Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   ...   20   21   22   23   24   25   26   27   28

Maddə  1078-19.  İnvestisiya  qiymətli  kağızlarının  buraxılışının  etibarsız  hesab 

edilməsi 

  

İnvestisiya  qiymətli  kağızlarının  emissiyası  zamanı  bu  Məcəllənin  və  müvafiq 



qanunvericiliyin  tələbləri  pozulduğu  hallarda  müvafiq  icra  hakimiyyəti  orqanının 

iddiası  ilə  məhkəmə  tərəfindən  həmin  buraxılış  etibarsız  hesab  edilə  bilər.  Bu  halda 

həmin  buraxılışda  olan  bütün  qiymətli  kağızlar  emitentə,  qiymətli  kağızların 

yerləşdirilməsindən əldə edilmiş vəsaitlər investorlara qaytarılmalıdır. 

  

  

§ 14. Qiymətli kağızların tədavülü 

  

Maddə 1078-20. Qiymətli kağızlar üzrə əqdlər 

  

1078-20.1.  Qiymətli  kağızların  tədavülü  yerləşdirmədən  sonra  qiymətli  kağızlarla 



mülki-hüquqi  əqdlərin  bağlanması  nəticəsində  mülkiyyət  hüquqlarının  keçməsi  və 

qeydiyyatı prosesidir. 

1078-20.2.  Qiymətli  kağızlar  üzrə  əqdlər  bu  Məcəlləyə  və  “Qiymətli  kağızlar  bazarı 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  müvafiq  olaraq  bağlanılır  və  həyata 

keçirilir.



lxxx[477]

 

1078-20.3.  Adlı  qiymətli  kağızları  əldə  edən  şəxsin  mülkiyyət  hüquqları  qiymətli 



kağızlar üzrə hüquqların ötürülməsinin qeydiyyatı ilə yaranır.

lxxxi[478]

 

1078-20.4.  Qiymətli  kağızların  tədavülü  zamanı  qiymətli  kağızlarla  əqdlərin 



bağlanması  və  icrasına  dair  bu  Məcəllədə  və  “Qiymətli  kağızlar  bazarı  haqqında”  Azərbaycan 

Respublikasının  Qanununda  nəzərdə  tutulan  tələblərin  pozulması  aşkar  edildikdə  müvafiq 

icra hakimiyyəti orqanı qanun pozuntusu ilə müşayiət olunan əqdlərin  bağlanılmasını 



dayandırır və ya klirinq baş verdikdə tərəflərinin hesablarını dondurur.

lxxxii[479]

 

1078-20.5.  Qiymətli  kağızların  növləri  üzrə  alqı-satqı  əqdlərinin  bağlanması 



qaydaları bu Məcəllə və ona müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

müəyyən edilir. 

1078-20.6.  Hüquqi  və  fiziki  şəxslərin  borclarının  qiymətli  kağızlarla 

rəsmiləşdirilməsi  və  ödənilməsi  qiymətli  kağızlar  bazarını  tənzimləyən  müvafiq  icra 

hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir. 



1078-20.7.  İnvestisiya  qiymətli  kağızlarla  əqdlər  investisiya  şirkəti  vasitəsilə 

bağlanmadıqda  və  ya  belə  əqdlərdə  tərəf  müqabili  investisiya  şirkəti  olmadıqda  həmin 

əqdlər notarial qaydada təsdiq olunmalıdır.

lxxxiii[480]

 

1078-20.8.  Ünvanlı  satış  istisna  olmaqla,  səhmdarların  sayı  əllidən  artıq  olan 



səhmdar  cəmiyyətlərinin  yerləşdirilmiş  səhmlərlə  alqı-satqı  əqdləri  fond  birjası 

vasitəsilə  bağlanmalıdır.  Tərəfləri  bir-birinə  məlum  olan  və  qabaqcadan  razılaşdırılmış 



qiymətlə  və  şərtlərlə  bağlanan  qiymətli  kağızların  alğı-satqı  müqaviləsi  ünvanlı  satış 

əqdidir.

lxxxiv[481]

 

1078-20.9. Veksellər, ipoteka və girov kağızları ötürülərkən qiymətli kağızın arxa tərəfində 



tələbin  güzəşti  haqqında  qeyd  (indossament)  etmək  zəruridir.  Qiymətli  kağızda  icra  edilmiş 

indossament qiymətli kağızla təsdiqlənmiş bütün hüquqları o şəxsə (indossat) keçirir ki, qiymətli 

kağız üzrə hüquqlar ona və ya onun sərəncamı ilə verilir. 

1078-20.10. İndossament blanklı (icranın həyata keçirilməli olduğu şəxs göstərilmədən) və 

ya  orderli  (icranın  həyata  keçirilməli  olduğu  və  ya  əmri  ilə  həyata  keçirilməli  olduğu  şəxs 

göstərilməklə)  ola  bilər.  İndossament  yalnız  qiymətli  kağızla  təsdiqlənmiş  hüquqları  həyata 

keçirmək  tapşırığı  ilə,  bu  hüquqlar  indossata  verilmədən  (təkrar  tapşırılan  indossament) 

məhdudlaşdırıla bilər. Bu halda indossat nümayəndə kimi çıxış edir. 

1078-20.11. İndossament aşağıdakı tələblərə uyğun gəlməlidir: 

1078-20.11.1. onda indossat haqqında məlumatlar və indossantın imzası olmalıdır; 

1078-20.11.2. sadə olmalı və heç nə ilə şərtlənməməlidir (indossamenti məhdudlaşdıran hər 

cür şərt etibarsız sayılır; qismən indossament də etibarsızdır.); 

1078-20.11.3 qiymətli kağızda və ya ona əlavə edilmiş vərəqdə (əlavə vərəq) yazılmalıdır. 

1078.20.12.  İnsayder  ticarəti  və  ya  manipulyasiya  həyata  keçirilməsi  nəticəsində  zərər 

vuran  şəxs  zərər  vurulmuş  şəxs  qarşısında  vurduğu  zərərin  üç  misli  miqdarında  məsuliyyət 

daşıyır.

lxxxv[482]

 

  



Maddə 1078-21. Qiymətli kağızla təsdiqlənmiş hüquqların ötürülməsi

lxxxvi[483]

 

  

1078-21.1. Qiymətli kağızla təsdiqlənmiş hüquqlar bu Məcəllənin 993-cü maddəsinə 

və bu maddədə müəyyən edilmiş xüsusiyyətlərə uyğun olaraq ötürülür.



lxxxvii[484]

 

1078-21.2.  Adsız  sənədli  qiymətli  kağızla  təsdiqlənmiş  hüquqlar  onun  sertifikatının 



yeni sahibinə verilməsi ilə ötürülür.

lxxxviii[485]

 



1078-21.3.  Mərkəzi  depozitarda  saxlanılan  adsız  sənədli  qiymətli  kağızla  təsdiqlənmiş 

hüquqlar qiymətli kağızların yeni mülkiyyətçisinin “depo” hesabına köçürülməsi yolu ilə 

ötürülür.

lxxxix[486]

 

1078-21.4.  Sənədsiz  qiymətli  kağızla  təsdiqlənmiş  hüquqlar  qiymətli  kağızlar  üzrə 



depozitar  sistemində  qiymətli  kağızlar  mülkiyyətçisinin  depo  hesabından  yeni  mülkiyyətçinin 

depo hesabına köçürülməsi yolu ilə ötürülür.

xc[487]

 

1078-21.5.  Adlı  sənədli  qiymətli  kağızla  təsdiqlənmiş  hüquqlar  yeni  mülkiyyətçiyə 



qiymətli  kağızları  (sertifikatları)  verməklə  qiymətli  kağız  mülkiyyətçilərinin  reyestrində 

müvafiq  qeydin  aparılması  yolu  ilə  və  ya  indossament  əsasında  ötürülür.  Mərkəzi 



depozitarda  saxlanılan  adlı  sənədli  qiymətli  kağızla  təsdiqlənmiş  hüquqlar  mülkiyyətçinin 

“depo”  hesabından  yeni  mülkiyyətçinin  “depo”  hesabına  qiymətli  kağızların 

köçürülməsi yolu ilə ötürülür.

xci[488]

 

1078-21.6.  Qiymətli  kağızlarla  təsdiqlənmiş  hüquqlar  əldə  edən  şəxsə  həmin 



kağızlara mülkiyyət hüququ keçən andan keçir.

xcii[489]

 

1078-21.7.  Veksel,  ipoteka  və  girov  kağızları  ilə  təsdiqlənmiş  hüquqlar  ixtiyarlı 



mülkiyyətçinin  kağız  üzərində  etdiyi  sərəncam  vasitəsi  ilə  yeni  mülkiyyətçiyə 

ötürülür.



xciii[490]

 

1078-21.8.  Qanunvericiliklə  bu  Məcəllənin  tələbləri  nəzərə  alınmaqla  qiymətli 



kağızların  ayrı-ayrı  növləri  üzrə  hüquqların  keçməsinə  əlavə  üsul  və  xüsusatlar 

müəyyən edilə bilər. 

1078-21.9. Adlı sənədli qiymətli kağızla təsdiqlənmiş hüquqların ötürülməsi zamanı 

qiymətli  kağızın  sertifikatının  yeni  mülkiyyətçinin  adına  rəsmiləşdirilməsi  qaydası 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

xciv[491]

 

1078-21.10.  Yeni  mülkiyyətçi  hüquqların  keçməsi  üzrə  qanunvericiliklə  müəyyən 



edilmiş  hərəkətlərin  icrası  və  hüquqların  qeydiyyatından  sonra  qiymətli  kağızla 

təsdiqlənmiş hüquqları əldə edir.

xcv[492]

 

1078-21.11.  Veksel,  ipoteka  və  girov  kağızları  ilə  təsdiqlənmiş  hüququ  ötürən  şəxs 



(indossant)  təkcə  hüququn  mövcudluğuna  görə  deyil,  həm  də  onun  həyata  keçirilməsinə  görə 

məsuliyyət daşıyır. Digər növ qiymətli kağızla təsdiqlənmiş hüququ ötürən şəxs müvafiq tələbin 

etibarsızlığına  görə  məsuliyyət  daşıyır,  lakin  onun  icra  edilməməsi  üçün  məsuliyyət 

daşımır.

xcvi[493]

 

  



Maddə  1078-22.  Qiymətli  kağızlarla  təsdiqlənmiş  hüquqların  həyata 

keçirilməsi

xcvii[494]

 

  




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə