Əmin oğurlanıb gəldi yanıma.
O məlun bəngotu cövhərini tez Tökdü
qulağıma. Elə zəhər ki,
Qorxunc düşmənidir insan qanının.
Bir anda bədənə axıb civətək,
Bütün damarları yandırır tamam.
Tünd sirkə qatılıb çürüyən südtək,
Bir göz qırpımında çürüyür qan da.
Bax, mənim həyatım məhv oldu bu cür.
Cüzama tutulmuş bir adam kimi,
Canımı bürüdü göz-göz yaralar Bir an
içində.
Mən yuxuda ikən doğma qardaşım
Həyatdan, taxt-tacdan, kraliçadan
Qəflətən, əbədi ayırdı məni.
Dua oxumadan, tövbə etmədən Cİzü
qara getdim haqq dərgahına. Bütün
günahlarım boynumda qaldı, Zülmət
cəhənnəmin oduna düşdüm. Dəhşətdir,
dəhşətdir, olduqca dəhşət! Qəlbində
atana məhəbbət varsa,
Bu alçaq təhqirə sən dözmə, oğlum.
Qoyma Danimarka hökmdarlığı Çirkin
yataq olsun əxlaqsızlığa.
Lakin sən intiqam aldığın zaman Çalış ki,
saf ruhun ləkələnməsin.
Ananla bir işin olmasın heç vaxt,
Allahın hökmünə burax sən onu.
Qoy onun qəlbinə dolmuş ilanlar Ona
əzab versin. Əlvida, oğlum.
İşıldaquşunun solur şöləsi,
Demək, yaxınlaşır sübh şəfəqləri.
Əlvida, əlvida, məni unutma!
H a m l e t .
Gedir.
Ey göylər! Ey yerlər! Daha mən nəyi
Köməyə çağırım? Cəhənnəmimi?
187
downloaded from KitabYurdu.org
Uilyam Şokspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Çırpınma ürəyim, əsmə dizlərim,
Bədənim, qocalma bir an içində,
Mətanətlə dözün bu işgəncəyə.
Səni unutmayım, zavallı kölgə?
Bu sarsaq dünyada saf yaddaş varsa,
Axı, səni necə unutmaq olar?
Səni unutmayım? Mən yaddaşımdan
Bütün hisslərimin həkk elədiyi Arzunu,
duyğunu, düşüncələri;
Bütün kitabların kəlamlarını,
Bütün surətləri, bütün sözləri;
Clşaqlıq vaxtından bu günə qədər
Eşidib, bildiyim xatirələri - Hər şeyi, hər
şeyi silib ataram.
Beyin kitabımın hər bir sətrinə Zinalıq,
əclaflıq qatışdırmadan Tək sənin
hökmünü yazaram, ata,
Tək sənin hökmünü, əmin ol buna.
Oh, fəsad cövhəri, oh, rəzil qadın!
Oh, zərif təbəssüm, məlun rəzalət! Qələmim-
dəftərçəm hardadır mənim?!
Bu mənfur dəhşəti qeyd edim gərək:
Təbəssüm, rəzalət birgə olarmış!
Heç yanda, heç yerdə bu olmasa da,
İnanıram, vardır Danimarkada.
(Yazır.)
Hə, əmi, möhkəm dur indi yerində.
İndi şüarımdır mənim bu sözlər:
“Əlvida, əlvida, məni unutma!"
And içirəm, səni unutmaram mən.
H ora t s io
{səhnə arxasından).
Prins, əziz prins!
M a r se l
{səhnə arxasından).
Prins Hamlet!
H ora t s io
{səhnəarxasından).
Allah pənahında saxlasın onu!
H a m le t . Amin, ulu göylər!
H ora t s io
{səhnəarxasından).
Hey, ey-ey, milord!
H a m le t . Ehey, ey-ey, dostlar, gəlin, burdayam!
Horatsio və Marsel daxil olurlar.
188
downloaded from KitabYurdu.org
M a r se l. Hə, nə oldu, prins?
H ora t s io. Nə xəbər, milord?
H a m le t . Əcaib möcüzə!
H ora t s io. Danışın, milord.
H a m le t . Yox, yox, deyərsiniz bunu hamıya.
H ora t s io. Vallah, mən demərəm.
M a r se l. Mən də, inanın.
H a m le t .
Yaxşı, heç ağla gələrdimi ki...
Ancaq siz bu sirri açmayınız ha!
H ora t s io v ə M a r se l. Göylərə and olsun, açmarıq, milord.
H a m le t .
Yoxdur belə cani Danimarkada,
O həm də ən qəddar bir yaramazdır.
H ora t s io.
Bir bunu deməkçün məzardan çıxıb
Ruhun gəlməsinə axı nə hacət!
H a m le t .
Doğrudur, doğrudur. Gəlin əl verib,
Artıq danışmadan ayrılağın biz.
Siz öz işinizə, mən öz işimə,
Hər kəsin dünyada bir arzusu var.
Taleyim ümidsiz, zawalı, miskin,
Gedim məşğul olum ibadətimlə.
H ora t si o. Bu sözlər bulanlıq girdabdır ancaq.
H a m le t . Qəlbinizə dəydi, bağışlayınız.
H ora t s io. Burda qəlbə dəyən bir təhqir yoxdur.
H a m le t .
Müqəddəs Patrikə and olsun, vardır,
Özü də ən böyük, ən dəhşətlisi.
Kölgə barəsində, Horatsio, mən Deyə
bilərəm ki, o namusludur.
Bizim aramızda olan söhbəti Bilmək
arzunuzu boğun birtəhər.
İndisə mehriban, əziz dostlarım,
Sizdən məktəb, qılınc dostlarım kimi,
Mənim acizanə bir xahişim var.
189
downloaded from KitabYurdu.org
Uilyam Şekspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
H or ats i o. Buyurunuz, milord!
H a m le t . Bu əhvalatı
Heç zaman heç kimə danışmayınız.
H ora t s io v ə M a r se l. Danışmarıq, milord.
H a m le t . Yox, yox, and için.
H ora t s io. Milord, danışmaram, vicdanım haqqı!
M a r se l. Mən də and içirəm öz vicdanıma.
H a m le t . Mənim qılmama and için, dostlar.
M a r se l. Biz artıq and içdik, mehriban milord.
H a m le t . Yalnız qılıncıma and için mənim.
Kö lg ə
(yer altından).
And İçin!
H a m le t .
Ordasan, sədaqətli dost?
Sən də şəriksənmi dediklərimə?
Onu yer altından eşitdinizmi?
Di gəlin, and için!
H ora t s io. Necə and içək?
H a m le t .
Mənim qılıncıma and için ki, siz
Bu gecə burada gördüyünüzü
Heç yanda heç kimə söyləməzsiniz.
And için.
Kö lg ə
(yer altından).
And İçin!
H a m le t .
Hic et ubique? -
Hər yerdə dolanır, hər yerdə gəzir.
Qəlin dəyişdirək yerlərimizi.
Keçin bu tərəfə, keçin, cənablar.
Basıb qılıncıma əllərinizi
And için: burada eşitdiyiniz
Hamıdan hər zaman gizli qalacaq.
Kö lg ə
(yer altından).
And İçin!
H a m le t .
Ah, səni, qoca köstəbək,
Nə bərk işləyirsən torpağın altda?
Gözəl lağım atan istehkamçısan!
Yenə yerimizi dəyişək, dostlar.
190
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |