Siz öz arzunuza çatacaqsınız.
Dünyada nə varsa, nə mümkündürsə,
Onu heç vaxt sizdən əsirgəmərəm.
Danimarka taxtı atanız üçün Əllərin ağıza,
başın ürəyə Xidmət etdiyindən az xidmət
etmir.
Deyin arzunuzu!
La e r t .
Böyük hökmdar,
Lütf edin, qayıdım mən Fransaya.
Bu şanlı tacqoyma mərasimində Sizə
göstərməkçün məhəbbətimi Mən özüm
oradan gəldim vətənə.
Etiraf edim ki, indi yenidən Fikirlər, arzular,
vəzifə borcu Məni Fransaya çəkir birbaşa.
Təvəqqe edirəm, icazə verin.
Kra l. Atanız nə deyir, razılaşırını?
P ol oni .
Hökmdar, o, sonsuz yalvarışıyla Məni
cana yığdı, təngə gətirdi.
Nəhayət, razılıq verdim mən ona.
Xahiş eyləyirəm, izin veriniz.
Kra l.
Clğur olsun, Laert, öz vaxtınızı Necə
istəyirsiz, elə keçirin.
Hə, indi əzizim, mehriban Hamlet,
Ey mənim qohumum, ey mənim oğlum...
H a m le t
{kənara).
Qohumdan çox yaxın, oğuldan uzaq.
Kra l. Yenə qəm buludu alıb üzünü?
H a m l e t .
Əksinə, hökmdar, şadlıq günəşi Onu daha
artıq nura qərb edib.
Kra li ça .
Ah, Hamlet, gecətək tökmə qaş-qabaq, Krala
səmimi bir dost təki bax.
167
downloaded from KitabYurdu.org
Ullyam Şekspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Gözünü zilləyib sən nə vaxtacan
Atanı torpaqda axtaracaqsan?
Bilirsən, əzəldən dünya belədir.
Canlılar öləcək, bax təbiətə,
Hamı bir-bir köçür əbədiyyətə.
H a m le t . Hə, dünya belədir.
Kra li ça .
Bəs nədən sənə
Bu matəm görünür təkcə, yeganə?!
H a m le t .
Görünür! Yox, xanım, düzü, belədir.
“Görünür?!” sözünü bilmirəm qəti.
Nə qara plaşım, nə yas paltarım,
Nə acı fəryadım, sonsuz göz yaşım,
Nə də ki üzümü tutan qəm-kədər,
Dünyada əzabı, dərdi əks edən
Heç bir şey, heç bir şey mənim qüssəmi
Heç vaxt həqiqətən göstərə bilməz.
“Görünmək”, bu özü bir tamaşadır,
Bunu hər bir adam oynaya bilər.
Mənim qəlbimdədir dərdim, möhnətim,
Göstərmək deyildir onu adətim.
Kra l.
Atana bu qədər yas saxlamağın
Tərifəlayiqdir, gözəldir, Hamlet,
Fəqət bilməlisən, sənin atan da,
Onun atası da atalarını
Taleyin hökmüylə itirib bir vaxt.
Oğulluq borcudur, atamız üçün
Biz gərək bir müddət matəm saxlayaq.
Ancaq ömür boyu qəmə qərq olub
Yas içində qalmaq günahdır, inan.
Kişiyə yaraşmaz belə bir kədər.
Bu kədər iradə zəifliyini,
Ağıl azlığını, qəlb korluğunu,
Avamlığı aydın göstərir, oğlum.
Ən adi, təbii bir hadisətək
168
downloaded from KitabYurdu.org
Olacaq bir işə zidd çıxıb nədən Deyinək,
biz onun dərdini çəkək?
Yox, yox, bu günahdır göylər önündə,
Təbiət önündə, mərhum önündə, Dünya
yaranandan bu günə kimi Ölən ataların
cənazəsini “Belə olmalıdır” sözləri ilə
Qəbrə yola salan insan ağlının
Qarşısında böyük bir qəbahətdir.
Bu sonsuz kədəri dəfn et torpağa,
Bu gündən özünə ata say bizi.
Qoy aləm bilsin ki, bu tacın-taxtın Ən
yaxın adamı sənsən dünyada. Oğluna
ən böyük sevgi bəsləyən Atadan mən
səni az sevməyirəm. Təhsilini davam
eyləmək üçün Vittenberqə getmək
niyyətindəsən.
Bu heç cür yatmayır ürəyimizə.
Ey əziz oğlumuz, vəliəhdimiz!
Xahiş eyləyirik, dəyiş fikrini,
Gözümüz önündən getmə uzağa, Sənin
hər qayğını çəkək özümüz.
Kra li ça .
Qoyma yerə düşsün ananın sözü,
Getmə, bizimlə qal, burda qal, Hamlet. H a m le t .
Sizə tabe olmaq borcumdur, xanım. Kra l.
Bu necə də həlim, gözəl cavabdır.
Ev sənindir, oğlum. Xanım, gəl gedək.
Hamletin bu zərif, qəşəng sözləri
Mənim ürəyimə sevinc gətirdi.
Bunun şərəfinə badə içəndə Hər
qədəhdən sonra top nərələri Gərək
buludlan lərzəyə salsın.
Yerdə çaxan şimşək göylərdə bu gün
Əks-səda versin. Gəlin gedəyin.
(Hamletdən başqa hamı gedir.)
169
downloaded from KitabYurdu.org
Uilyam Şolıspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
H a m le t .
Ah, insan bədəni, necə möhkəmsən!
Əriyib dönmürsən göz yaşlanna.
Ey qadir yaradan, intihan kaş
Yasaq etməyəydin biz insanlara.
İlahi, ilahi! Mənə bu dünya
Necə də mənasız, miskin görünür.
Hər yanda rəzalət, hər yanda dəhşət!
Baxımsız bağçanı kol-kos basantək,
Əclaflıq, alçaqlıq tutub dünyanı.
Bu iş nə tez oldu, nə cür baş verdi!
İki aydır ölüb, iki ay olmaz.
Elə gözəl kral, nəcib bir insan...
O, günəş Allahı Apollon idi,
Bu, içki tannsı yaramaz Satir.
O mənim anamı elə sevirdi,
Qoymurdu üzünə meh də toxunsun.
Ey yerlər, ey göylər, yada salımmı?
Atamın boynuna sarmaşıb anam,
Ona məftunluqla baxar, baxardı,
İndisə aradan bircə ay keçmiş...
Bunu düşünməsəm daha yaxşıdır.
Qadınlar, qadınlar, sizin adınız
Etibarsızlıqdır aləmdə yalnız.
Bircə ay! Matəmli Niobeyatək
Göz yaşı içində mərhum atamın
Tabutu dalınca getdiyi zaman
Geydiyi başmaqlar köhnəlməmişdən
O qadın, o anam, aman İlahi-
Ağılsız, duyğusuz vəhşilər belə
Ondan daha artıq yas saxlayardı.
O mənim əmimə ərə gedibdir.
Gör kimə? Atamın öz qardaşına.
Mənim Herkulesə bənzədiyimtək
Onun da atama bənzəri vardı.
Ancaq tək bircə ay! Saxta göz yaşı
Hələ qurumamış yanaqlarında
170
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |