Uilyam Şokspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
H e r s o q .
Məktubu mənə ver, özüm oxuyum.
Hardadır nökəri qraf Parisin?
Gedib, o çağırıb keşikçiləri.
Nökər irəli çıxır.
Söylə, nə edirdi ağan burada?
N ö k ə r .
O, öz zövcəsinin məzarı üstə
Çiçək qoymaq üçün gəlmişdi ancaq.
Mənə əmr elədi: durum kənarda.
Mən də gedib durdum bir kənardaca.
Birdən kimsə gəldi əlində məşəl,
Açmağa başladı bu sərdabəni.
Ağam dərhal cumdu onun üstünə,
Mən qaçdım çağırım keşikçiləri.
H e r s o q .
Rahibin sözləri təsdiq edildi.
Məktubda Romeo Cülyetta ilə
Təmiz sevgisindən söz açıb, onun
Ölüm xəbərindən düşür dəhşətə.
Yazır: bir kasıbdan zəhər alıbdır,
İndi bura gəlir: türbədə ölüb
Birgə yatmaq üçün Cülyetta ilə.
Hanı Kapuletti? Montekki hanı?
Hardadır düşmənlər? Bir baxın, görün,
Necə cəza verib sizə bu göylər,
Sevgiylə məhv etdi sevincinizi.
Sizin ədavətə göz yumduğumçün
İki qohumumu itirdim mən də.
K a p u l e t t i .
Montekki, əlini mənə ver, qardaş!
Qoy bədbəxt qızıma ərindən qalan
Dul mirası ancaq, ancaq bu olsun.
Mənim bundan artıq təmənnam
yoxdur.
152
downloaded from KitabYurdu.org
M o n t e k k i .
Yox, mən daha artıq verə bilərəm:
Heykəl ucaldaram qızıldan ona. Verona durduqca -
burada ondan Qiymətli bir heykəl olmaz heç
zaman. Qovuşar əbədi, ölməz həyata Dünyanın ən
sadiq qızı Cülyetta. K a p u l e t t i .
Romeo ayrılmaz sevgilisindən,
Ona da zər heykəl ucaldaram mən.
H e r s o q .
Bu səhər özüylə gətirdi zülmət,
Kədərdən görünmür Günəşin üzü.
Gedəyin, edəyin ətraflı söhbət,
Güzəşt də, cəza da vacibdir, düzü,
Romeo, Cülyetta dastanı qədər Yoxdur
bu dünyada yanıqlı əsər.
Gedirlər.
153
downloaded from KitabYurdu.org
Ullyam Şshspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
downloaded from KitabYurdu.org
HAMLET
downloaded from KitabYurdu.org
Ullyam Şshspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
downloaded from KitabYurdu.org
Hamlet
İ Ş T İ R A K E D Ə N L Ə R
K l a v d i
H a m l e t
F o r t i n b r a s
H o r a t s i o
F o l o n i
L a e r t
V o l t i m a n d 1
K o r n e l i /
R o z e n k r a n t s l
Q i l d e n s t e r n /
O z r i k
Z a d ə g a n
K e ş i ş
M a r s e l 1
B e r n a r d o J
F r a n s i s k o
R e y n a l d o
K a p i t a n
İ n g i l i s
s ə f i r l ə r i
A k t y o r l a r İ k i
m ə z a r ç ı
G e r t r u d a
-
Danimarka kralı
-
keçmiş kralın oğlu, indikinin qardaşı oğlu
-
Norveç şahzadəsi
-
Hamletin dostu
-
kral sarayının müşaviri
-
onun oğlu
-
saray adamları
-
Hamletin keçmiş universitet yoldaşları
-
zabitlər
-
əsgər
-
Poloninin yaxın adamı
-
Danimarka kraliçası, Hamletin anası
O f e l i y a
- Foloninin qızı
Lordlar, ledilər, zabitlər, əsgərlər, dənizçilər, carçılar,
xidmətçilər. Hamletin atasının kölgəsi
Hadis
ə
l
ə
r Elsinorda c
ə
r
ə
yan edir.
157
downloaded from KitabYurdu.org
Uilyam Şokspir
DÜNYA ƏDƏBİYYATI KIASSİKIƏRİ
BİRİNCİ PƏRDƏ
BİRİNCİ SƏHNƏ
Elsinor. Qəsrin önündə bir meydan.
Fransisko keşikdə dayanıb. Bemardo ona yaxmlaşır.
B e r n a r d o . Orda kim var?
F r a n s i s k o . Dayan, sən özün kimsən?
B e r n a r d o . Yaşasın kral!
F r a n s i s k o . Bemardo?
B e r n a r d o . Mənəm.
F r a n s i s k o . Növbənə gəlmisən lap öz vaxtında.
B e r n a r d o . Gecə yarı olub, get yat, qardaşım.
F r a n s i s k o .
Çox sağ ol ki, məni əvəz elədin.
Donmuşdum, qəlbim də bərk darıxırdı. B e r n a r d o .
Növbən necə oldu, sakit keçdimi? F r a n s i s k o . Gözə
görünmədi bir siçan belə. B e r n a r d o .
Yaxşı, xudahafiz, di get, əzizim.
Sənə rast gəlsələr Horatsio, Marsel, Tələsdir,
növbəyə gecikməsinlər. F r a n s i s k o . Deyəsən, onlardır.
Dayanın, kimdir?
Horatsio ilə Marsel daxil olurlar.
158
H o r a t s i o . Vətən oğulları.
M a r s e l . Kral nökərləri.
F r a n s i s k o . Mən getdim,
hələlik.
downloaded from KitabYurdu.org