Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə37/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   33   34   35   36   37   38   39   40   ...   189

Uilyam Şclıspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Ey gözlərim, baxın ona son dəfə! 

Ey qollarım, qucun son dəfə onu! 

Həyatın qapısı dodaqlanm, siz 

Hər şeyi məhv edən qəddar ölümlə 

Bağlanan daimi müqaviləyə 

İndi möhür vurun saf bir öpüşlə. 

Gəl, ötkəm bələdçim, qorxmaz sükançım, 

Həyat tufanında sınmış gəmimi 

Biryolluq sıldırım qayalara çırp. 

İçirəm eşqimin şərəfinə mən. 

(İçir). 

Namuslu əczaçı, sözün doğruymuş, 

Zəhərin necə tez təsir eləyir! 

Ölürəm yarımı öpə-öpə mən. 



(Ölür.) 

Qəbiristanlığın o biri tərəfindən rahib Lorenso 

əlində fənər, ling və bel daxil olur. 

L o r e n s o .  

Müqəddəs Fransisk, özün kömək ol! 

Zəif ayaqlarım büdrəyir tez-tez, 

Çuxura düşməyim. Aha, o kimdir? 

B alt a z a r .  Dost adamdır, yaxşı tanıyır sizi. 

L o r e n s o .  

Tanrı xoşbəxt etsin səni, əziz dost. 

Mənə bir de görüm, orda boş yerə 

Gözsüz kəllələrə, iyrənc qurdlara 

Elə işıq saçan o məşəl nədir? 

Mənə elə gəlir, yanır özü də 

Kapulettilərin sərdabəsində. 

B a l t a z a r .  

Elədir. Ordakı, müqəddəs ata, 

Sizin dostunuzdur, mənimsə ağam. 

L o r e n s o .  O kimdir? 

B a l t a z a r .  Romeo. 

L o r e n s o .  Çoxdan ordadır? 

 

144 

downloaded from KitabYurdu.org



B a 11 a z a r. Yarım saat olar. 

L o r e n s o .  

O sərdabəyə, 

Gəl, mənimlə gedək. 

B a 11 a z a r. 

Qorxuram, ata. 

Burda olduğumu ağam bilməyir. 

O mənə dedi ki, burda dayanıb Əgər 

məni güdsən, öldürəcəyəm. 

L o r e n s o .  

Onda dur yerində. Mən tək gedərəm. 

Məsə ürəyimi titrədir qorxu, 

Qorxuram başıma fəlakət gələ. 

B a l t a z a r .  

Bu ağacın altda yatmışdım indi. 

Yuxuda gördüm ki, ağam kimləsə 

Vuruşub öldürdü onu. 

L o r e n s o  



(sərdabəyəyaxınlaşır).

 Romeo!


 

Ah, ah, məqbərənin daş pilləsinə Bu 

qan ləkələri tökülüb hardan? Sükut 

mənzilinə atılmış belə Qanlı qılınclann 

mənası nədir? 

(Məqbərəyə girir).

 

Romeo, ağarıb bəti-bənizi. 



Bəs o kimdir? Mecə? Qraf Parisdir? 

Qanına qəltandır? Hansı nəhs saat, 

Görəsən törədib bu müsibəti? Cülyetta 

tərpənir. 



Cülyetta oyanır. 

C ü l y e t t a .  

Oh, əziz atam! 

Bəs hanı sevgilim, ömür yoldaşım? 

Yaxşı yadımdadır, bilirəm ki, mən 

Burda olmalıydım, burdayam indi. Bəs 

hanı Romeom? 

Səhnə arxasından səs-küy eşidilir. 

145 

downloaded from KitabYurdu.org




Uilyam Şchspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

L o r e n s o .  

Xanım, gələn var. 

Dinlə bir səs-küyü! Tez çıxıb gedək Bu 

ölüm, yoluxma, dərd yuvasından. 

Bizim qüvvəmizdən güclü bir qüvvə 

Tamam alt-üst etdi planımızı. 

Gəl, gəl, gedək burdan. Ömür yoldaşın, 

Odur, bax, böyrünə yıxılıb, ölüb. 

Paris də ölübdür. Dayanma, gedək, 

Mən səni rahibə bacılarının Yanına, 

kilsəyə aparacağam. 

Keşikçilər gəlir, heç nə soruşma, 

Cəld ol, əziz qızım, gedək, Cülyetta. 



Yenə səs-küy eşidilir. 

Mən qala bilmərəm bu yerdə bir dəm. 

C ü l y e t t a .  

Get, ata, mən burdan getməyəcəyəm. 



Rahib Lorenso gedir. 

Əlindəki nədir, şüşədir görən? 

Zəhərdir, ömrünü məhv etdi erkən. 

Ah, xəsis sevgilim! İçib büsbütün, 

Mənə bir dama da saxlamayıbdır. 

Öpəcəyəm onun dodaqlanndan, 

Yəqin, zəhər qalıb onlarda bir az, 

Mənim ölməyimə kömək eləyər. 



(Romeonu öpür). 

Necə də istidir dodaqları, ah! 

B i r i n c i   k e ş i k ç i  

(səhnəarxasından).

 

Oğlan, göstər görək, o yer 

haradır? 

C ü l y e t t a .  

Doğrudan, səs gəlir. Gərək cəld olum. 

Gəl, gəl, xoşbəxt xəncər! 



(Romeonun xəncərini qınından çıxarır.) 

 

146 

downloaded from KitabYurdu.org



Qının, bax budur. 

(Xəncəri köksünə sancır.) 

Sən dincəl burada, mənsə qoy ölüm. 



Romeonun cəsədi üstünə yıxılıb ölür. 

Keşikçilər Parisin nökəri ilə daxil olurlar. 

N ö k ə r .  

Buradır, buradır, məşəl yanan yer. 

B i r i n c i   k e ş i k ç i .  

Yerə qan tökülüb, gedin, tez olun, 

Arayın, axtarın qəbiristanlığı. 

Bir adam tapsanız, tutun, saxlayın. 

Bir neçə keşikçi gedir. 

Dəhşətli mənzərə! Qraf burda ölüb, 

Cülyettasa tamam qan içindədir. 

Yenicə keçinib, istidir canı, 

O ki dəfn olalı düz iki gündür. 

Get, danış Hersoqa, qaç, xəbərdar et 

Kapulettiləri, Montekkiləri. 

Siz alın türbəni mühasirəyə! 



Başqa keşikçilər də gedirlər. 

Fəlakətin yeri tapılıb ancaq, 

Onun səbəbini tapmalıyıq biz. 

Bir neçə keşikçi Baltazarla birlikdə geri qayıdır. 

İ k i n c i   k e ş i k ç i .  

Bu zad Romeonun xidmətçisidir, 

Biz onu tutmuşuq qəbiristanlıqda. 

B i r i n c i   k e ş i k ç i .  

Hersoq gələnədək saxlayın onu. 



Başqa keşikçilər rahib Lorenso ile 

birlikdə geri qayıdırlar. 

147 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə