(Jilyam Şckspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
V o l t i m a n d .
Səmimi arzular, çoxlu salamlar.
Səadət dilədi sizə ürəkdən.
Biz ağız açantək ölkədə dərhal
Dayandırdı əsgər toplanışını.
O elə bilib ki, qardaşı oğlu Hazırlıq
apanr Polşaya qarşı.
Diqqət yetirdikdə gördü, doğrudan,
Siz əlahəzrətə qarşıdır bunlar.
Yaşı, xəstəliyi, zəifliyindən Belə istifadə
eyləyib, onu Aldatdığı üçün gənc Fortinbras
Yaman kədərləndi qocaman kral.
Tezcə çağırtdırdı Fortinbrası,
O gəldi, yamanca tənbeh olundu,
Aldı əmisindən şiddətli töhmət.
Kralın önündə baş endirərək,
And içib söz verdi, bir də heç zaman Sizə
qarşı silah qaldırmayacaq.
Bundan çox sevindi qoca hökmdar.
Birillik gəlirin düz üç minini,
Yığılmış qoşunu ona verdi ki,
Polşanın üstünə hücuma keçsin.
Sonu göstərilib xahişnamədə.
(Bir kağız verir.)
Rica eyləyir ki, hərbi qoşuna Keçib-getmək
üçün torpağınızdan İzin verəsiniz. Həmin
yerlərin Toxunmazlığına zamin durur o.
Məktubda yazılıb lazımi şərtlər.
K r a l .
Olduqca razıyıq bu xoş xəbərdən,
Boş vaxtı məktubu oxuyarıq biz,
Ətraflı düşünüb cavab yazarıq.
Zəhmətiniz üçün sizə səmimi Təşəkkür edirik.
Gedin, dincəlin.
Axşam qonaqlığa buyurun mütləq,
İndidən deyirəm, xoş gəlmisiniz!
200
downloaded from KitabYurdu.org
Voltimandla Komeli gedirlər.
P o l o n i .
Çox yaxşı qurtardı bu işin sonu - Ey
möhtərəm kral, hörmətli xanım!
Hakimin bir hakim, nökərin nökər,
Gündüzün bir gündüz, gecənin gecə,
Vaxtın vaxt olduğun isbat etməkçün
Mübahisə etmək, bəhsə girişmək Gecəni,
gündüzü, vaxtı boş yerə İtirmək
deməkdir ömürdən ancaq. Müxtəsər
danışmaq ağlın ürəyi, tlzunçuluq etmək
ağlın bədəni,
Onun libasıdır, bərbəzəyidir.
Kəsə deyəcəyəm. Sizin o nəcib Oğlunuz
dəlidir. Dəlidir dedim,
Çünki dəliliyi müəyyən etmək...
Dəli dəli olur, başqa nədir ki?
Qoy bu iş hələlik bir yana dursun.
K r a l i ç a . Sözün məğzini aç, boyasız danış.
P o l o n i .
Xanım, and içirəm, yoxdur bir boyam.
Onun dəliliyi bir həqiqətdir.
Bu bir həqiqətdir, əfsuslar olsun,
Əfsuslar olsun ki, bu həqiqətdir. Axmaq
ifadədir, yetər bu sözlər,
Heç vaxt işlətmərəm bir rəng, bir boya.
Belə fərz edək ki, o dəli olub,
İndi səbəbini gərək tapaq biz,
Bunun bir səbəbi vardı, şübhəsiz.
Dünyada hər işin bir səbəbi var.
Budur indi qalan, qalan tək budur.
Ətraflı düşünün.
Mənim bir qızım var, mənim qızımdır.
O qızlıq borcuna itaət edib,
Bunu mənə verdi. Diqqət yetirin,
Nəticə çıxarın indi özünüz.
201
downloaded from KitabYurdu.org
Uilyam Şckspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Oxuyur.
“Ruhumun məlikəsi, qəlbimin ilahəsi, gözəl Ofeliyaya...”
Bu pis ifadədir, köhnəlmiş ifadədir. “Gözəl” sözü köhnəlmiş ifa-
dədir. Nə isə gerisinə qulaq asın.
{Oxuyur.)
“Sənin füsunkar ağ sinən-
də...” və sair, və sair.
K r a l i ç a . Ona bu sözləri Hamlet yazıbdır?
P o l o n i .
Bir az səbir eləyin, mehriban xanım,
Hamısını sizə oxuyum bir-bir.
{Oxuyur.)
“İnanma ki, gün dolanır səmada,
İnanma ki, ulduz saçır şəfəq, nur.
İnanma ki, həqiqət var dünyada,
Ancaq inan, mənim eşqim doğrudur”.
Ah, əziz Ofeliya, mən şeir yazmağı bacarmıram. Könlümün fər-
yadlarını qafiyələrlə qəşəng deyə bilmirəm. Fəqət səni çox sevirəm,
lap çox sevirəm, buna inan. Əlvida, sevimli dilbər! Cİrəyi köksündə
çırpındıqca əbədi sənin olan Hamlet.
Övladlıq borcuna əməl eyləyib,
Qızım bu kağızı mənə gətirdi.
O hətta dedi ki, nə zaman, harda,
Necə açıb ona eşqini Hamlet.
K r a l . Qız onun eşqinə nə cavab verib?
P o l o n i .
Necəd ir fikriniz mənim haqqımda?
K r a l .
Siz namus, sədaqət timsalısınız.
P o l o n i .
Canla-başla sübut edərəm bunu.
Nə düşünərdiniz, bu odlu eşqin İlk
qığılcımını gördüyüm halda - Mən hiss
eləyirdim, deməliyəm ki,
Hələ qızım bunu mənə açmamış - Nə
düşünərdiniz, sevimli kral,
Əziz kraliça! Lal-dinməz qalıb Yazı
masasıtək, qələm-kağıztək,
Qəlbimin gözünü qapasaydım mən,
Bu eşqə baxsaydım barmaqarası,
Nə düşünərdiniz? Yox, qətiyyətlə
202
downloaded from KitabYurdu.org
K r a l .
K r a l i ç a .
P o l o n i .
K r a l .
P o l o n i .
K r a l .
P o l o n i .
K r a l i ç a .
P o l o n i .
Cavan süsənimə belə dedim ki:
“Lord Hamlet prinsdir, sənə tay deyil,
Bu iş ola bilməz”. Tapşırdım ona,
Hamletin gözünə görünməsin heç,
Nə məktub, nə bəxşiş almasın ondan.
Qızım əməl etdi məsləhətimə.
Eşqi rədd edilən, qısa deyirəm, Hamlet
qərq olundu qəm dəryasına. Sonra ac
dayandı, sonra yatmadı, Sonra zəiflədi,
sonra şaşırdı,
Nəhayət, ağlını itirdi tamam.
İndi dəliliyi şiddət eyləyib,
Bizim hamımızı kədərləndirir.
Bunlar doğrudumu?
Ağlabatandır.
Elə vaxt olubmu, lütfən, söyləyin,
Mən inamla deyim: bu iş “belədir”,
O başqa cür olsun.
Yadıma gəlmir.
(Başını və bədənini göstərərək)
Kəsin bunu bundan, səhv deyirəmsə.
Bir işin izinə düşdümsə əgər,
Lap yerin dibində olsa da belə Əsl
həqiqəti tapmalıyam mən.
Bəs bunun əslini necə öyrənək?
Bəzən saatlarla bu aynabənddə Hamlet
tək gəzişir.
Elədir, düzdür.
Elə həmin o vaxt onun yanına Qızı
göndərərəm. Gəlib xəlvətcə Xalçanın
dalında dayanarıq biz. Görərsiniz necə
görüşür onlar.
Əgər o sevmirsə mənim qızımı,
203
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |