Deyinib söyürəm bütün gün boyu
Pinti qabyuyantək!
Tfu! Ayıb olsun! Oyan, ey beynim!
Mən eşitmişəm ki, hər hansı cani
Qətl səhnəsinə baxdığı zaman Elə
sarsılır ki, onun varlığı Tez büruzə
verir cinayətini.
Cinayətin dili yoxsa da, ancaq
Danışır qəribə işarələrlə.
Gedib tapşıraram aktyorlara,
Atamın qətlinə bənzər səhnəni
Əmimin önündə canlandırsınlar.
Əmim dəhşət ilə ona baxanda Mən
də diqqət ilə izlərəm onu. Özünü
itirib şaşırsa əgər,
Onda mən bilirəm nə edəcəyəm.
Bəlkə də, gördüyüm həmin o kölgə
Qorxulu şeytandır. Şeytan ən gözəl
Cildlərə girməyi bacarır, axı.
Bəli, ola bilsin, ruhumu əzən Ağır
sarsıntıdan, sonsuz kədərdən Sui-
istifadə edir o məlun.
Əziz görkəmində əziz atamın Gəlib
çəkir məni fəlakətlərə.
Təsdiq etmək üçün şübhələrimi
Mənə daha möhkəm bir əsas gərək.
Bu əsas - bu güzgü yalnız səhnədir,
Göstərər kralın vicdanı nədir.
Gedir.
217
downloaded from KitabYurdu.org
Uilyam Şekspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
ÜÇÜNCÜ PƏRDƏ
BİRİNCİ SƏHNƏ
Qəsrdə bir otaq.
Kral, kraliça, Poloni, Ofeliya, Rozenkrants ve
Qildenstem daxil olurlar.
K r a l .
Dolanbac, dolayı suallarla siz
Öyrənə
bilmədiz
dinc
həyatını Bu cür təhlükəli
əsəbiliklə,
Qorxunc dəliliklə keçirir nədən?
R o z e n k r a n t s .
Etiraf edir ki, pozulub halı,
Ancaq səbəbini demək istəmir.
Q i l d e n s t e r n .
Heç vəchlə söz ala bilmədik ondan,
Biz əsl mətləbi hər soruşanda
Qoyub dəliliyə özünü bu vaxt
Sözü
sapdırırdı
çox
məharətlə.
K r a 1 i ç a. O sizi yaxşımı qəbul eylədi?
R o z e n k r a n t s . Lütfkar, mehriban centlmen kimi.
Q i l d e n s t e r n . Fəqət danışırdı yaman könülsüz.
R o z e n k r a n t s .
Olduqca xəsisdi sual verməkdə,
Cavab verməkdəsə səxavətliydi.
K r a l i ç a . Onu əylənməyə razı saldınız?
R o z e n k r a n t s .
Xanım, iş düzəldi özü-özünə;
Biz yolda rast gəldik aktyorlara,
218
downloaded from KitabYurdu.org
Ona deyən kimi sevindi qəlbən.
Yəqin, saraydadır o aktyorlar.
Prins əmr elədi, məncə, bu axşam
Tamaşa versinlər.
P ol o ni.
Bu çox doğrudur.
O mənə tapşırdı, zati-alilər,
Dəvət edim sizin hər ikinizi.
Lütf edin, gəlin!
K r a l .
Məmnuniyyətlə!
Onun belə işlə maraqlanmağı Mənim
ürəyimi çox sevindirir. Cavan centlmenlər,
həvəsləndirin Onu daim bu cür əyləncələrə.
R o z e n k r a n t s . Biz öz canımızı əsirgəmərik.
Rozenkrantsla Qildenstem
gedirlər.
K r a l .
Əziz Gertruda, gülüm, sən də get.
Hamletin dalınca gizlicə, xəlvət Adam
göndərmişik, dilə tutaraq Hamleti
buraya gətirəcəkdir.
Prins təsadüfən görürmüş kimi.
Ofeliyanı burda görəcək indi.
Qızın atasıyla mən də bir yanda
Qanuni casustək gizlənib onun
İzləyərik hər bir hərəkətini,
Öyrənib bilərik onu üzən dərd
Məhəbbət qəmidir, yaxud başqa şey.
K r a l i ç a .
Bu saat gedirəm. Ah, Ofeliya,
Arzu edirəm ki ulu göylərdən,
Hamletin bu ağır xəstəliyinə Sənin
gözəlliyin səbəb olaydı.
Cİmid edirəm ki, təmiz ismətin
219
downloaded from KitabYurdu.org
Uilyam
Şckspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Onu qaytarardı adi yoluna,
Ona da, sənə də şərəf olardı.
O f e l i y a . Kaş Allah eləsin!
Kraliça gedir.
P o l o n i .
Ofeliya, sən
Qızım, hərlən burda. Siz əlahəzrət, Lütf
edin, buyurun biz də gizlənək.
(Ofeliyaya)
Bu kitabı oxu, onda tək-tənha
Gəzməyin heç kəsdə şübhə oyatmaz.
Əzəldən belədir dünyada insan. Mömin
görkəmində, pir libasında Hətta şeytanı
da aldada bilir.
K r a l
(kənara).
Oh, necə də düzdür! Bu sözlərlə o
Mənim vicdanımı qamglayır ki!
Ənlik, kirşan altda qəhbənin üzü
Qəşəng sözlər altda gözə çarpmayan İyrənc
əməlimtək çirkin deyildir. Dəhşətdir daşımaq bu
ağır yükü! P o l o n i . O gəlir, bir yana çəkilək,
milord.
Kral və Poloni gedirlər. Hamlet gəlir.
H a m l e t .
Olum, ya ölüm, budur məsələ.
Hansı şərəflidir? Azğın taleyin Müdhiş
oxlarına susub dözməkmi, Yoxsa
fəlakətlər nəhrinə qarşı Silaha sarılıb
üsyanmı etmək:
Ya qələbə çalmaq, ya həlak olmaq?
Ölmək - yuxulamaq, yalnız budur, bu!
Bununla ürəyin ağrılarını,
Əzəldən insanın nəsibi olan
Minlərlə dərdləri, iztirabları
Bir anın içində unuduruq
biz.
220
downloaded from KitabYurdu.org
Bumu gecə-gündüz dua oxuyub Arzu
etdiyimiz gözəl aqibət?
Ölmək - yuxulamaq, əbədi yatmaq,
Sonra yuxu görmək! Bax, budur əngəl.
Biz canı qurtarıb işgəncələrdən Ölüm
yuxusunda nə görəcəyik?
Budur yolu kəsən. Bu səbəb bizi Məcbur
edir çəkək ömrümüz boyu Bütün
zillətləri, müsibətləri.
Yoxsa kim dözərdi, kim dözərdi, kim
Zamanın cövrünə, həqarətinə,
Zalımın zülmünə, haqsızlığına,
Lovğa əyanların təkəbbürünə,
Tapdanmış sevginin əzablarına,
Acgöz hakimlərin əclaflığına,
Qansız nazirlərin sırtıqlığına,
Hər cür şərəfsizin şərəfliləri İyrənc
təhqirinə, istehzasına? Bunlardan əbədi
qurtarmaq üçün Bir xəncər zərbəsi
kifayət ikən Həyatın rəzalət yükü
altında Heçin sürünürük inildəyərək?
Bizi vadar edən buna nədir, nə?
Yalnız bircə qorxu, bircə vahimə:
Biz dərddən qurtarıb öləndən sonra O
məchul aləmdə nə olacaqdır?
Ordan qayıtmayıb hələ heç bir kəs.
Bu fikir sarsıdır iradəmizi,
Bizi məcbur edir daim, həmişə Çəkək bu
tükənməz məşəqqətləri, Məlum
əzablardan yaxa qurtarıb Naməlum
dərdlərə can atmayaq biz. Bu dəhşət
qorxağa çevirir bizi,
Puç olur ağlımız, qətiyyətimiz,
Solur cürətimiz bir çikək kimi.
O böyük təşəbbüs, o ali məqsəd İtirir
adını, öz mənasını.
221
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |