Uilyam Şekspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
ü ç ü n c ü k e ş i k ç i .
Bu rahib ağlayır-sızlayır elə;
Təzəcə çıxırdı qəbiristanlıqdan,
Tutub ondan aldıq bu lingi, beli.
B i r i n c i k e ş i k ç i .
Onu da saxlayın, çox şübhəlidir.
Hersoq öz məiyyeti ile daxil olur.
H e r s o q .
Hansı bədbəxtlikdir belə sübh tezdən
Səhər yuxusundan eləyən bizi?
Kapuletti, ledi Kapuletti və başqaları daxil olurlar.
K a p u l e t t i . Bu nə qışqırıqdır, bu nə şivəndir?
L e d i K a p u l e t t i .
Camaat bağırır Romeo deyə,
Bəzisi Cülyetta, bəzisi Paris.
Hamı da küçəylə haray çəkərək Bizim
sərdabəyə qaçır birbaşa. H e r s o q . Qəlbləri
titrədən bu dəhşət nədir? B i r i n c i k e ş i k ç i .
Hökmdar, biz burda qraf Parisin,
Həm də Romeonun nəşini tapdıq.
Cülyetta əvvəldən dəfn olunsa da,
Təzə öldürülüb, canı istidir.
H e r s o q . Vəhşi caniləri axtann, tapın.
B i r i n c i k e ş i k ç i .
Mərhum Romeonun xidmətçisi də,
Rahib də burdadır. Onlarda qəbri Söküb açmaq
üçün alət də vardır. K a p u l e t t i .
Oh, ya rəbb! Oh, zövcəm!
Bir bax, bir bax, gör,
Qızımızı necə qan apanbdır!
Bu xəncər yanılıb! - Onun boş qını
Odur Montekkinin kəmərindədir. -
Sancılıb köksünə mənim qızımın.
148
downloaded from KitabYurdu.org
L e d i K a p u l e t t i .
Ah, yazıq halıma! Bu qorxunc səhnə
Qorxunc, vahiməli ölüm zəngitək
Məzara səsləyir qocalığımı.
Montekki və başqaları daxil olurlar.
H e r s o q .
Montekki, tez qalxdın sən tək oğlunun
Çox tez yatdığını görmək üçünmü? M o n t e k k i .
Ah, sinyor, bu gecə öldü arvadım,
Dözmədi oğlumun ayrılığına.
İndi hansı bəla gözləyir məni?
H e r s o q . Özün bax.
M o n t e k k i .
Ah, oğlum! Əbədi atdın,
Məzara tələsdin atandan qabaq!
H e r s o q .
Necə ki, bu sirri öyrənməmişik,
Şikayət etməyin, nalə çəkməyin, Tamam
möhürləyin ağzınızı siz.
Əslini, kökünü öyrənən kimi,
Özüm nalənizə başçılıq edib,
Sizinlə gedərəm ölümə hətta.
Hələlik dayanın, səbirli olun,
Dərdiniz qul olsun hövsələnizə.
Şübhəli şəxsləri gətirin indi.
L o r e n s o .
Bu müdhiş qətldə, bu cinayətdə Suçum
az olsa da, ən əsas mənəm. Zaman, məkan mənə zidd
olduğundan Ən çox şübhəli də elə mənəm, mən.
Burda müttəhimtək, ittihamçıtək Durub mən özümü
həm məhkum edib, Həm də ki təmizə çıxarmalıyam.
H e r s o q . Danış birdəfəlik bildiklərini.
149
downloaded from KitabYurdu.org
Uilyam Şekspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Qısa deyəcəyəm. Qısaca ömrüm
üzun hekayəlik qalmayıb artıq,
Bu ölən Romeo bu Cülyettanın
Halal əri idi, Cülyetta isə
Sadiq zövcəsiydi bu Romeonun.
Onlara gizlicə mən kəbin kəsdim,
Tibalt öldürüldü həmin o günü.
Bu vaxtsız ölümün nəticəsində
Romeo buradan sürgün olundu,
Cülyetta ağlayıb sızıldayırdı
Tibalt üçün deyil, Romeo üçün.
Siz dağıtmaq üçün onun dərdini
Tezcə nişanlayıb, onu zor ilə
Vermək istədiniz qraf Parisə.
Cülyetta bu zaman gəldi yanıma,
Vəhşi baxışıydı onun baxışı.
İkinci nikahdan qurtarmaq üçün
Yalvarıb, o məndən əlac istədi.
Dedi: tapılmasa bir çarə, əgər,
Hücrəmdə özünü öldürəcəkdi.
Çoxdan öyrəndiyim, çoxdan bildiyim
Bir yuxu dərmanı verdim mən ona.
Bu dərmanı içib yatan hər bir kəs
Heç nəylə seçilmir ölmüş adamdan.
Budur öz hökmünü göstərib qıza.
Onda Romeoya məktub yazdım ki,
Bu qorxunc gecədə gəldiyi kimi,
Özünü yetirsin bir an içində.
Elə ki, gücünü itirdi dərman,
Elə ki, yuxudan ayıldı xanım,
Məzardan çıxanb aparsın onu.
Məktubu aparan rahib Covanni Bir
nəhs təsadüfdən ləngidi ancaq.
Məktubu qaytardı mənə bu axşam.
Cülyetta yuxudan duranda onu
Türbədən çıxarıb aparmaq üçün
150
downloaded from KitabYurdu.org
Özüm təkcə gəldim qəbiristanlığa.
İstədim münasib bir imkan tapıb,
Romeoya xəbər verənə qədər Gizlicə
saxlayım onu hücrəmdə.
Fəqət mən gələndə - qız ayılmağa Bir neçə
dəqiqə qalırdı yalnız - Alicənab Paris, sadiq
Romeo Artıq ölmüşdülər bu sərdabədə.
Cülyetta ayıldı, xahiş etdim ki,
Taleyin amansız, bəd rəftarına Səbirlə
dözərək getsin mənimlə.
Bu vaxt səs-küy qalxdı, qorxdum, doğrusu,
Qaçıb gizlənməyə məcbur oldum mən.
Böyük ümidsizlik, möhnət içində O qaldı,
getmədi mənimlə birgə.
Görünür, sonradan intihar edib.
Mənim bildiklərim bütün bunlardır.
Bu gizli nikahı bilir dayə də.
Cüzi suçum varsa bu fəlakətdə,
Qalsa da ömrümün son saatları,
Ədalət naminə qoy ahıl canım Müqəddəs
qanuna qurban verilsin.
H e r s o q .
Müqəddəs saymışıq səni hər zaman.
Ham Romeonun xidmətçisi bəs?
O bizə bu haqda nə deyə bilər?
B a l t a z a r .
Gedib Mantuyaya, Cülyettanın mən Ölüm
xəbərini verdim ağama.
Tələsik atları çaparaq gəldik Biz həmin bu
yerə, bu sərdabəyə.
Əmr etdi: atama ver bu məktubu.
“Get, burda dayanma” deyə qəzəblə Məni
ölüm ilə hədələdi o.
Sonra məqbərənin girdi içinə.
151
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |