Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar


Maddə 1022. Ödəniş müddətindən sonra indossament



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   2   3   4   5   6   7   8   9   ...   28

Maddə 1022. Ödəniş müddətindən sonra indossament 

  

1022.1.  Ödəniş  müddətindən  sonra  icra  edilmiş  indossament  həmin  müddətdən 



əvvəl icra edilmiş indossamentlə eyni nəticələrə səbəb olur. 

1022.2.  Tarixi  qoyulmamış  indossament,  nə  qədər  ki  əksi  sübuta  yetirilməmişdir, 

müddət bitənədək icra edilmiş sayılır. 

  

Maddə 1023. Köçürmə vekselinin ödəniş vaxtı (ödəniş müddətləri) 

  

1023.1. Köçürmə vekseli aşağıdakı ödəniş müddəti ilə verilə bilər: 



1023.1.1. təqdim edildiyi an

1023.1.2. təqdim edildikdən sonra müəyyən müddətdə

1023.1.3. tərtib edildikdən sonra dəqiq göstərilmiş vaxtda

1023.1.4. müəyyən gündə. 

1023.2.  Başqa  ödəniş  müddətləri  və  ya  bir  neçə  ardıcıl  ödəniş  müddəti  olan 

köçürmə vekselləri etibarsızdır. 



  

Maddə 1024. Ödəniş müddəti təqdim edildiyi an çatan köçürmə vekseli 

  

1024.1.  Ödəniş  müddəti  təqdim  edildiyi  an  çatan  köçürmə  vekseli  təqdim 



edildikdə dərhal ödənilməlidir. Ödəniş üçün həmin veksel tərtib edildiyi gündən bir il 

ərzində təqdim edilməlidir. Veksel verən bu müddəti qısalda və ya daha uzun müddət 

təyin edə bilər. Bu müddətləri indossantlar qısalda bilərlər. 

1024.2.  Veksel  verən müəyyənləşdirə  bilər  ki,  ödəniş  müddəti  təqdim  edildiyi  an 

çatan  köçürmə  vekseli  ödəniş  üçün  müəyyən  müddətdən  tez  təqdim  edilə  bilməz.  Bu 

halda təqdim edilmə müddətinin axımı həmin vaxtdan başlanır. 



  


Maddə  1025.  Təqdim  edildikdən  sonra  müəyyən  müddətdə  ödənilən  köçürmə 

vekseli 

  

1025.1.  Təqdim  edildikdən  sonra  müəyyən  ödəniş  müddəti  ilə  verilmiş  köçürmə 



vekseli üzrə ödəniş müddəti akseptdə göstərilən tarixlə təyin edilir. 

1025.2.  Əgər  akseptdə  tarix  göstərilməyibsə,  akseptant  barəsində  veksel  aksept 

üçün təqdim edilmək üçün nəzərdə tutulan müddətin sonuncu günündə aksept edilmiş 

sayılır. 



  

Maddə 1026. Veksellər üzrə ödəniş müddətlərinin hesablanması 

  

1026.1. Tərtib edildikdən və ya təqdim olunduqdan sonra bir və ya bir neçə aylıq 

müddətə verilmiş köçürmə vekseli üzrə ödəniş müddəti ödənişin icra edilməli olduğu 

ayın  müvafiq  günündə  çatır.  Həmin  ayda  müvafiq  gün  olmadıqda  ödəniş  müddəti 

həmin ayın sonuncu günündə çatır. 

1026.2. Əgər köçürmə vekseli tərtib edildikdən və ya təqdim olunduqdan sonra bir 

ay yarım və ya bir neçə ay üstəgəl yarım ay müddətinə verilmişdirsə, əvvəlcə tam aylar 

hesablanır. 

1026.3.  Əgər  ödəniş  müddəti  ayın  əvvəlinə,  ortasına  və  ya  axırına  təyin 

edilmişdirsə, bu ifadələr ayın birinci, on beşinci və ya sonuncu gününü bildirir. 

1026.4.  "Səkkiz  gün"  və  ya  "on  beş  gün"  ifadəsi  bir  və  ya  iki  həftəni  deyil,  tam 

səkkiz və ya on beş günlük müddəti bildirir. 

1026.5. "Yarım ay" ifadəsi on beş günlük müddəti bildirir. 

1026.6.  Əgər  köçürmə  vekseli  onun  verildiyi  yerdəki  təqvimdən  fərqlənən  başqa 

təqvimin  qəbul  olunduğu  hər  hansı  yerdə  müəyyən  gün  ödənilməlidirsə,  ödəniş 

müddəti ödəniş yerinin təqvimi üzrə təyin edilmiş sayılır. 

1026.7.  Tərtib  edildikdən  sonra  müəyyən  ödəniş  müddəti  ilə  verilmiş  köçürmə 

vekselinin  verildiyi  yerdə  və  ödəniş  yerində  müxtəlif  təqvimlər  qüvvədədirsə,  ödəniş 

yerinin təqvimində verilmə gününə uyğun tarix müəyyənləşdirilir və ondan asılı olaraq 

ödəniş müddəti təyin edilir. 

1026.8.  Köçürmə  veksellərinin  təqdim  edilməsi  üçün  müddətlər  bu  Məcəllənin 

1026.7-ci maddəsinə əsasən hesablanır. 




  

Maddə 1027. Vekselin ödəniş üçün təqdim edilməsi 

  

1027.1.  Tərtib  edildikdən  və  ya  təqdim  olunduqdan  sonra  müəyyən  ödəniş 



müddəti  ilə  verilmiş  köçürmə  vekselini  saxlayan  ödəniş  üçün  köçürmə  vekselini  ya 

onun  ödənilməli  olduğu  gün,  ya  da  həmin  gündən  sonrakı  iki  iş  günündən  birində 

təqdim etməlidir. 

1027.2.  Köçürmə  vekseli  ödəniş  üçün  bu  Məcəllənin  1027.1-ci  maddəsində 

müəyyənləşdirilmiş  müddət  ərzində  təqdim  edilmədikdə  borclu  veksel  məbləğini 

kreditorun yaşayış yeri üzrə məhkəməyə depozitə verə bilər. 



  

Maddə 1028. Ödənişin alınması barədə qəbz təqdim edilməsi. Qismən ödəniş 

  

1028.1.  Köçürmə  vekselini  ödəyərkən  ödəyici  tələb  edə  bilər  ki,  veksel  saxlayan 



vekseli ona ödənişi aldığı barədə qəbzlə təqdim etsin. 

1028.2. Veksel saxlayan qismən ödənişin qəbulundan imtina edə bilməz. 

1028.3. Vekselin qismən ödənildiyi halda ödəyici tələb edə bilər ki, bu cür ödənişə 

dair vekseldə qeyd edilsin və bu barədə ona qəbz verilsin. 



  

Maddə 1029. Veksel üzrə ödəniş müddəti çatanadək və çatdıqda ödəniş 

  

1029.1.  Veksel  saxlayan  köçürmə  vekselini  ödəniş  üçün  onun  ödəniş  müddəti 



çatanadək qəbul etməyə borclu deyildir. 

1029.2. Vekseli müddət çatanadək ödəyən ödəyici bunu öz riski ilə edir. 

1029.3. Vekseli vaxtında ödəyən şəxs öhdəlikdən azaddır. 

1029.4.  Ödəyici  indossamentlərin  ardıcıl  sırasının  düzgünlüyünü  yoxlamağa 

borcludur, lakin indossantların imzalarını yoxlamağa borclu deyildir. 

  



Maddə 1030. Xarici valyuta ilə verilən veksellər 

  

1030.1. Əgər köçürmə vekseli xarici valyuta ilə yazılıb verilmişdirsə, onun məbləği 



ödəniş  müddətinin  çatdığı  günün  məzənnəsi  üzrə  manatla  ödənilə  bilər.  Əgər  borclu 

ödənişi  gecikdirmişsə,  veksel  saxlayan  öz  mülahizəsinə  əsasən  tələb  edə  bilər  ki, 

köçürmə  vekselinin  məbləği  ya  ödəniş  müddətinin  çatdığı  günün,  ya  da  ödəniş 

gününün məzənnəsi üzrə manatla ödənilsin. 

1030.2. Xarici valyutanın məzənnəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı 

müəyyənləşdirir.  Lakin  veksel  verən  şərt  qoya  bilər  ki,  ödənilməli  məbləğ  vekseldə 

göstərilmiş məzənnə üzrə hesablanacaqdır. 

1030.3.  Veksel  verən  ödənişin  vekseldə  göstərilmiş  müəyyən  valyuta  ilə  həyata 

keçirilməli  olduğu  barədə  məcburi  şərt  qoyduqda,  bu  Məcəllənin  1030.1  və  1030.2-ci 

maddələrinin müddəaları tətbiq edilmir. 



  

Maddə 1031. Vekselin ödənişindən və ya akseptindən imtina 

  

1031.1.  Əgər  köçürmə  vekselini  ödəməkdən  imtina  edilmişdirsə,  ödəniş  müddəti 



çatdıqda  veksel  saxlayan  özünün  reqres  hüquqlarını  indossantlara,  veksel  verənə  və 

veksel üzrə digər mükəlləfiyyətlilərə qarşı həyata keçirə bilər. 

1031.2.  Ödəyici  köçürmə  vekselinin  akseptindən  tamamilə  və  ya  qismən  imtina 

etdikdə, veksel saxlayana da eyni hüquq ödəniş müddəti çatanadək mənsub olur. 



  

Maddə 1032. Akseptdən və ya ödənişdən rəsmi akt üzrə imtina (protest) 

  

1032.1.  Akseptdən  və  ya  ödənişdən  imtina  bu  Məcəllənin  1033-cü  maddəsinə 



uyğun tərtib edilmiş rəsmi aktla təsdiqlənməlidir (akseptdən və ya ödənişdən imtinaya 

protest). 

1032.2.  Akseptdən  imtinaya  protest  vekselin  akseptə  təqdim  edilməsi  üçün 

müəyyənləşdirilmiş müddətlərdə verilməlidir. Əgər vekselin aksept üçün ilk təqdimatı 

müddətin sonuncu günündə baş vermişdirsə, protest növbəti gündə də verilə bilər. 

1032.3.  Tərtib  edildikdən  və  ya  təqdim  olunduqdan  sonra  müəyyən  ödəniş  günü 

və ya müəyyən ödəniş müddəti olan köçürmə vekselini ödəməkdən imtina edilməsinə 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə