Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə29/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   25   26   27   28   29   30   31   32   ...   189

Zəhəri mən özüm hazırlayaram. 

Romeo tezliklə yatar rahatca. 

Ah, onun adını eşidib, onun Yanına 

getməmək nə dözülməzdir! Könlümdə 

Tibalta olan sevgimi Qatilin başından 

ayağınadək Yağdıra bilməmək necə 

əzabdır! 

Le di  Ka pu l e t t i.  

Sən zəhər hazırla, mən adam tapım. 

İndi bir şad xəbər deyərəm sənə. 

Cü ly e t t a .  

Şad xəbər yeridir bu qəm içində? 

O necə xəbərdir bir danış, ana? 

Le di  Ka pu l e t t i.  

Sənin çox qayğıkeş atan var, qızım. 

O sənin dərdini dağıtmaq üçün Vaxt 

təyin etdi ki, şənlik keçirsin Bu heç yuxumuza 

girməzdi bizim. Cü lye t t a .  Vaxt təyin elədi, o hansı 

gündür? 

Le di  Ka pu l e t t i.  

Mənim əziz balam, cümə axşamı Səhər 

qəşəng, nəcib qraf Parislə Pyotr 

kilsəsində təntənə ilə Sizin kəbininiz 

kəsiləcəkdir. 

Cü ly e t t a .  

Pyotr kilsəsinə, Pyotra da 

Mən and içirəm ki, heç vaxt, heç zaman 

Bizim kəbinimiz kəsilməyəcək. 

Məəttəl qalmışam, elçi gəlməmiş Tez 

kəbin kəsməyin mənası nədir? Atama de, 

hələ ər vaxtı deyil, 

Getsəm, mən gedərəm nifrət etdiyim 

Romeoya, ancaq o Parisə yox! 

Bu təzə xəbərdir, həqiqətən də! 

Le di  Ka pu l e t t i.  

Odur, atan gəlir, ona özün de, 

Görək bu sözünə necə baxacaq. 

109 

downloaded from KitabYurdu.org




Ullyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Kapuletti ilə dayə daxil olurlar. 

Ka pu le t t i.  

Gün qürub edəndə göydən şeh düşər, 

Qardaşım oğlunun qürubu, ancaq Kədərli 

gözlərdən leysan yağdırır. 

Bu nədir? Şəlalə olmusan, qızım? 

Yenə də batmısan göz yaşlarına? 

Sənin bu balaca vücudundaca Həm gəmi, 

həm dəniz, həm də tufan var. Dənizə 

bənzəyir sənin gözlərin

Qabarır, çəkilir göz yaşlarınla. 

Bədənin gəmidir bu duzlu suda, Ahlannsa 

tufan onu çağlayıb, 

Axan göz yaşların şiddətləndirir. 

Təcili sakitlik yaradılmasa, 

Bədənin tufanda qərq olacaqdır. 

Yaxşı, iş necədir, nə oldu, arvad? Dedinmi 

sən ona qərarımızı? 

Le di  Ka pu l e t t i.  

Bəli, o istəmir fəqət heç kəsi

Sənə qayğın üçün təşəkkür edir. 

Bu səfeh məzara ərə gedəcək! Ka p u le t t i.  

Dayan bir sən, arvad, məni başa sal. 

Heç kəsi istəmir? Necə? Nə dedin? 

Təşəkkür eləmir, fəxr eləmir o? 

Bu dəyərsiz qıza belə dəyərli Adaxlı 

tapmışıq, buna sevinmir? 

Cü ly e t t a .  

Təşəkkür edirəm, fəxr eləmirəm. 

Nifrət etdiyimlə necə fəxr edim? 

Qayğınıza görə razıyam sizdən. Ka pu l e t t i.  

Nə? Nə? Bu dolaşıq müəmma nədir? Təşəkkür 

edirəm, fəxr eləyirəm, 

Təşəkkür etmirəm, fəxr eləmirəm! 

Ey, ey, anasının sevimli qızı, 

 

110 



downloaded from KitabYurdu.org


Sən nə eləyirsən, nə eləmirsən, Bunlann 

mətləbə heç dəxli yoxdur. Hazırlaş bu 

gələn cümə axşamı Kilsəyə Parislə birgə 

getməyə, 

Yoxsa səni güclə apararam mən. 

Di rədd ol, çər dəymiş, sısqa, yaramaz! 

Le di  Ka pu l e t t i.  

Tfu! Tfu! Ay qız, dəli olubsan? 

Cü ly e t t a .  

Sizə yalvanram diz çöküb, ata, 

Bircə söz deməyə icazə verin. 

Ka pu le t t i.  

Di sus! Cəhənnəm ol, sırtıq dikbaş qız! 

Bax budur deyirəm, saxla yadında: 

Ya sən kilsəyə get cümə axşamı, 

Ya da gözlərimə görünmə bir də. 

Danışma, dillənmə, mənə söz demə. 

Əllərim gicişir. Arvad, biz hər vaxt 

Səninlə dərd çəkib deyinirdik ki, 

Tanrı bircə övlad veribdir bizə

İndi görürəm ki, biri də çoxdur. 

Bu qız bizim üçün bəlaymış, bəla. 

Di itil həyasız, dəyərsiz məxluq! 

Da y ə .  

Xudaya, sən özün ona kömək ol! 

Belə qızı bu cür söyməzlər, ağa! 

Ka pu le t t i.  

Ey ağıl dəryası, saxla dilini, 

Sən get arvadlarla qeybət qırmağa. 

Da y ə .  

Mən ki pis demirəm. 

Ka pu le t t i.  Sən allah, mumla! 

Da y ə .  

Danışmaq da olmaz? 

Ka pu le t t i.  

Sus, gəvzək sarsaq, 

Qeybət dostlarını, get, öyrət ancaq, 

Burda gərək deyil ağlın heç kimə. Le di  Ka pu l e t t i .  

Siz çox qızışdınız. 

111 


downloaded from KitabYurdu.org


Ullyam Şokspir 

DÜNYA 

ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Ka pu le t t i.  

Aman, İlahi! 

Bu məni, deyəsən, dəli edəcək. 

Hər vaxt - gecə-gündüz, işdə-oyunda, 

Evdə, qonaqlıqda, bütün hər yerdə 

Narahat edirdi bir fikir məni; 

Bu qıza layiqli, yaxşı ər tapım. 

Belə bir adamı yetirib Allah. 

Nəsilli, dövlətli, həm gənc, həm gözəl, 

Həm də tərbiyəli, necə deyərlər, 

İnci mücrüsüdür zalımın oğlu. 

Ah, bu cikkildəyən miskin bir axmaq, 

Göz yaşları töküb inləyən kukla 

Xoşbəxt taleyinə, gör bir nə deyir: “Mən 

ərə getmirəm, sevə bilmirəm, Hələ çox 

uşağam, məni əfv edin”. 

Sən ərə getmirsən? Onda zəhmət çək, 

Harda istəyirsən, get orda otla, 

Sənə veriləsi çörəyim yoxdur. 

Zarafat etmirəm, yaxşı qulaq as, 

Cümə axşamına bir azca qalır. 

Bir əməlli-başlı götür-qoy elə. 

Mənim qızımsansa, ona ərə get, 

Qızım deyilsənsə, get, özünü as, 

İstər dilən, ac qal, küçədə gəbər. 

Mən and içirəm ki, baxmaram sənə. 

Mən səni özümə övlad saymaram, 

Varımı vermərəm sənə heç zaman. 

Fikirləş, ağlını başına yığ, ha! 

İnan, mən andımı pozan deyiləm. 

 

Gedir. 

Cü ly e t t a .  

Məgər bu göylərdə mərhəmət yoxmu

Axı, göylər görür mənim dərdimi?! 

Ah, mehriban ana, qovmayın məni. Siz 

vaxtı uzadın bir ay, bir həftə. 

112 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə