qaydaları və sair məsələlər bu Məcəllə və digər  normativ 

hüquqi aktlarla müəyyən edilir. 



  

§ 12. Depozit sertifikatı

lxxvi[473]

 

  



Maddə 1078-5. Depozit sertifikatı 

  

1078-5.1. Depozit sertifikatı əmanətçidən və ya əmanətçi üçün banka daxil olmuş 



pul  məbləğini  (depoziti)  və  onun  üçün  faizləri  bankdan  almaq  hüququnu  təsbit  edən 

qiymətli kağızdır. Depozit sertifikatı müəyyən müddətə adlı və ya adsız qiymətli kağız 

kimi buraxıla bilər. 

1078-5.2.  Depozit  sertifikatları  birdəfəlik  və  ya  seriyalarla,  sənədli  formada 

buraxıla bilər. 

1078-5.3.  Depozit  sertifikatının  buraxılması,  qeydiyyatı  və  tədavülü  qaydaları 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

  

§ 13. Qiymətli kağızların emissiyası



lxxvii[474]

 

  



Maddə 1078-6. İnvestisiya qiymətli kağızlarının emissiyasının əsasları 

  

1078-6. l. Qiymətli kağızların emissiyası emitentin qiymətli kağızlarının emissiyası 



haqqında  qərarının  qəbulunun,  bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  hallarda  emissiya 

prospektinin  tərtibinin,  qiymətli  kağızların  buraxılışının,  yerləşdirilməsinin  və  bu 

Məcəllə ilə müəyyən edilmiş digər tədbirlərinin məcmusudur. 

1078-6.2.  İnvestisiya  qiymətli  kağızının  forması  və  buraxılış  şərtləri  investisiya 

qiymətli  kağızlarının  emissiyası  haqqında  qərarda  və  investisiya  qiymətli  kağızlarının 

emissiya  prospektində  (investisiya  qiymətli  kağızlarının  emissiyası  emissiya  prospekti 

ilə müşayiət olunursa) birmənalı müəyyən edilməlidir. 

1078-6.3.  İnvestisiya  qiymətli  kağızları  aşağıdakı  formalardan  birində  emissiya 

edilə bilər: 

1078-6.3.1. sənədli adlı qiymətli kağızlar; 

1078-6.3.2. sənədsiz adlı qiymətli kağızlar; 



1078-6.3.3. sənədli adsız qiymətli kağızlar. 

1078-6.4.  İnvestisiya  qiymətli  kağızlarının  forması  emitentin  emissiya  haqqında 

qərar  qəbul  etmiş  orqanının  qərarı  ilə  bu  dəyişikliklər  müvafiq  icra  hakimiyyəti 

orqanında  qeydiyyata  alınmaqla  dəyişdirilə  bilər.  Adlı  qiymətli  kağızların  adsız 

qiymətli kağızlara çevrilməsi bu Məcəllənin 992-ci maddəsi ilə tənzimlənir. 

1078-6.5.  Eyni  dövlət  qeydiyyat  nömrəsi  olan  investisiya  qiymətli  kağızları  bir 

formada buraxılmalıdır. 

1078-6.6.  İnvestisiya  qiymətli  kağızlarının  nominalı  milli  və  səhmlər  istisna 

olmaqla sərbəst dönərli valyutada ifadə oluna bilər. 

1078-6.7.  İnvestisiya  qiymətli  kağızlarının  konvertasiyası  ilə  bağlı  emissiyanın 

xüsusiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

  

Maddə 1078-7. İnvestisiya qiymətli kağızlarının emissiyasının mərhələləri 

  

1078-7.1.  İnvestisiya  qiymətli  kağızlarının  emissiyası  aşağıdakı  mərhələlərdən 



ibarətdir: 

1078-7.1.1.  emitent  tərəfindən  investisiya  qiymətli  kağızlarının  emissiyası 

haqqında qərarın qəbul edilməsi

1078-7.1.2.  investisiya  qiymətli  kağızlarının  emissiya  prospektinin  tərtib  edilməsi 

(investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunursa); 

1078-7. 1.3. investisiya qiymətli kağızları buraxılışının dövlət qeydiyyatı; 

1078-7.1.4.  investisiya  qiymətli  kağızlarının  emissiya  prospektində  olan 

məlumatların  açıqlanması  (investisiya  qiymətli  kağızlarının  emissiyası  emissiya 

prospekti ilə müşayiət olunursa); 

1078-7.1.5. investisiya qiymətli kağızlarının yerləşdirilməsi

1078-7.1.6.  investisiya  qiymətli  kağızlarının  emissiyasının  yekunları  haqqında 

hesabatın qeydiyyatı; 

1078-7.1.7.  investisiya  qiymətli  kağızlarının  emissiyasının  yekunları  haqqında 

hesabatda  olan  məlumatların  açıqlanması  (investisiya  qiymətli  kağızlarının  emissiyası 

emissiya prospekti ilə müşayiət olunubsa). 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə