Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

Maddə 1048-2. Veksellərin uçotu

xxxvii[434]

 

  



1048-2.1.  Veksellərin  uçotu  ödəniş  vaxtı  çatana  qədər  vekselsaxlayan  tərəfindən 

vekselin  uçot  təşkilatına  verilməsi  və  onun  müqabilində,  veksel  məbləğindən  diskont 

məbləği çıxılmaqla, qalan məbləğin alınmasıdır. 

1048-2.2.  Azərbaycan  Respublikasında  veksellərin  uçotu,  domisilyasiyası, 

inkassoya  qəbul  edilməsi,  veksellərin  ödənilməsi  üzrə  xidmətlərin  göstərilməsi  və 

veksellər üzrə digər əməliyyatlar yalnız qiymətli kağızlar bazarmı tənzimləyən müvafiq 

icra  hakimiyyəti  orqanında  qeydiyyatdan  keçmiş  uçot  təşkilatları  tərəfindən  (kredit 

təşkilatları,  veksel  evləri  və  digər  ixtisaslaşdırılmış  maliyyə-investisiya  müəssisələri) 

həyata keçirilə bilər. 

1048-2.3. Veksellərin yenidən uçotu vekselin uçotunu aparan bankdan uçota aldığı 

veksellərin,  ödəniş  tarixindən  əvvəl  Mərkəzi  Bank  tərəfindən  vekselin  məbləğini 

diskontla ödəməklə alınmasıdır. 

1048-2.4. Veksellərin uçotu və yenidən uçotu qaydaları qiymətli kağızlar bazarmı 

tənzimləyən  müvafiq  icra  hakimiyyəti  orqanının  və  Mərkəzi  Bankın  normativ  hüquqi 

aktları ilə müəyyən edilir. 

  

  



§4. Çek

xxxviii[435]

 

  



Maddə 1049. Çek anlayışı və onun məzmunu 

  

1049.1.  Çek  orderli  qiymətli  kağız  olub,  ifadə  etdiyi  pul  məbləğinin  çek  sahibinə 



ödənilməsi  barədə  çek  verənin  banka  verdiyi  və  heç  nə  ilə  şərtləndirilməyən  yazılı 

sərəncamından ibarətdir. 

1049.2. Çekdə aşağıdakı rekvizitlər göstərilməlidir: 

1049.2.1. sənədin mətninə daxil edilmiş "çek" adı; 

1049.2.2.  müəyyən  pul  məbləğini  ödəmək  barədə  sadə  və  heç  nə  ilə 

şərtləndirilməyən tapşırıq; 

1049.2.3. ödənişi icra etməli bankın adı; 



1049.2.4. ödəniş yerinin göstərilməsi; 

1049.2.5. çekin tərtib olunduğu tarixin və yerin göstərilməsi

1049.2.6. çek verənin imzası. 

1049.3. Bankların yalnız elə çek blankları verməsinə icazə verilir ki, orada mətbəə 

üsulu ilə çap edilmiş aşağıdakı məlumatlar olsun: ödəyici bankın adı, ünvanı və telefon 

nömrəsi,  çek  verənin  (hesab  sahibinin)  adı  və  ünvanı,  habelə  ödəyici  bankın  hesab 

nömrəsi. 

1049.4. Çeklərə hesablaşma çeki, bank çeki, pul çeki və yol çeki aiddir. 

1049.5.  Hesablaşma  çeki  hesablardan  nağdsız  qaydada  hesablaşmaların 

aparılmasını nəzərdə tutan çekdir. 

1049.6. Bank çeki bir bankın başqa banka banklararası hesablaşmaların aparılması 

üçün təqdim etdiyi çekdir. 

1049.7. Pul çeki müştərinin bankda olan hesabından nağd pul vəsaitini almaq üçün 

yazılı sərəncamdan ibarət olan çekdir. 

1049.8.  Yol  çeki  bir  məntəqədə  verilmiş  çekdə  imza  nümunəsi  göstərilən  çek 

sahibinə,  çekdə  yazılmış  məbləği  ödəməyi  üzərinə  götürən  təşkilatın  öhdəliyi  olub, 

digər  məntəqədə  nağdlaşdırılan  çekdir.  Yol  çeklərinin  ödənilməsi  sahibinin  imzası 

əsasında  çekin  emitenti,  onun  filialı  və  yaxud  emitentin  göstərdiyi  digər  təşkilat 

tərəfindən həyata keçirilir. 

1049.9.  Azərbaycan  Respublikasında  çeklərin  buraxılışı  və  tədavülü  qaydaları 

qiymətli  kağızlar  bazarmı  tənzimləyən  müvafiq  icra  hakimiyyəti  orqanının  normativ 

hüquqi aktları ilə müəyyən edilir.

xxxix[436]

 

  



Maddə 1050. Veksellər haqqında müddəaların çeklərə tətbiqi 

  

Vekselin  aksept  edilməsinə  dair  müddəalar  istisna  olmaqla,  bu  Məcəllənin 



1005.2.4,  1006,  1009-1012-ci  maddələrinin  müddəaları  çeklərdən  irəli  gələn 

münasibətlərin tənzimlənməsinə də tətbiq edilir. 



  

Maddə 1051. Çekin təminatı tələbi 

  



1051.1.  Çek  yalnız  o  hallarda  verilə  bilər  ki,  çek  verənin  bankdakı  hesablarında 

vəsaiti və həmin vəsaitə dair çeklər vasitəsilə sərəncam vermək hüququ olsun. 

1051.2. Çekin ödənilməsi üçün çek verənin vəsaiti və ya ona verilmiş kredit kifayət 

etmədikdə  bankın  çeki  ödəməkdən  imtina  etmək  hüququ  vardır.  Bank  təmin 

olunmamış  məbləği  ödədikdə  isə,  çek  sahibinin  hüquqları  ona  keçir.  Bank  çeki 

tamamilə və ya qismən ödəməkdən imtina etdikdə, aşağıdakı nəticələr baş verməlidir: 

1051.2.1.  çek  verən,  yaxud  tamamilə  və  ya  qismən  ödənilməmiş  çeki  çek  verənin 

əvəzinə imzalamış şəxs birgə borclular kimi, çek məbləğinin ödənilməmiş hissəsinin 6 

faizi  miqdarında  zərərin  əvəzini  çek  sahibinə  ödəməlidirlər.  Çek  sahibinin  başqa 

zərərin əvəzinin ödənilməsi tələbini həyata keçirmək hüququ saxlanılır; 

1051.2.2. bank təminat olmadığından çekin tamamilə və ya qismən ödənilmədiyini 

çekin özündə qeyd etməli və ləngimədən onu çek sahibinə göndərməli, bu barədə belə 

çekləri  imzalamış  çek  verənlərin  reyestrini  tərtib  edən  Azərbaycan  Respublikasının 

Mərkəzi Bankına dərhal bildiriş göndərməlidir; 

1051.2.3.  təmin  olunmamış  çeki  verənin  bir  il  ərzində  çeklər  verməsinə  icazə 

verilmir  və  o,  özündə  olan  bütün  çek  blanklarını  dərhal  ödəyici  banka  və  müştərisi 

olduğu  bütün  başqa  banklara  qaytarmalıdır.  Ödəyici  bank  bunu  yazılı  şəkildə  dərhal 

çek  verəndən  və  hesablardakı  vəsaitə  dair  sərəncam  verməyə  ixtiyarlı  olan  bütün 

şəxslərdən tələb etməli və bundan sonra çek verməyi onlara qadağan etməlidir

1051.2.4.  bu  tələbdən  sonra  bir  ay  müddətində  çek  verən  çek  sahibi  barədə  çek 

məbləğinin  ödənilməmiş  hissəsini  ödədiyini,  habelə  bu  Məcəllənin  1051.2.1-ci 

maddəsinə  uyğun  olaraq  zərərin  əvəzini  ödədiyini,  yaxud  həmin  məbləğlərin  tam 

ödənilməsi üçün ödəyici bankın kifayət qədər vəsaitə malik olması qayğısına qaldığını 

ödəyici  banka  sübut  edərsə,  bu  Məcəllənin  1051.2.3-cü  maddəsinə  uyğun  olaraq 

çeklərin verilməsinin qadağan edilməsinin gələcək üçün qüvvəsi yoxdur. 

  

Maddə 1052. Çekin aksept edilməsinin istisna olunması 

  

Ödəyici  çeki  aksept  etməməlidir.  Çekdə  aksept  barədə  yazılan  qeyd  etibarsız 



sayılır. 

  

Maddə 1053. Çek üzrə ödənişi almağa ixtiyarlı şəxsin adı 

  



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə