Uilyam Şckspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Q i l d e n s t e r n . Nədə, milord?
H a m l e t . Mən yalnız şimal, şimal-qərb küləkləri əsəndə dəli
oluram. Cənub küləyi əsəndə isə qırğını göyərçindən seçə bilirəm.
Polemi qayıdır.
P o l o n i . Xoş gördük, cənablar!
H a m l e t . Dinlə, Qildenstern, sən də, Rozenkrants, diqqətlə
qulaq asın. Bu gördüyünüz nəhəng körpə hələ öz bələyindən çıx-
mayıb.
R o z e n k r a n t s . Bəlkə, təzədən bələyə girib. Deyirlər ki, adam
qocalanda yenidən uşaqlaşır.
H a m l e t . Qabaqcadan deyə bilərəm ki, o mənə aktyorlann gəl-
məsini xəbər verməyə tələsir. Baxarsınız. - Düz buyurursunuz, ser.
Bazar ertəsi, səhər həqiqətən belə olmuşdur.
P o l o n i . Milord, sizə təzə xəbər gətirmişəm.
H a m l e t .
Milord, sizə təzə xəbər gətirmişəm.
Rossi Romada aktyor olanda...
P o l o n i . Aktyorlar buraya gəlib, milord.
H a m l e t . Yox, a! Uydurmaya bax!
P o l o n i . And olsun mənim vicdanıma ki...
H a m l e t . Hərəsi minibdir bir uzunqulaq...
P o l o n i . Dünyanın ən yaxşı aktyorlarıdır. Həm faciə, komediya,
tarixi əsərləri, həm də çobannamələri, çoban məzhəkələri, tarixi
çobannamələri, faciəvi-tarixi, faciəvi-məzəli-tarixi çobannamələri
gözəl oynayırlar. İstər bu tamaşalar fasiləli olsun, istər fasiləsiz, onlar
üçün eynidir. Faciə ustası Seneka belə kədərli, komediya ustası Plavt
belə gülməli ola bilməz. Əzbər söyləməkdə, bədahətən deməkdə
onların tayı-bərabəri yoxdur.
H a m l e t . Oho, İeffay, İsrail hakimi, sənin nə böyük xəzinən
vardı!
P o l o n i . Onun hansı xəzinəsi vardı, milord?
H a m l e t .
Bəs necə! Çox sevirdi qızını,
Nurlu, tək ulduzunu.
P o l o n i (kənara). Yenə qızım haqqında danışır.
210
downloaded from KitabYurdu.org
H a m l e t . Məgər düz demirəm, qoca İeffay?
P o 1 o n i. Əgər dediyiniz o İeffay mənəmsə, milord, doğru
buyurursunuz. Bir qızım var, mən onu çox sevirəm.
H a m l e t . Xeyr, uyğun gəlmir.
P o 1 o n i. Bəs nə uyğun gəlir, milord?
H a m l e t .
Baxın, belə: “Bəxt nə olacaq,
Haqq bilir ancaq”.
Sonra da özünüz bilirsiniz.
“Tale yaydan çıxan oxdur,
Olacağa çarə yoxdur”.
Bağışlayın, qalanını, özünüz oxuyarsınız. Bu dini nəğmənin
birinci bəndi sizə çox şey öyrədə bilər. Baxın. Artıq mənim əyləncəm
başlanır.
Dörd, ya beş aktyor daxil olur.
Xoş gəlmisiniz, ağalar, hamınız xoş gəlmisiniz! Sizi sağ-salamat
gördüyümə ürəkdən şadam. Xoş gəlmisiniz, əziz dostlar! - Ba, köhnə
dost! Bu nədir belə, son görüşümüzdən bəri sənin saqqalın əməlli-
başlı uzanıb ki! Yoxsa saqqalına bürünüb Danimarkada məni ələ
salmağa gəlmisən? Kimi görürəm, mənim gənc xanımım, mənim
gözəlim! Mələklərə and olsun ki, axınncı dəfə görəndən indiyədək
sən göyə bir daban da ucalmısan. Allah eləsin, səsin də, sürtülüb işə
yaramayan qızıl pul kimi, öz gözəlliyini itirməsin. - Ağalar, buyurun!
Vaxtı hədər keçirməyək. Fransız şahinbazlan kimi, ilk gördüyümüz
şikarın üstünə şığıyaq. Tez bir monoloq deyin. Bizə öz məharət və
istedadınızdan bir nümunə göstərin. Cəld olun, coşqun bir monoloq
başlayın.
B i r i n c i a k t y o r . Hansı monoloqu, mehriban prins?
H a m l e t . Yadımdadır, sən mənə bir dəfə bir pyesdən monoloq
oxudun. Əsər səhnəyə heç qoyulmamışdı, yox, deyəsən, bir kərə
oynanılmışdı. Yaxşı xatirimdədir ki, tamaşa çoxunun xoşuna gəlmədi.
O, camaat üçün bir müəmma idi. Amma mənim və bu işi məndən
daha yaxşı bilənlərin mülahizəsinə görə, o, əla əsərdi. Səhnələrə yaxşı
bölünmüşdü. Çox sadə və çox məharətlə qələmə alınmışdı. Yadım-
dadır, bəziləri deyirdilər ki, məzmuna rövnəq vermək üçün şeirlərdə
incəlik çatışmır. Müəllifin üslubunda təmtəraq, ifadələrində həyəcan
211
downloaded from KitabYurdu.org
Uilyam Şekspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
yoxdur. Lakin təsdiq edirdilər ki, qarşıya qoyulan fikirlər doğrudur,
sağlamdır. Əsər gözəl yazılıb, süni boyalardan uzaqdır. Bu əsərdə bir
monoloq mənim daha çox xoşuma gəlirdi. Burada Eney özü barədə
Didonaya olduqca maraqlı bir hekayət danışırdı. Xüsusən də Priamın
ölümünü dediyi yer çox təsirli idi. Əgər yadındadırsa, bu misradan
başla: - dayan görüm, dayan görüm: -
“Quduz Pirr yırtıcı bir pələng kimi”, -
Yox, belə deyil, ancaq Pirlə başlayır: -
“Quduz Pirr gizlənmiş atın qarnında,
Qara silahlan qara qəlbitək Qarardıq
gecədən seçilməyirmiş.
Heybətli, qapqara döyüş paltarı Elə ki
boyanıb qırmızı rəngə,
Daha da heybətli, qorxunc görünmüş,
O, başdan-ayağa batıb al-qana.
Atalar, analar, qızlar, oğullar Qanına
qəltanmış onun zərbindən,
Atəş yandırırmış cəsədlərini.
Küçələr dəhşətlə alovlanaraq Qatilin
yoluna işıq saçırmış.
Kin-qəzəb, od-alov, al-qan içində
Odlana-odlana sürünürmüş Pirr,
Cəhənnəm içində bir ilan kimi,
Gözü bərəlirmiş bir çiban kimi.
Gəzirmiş Priamı”.
Hə, beləcə davam eləyin.
P o 1 o n i. Vallah, milord, yaxşı dediniz! Aydın dillə, gözəl
ifadəy- lə söylədiniz.
B i r i n c i a k t y o r .
“Pirr tapır onu.
Qılıncını göyə qaldırır Priam,
Qüınc tabe olmur onun əmrinə,
Taqətsiz əlindən sürüşüb düşür.
Priamın üstünə cumur azğın Pirr,
Qılıncı qəzəblə elə çəkir ki,
Onun bir yelindən, bir küləyindən
Torpağa sərilir üzülmüş qoca.
212
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |