Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

1062.3. Xüsusi cızıqlaması olan çeki ödəyici yalnız göstərilmiş banka və ya əgər bu 

bankın  özü  ödəyicidirsə,  həmin  bankın  müştərisinə  ödəyə  bilər.  Göstərilən  bank  çeki 

qəbul etməyi digər banka tapşıra bilər. 

1062.4.  Bank  cızıqlı  çeki  yalnız  öz  müştərisindən  və  ya  başqa  bankdan  qəbul  edə 

bilər. 

1062.5. Bir neçə xüsusi cızıqlaması olan çeki ödəyici yalnız o halda ödəyə bilər ki, 



çekin üzərində ikidən çox cızıqlama aparılmasın. 

1062.6.  Yuxarıdakı  göstərişləri  yerinə  yetirməyən  ödəyici  və  ya  bank  vurulan 

zərərin əvəzini çekin məbləğindən artıq olmayan miqdarda ödəməyə borcludur. 

  

Maddə 1063. Hesablaşma çeki 

  

1063.1.  Çek  verən,  habelə  hər  hansı  çek  sahibi  çekin  üz  tərəfində  "hesablaşma" 



qeydi və ya eyni mənalı başqa qeyd yazmaqla, çekin nağd pulla ödənilməsini qadağan 

edə  bilər.  Bu  halda  ödəyici  çekin  ödənişini  yalnız  hesabdan  hesaba  keçirmə  yolu  ilə 

(hesablaşma,  köçürmə,  nağdsız  hesablaşmalar)  icra  edə  bilər.  Hesabda  yazı  ödəniş 

sayılır.  "Hesablaşma"  qeydinin  pozulması  etibarsız  sayılır.  Yuxarıdakı  göstərişləri 

yerinə  yetirməyən  ödəyici  vurulan  zərərin  əvəzini  çekin  məbləğindən  artıq  olmayan 

miqdarda ödəməyə borcludur. 

1063.2. Əgər ödəyici ödəmə qabiliyyəti olmayan elan edilmişsə və ya o, ödənişlərin 

icrasını dayandırmışsa və ya tutmanın onun əmlakına yönəldilməsi nəticəsiz qalmışsa, 

hesablaşma  çekinin  sahibi  ödəyicidən  çeki  nağd  pulla  ödəməyi  tələb  edə  bilər,  çek 

ödənilmədikdə  isə  özünün  reqres  hüququnu  həyata  keçirə  bilər.  Banklar  haqqında 

qanuna əsasən görülən tədbirlər nəticəsində çek sahibi özünün ödəyicidəki hesablarına 

dair sərəncam verə bilmədikdə də bu qayda tətbiq olunur. 

1063.3.  Hesablaşma  çeki  sahibinin,  bundan  əlavə,  iddia  vermək  hüququ  vardır, 

amma o, sübut etməlidir ki, ödəyici hesabda sadə və heç nə ilə şərtləşdirilməyən qeyd 

yazmaqdan imtina edir və ya ödəniş yeri üzrə müvafiq hesablaşma orqanı öhdəliklərin 

ödənilməsi  məqsədi  ilə  nağdsız  hesablaşmalar  aparılması  üçün  çeki  yararsız  elan 

etmişdir. 

  

Maddə 1064. Çek üzrə ödəməmə nəticəsində iddia 

  



1064.1.  Ödənişə  vaxtında  təqdim  olunan  çek  ödənilmədikdə  çek  sahibi 

indossantlara, çek verənə və çek üzrə digər mükəlləfiyyətli şəxslərə iddia verə bilər. 

1064.2. Çek sahibi iddia verdiyi şəxsdən aşağıdakıları tələb edə bilər: 

1064.2.1. çek ödənilməyibsə, çek məbləğinin ödənilməsini; 

1064.2.2. faizlərin ödənilməsini; 

1064.2.3. xərclərin ödənilməsini

1064.2.4. faizin üçdə birindən çox olmayan miqdarda penya. 

1064.3.  Əgər  çekin  vaxtında  təqdim  edilməsinə  qarşısıalınmaz  maneə  əngəl 

törədirsə, çeklərin ödənişə təqdim edilməsi müddətlərinin uzadılmasına bu Məcəllənin 

1042-ci maddəsi tətbiq olunur. 



  

Maddə 1065. Saxta çek 

  

Qəlp və ya saxta çekin ödənişi ilə əlaqədar zərəri ödəyici çəkir, bu şərtlə ki, çekdə 



göstərilən  çek  verən  təqsirli  olmasın,  məsələn,  ona  tapşırılmış  çek  blanklarını  etinasız 

saxlamış olmasın. 



  

Maddə 1066. Çekin mətninin dəyişdirilməsi 

  

Çekin mətninin dəyişdirilməsinə bu Məcəllənin 1045-ci maddəsi tətbiq edilir. 



  

Maddə 1067. Çek öhdəlikləri üzrə iddia müddətləri 

  

Çek sahibinin indossantlara, çek verənə və çek üzrə digər mükəlləfiyyətli şəxslərə 



qarşı  çekdən  irəli  gələn  iddia  tələbləri  təqdimetmə  müddəti  qurtardıqdan  bir  il  sonra 

ödənilir.  Çek  üzrə  mükəlləfiyyətli  olan  bir  şəxsin  çek  üzrə  mükəlləfiyyətli  olan  digər 

şəxsə  iddia  tələbləri  çekin  mükəlləfiyyətli  şəxs  tərəfindən  ödənildiyi  və  ya  məhkəmə 

qaydasında ondan çek üzrə ödənişin tutulduğu gündən bir il sonra ödənilir. 




  

Maddə 1068. Çekin etibarsız elan edilməsi 

  

Çekin etibarsız elan edilməsinə bu Məcəllənin 1047-ci maddəsi tətbiq olunur. 



  

Maddə 1069. Çekin ödənişə təqdim edilməsi müddətlərinin hesablanması 

  

Çek  ödənişə  yalnız  iş  günləri  təqdim  olunmalıdır.  Təqdimetmə  müddətinin  son 



günü  bazar  gününə  və  ya  başqa  qeyri-iş  gününə  düşdükdə,  müddət  növbəti  iş 

gününədək  uzadılır.  Müddət  ərzində  olan  qeyri-iş  günləri  müddət  hesablanarkən 

nəzərə alınır. 

  

§5. İstiqraz 

  

Maddə 1070. İstiqraz anlayışı

xl[437]

 

  



İstiqraz  emitentin  istiqraz  mülkiyyətçisinə  borclu  olduğunu  təsdiqləyən  və  şərtlərindən 

asılı  olaraq,  müəyyən  edilmiş  tarixdə  faiz  (kupon)  və  ya  diskont  və  əsas  məbləği  ödənilən  borc 

investisiya qiymətli kağızıdır. 

  

Maddə  1071.  İstiqraz  şəklində  borc  öhdəliyindən  irəli  gələn  tələblərin 

ödənilməsi – çıxarılmışdır.

xli[438]


 

  

Maddə 1072. İstiqrazların etibarsız elan edilməsi – çıxarılmışdır. 

  

Maddə  1073.  Faizli  qiymətli  kağız  kuponları,  renta  kağızları  və  dividend 

kuponları – çıxarılmışdır. 


  

Maddə 1074. Kartoçkalar, markalar və oxşar sənədlər – çıxarılmışdır. 

  

Maddə  1075.  Açıq  borc  istiqrazları.  Emissiya  prospektinin  məcburiliyi  – 

çıxarılmışdır. 

  

Maddə 1076. Konversiya borcu istiqrazları

xlii[439]

 

  



1076.1.  Konversiya  borcu  istiqrazları  açıq  səhmdar  cəmiyyətləri  tərəfindən 

buraxılan  borc  öhdəlikləri  olub,  nəinki  faizlərin  hesablanmasını  tələb  etmək  hüququ, 

həm  də  onları  eyni  növ  qiymətli  kağızlara  dəyişmək  hüququ  və  ya  yeni  səhmlər  əldə 

etməkdə üstünlük hüququ verir.

xliii[440]

 

1076.2.  Konversiya  borcu  istiqrazları  yalnız  emissiya  prospekti  əsasında  açıq 



abunə  yazılışı  üçün  buraxıla  və  ya  birjaya  çıxarıla  bilər.  Emissiya  prospekti  barəsində 

bu  Məcəllənin  1078-12-ci  maddəsi  müvafiq  surətdə  tətbiq  olunur.  Prospektdə  əlavə 

olaraq aşağıdakılar göstərilməlidir: 

1076.2.1. istiqrazların dəyişdirilməsi və ya səhmlərin əldə edilməsi müddəti

1076.2.2.  konversiya  borcu  istiqrazlarının  səhmlərə  dəyişdirilməsi  hansı  nisbətdə 

aparılmalıdır  və  ya  konversiya  borcu  istiqrazları  şəklində  borc  öhdəliyi  ilə  bağlı 

üstünlük 

hüququ 


əsasında 

hansı 


məbləğdə 

səhmlərin 

əldə 

edilməsi 



mümkündür;

xliv[441]

 

1076.2.3. hansı məbləğdə əlavə haqq mümkündür. 



1076.3.  Konversiya  borcu  istiqrazının  sahibi  istiqrazdan  irəli  gələn  hüquqları  ilə 

kifayətlənə  bilər  və  dəyişdirmə  hüququnu  və  ya  əldə  etməyə  üstünlük  hüququnu 

həyata keçirməyə borclu ola bilməz. 

  

Maddə 1076-1. Təmin edilmiş istiqrazlar

xlv[442]


 

  

1076-1.1.  Təmin  edilmiş  istiqrazlar  onlardan  irəli  gələn  öhdəliklər  girovla,  qarantiya  ilə, 



həmçinin dövlət və ya bələdiyyə zəmanəti ilə təmin olunan istiqrazlardır.

xlvi[443]

 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə