Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə40/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   36   37   38   39   40   41   42   43   ...   189

M a r s e l .  

Yaxşı yol, dostum. 

Yerində kim qaldı? F r a n s i s k o .  

Odur, Bemardo. 

Sağ olun, gecəniz xeyrə qalsın. 

Gedir. 

M a r s e l .  Ey Bernardo! 

B e r n a r d o .  

Nə var, bir söylə görüm. 

Horatsio burdadır? 

H o r a t s i o. Deyəsən, burdadır. 

B e r n a r d o .  Xoş gördük, Horatsio, xoş gördük, Marsel. 

H o r a t s i o .  Hə, bu gecə o zad yenə gəldimi? 

B e r n a r d o .  Heç nə görməmişəm. 

M a r s e l .  

Horatsio inanmır buna heç cürə. 

Deyir: iki dəfə o gördüyümüz Kölgə 

yalnız bizim uydurmamızdır. 

Odur ki, gətirdim Horatsionu, 

Bu gecə keşikdə qalsın bizimlə. 

Yenidən gələrsə o qorxulu ruh, 

Onu öz gözüylə görüb inansın, 

Həm də bir onunla söhbət eləsin. 

H o r a t s i o .  Boş şeydir, o gəlməz. 

B e r n a r d o .  

Əyləşin bir az, 

Bu iki gecədə nə görmüşüksə, 

Bir daha birbəbir hamısını biz Sizə 

danışaq ki, inanasınız. 

H o r a t s i o .  Yaxşı, əyləşəyin, danış, Bemardo. 

B e r n a r d o .  

Dünən gecə göydə qütb ulduzundan 

Qərb tərəfdə doğan həmən o ulduz 

Yenicə bu cürə nur saçırdı ki, 

159 

downloaded from KitabYurdu.org




Uilyam Şckspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Marsellə mən idim, saat bu zaman 

Bir dəfə vurmuşdu... 

Kölgə gəlir. 

M a r s e l .  Sus bir, kəs səsini, bax, yenə gəlir! 

B e r n a r d o .  Lap özüdür, mərhum kralımızdır. 

M a r s e l .  

Horatsio, tez ol, onunla danış, 

Axı, oxumusan, sən savadlısan. 

B e r n a r d o .  Horatsio, bax, krala oxşamayırmı? 

H o r a t s i o .  Odur! Qorxu, heyrət sarsıdıb məni. 

B e r n a r d o .  O ,  sual gözləyir. 

M a r s e l .  Soruş, Horatsio. 

H o r a t s i o .  

De kimsən, nəçisən? Danimarkanın 

Mərhum kralının əzəmət dolu, 

Vüqarlı, möhtəşəm qiyafəsinə 

Nə haqla girmisən bu gecəyarı? 

Göyə and verirəm səni, cavab ver! 

M a r s e l .  Söz ona toxundu. 

B e r n a r d o .  Görürsən, gedir. 

H o r a t s i o .  Dayan, and verirəm, dayan, cavab ver. 

Kölgə gedir. 

M a r s e l .  O getdi, danışmaq istəmədi heç. 

B e r n a r d o .  

Nə oldu, Horatsio? Rəngin saralıb, 

Əsirsən; bu indi uydurmadımı? 

Danış, sözün nədir, hə, fikrin nədir? 

H o r a t s i o .  

Onu görməsəydim öz gözlərimlə, 

Allaha and olsun, inanmazdım heç. 

M a r s e l .  Oxşayırmı bizim kralımıza? 

H o r a t s i o .  

Sən özün-özünə oxşadığıntək. 

O, xudpəsənd Norveç kralı ilə 

 

160 

downloaded from KitabYurdu.org



Döyüşdəki hərbi paltanndaydı. 

Polşa kralını danışıq vaxtı Hirslənib 

xizəkdən buzun üstünə Atdığı gün 

kimi qaşqabaqlıydı. 

Bu çox qəribədir! 

M a r se l.  

O elə bu zaman dünən iki yol Keçdi 

yanımızdan əzəmət ilə. 

H ora t s io.  

Mən dəqiq bilmirəm, ümumiyyətlə, 

Bunu bilirəm ki, dövlətimizi Tutacaq 

bəladan bu xəbər verir. 

M a r se l.  

Gəlin əyləşəyin. Kim mənə deyər, 

Gecələr hamını incidən, üzən Eyni 

ciddiyyətlə, böyük diqqətlə Belə keşik 

çəkmək nə deməkdir, nə? Təcili 

yaranan dəhşətli toplar, Xaricdən 

alınan qorxunc silahlar İşarə deyilmi 

müharibəyə? 

Gəmi hazırlayan ustalar neçin Bazar 

günləri də iş günləritək İşləyir bir an 

da ara vermədən? 

Gecə də, gündüz də qan-tər içində 

Tələsik bu cürə hazırlıq nədir? Bunları 

kim mənə izah eyləyər? 

H ora t s io.  

Mən izah edərəm. Belə deyirlər, İndicə 

surəti bizə görünən, 

Bildiyiniz kimi, bizim kralı - İxtiyar 

Hamleti Norveç hakimi Lovğa 

Fortinbras qanlı döyüşə Təhrik 

eləyibdir. Həmin döyüşdə Bizim cəsur 

kral öldürüb onu, Çatıbdır dünyada 

şana-şöhrətə. 

Şərəf qanunuyla təsdiq olunan Belə 

müqavilə bağlanıb əvvəl: 

161 

downloaded from KitabYurdu.org




Ullyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Əgər Fortinbras məğlub olarsa, 

Onun həyatı da, torpaqları da 

Keçəcək əlinə bizim kralın. 

Yox, əgər döyüşdə qalib gələrsə

Bizim hökmdarın varı-dövləti 

Keçəcəkdir onun sərəncamına. 

O müqaviləyə uyğun olaraq 

Bütün malı-mülkü Fortinbrasın 

Verilib Hamletin ixtiyarına. 

İndi onun oğlu gənc Fortinbras 

Sönməz coşqunluqla alovlanaraq 

Gəzib oymaq-oymaq bütün Morveçi 

Qanuna-qaydaya tabe olmayan, 

Bir qarın yeməkçün başkəsənləri 

Başına toplayıb, qoşun düzəldib. 

İstəyir, atası qoca kralın 

Bir vaxt itirdiyi bütün yerləri 

Zor ilə, güc ilə geri qaytarsın. 

Bu yaxşı məlumdur bizim dövlətə. 

Zənnimcə, ölkədə tələm-tələsik 

Əsgər toplamağın, çaxnaşmaların 

Əsas səbəbi də elə tək budur. 

Be rna rd o.  

Bu ancaq belədir, başqa cür olmaz. 

Al-qanlara həris, hərblərə bais 

Krala bənzəyən o qorxunc kölgə 

Belə qəzəb ilə silahlanaraq 

Bizim düşərgəni nahaq dolanmır. 

H ora t s io.  

Ağlımın gözünə o batır qumtək... 

Roma dövlətinin ən şanlı vaxtı, 

Qüdrətli Sezann qətlindən əvvəl 

Ölülər məzardan çıxıb bayıra, 

Gəzib küçələri ağ kəfənlərdə 

Qorxunc, anlaşılmaz sözlər deyirmiş. 

Quyruqlu ulduzlar göydən od töküb

Qanlı yağış yağıb, tutulub günəş. 

 

162 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə