Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   2   3   4   5   6   7   8   9   10   ...   28

protest köçürmə vekselinin ödənilməli olduğu gündən sonrakı iki iş günündən birində 

verilməlidir.  Ödəniş  müddəti  təqdim  edildiyi  an  çatan  köçürmə  vekseli  ilə  əlaqədar 

protest  bu  Məcəllənin  1032.2-ci  maddəsində  müəyyənləşdirilmiş  müddətlərdə 

verilməlidir. 

1032.4.  Akseptdən  imtinaya  protest  verilməsi  vekselin  ödəniş  üçün  təqdim 

edilməsindən və ödənişdən imtinaya protestdən azad edir. 

1032.5.  Ödəyici  ödənişləri  dayandırdıqda  onun  vekseli  aksept  edib-etmədiyindən 

asılı  olmayaraq  veksel  saxlayan  özünə  mənsub  hüquqları  yalnız  veksel  ödəniş  üçün 

ödəyiciyə təqdim edildikdən və protest verildikdən sonra həyata keçirə bilər. 

  

Maddə 1033. Veksel üzrə akseptdən və ya ödənişdən imtinaya protest verilməsi 

  

1033.1.  Protest  icra  məmuru,  notarius  və  ya  müvafiq  icra  hakimiyyəti  orqanının 



rəsmi sənədlərin tərtibinə vəkil etdiyi digər şəxs tərəfindən tərtib edilməlidir.

xxxiii[430]

 

1033.2. Protestdə aşağıdakı məlumatlar göstərilməlidir: 



1033.2.1. protest verən şəxsin adı; 

1033.2.2. protest kimə qarşı yönəldilmişdirsə, həmin şəxsin adı; 

1033.2.3. protestin yönəldildiyi şəxsdən ödənişi həyata keçirmək və ya aksepti icra 

etmək  barəsində  xahişlər  edilməsinin  nəticəsiz  qaldığının  göstərilməsi;  və  ya  onu 

yerində  tapmağın  mümkün  olmadığının  göstərilməsi;  və  ya  protestin  yönəldildiyi 

şəxsin  yaşayış  yerini  və  ya  olduğu  yeri  müəyyənləşdirməyin  mümkün  olmadığının 

göstərilməsi; 

1033.2.4.  nəticəsiz  qalmış  xahişin  verildiyi  və  ya  cəhdin  edildiyi  yerin  və  günün 

göstərilməsi. 

1033.3. Protest tərtib edən şəxs onu imzalayır və köçürmə vekselinin arxa tərəfinə 

və ya ona qoşulmuş vərəqə möhür və ya ştempel vurur. 

1033.4.  Əgər  eyni  köçürmə  vekselinin  bir  neçə  nüsxəsi  təqdim  edilərkən  və  ya 

onun əsli və surəti təqdim edilərkən protest verilirsə, protestin nüsxələrdən birində və 

ya vekselin əslində yazılması kifayətdir. Digər nüsxələrdə və ya surətdə protestin hansı 

nüsxədə  yazıldığı  və  ya  vekselin  əslində  olduğu  qeyd  edilməlidir.  Bu  qeydi  protesti 

tərtib etmiş şəxs imzalamalıdır. 




1033.5.  Əgər  aksept  veksel  məbləğinin  bir  hissəsi  ilə  məhdudlaşdırıldığına  görə 

protest  verilirsə,  köçürmə  vekselinin  surəti  tərtib  edilir  və  protest  həmin  surətə  və  ya 

ona qoşulan vərəqə yazılır. Köçürmə vekselində olan indossamentlər və  digər qeydlər 

onun surətində də olmalıdır. 

1033.6.  Əgər  köçürmə  vekselindən  irəli  gələn  bir  neçə  tələb  bir  neçə  şəxsə  və  ya 

eyni  şəxsə  qarşı  irəli  sürülməlidirsə,  çoxsaylı  tələblər  üçün  bir  protestin  tərtibi 

kifayətdir. 

1033.7. Protesti tərtib edən şəxs onun bir surətini özündə saxlamalıdır. Bu surətdə 

aşağıdakılar göstərilməlidir: 

1033.7.1. veksel məbləği

1033.7.2. ödəniş müddəti

1033.7.3. protestin tərtib edildiyi yer və tarix

1033.7.4. veksel verənin, ödəyicinin adı, habelə ödəniş kimə və ya kimin sərəncamı 

ilə həyata keçirilməlidirsə, onun adı. 



  

Maddə 1034. Veksel üzrə akseptdən və ya ödənişdən imtina barəsində bildiriş 

  

1034.1.  Veksel  saxlayan  akseptdən  və  ya  ödənişdən  imtina  barəsində  öz 



indossantına və veksel verənə protest günündən sonrakı dörd iş günü ərzində bildiriş 

verməlidir.  Hər  bir  indossant  bildirişi  aldığı  gündən  sonrakı  iki  iş  günü  ərzində  öz 

indossantına bu bildiriş barəsində, əvvəlki bildirişləri göndərənlərin, o cümlədən veksel 

verənin  adlarını  və  ünvanlarını  göstərməklə  məlumat  verməlidir.  Yuxarıda  göstərilən 

müddətlərin axımı əvvəlki bildirişin alındığı gündən başlanır. 

1034.2.  Əgər  bu  Məcəllənin  1034.1-ci  maddəsinə  əsasən,  köçürmə  vekselinə  imza 

etmiş şəxsə bildiriş göndərilərsə, eyni bildiriş eyni müddətdə veksel üçün aval vermiş 

şəxsə də göndərilməlidir. 

1034.3.  İndossantlardan  hər  hansı  biri  öz  ünvanını  göstərmədikdə  və  ya  dolaşıq 

göstərdikdə bildirişin ondan əvvəlki indossanta göndərilməsi kifayətdir. 

1034.4. Bildiriş istənilən formada, hətta köçürmə vekselinin sadə qaytarılması yolu 

ilə verilə bilər. 




1034.5. Bildirişi göndərməli olan onu müəyyənləşdirilmiş müddətdə göndərdiyini 

sübuta  yetirməlidir.  Əgər  bildirişdən  ibarət  məktub  göstərilmiş  müddətdə  poçtla  yola 

salınmışdırsa, müddətə riayət edildiyi hesab olunur. 

1034.6. Bildirişi yuxarıda göstərilmiş müddətdə göndərməyən şəxs öz hüquqlarını 

itirmir,  lakin  öz  səliqəsizliyi  üzündən  əmələ  gələ  bilən  zərər  üçün  veksel  məbləği 

həddində məsuliyyət daşıyır. 



  

Maddə  1035.  Veksel  üzrə  akseptdən  və  ya  ödənişdən  imtinaya  protest 

verməkdən azad edilmə 

  

1035.1.  Veksel  verən,  indossant  və  ya  avalçı  vekselə  daxil  edilmiş  və  imzalanmış 



qeyd-şərt  vasitəsilə  veksel  saxlayanı  akseptdən  və  ya  ödənişdən  imtinaya  protest 

vermək öhdəliyindən azad edə bilər. 

1035.2.  Bu  qeyd-şərt  veksel  saxlayanı  köçürmə  vekselini  müəyyənləşdirilmiş 

müddətdə  təqdim  etmək  və  bildiriş  göndərmək  vəzifəsindən  azad  etmir.  Müddətlərə 

riayət  olunmadığını  veksel  saxlayanla  mübahisədə  bu  hala  istinad  edən  şəxs  sübuta 

yetirməlidir. 

1035.3.  Əgər  qeyd-şərti  veksel  verən  daxil  etmişdirsə,  bu  qeyd-şərtin  vekseli 

imzalamış  bütün  şəxslər  barəsində  qüvvəsi  vardır.  Qeyd-şərti  indossant  və  ya  avalçı 

daxil etmişdirsə, həmin qeyd-şərtin onların özləri barəsində qüvvəsi vardır. 

  

Maddə 1036. Veksel üzrə mükəlləfiyyətlilərin məsuliyyəti 

  

1036.1. Köçürmə vekselini vermiş, aksept etmiş, indossament etmiş və ya ona aval 



qoymuş  bütün  şəxslər  veksel  saxlayan  qarşısında  birgə  borclular  kimi  məsuliyyət 

daşıyırlar. 

1036.2.  Veksel  saxlayan  bu  şəxslərin  ayrılıqda  hər  birinə  və  ya  birlikdə  hamısına 

qarşı onların ardıcıllığını gözləmədən iddia irəli sürmək hüququna malikdir. 

1036.3.  Köçürmə  vekselini  imzalamış  hər  kəs  onu  ödədikdən  sonra  eyni  hüquqa 

malikdir. 

1036.4.  Əgər  vekseldə  onun  aksepti  haqqında  qeyd  olunubsa,  onun  aksepti 

hallarında veksel üzrə ödənilməməsinə protest icra sənədidir və ödəyicinin hesabındakı 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə