Bu vaxt İlionun daş sarayları,
Sanki, bu ağnnı hiss eyləyərək,
Əyib ayağına odlu başını,
Qorxunc, vahiməli gurultularla Pirrin
kar eləyir qulaqlannı.
Pirr baxır dəhşətlə əlində qılınc,
Ağsaçlı Priamın başının üstdə Sancılıb
havaya, sanki, qılıncı.
CJnudub özünü, bəd niyyətini,
Şəkildə dayanmış bir cani kimi,
Durur hərəkətsiz.
Tez-tez görürsən ki, tufandan qabaq
Göylər sakit olur, getmir buludlar.
Dəlisov küləklər at oynatmayır,
Yer üzü ölütək durur lal-dinməz.
Bir azdan qəfildən od tökür şimşək,
Dəhşətlə torpağın yanr köksünü.
Beləcə bir müddət sükutdan sonra
Qəzəblə ayılıb qanlar içən Pirr,
Qanlı qılıncını ildırım kimi,
Endirir Priamın köksünün üstə.
Təpəgöz nəhənglər heç vaxt, heç vədə
Marsın - o amansız hərb allahının Polad
libasını düzəldən zaman Belə ağır gürzü
belə zərb ilə Endirməmişlər.
Utan, utan, qəhbə, bəxt ilahəsi!
Ey bütün allahlar, birgə hökm edin,
Alın təkərini bu əxlaqsızın,
Qırın millərini, çənbərini siz,
Boş təkər topunu uca göylərdən Atın
cəhənnəmə”.
P o I o n i. Bu çox uzundur.
H a m l e t . Onu sizin saqqalınızla bir yerdə göndərərik bərbərxa-
naya, bir az kəsib gödəldərlər. Təvəqqe edirəm, davam eləyin. Bu
qocaya ancaq rəqqasələrin oyunu, ya da şit lətifələr xoş gəlir. Başqa
şey olanda o saat mürgü vurur. Davam eləyin. Keçin Hequbaya.
213
downloaded from KitabYurdu.org
Ilılyam Şekspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
B i r i n c i a k t y o r . “O bədnam, yarımlüt kraliçanın...”
H a m l e t . “Yanmlüt kraliçanın?”
Po 1 o ni. Bəh, bəh, əladır. “Yanmlüt kraliçanın...” Doğrudan,
gözəldir.
B i r i n c i a k t y o r .
“Ayaqları yalın, görkəmi müdhiş,
Vurnuxur, çırpınır dəhşət içində,
Odlu göz yaşları söndürür odu.
Qızıl tac qoyardı başına bir vaxt, - O
bədbəxt bir əski bağlamış indi.
Şahanə libasdan yoxdur bir nişan,
Bədəni quruyub dərddən, əzabdan.
İncəlib üzülmüş tüktək belinə Bir
köhnə, bir nimdaş örtük dolamış.
Kim görsə bu qəmi, bu müsibəti
Cİsyan qaldırardı taleyə qarşı,
Amansız fələyi lənətləyərdi.
Allahların özü görsəydi əgər Talesiz,
uğursuz, yazıq qadını,
O qudurmuş Pirrin ələ salaraq,
Gözləri önündə onun ərinin Qanlı
cəsədini öz qılıncıyla Necə qıyma-
qıyma doğradığını - İnsan ah-naləsi,
insan göz yaşı Təsir etməsə də o
Allahlara - Bu dərddən qəlbləri
matəmə batar,
Gözlərindən daim sellər axardı”.
P o 1 o n i. Baxın üzü necə saralıb, gözlərindən yaş necə axır!
Bəsdir, Allah xatirinə bəsdir!
H a m l e t . Yaxşı, qalanını sonra mənə söyləyərsən. Hörmətli
milord, gözdə-qulaqda olun, aktyorlara yaxşı xidmət etsinlər. Eşidir-
siniz, qoy onlara yaxşı qulluq göstərsinlər, çünki aktyorlar zəma-
nəmizin güzgüsü, əsrimizin qısa salnaməsidirlər. Onların haqqımızda
dediyi yaman sözlər biz öləndən sonra başdaşımıza həkk olunacaq
pis yazılardan daha pisdir.
P o l o n i . Prins, mən onlara öz ləyaqətlərinə görə hörmət
edəcəyəm.
214
downloaded from KitabYurdu.org
H a m l e t . Lənət sənə kor şeytan! Kişi, daha diqqətli olun! Əgər
hər adama öz ləyaqətinə görə hörmət edilsə, onda dünyada kötəkdən
heç kim yaxa qurtara bilməz. Siz öz şərəfinizə və alicənablığınıza görə
hörmət edin. Onların ləyaqəti nə qədər az olsa, sizin səxavətiniz bir o
qədər çox olsun. Apann onları.
P o I o n i. Gəlin, cənablar.
H a m l e t . Onunla gedin, dostlar, ünutmayın, sabah tamaşa
verəcəksiniz.
Birinci aktyordan başqa, bütün aktyorlar Poloni ilə gedirlər.
De görüm, köhnə dost, siz “Qonzaqonun qətl”ini oynaya bilər-
sinizmi?
B i r i n c i a k t y o r . Bəli, milord.
H a m l e t . Yaxşı, sabah axşam oynayarsınız. Əgər lazım gəlsə,
mən on iki-on altı misra şeir yazıb ona əlavə eləsəm, öyrənib deyə
bilərsinizmi?
B i r i n c i a k t y o r . Bəli, milord.
H a m l e t . Çox gözəl. Bu cənabla gedin. Ancaq ona sataşmayın
ha!
{Birinci aktyor gedir.)
Mənim əziz dostlarım, axşama qədər sizdən
ayrılmalı olacağam. Yenə deyirəm, siz Elsinora xoş gəlmişsiniz.
R o z e n k r a n t s . Mehriban milord, sağ olun.
H a m l e t . Allah amanında!
Rozenkrants ve Qildenstem gedirlər.
İndi mən təkəm.
Of, necə yaramaz, aciz qulam mən!
Dəhşətli deyilmi, diyarbədiyar
Gəzən o aktyor saxta hissləri,
Saxta duyğuları əks etmək üçün
ürəyini elə məcbur etdi ki,
Rəngi avazıdı, halı dəyişdi,
Yaş tutdu gözünü, qırıldı səsi,
Əzabdan titrədi bütün varlığı.
Axı, nəyə görə, nədən ötəri?
Hequba üçün?
Yaxşı, bəs nəyidir o, Hequbanın?
Və yaxud Hequba onun nəyidir?
Niyə ağlayırdı hıçqırtılarla?
215
downloaded from KitabYurdu.org
llılyam Şckspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Mənim sonsuz dərdim, ağır kədərim
Əgər onun olsa, nə eyləyərdi?
Sel kimi çağlayıb acı göz yaşı
Alardı qoynuna bütün səhnəni.
Çəkdiyi heybətli ahdan-amandan
Tamam kar olardı tamaşaçılar.
Bütün günahkarlar dəli olardı,
Dəhşətə gələrdi qəlbi təmizlər,
Cahillər qalardı təşviş içində,
Heyrətə gələrdi ağıllı kəslər.
Fəqət mən,
Başıküt, ölüvay, rəzil bir məxluq,
Daim yuxulutək veyllənərək
Bir kəlmə, bircə söz deyə bilmirəm.
Atamın, şöhrətli bir hökmdarın
Taxt-tacı, həyatı alçaqcasına
Bu cür məhv edildi. Mən qorxağammı?
Kim mənə sataşır, rişxənd eyləyir,
Ağzımın üstünə vurur yumruqla,
Çəkir qulağımdan, dartır bumumdan,
Mənə alçaq deyir, yalançı deyir,
Baxır gözlərimə? Varmı elə kəs?
Hə!
Lənət kor şeytana, dözərdim buna?!
Heç vədə, heç vədə bu ola bilməz!
Göyərçin qəlbidir ürəyim fəqət,
Kin, qəzəb coşdurmur büllur qanımı.
Yoxsa bu cəlladın bağırsağını
Çoxdan qarğalara yem eləmişdim.
Of, qəddar, qaniçən, vicdansız əclaf!
Xain, haramzadə, əxlaqsız oğraş!
Ah, ey intiqam!
Gör necə eşşəyəm! Artıq nə deyim?!
Qətl olan atanın bir övladıtək
Göylər intiqama səsləyir məni,
Mənsə bir xəlvətdə fahişə kimi,
Təsəlli tapıram hərzə sözlərlə.
216
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |