Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə41/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   37   38   39   40   41   42   43   44   ...   189

Dəniz Allahını - qadir Neptunu Hər 

zaman hökmündə saxlayan Ay da 

Müdhiş qaranlığa qərq olub tamam. 

Elə bil ki, çatıb qiyamət günü. 

Bəlkə, yerlər, göylər birləşib indi Bizim 

yurddaşlara, bizim ellərə Xəbərlər 

gətirən carçılar kimi, 

Elə dəhşətlərtək dəhşət göstərir, Sonra 

da fəlakət baş verəcəkdir. 

Kölgə qayıdır. 

Dinməyin, bir baxın, o yenə gəlir! 

Ölsəm də mən onu saxlayacağam. 

Dayan, sən ey xəyal! Səsin vardısa, 

Əgər danışmağı bacarırsansa, 

Sirrini söylə! 

Sənə istirahət, bizə səadət Gətirə 

biləcək, bəlkə, bir iş var, 

Sirrini söylə! 

Ölkənin dərdini duyubsan, bəlkə, 

Biz onu tez bilsək, dəf eyləyərik, 

Tez mənə söylə! 

Bəlkə, sağlığında sən bir xəzinə Zorla 

əldə edib, zorla qəsb edib Gizlədibsən 

onu torpağın altda. 

Belə deyirlər ki, el arasında, 

Siz ruhlar gəzirsiz xəzinə üçün. 

Xoruz banlayır. 

Sirrini aç mənə, dayan, bir söylə! 

Marsel, saxla onu! 

M a r se l.  Qılıncla vurum? 

H ora t s io.  Hə, vur dayanmasa. 

Be rna rd o.  Burdadır! 

H ora t s io.  Budur! 

M a r se l.  O getdi! (Kölgəgedir.) 

Toxunduq şah vüqanna, 

163 

downloaded from KitabYurdu.org




 

Uilyam Şekspir 



DÜNYA ƏDƏBİYYATI KIASSİKIƏRİ

 

 

Güc göstərib təhqir eylədik onu. 



O hava kimidir, qılınc kəsməyir, 

Hədərdir, gülüncdür zərbələrimiz. 

Be rna rd o.  

Danışardı, heyif, banladı xoruz. 

H ora t s io.  

Bu səsdən diksinib çəkildi dərhal, 

Qorxdu günahkartək cavab verməyə. 

Belə bir söz var ki, sübhün carçısı 

Xoruz zil səsiylə gündüz Allahı - 

Günəşi oyadır öz yuxusundan. 

Bu səsi eşitcək suda, atəşdə, 

Torpaqda, havada dolaşan ruhlar 

Tələsik qayıdır qəbirlərinə. 

Biz indicə gördük bu həqiqəti. 

M a r se l.  

Xoruz banlayanda qeyb oldu kölgə. 

Deyirlər ki, hər il qışdan az əvvəl, 

Milad bayramında gecə sübhədək 

Banlayır durmadan o səhər quşu. 

Onda gəzə bilmir heç yerdə ruhlar, 

Onda gecə keçir asudə, rahat, 

Yerə ziyan vurmur səyyarələr də, 

Sehr də, cadu da düşür kəsərdən. 

Vaxt belə müqəddəs, belə xoş olur! 

H ora t s io.  

Mən də eşitmişəm, az inamım var. 

Baxın, səhər geyib qızıl donunu, 

Gəlir şərq tərəfdən şehli zirvəylə. 

Keşikdən gedəyin, budur məsləhət. Bu 

gecə burada gördüyümüzü Tez xəbər 

verəyin prins Hamletə. Canım haqqı, 

bizə lal olan bu ruh Onu görən kimi 

danışacaqdır. Dostluğun, vəfanın 

hökm etdiyitək, Deyin, biz bu sirri 

açaqmı ona? 

164 

downloaded from KitabYurdu.org




M a r se l.  Gərək mütləq açaq, indi Hamletin 

Harda olduğunu bilirəm, dostlar. 



Gedirlər. 

İKİNCİ SƏHNƏ

 

Kral sarayında qəbul salonu. 

Təntənəli musiqi. Kral, kraliça, müşavirlər, Pələni, Laert, 

Voltimand, Komeli, Hamlet və başqaları daxil olurlar. 

Kra l.  


Əziz qardaşımız Hamletin yası 

Hələ sona çatıb qurtarmasa da, 

Qəlbimiz qalsa da kədər içində, 

Matəmə batsa da bütün krallıq, 

Gərək biz ağılla dözək bu dərdə. 

Ağıl fəlakətlə vuruşub hər vaxt, 

Gərək unutmayaq özümüzü biz. 

Odur ki, əvvəllər bacımız olan, 

İndi hamımızın kraliçamız - Bu hərbi 

dövlətin varisi ilə Biz kəbin 

kəsdirdik. Gözlərimizin İndi biri 

gülür, biri ağlayır. 

Dərdimiz birləşib şadlığımızla. 

İndi tərəzinin iki gözünün Birində 

sevinc var, birində kədər. 

Nikah bağlayanda müşavirlərin 

Bütün sözlərinə biz əməl etdik. 

Siz də yaxşı, müdrik məsləhət üçün 

Bizim təşəkkürü qəbul eyləyin. 

Sonra da aydındır: gənc Fortinbras 

Ya bizi saymayır, ya zənn edir ki, 

Əziz və istəkli qardaşımızın 

Ölümündən sonra dövlətimizdə 

Hərc-mərcilikdir, özbaşınalıqdır. 

Aldanıb uyaraq boş xəyallara 

165 

downloaded from KitabYurdu.org




 

Uilyam Şcfıspir

 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

Elə düşünür ki, güclüdür bizdən. 



Bizi dəng eləyib məktublanyla, 

Qoca atasının itirdiyini - 

Cəsur, şücaətli qardaşımızın 

Qanunla aldığı bütün yerləri 

Bizdən qaytarmağı tələb eyləyir. 

Budur müxtəsəri onun haqqında. 

İndi həm özümüz, həm də məclisin 

Əsl mahiyyəti, məğzi barədə: 

Qarşıda görməli çox işimiz var; 

Norveç kralına, Fortinbrasın 

Əmisinə məktub hazırlamışıq. 

O qoca xəstədir, düşüb yatağa. 

Qardaşı oğlunun əməllərini, 

Yəqin ki, eşitmir zəifliyindən. 

Məktubda biz ondan rica edirik, 

Alsın qabağını bu dikbaşlığın. 

Yazmışıq bilsin ki, bütün qoşunlar 

Toplanıbdır onun rəiyyətindən, 

Xərci də verilir xəzinəsindən. 

Mehriban Korneli, əziz Voltimand, 

Məktubu sizinlə göndəririk biz. 

O qoca krala salam apann

Artıq səlahiyyət vermirik sizə. 

Nəzakət göstərin danışıq vaxtı, 

Qanun sərhədindən kənar çıxmayın. 

Gedin, zirək olun, qoy cəldliyiniz 

Sədaqətinizi sübut eyləsin. 

Ko rn e li ,   V olt im a n d.  

Yenə də hər zaman olduğu kimi, 

Sizə sədaqəti sübut edərik. 

Kra l.  

Bir şübhəmiz yoxdur, sizə yaxşı yol. 



(Voltimand və Korneli gedirlər.) 

Hə, Laert, danışın, təzə nə xəbər? 

Deyirdiniz, bizdən xahişiniz var. 

O nədir ki, Laert? Xeyirlidirsə, 



166 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə