Silin göz yaşını, onun nəşinə Tər gül-çiçək
səpin. Adətə görə,
Gəlinlik paltarı geydirin ona.
Kilsəyə aparın, vaxt itirməyin.
Şüursuz təbiət ağladır bizi,
Ağlımız güldürsün ürəyimizi.
K a p u l e t t i .
Toy şənliyi üçün bütün nə varsa,
Gərək sərf olunsun matəmə, yasa.
Çalğı alətləri yerinə bu gün Kədərlə
səslənsin kilsə zəngləri.
Ehsana çevrilsin qonaqlığımız,
Qəmli ağı olsun şən təranələr,
Tabuta tökülsün toy çiçəkləri.
Qoy hər şey, qoy hər şey tərsinə dönsün!
L o r e n s o .
Senyor, indi gedin; senyora, siz də,
Qraf, siz də gedin, hazırlaşın ki,
Vaxtında dəfn edək mərhuməni biz.
Haqqın arzusunu etsəniz inkar,
Allahın da sizə qəzəbi tutar.
Kapuletti, ledi Kapuletti,
Paris və Lorenso
gedirlər.
B i r i n c i ç a l ğ ı ç ı . Həqiqətən, biz fleytalan gizlədib, buradan
sürüşməliyik.
D a y ə . Gizlədin, gizlədin, nəzakətli oğlanlar, özünüz görürsü-
nüz ki, bu ölüm necə ağır müsibətdir.
(Gedir.)
B i r i n c i ç a l ğ ı ç ı . Bu başım haqqı, bu müsibətdə də bir iş
görmək olar.
Piter gəlir.
P i t e r . Çalğıçılar! Ey çalğıçılar, “Könlün sevinci”, “Könlün
sevinci” havasını çalın. Əgər mənim yaşamağımı istəyirsinizsə,
“Könlün sevinci”ni çalın.
B i r i n c i ç a l ğ ı ç ı . “Könlün sevinci”ni niyə?
131
downloaded from KitabYurdu.org
Uilyam Şokspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
P i t e r . Ah, çalğıçılar, ona görə ki, mənim könlüm özü “Könlüm
gəmlə doludur” havasını çalır. Siz mənə bir şən hava çalın. Bu
bədbəxtə təsəlli verin.
İ k i n c i ç a l ğ ı ç ı . Sizin arzunuz elə ürəyinizdəcə qalacaq. İndi
musiqi vaxtı deyil.
P i t e r . Deməli, siz çalmırsınız?
Ç a l ğ ı ç ı l a r . Xeyr!
P i t e r . Mən sizə yaxşı haqq verərdim.
B i r i n c i ç a l ğ ı ç ı . Bizə nə verərdin?
P i t e r . Şübhəsiz, pul yox, gülməli bir mahnı verərdim. Mən
sizin üçün çalğıçı olardım.
B i r i n c i ç a l ğ ı ç ı . S ə n bizim üçün çalğıçı olanda, mən də sənin
üçün nökər olardım.
P i t e r . İndi mən öz iti nökər xəncərimi sizin başınıza vurub, kəl-
lənizi musiqi aləti kimi kökləyərəm. Mənə heç bir mizrab, musiqi
notları lazım deyil. Mən sizi re edərəm. Mən sizi fa edərəm! Siz məni
eşidirsiniz?
B i r i n c i ç a l ğ ı ç ı . Sən bizi re eləsən, sən bizi fa eləsən, özün
bizi eşidərsən.
İ k i n c i ç a I ğ ı ç ı. Ey, xahiş edirəm, iti xəncərini qınına qoy, iti
ağlını qınından çıxar.
P i t e r . Hə, belə oldu? Onda alın gəldi. İndi mən sizi polad kimi
iti ağlımla xəncərsiz-zadsız öldürərəm. Kişisiniz, cavab verin!
Ürək qəmlə bişəndə,
Baş qüssədən şişəndə,
Gümüş səsli musiqi.
Mə üçün “gümüş səsli”, məhz, “gümüş səsli musiqi” deyiblər? Ey
Simon pişikyosunlu, birinci sən ağzını aç görək.
B i r i n c i ç a l ğ ı ç ı . Açım da, ona görə ki, gümüşün qəşəng səsi
var.
P i t e r . Çox yaxşı! Sən nə deyirsən, ey Hyu skripkagödən.
İ k i n c i ç a l ğ ı ç ı . Mənim qandığıma görə, “gümüş səsli” deyirlər,
onun üçün ki, çalğıçılara həmişə gümüş pul verirlər.
P i t e r. Bu da çox yaxşı! Bəs sən nə deyirsən, ey Ceyms səsda-
ğarcığı?
Ü ç ü n c ü ç a l ğ ı ç ı . Doğrusu, heç bilmirəm nə deyim.
downloaded from KitabYurdu.org
P i t e r. A, sən məni bağışla. Lap yadımdan çıxıb. Axı, sən ancaq
oxuyursan. Sənin yerinə mən cavab verərəm. Ona görə “gümüş səsli
musiqi” deyirlər ki, çalğıçılara heç kim qızıl pul vermir.
Gümüş səsli musiqi
Bizə bir təsəllidir.
Gedir.
B i r i n c i ç a l ğ ı ç ı . Adə, bu nə yaman zəhlətökən haramzadə
imiş!
İ k i n c i ç a l ğ ı ç ı . Qoy rədd olsun, Cek! Evə gedək. Dəfn məra-
siminə gələnləri gözləyək, onlarla birlikdə nahar edək.
Gedirlər.
133
downloaded from KitabYurdu.org
Uilyam Şekspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
BEŞİNCİ PƏRDƏ
BİRİNCİ SƏHNƏ
Mantuya,
küçə.
Romeo daxil olur.
R o m e o .
Yuxu doğrudursa, gördüyüm yuxu
Vəd edir tezliklə şad xəbər mənə.
Taxtında əyləşən padşah kimi,
Köksümdə ürəyim elə rahatdır!
Sanki, sirli bir ruh gəzdirir məni Bu
gün bütün günü yer üzərində.
Yuxuda gördüm ki, gəlib sevgilim,
Mən isə ölmüşəm. Çox qəribədir, Ölü
də yuxuda fikirləşərmiş.
Gülüm birdən öpdü dodaqlarımdan,
Mənə nəfəs gəldi, dirildim bu vaxt,
Bütün kainata hökmdar oldum.
Belə ki, gözəldir eşqin kölgəsi,
Eşq özü, gör indi necə gözəldir!
Baltazar ayağında çekmə daxil olur.
Veronada nə var, danış, Baltazar?
Məktub gətirmədin rahibdən mənə?
Sevgilim necədir? Atam yaxşıdır?
Cülyetta özünü necə hiss edir?
Əgər o yaxşısa, heç nə pis olmaz.
134
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |