Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

1078-7.2.  Səhmdar  cəmiyyətlərinin  yaradılması,  habelə  səhmdar  cəmiyyətlərinin 

və digər hüquqi şəxslərin yenidən təşkili zamanı (qoşulma şəklində yenidən təşkil halı 

istisna  olmaqla)  səhmlərin  buraxılışının  dövlət  qeydiyyatı  həmin  qiymətli  kağızların 

dəyərinin təsisçilər tərəfindən ödənilməsindən sonra həyata keçirilir. 



  

Maddə 1078-8. İnvestisiya qiymətli kağızlarının emissiyası haqqında qərar 

  

1078-8.1.  İnvestisiya  qiymətli  kağızlarının  hər  bir  növünün  emissiyası  haqqında 



ayrıca qərar qəbul edilməlidir. 

1078-8.2.  İnvestisiya  qiymətli  kağızlarının  emissiyası  haqqında  qərarda  aşağıdakı 

məlumatlar öz əksini tapmalıdır: 

1078-8.2.1. emitentin tam adı və olduğu yer

1078-8.2.2. qərarın qəbul edilməsi tarixi

1078-8.2.3. qərarı qəbul etmiş emitentin idarəetmə orqanının adı; 

1078-8.2.4. qiymətli kağızın növü; 

1078-8.2.5. qiymətli kağızın forması; 

1078-8.2.6. qiymətli kağızın nominal dəyəri

1078-8.2.7. həmin buraxılışa daxil olan qiymətli kağızların sayı və ümumi məbləği

1078-8.2.8. qiymətli kağızların yerləşdirilməsi qaydası; 

1078-8.2.9. bir qiymətli kağızla təsbit edilən hüquqlar

1078-8.2.10. qiymətli kağızların sahibləri qarşısında emitentin öhdəlikləri

1078-8.2.11. emitentin rəhbərinin adı, soyadı, möhürlə təsdiqlənmiş imzası. 

1078-8.3. Konversiya borcu istiqrazların emissiyası haqqında qərar qəbul edilərkən 

onların  ödənilməsinə  yönəldilən  səhmlərin  emissiyası  haqqında  qərar  qəbul 

edilməlidir. 

  

Maddə 1078-9. Dövlət qiymətli kağızlarının emissiyası 



  

1078-9.1. Dövlət qiymətli kağızlarının emissiyası müvafiq icra hakimiyyəti orqanı 

və  müvafiq  qaydada buna  səlahiyyətləndirilmiş digər dövlət orqanı tərəfindən həyata 

keçirilir. 

1078-9.2.  Dövlət  qiymətli  kağızlarının  emissiyası  və  tədavülü  emitentin  rəyi 

alınmaqla  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  qəbul  edilmiş  normativ  hüquqi 

aktlarla tənzimlənir. 

  

Maddə 1078-10. Bələdiyyə qiymətli kağızlarının emissiyası 

  

Bələdiyyə  qiymətli  kağızlarının  emissiyası  və  tədavülü  qaydaları  müvafiq  icra 



hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

  

Maddə  1078-11.  İnvestisiya  qiymətli  kağızlarının  buraxılışının  dövlət 

qeydiyyatı 

  

1078-11.1.  İnvestisiya  qiymətli  kağızlarının  buraxılışları  müvafiq  icra  hakimiyyəti 



orqanında dövlət qeydiyyatına alınmalıdır. 

1078-11.2.  İnvestisiya  qiymətli  kağızlarının  buraxılışının  dövlət  qeydiyyatı  üçün 

emitent  tərəfindən  müvafiq  icra  hakimiyyəti  orqanına  aşağıdakı  sənədlər  təqdim 

edilməlidir: 

1078-11.2.1. investisiya qiymətli kağızlarının qeydiyyata alınması üçün ərizə; 

1078-11.2.2. investisiya qiymətli kağızlarının emissiyası haqqında qərar; 

1078-11.2.3.  emitentin  hüquqi  şəxs  kimi  dövlət  qeydiyyatına  alınması  haqqında 

şəhadətnamənin və təsis sənədlərinin notarial qaydada təsdiq olunmuş surətləri

1078-11.2.4.  investisiya  qiymətli  kağızlarının  emissiya  prospekti  (investisiya 

qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunursa); 

1078-11.2.5.  investisiya  qiymətli  kağızının  sertifikatının  nümunəsi  (investisiya 

qiymətli kağızları sənədli formada buraxıldıqda); 




1078-11.2.6.  investisiya  qiymətli  kağızların  emissiya  prospektinin  qeydiyyata 

alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (investisiya qiymətli 

kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunursa). 

1078-11.3. Təmin edilmiş istiqrazların buraxılışının dövlət qeydiyyatı yalnız onlar 

üzrə 

verilmiş 



təminatın 

qanunvericiliklə 

müəyyən 

edilmiş 


qaydada 

rəsmiləşdirilməsindən sonra həyata keçirilir. 

1078-11.4.  İnvestisiya  qiymətli  kağızlarının  buraxılışının  dövlət  qeydiyyatı  üçün 

təqdim  edilən  sənədlərə  onların  təqdim  edilməsi  tarixindən  etibarən  on  beş  iş  günü 

müddətində  baxılır  və  qeydiyyatdan  imtina  üçün  əsas  olmadıqda,  qiymətli  kağızlar 

buraxılışı  dövlət  qeydiyyatına  alınır.  İnvestisiya  qiymətli  kağızlarının  buraxılışının 

dövlət  qeydiyyatına  alınmasından  imtina  edildikdə,  bu  barədə  emitentə  rəsmi  bildiriş 

verilir.  İnvestisiya  qiymətli  kağızlarının  buraxılışının  dövlət  qeydiyyatı  həmin 

buraxılışa  dövlət  qeydiyyat  nömrəsinin  verilməsindən  və  bu  məlumatların  dövlət 

reyestrinə  daxil  edilməsindən  ibarətdir.  Dövlət  qeydiyyat  nömrəsinin  verilməsi  və 

reyestrin  aparılması  qaydası  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir. 


1078-11.5.  Emitentin  istiqraz  buraxılışının  maksimal  həcminə  dair  tələblər 

haqqında  qaydalar  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir.

lxxviii[475]

 

1078-11.6.  İnvestisiya  qiymətli  kağızları  buraxılışı  dövlət  qeydiyyatından  keçənə 



qədər  qiymətli  kağızların  reklamı,  hər  hansı  bir  investora  rəsmi  təklif  edilməsi  və 

emissiya prospektinin potensial investorlara təqdim edilməsi qadağandır. 

1078-11.7.  Emitentin  müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim  etdiyi  qiymətli 

kağızların  buraxılışı  üzrə  sənədlərdə  göstərilən  məlumatların  tamlığına  və 

dürüstlüyünə görə məsuliyyəti həmin sənədləri imzalamış vəzifəli şəxslər daşıyır. 

  

Maddə  1078-12.  İnvestisiya  qiymətli  kağızlarının  emissiya  prospektinə  dair 

ümumi tələblər 

  

1078-12.1.  İnvestisiya  qiymətli  kağızlarının  emissiyası  (qapalı  yerləşdirmə  istisna 



olmaqla) emissiya prospekti ilə müşayiət olunur. 

1078-12.2.  İnvestisiya  qiymətli  kağızlarının  emissiya  prospektində  aşağıdakı 

məlumatlar olmalıdır: 

1078-12.2.1. emitentin tam adı, təşkilati-hüquqi forması və olduğu yer; 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə