Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə28/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   ...   20   21   22   23   24   25   26   27   28

ilə  müəyyən  tarixə  nominal  saxlayıcısı  olduğu  şəxslərin  siyahısını  yeddi  iş  günü 

ərzində ona təqdim etməlidir. 



  

Maddə 1078-35. Fond birjası 

  

1078-35.1.  Fond  birjası  -  qapalı  səhmdar  cəmiyyəti  formasında  yaradılan,  öz 



üzvləri  arasında  qiymətli  kağızlarla  ticarəti  təşkil  edən  və  bağlanmış  əqdlərin  icrasını 

təmin edən ticarət təşkilatçısıdır. 

  

1078-35.2.  Adında  "Fond  birjası"  ifadəsini  yalnız  fond  birjası  peşəkar  fəaliyyətini 



həyata keçirən şəxs istifadə edə bilər. 

1078-35.3  Fond  birjası  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilmiş standartlar əsasında fəaliyyətini tənzimləyən daxili qaydaları təsdiq etməlidir. 

1078-35.4.  Fond  birjasının  nizamnamə  kapitalının  minimal  miqdarı  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

1078-35.5. Fond birjası yalnız adi adlı səhmlər emissiya edə bilər. 

1078-35.6.  Fond  birjasının  səhmdarlarının  hər  biri  birjanın  səhmlərinin  sayının 

iyirmi faizindən çox olmamaqla səhmlərin sahibləri ola bilərlər. 

1078-35.7.  Fond  birjası  ticarəti  öz  üzvləri  arasında  təşkil  edir.  İstisna  qaydasında 

Azərbaycan Respublikasının Mərkəzi Bankı birja ticarətində birja üzvü olmadan iştirak 

edə bilər. 

1078-35.8.  Fond  birjasının  işçiləri  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçıları 

və  onların  təsisçiləri  ola  bilməzlər,  həmçinin  fond  birjasının  fəaliyyətində  sahibkarlar 

kimi iştirak edə bilməzlər. 



  

Maddə 1078-36. Fond birjasının üzvləri 

  

1078-36.1.  Fond  birjasının  üzvləri  birjanın  daxili  qaydalarına  uyğun  olaraq  birja 



ticarətində bilavasitə iştirak etmək hüququna malik olan broker və ya dilerlərdir. 


1078-36.2.  Fond  birjası  üzvlüyünə  daxil  olması,  fond  birjası  üzvlüyündən 

çıxarılması,  xaric  edilməsi  və  birjada  üzvlüyün  dayandırılması  qaydaları,  habelə  fond 

birjasında  üzvlərin  fəaliyyətinin  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanının 

normativ  hüquqi  aktları,  həmçinin  birjanın  nizamnaməsi  və  digər  daxili  sənədləri  ilə 

müəyyən edilir. 

1078-36.3. Fond birjasının üzvlərinin broker və diler fəaliyyətinə xüsusi razılıqları 

(lisenziyaları)  olmalıdır  və  onlar  birja  tərəfindən  onların  ödəniş  qabiliyyətinə  və 

özlərinin  fəaliyyətlərinin  təşkilinə  dair  müəyyən  edilən  ixtisas  tələblərinə  cavab 

verməlidirlər. 

1078-36.4. Birjada üzvlüyə aşağıdakı hallarda xitam verilir: 

1078-36. 4.1. birja üzvlüyündən könüllü qaydada çıxdıqda; 

1078-36.4.2 müvafiq icra hakimiyyəti orqanının qərarı nəticəsində birja üzvü olan 

brokerə və dilerə verilən xüsusi razılıq (lisenziya) ləğv edildikdə; 

1078-36.4.3.  birjanın  müvafiq  idarəetmə  orqanının  qərarı  ilə  birja  üzvü  birja 

qaydalarını  kobud  surətdə  pozduqda  və  ya  birja  tərəfindən  müəyyən  edilən  ixtisas 

tələblərinə cavab vermədikdə

1078-36.4.4. birjanın fəaliyyətinə xitam verildikdə. 

1078-36.5. Fond birjası öz üzvlərinin sayını məhdudlaşdırmaq hüququna malikdir. 



  

Maddə 1078-37. Fond birjası tərəfindən yığılan ödənişlər 

  

1078-37.1. Fond birjası tərəfindən aşağıdakı hallarda pul ödənişləri müəyyən edilə 



bilər: 

1078-37.1.1. fond birjasının üzvlüyünə daxil olmaq üçün; 

1078-37.1.2. qiymətli kağızların listinqi üçün; 

1078-37.1.3. birja əqdlərinin təşkili üçün. 

1078-37.2.  Müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş 

qaydalarda,  birjanın  nizamnaməsi  və  birja  qaydaları  ilə  nəzərdə  tutulmuş  digər 

hallarda da ödənişlərin alınması müəyyən edilə bilər. 

  



Maddə 1078-38. Birja əqdləri 

  

1078-38.1. Birja ticarətinin iştirakçıları arasında bağlanılmış müqavilə birja əqdidir. 



1078-38.2.  Fond  birjasında  bağlanılmış  bütün  əqdlər  qanunvericiliklə  və  birja 

qaydaları ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdır və rəsmiləşdirilməlidir. 

1078-38.3.  Birjamn  müvafiq  səlahiyyətli  orqanı  birja  qaydalarına  əsasən  birja 

üzvünü müvəqqəti olaraq birja əqdlərinin bağlanılmasından kənarlaşdıra bilər. 



  

Maddə 1078-39. Birja qaydaları 

  

1078-39.1.  Fond  birjası  qiymətli  kağızların  birjada  dövriyyəyə  buraxılma 



qaydalarmı, onları birjada kotirovka edilən qiymətli kağızların siyahısına daxil edilməsi 

(listinq)  və  göstərilən  siyahıdan  çıxarılması  (delistinq),  birjada  əqdlərin  bağlanması, 

qeydiyyatı,  icrası  və  təmin  edilməsi,  əqdlər  üzrə  hesablaşmaların  aparılması,  birja 

üzvləri  arasında  birja  əməliyyatlarının  aparılması  zamanı  yaranan  mübahisələrin  həlli 

və  fond  birjasının  fəaliyyətilə  əlaqədar  digər  qaydaları  müvafiq  icra  hakimiyyəti 

orqanının normativ hüquqi aktlarına uyğun olaraq qəbul edir. 

1078-39.2.  Fond  birjası  ticarətin  aparılması  vaxtı  haqqında,  birjada  ticarətə 

buraxılmış  qiymətli  kağızların  siyahısı  və  qiymətləri  (kotirovkası),  ticarət  sessiyasının 

nəticələri  haqqında  və  qanunvericiliklə  nəzərdə  tutulmuş  digər  məlumatları  vaxtında 

təqdim etməklə aparılan ticarətin şəffaflığını təmin etməlidir. 

  

§ 16. Qiymətli kağızlar bazarının tənzimlənməsi

cxv[512]

 

  



Maddə 1078-40. Qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi 

  

1078-40.1.  Qiymətli  kağızlar  bazarının  dövlət  tənzimlənməsi  aşağıdakılardan 



ibarətdir: 

1078-40.1.1.  qiymətli  kağızlar  bazarının  tənzimlənməsi  üzrə  normativ  hüquqi 

aktların qəbul edilməsi və onlara riayət olunmasına nəzarətin həyata keçirilməsindən; 



1078-40.1.2.  qiymətli  kağızlar  bazarının  iştirakçılarına  tələblərin  və  onların 

fəaliyyəti qaydalarının müəyyən edilməsindən

1078-40.1.3. 

qiymətli 

kağızlar 

buraxılışlarının 

dövlət 

qeydiyyatının 



aparılmasındən; 

1078-40.1.4.  qiymətli  kağızlar  bazarında  peşəkar  fəaliyyətin  həyata  keçirilməsi 

üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən

1078-40.1.5.  qiymətli  kağızlar  bazarında  investorların  və  qiymətli  kağızlar 

sahiblərinin hüquqlarının müdafiəsindən; 

1078-40.1.6. qiymətli kağızlar bazarı iştirakçılarının fəaliyyətinə dövlət nəzarətinin 

həyata keçirilməsindən; 

1078-40.1.7.  qiymətli  kağızlar  bazarında  qanunvericiliyi  pozan  şəxslərin 

məsuliyyətə cəlb edilməsi üzrə müvafiq tədbirlərin görülməsindən

1078-40.1.8.  qiymətli  kağızlar  bazarının  iştirakçılarının  peşə  səviyyəsinin 

artırılması üzrə müvafiq tədbirlərin görülməsindən; 

1078-40.1.9.  qiymətli  kağızlar  bazarının  inkişafı  istiqamətlərinin  müəyyən 

edilməsindən; 

1078-40.1.10. 

qiymətli 

kağızlar 

bazarında 

sağlam 


rəqabət 

mühitinin 

yaradılmasındən; 

1078-40.1.11.  qiymətli  kağızlarla  əqdlərin  bağlanmasına  dair  tələblərin  müəyyən 

edilməsindən; 

1078-40.1.12.  hüquqi  və  fiziki  şəxslərin  borc  öhdəliklərinin  qiymətli  kağızlarla 

rəsmiləşdirilməsi və ödənilməsi qaydalarının müəyyənləşdirilməsindən; 

1078-40.1.13.  qiymətli  kağızlarla  rəsmiləşdirilmiş  borc  öhdəlikləri  bazarının 

tənzimlənməsinin həyata keçirilməsindən; 

1078-40.1.14.  Azərbaycan  Respublikasının  qiymətli  kağızlar  bazarının  dünya 

maliyyə  bazarına  inteqrasiyası  üzrə  tədbirlərin  hazırlanmasında  və  müvafiq  icra 

hakimiyyəti  orqanına  təsdiq  edilmək  üçün  təqdim  edilməsindən,  müvafiq  tədbirlərin 

həyata keçirilməsindən; 

1078-40.1.15.  qiymətli  kağızların  öhdəliklərlə  yüklənməsi  və  qiymətli  kağızlarla 

rəsmiləşdirilən  daşınmaz  əmlakın  ipotekasının  qeydiyyatının  və 

uçotunun 

aparılmasından; 



1078-40.1.16.  qiymətli  kağızlarla  bağlı  müvafiq  dövlət  reyestrlərinin  (qiymətli 

kağızların  buraxılışının  dövlət  reyestri,  veksel  və  çeklərin  dövlət  reyestri,  qiymətli 

kağızlarla  girovun  rəsmi  reyestri,  qiymətli  kağızlarla  rəsmiləşdirilən  əmlakın 

ipotekasının dövlət reyestri və s.) aparılmasından; 

1078-40.1.17.  qiymətli  kağızlar  bazarında  sığortalanmalı  olan  risklərin  sığorta 

standartlarının müəyyən edilməsindən; 

1078-40.1.18.  qiymətli  kağızlar  bazarında  məlumatların  açıqlanması  üzrə 

qaydaların raüəyyən edilməsi və sisteminin təşkilindən; 

1078-40.1.19.  qiymətli  kağızların  (sertifikatların)  blanklarının  çap  edilməsi  və 

onların ölkəyə gətirilməsi və aparılması üzrə fəaliyyətin tənzimlənməsindən; 

1078-40.1.20.  qiymətli  kağızlar  bazarının  iştirakçılarına  qanunvericiliklə  müəyyən 

edilmiş qaydada icrası məcburi olan göstərişlərin verilməsindən; 

1078-40.1.21.  qiymətli  kağızlar  bazarının  və  onun  infrastrukturunun  inkişafı 

məqsədi  ilə  istifadə  edilən  fondların  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

yaradılması və onların fəaliyyətinin tənzimlənməsindən; 

1078-40.1.22.  qiymətli  kağızlar  bazarında  qiymətlərlə  manipulyasiyalara  yol 

verilməməsi üzrə tədbirlərin görülməsindən. 

1078-40.2.  Qiymətli  kağızlar  bazarında  dövlət  tənzimlənməsi  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 

  

Maddə  1078-41.  Qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılarının  özünü 

tənzimləyən təşkilatlan 

  

1078-41.1.  Qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılarının  özünü  tənzimləyən 



təşkilatları  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  və  öz  nizamnamələrinə 

müvafiq olaraq yaradılır və fəaliyyət göstərir. 

1078-41.2.  Qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılarının  özünü  tənzimləyən 

təşkilatlarının fəaliyyəti aşağıdakı əsas məqsədləri daşıyır: 

1078-41.2.1.  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılarının  səmərəli  peşəkar 

fəaliyyəti üçün şəraitin yaradılması; 

1078-41.2.2.  qiymətli  kağızlar  bazarında  investorların  və  digər  iştirakçıların 

maraqlarının qorunması; 




1078-41.2.3. qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən 

təşkilatının  üzvləri  arasında  qarşılıqlı  münasibətlərin  tənzimlənməsi  qaydalarının 

müəyyən edilməsi; 

1078-41.2.4. qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən 

təşkilatlarının  üzvlərinin  fəaliyyətinin  etik  normalarının  müəyyən  edilməsi  və  bu 

normalara riayət olunmasının təmin edilməsi. 

1078-41.2.5.  Qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılarının  özünü 

tənzimləyən  təşkilatların  fəaliyyətləri  haqqında  məlumatları  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə açıqlamalıdırlar. 

  

§ 17. Qiymətli kağızlar bazarında investorların maraqlarının müdafiəsi

cxvi[513]

 

  



Maddə 1078-42. Qiymətli kağızlar bazarında məlumatların açıqlanması 

  

1078-42.1.  Qiymətli  kağızlar  bazarında  məlumatların  açıqlanması  hər  bir  maraqlı 



şəxsin həmin məlumatlarla tanış olması imkanının təmin edilməsindən ibarətdir. 

1078-42.2.  Bu  Məcəllə  və  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilmiş  qaydada  emitent,  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçısı,  qiymətli 

kağızlar bazarının özünü tənzimləyən təşkilat fəaliyyətləri ilə bağlı kütləvi informasiya 

vasitələrində  məlumatları  açıqlamalıdırlar.  Hamı  üçün  müəssər  olan  məlumatlar 

açıqlanmış məlumatlar hesab olunur. 



  

Maddə 1078-43. Emitent tərəfindən məlumatların açıqlanması 

  

1078-43.1. Kütləvi təklif vasitəsi  ilə yerləşdirilən qiymətli kağızların emitenti dərc 



etmək  və  müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim  etmək  yolu  ilə  özünün  qiymətli 

kağızları  və  maliyyə-təsərrüfat  fəaliyyəti  haqqında  aşağıdakı  məlumatlan  açıqlamağa 

borcludur: 

1078-43.1.1. emitentin illik hesabatını; 

1078-43.1.2.  onun  maliyyə-təsərrüfat  fəaliyyətinə  təsir  göstərən  mühüm  hadisələr 

və hərəkətlər haqqında məlumatları; 




1078-43.1.3. qiymətli kağızların emissiya prospektini; 

1078-43.1.4. qiymətli kağızların emissiyasının yekunları haqqında hesabatını. 

1078-43.2. Emitentin açıqlanmalı olan qiymətli kağızlar haqqında  illik hesabatına, 

maliyyə-təsərrüfat  fəaliyyətinə  təsir  göstərən  mühüm  hadisələrin  və  hərəkətlərin, 

qiymətli kağızların emissiya prospekti, emissiyasının yekunları haqqında məlumatların 

dairəsi,  onlar  barəsində  tələblər  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir. 

1078-43.3. Emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə 

orqanı  tərəfindən  təsdiq  edilir  və  təsdiq  edildiyi  tarixdən  etibarən  otuz  gündən  gec 

olmayaraq açıqlanır. 

1078-43.4.  Emitentin  maliyyə-təsərrüfat  fəaliyyətinə  təsir  göstərən  mühüm 

hadisələr  və  hərəkətlər  barədə  məlumat  müvafiq  icra  hakimiyyəti  orqanına  həmin 

hərəkətlər  və  hadisələr  baş  verdiyi  gündən  on  beş  gündən  gec  olmayaraq  təqdim 

olunur. 


1078-43.5. Banklar və digər kredit təşkilatları tərəfindən məlumatların açıqlanması 

qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  Azərbaycan  Respublikasının 

Mərkəzi Bankının rəyi alınmaqla müəyyən edilir. 

  

Maddə 1078-44. Fond birjası tərəfindən məlumatın açıqlanması 

  

Fond  birjası  nizamnaməsi,  qaydaları,  üzvlərinin  siyahısı,  dövriyyəyə  buraxılan 



qiymətli kağızları, bağlanılan əqdlər haqqında məlumatları açıqlamalıdır. 

  

Maddə  1078-45.  Qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılarının  özünü 

tənzimləyən təşkilatı tərəfindən məlumatların açıqlanması 

  

Qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılarının  özünü  tənzimləyən  təşkilat 



nizamnaməsi, qaydaları, standartları və üzvləri haqqında məlumatları açıqlamalıdır. 

  

§ 18. Qiymətli kağızlar bazarında xidməti məlumat



cxvii[514]

 

  




Maddə 1078-46. Qiymətli kağızlar bazarında xidməti məlumatın anlayışı 

  

1078-46.1.  Xidməti  məlumat  ümumi  qaydada  əldə  edilə  bilməyən,  qiymətli 



kağızlar  bazarının  iştirakçısı  olan  təşkilatlarda,  yaxud  müvafiq  dövlət  orqanlarında 

tutduğu  vəzifə  ilə  əlaqədar  olaraq  əldə  edilən  və  ya  emitentlə  bağlanmış  müqaviləyə 

əsasən, qiymətli kağızlar bazarının subyektləri, qiymətli kağızlar, onlarla əməliyyatlar, 

qiymətlər  və  digər  xüsusatlar  üzrə  açıqlanmamalı  olan  və  istifadə  edildikdə  məlumat 

sahibinə  qiymətli  kağızlarla  əməliyyatların  aparılmasında  digər  iştirakçılardan  daha 

üstün mövqe təmin edən məlumatdır. 

1078-46.2.  İnsayder  bu  Məcəllənin  1078-46.1-ci  maddəsinə  əsasən  xidməti 

məlumata malik olan şəxsdir. 



  

Maddə 1078-47. İnsayderlər 

  

1078-47.1. İnsayderlərə aşağıdakılar aiddir: 



1078-47.1.1.  emitentin  direktorlar  (müşahidə)  şurasının  (bu  orqanlar  olduqda)  və 

icra orqanlarının üzvləri; 

1078-47.1.2. emitentin fəaliyyətinə nəzarət edən şəxslər

1078-47.1.3. xidməti məlumatı tutduğu vəzifəyə, müqaviləyə, yaxud emitent və ya 

digər  insayder  tərəfindən  müvafiq  hüququn  verilməsi  nəticəsində  əldə  etmək  imkanı 

olan şəxslər; 

1078-47.1.4.  emitentin  nizamnamə  kapitalının  on  faizindən  artıq  hissəsinə  malik 

olan şəxslər; 

1078-47.1.5.  son  altı  ay  ərzində  bu  Məcəllənin  1078-47.1.1-1078-47.1.4-cü 

maddələrinin təsiri altına düşən şəxslər. 

1078-47.2. İnsayderlər öz fəaliyyətində aşağıdakılara yol verməməlidirlər: 

1078-47.2.1. qiymətli kağızların dövriyyəsinə təsir göstərə bilən xidməti məlumatın 

istifadəsi ilə əməliyyatlara; 

1078-47.2.2. digər şəxslərə xidməti məlumatı təqdim etməklə onları bununla bağlı 

əqdlərin bağlanmasına təhrik etmək. 



1078-47.3.  İnsayder  özünə  məxsus  olan  qiymətli  kağızlarla  apardığı  əməliyyat 

barədə  məlumatı  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyənləşdirilmiş 

qaydada açıqlamalıdır. 

1078-47.4.  Xidməti  məlumatın  istifadəsi  ilə  əqdlərin  bağlanması  faktı  və  ya  belə 

əqdin bağlanması cəhdi aşkar edildikdə qiymətli kağızlar bazarının peşəkar iştirakçıları 

əqdin  bağlanmasını  və  icrasını  dayandırmalı  və  bu  barədə  məlumatı  dərhal  müvafiq 

icra hakimiyyəti orqanına verməlidirlər. 

1078-47.5. Xidməti məlumatın saxlanılması və təqdim edilməsi qaydaları müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

  

  

                                                           

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




                                                                                                                                                                                           

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



                                                                                                                                                                                           

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



                                                                                                                                                                                           

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



                                                                                                                                                                                           

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə