Uilyam Şckspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Cü ly e t t a .
Mən özüm kilsədə gördüm qrafı,
Ədəb və nəzakət dairəsində
Ona mehribanlıq, hörmət göstərdim.
Ka pu le t t i.
Bax, belə, çox yaxşı. Di ayağa dur.
Əvvəldən sən bu cür olmalı idin.
Görmək istəyirəm indi qrafı.
Tez gedin, tez onu bura gətirin.
Müqəddəs adamdır, vallah, bu rahib,
Ona hörmət etmir xalq nahaq yerə.
Cü ly e t t a .
Mənim otağıma gəl gedək, dayə,
Mənə kömək elə, birlikdə seçək
Sabah geyəcəyim toy paltarını.
Le di Ka pu l e t t i.
Yox, sabah nə üçün? Tələsmə, qızım,
Cümə axşamına hələ xeyli var.
Ka pu le t t i.
Dayə, onunla get. ünutmayın ki,
Sabah olmalıyıq mütləq kilsədə.
Cülyetta ilə dayə gedirlər.
Le di Ka pu l e t t i.
İşlər öz vaxtında qurtarmayacaq,
Axşama az qalır.
Ka pu le t t i.
Darıxma, arvad.
Qaydaya salaram mən bütün işi, Sənsə
Cülyettanın yanına tərpən. Ona
bəzənməkdə bir köməklik et.
Bu gecə bir an da yatmayacağam. Sən
məni tək burax, xanımbq işi Bu dəfə
qoy qalsın mənim öhdəmə. Ey, ey,
hamı gedib? Heç eybi yoxdur, Qrafın
yanına özüm gedərəm. Deyərəm
sabaha hazırlaşar o.
122
downloaded from KitabYurdu.org
Belə yumşalması belə tərs qızın
Qəlbimi olduqca sakitləşdirib.
Gedirlər.
ÜÇÜNCÜ SƏHNƏ
Cülyettanın otağı.
Cülyetta ilə dayə daxil olur.
Cü ly e t t a .
Bəli, bax, o paltar ən yaxşısıdır.
Ancaq bir ricam var, mehriban dayə,
Gəl, məni bu gecə sən yalqız burax.
Gərək sübhə qədər dua edəm ki,
Göylər bağışlasın günahlarımı.
Özün bilirsən ki, çoxdur günahım.
Ledi Kapuletti gəlir.
Le di Ka pu l e t t i. Artıq məşğulsunuz? Kömək eləyim?
Cü ly e t t a .
Yox, ana, biz sabah nə lazımdırsa
Hamısını seçib hazırlamışıq.
İndi izin verin, mən yalqız qalım.
Aparın dayəni özünüz ilə,
Bilirəm, bu gecə işiniz çoxdur,
O sizə hər işdə kömək eləyər.
Le di Ka pu l e t t i.
Gecən xeyrə qalsın, yatağa uzan,
Dincəl, axı sənə dinclik gərəkdir.
Ledi Kapuletti ile dayə gedirlər.
Cü ly e t t a .
Əlvida, əlvida! Bir Allah bilir
Bir daha yenidən görüşərikmi?
123
downloaded from KitabYurdu.org
Uilyam Şokspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Soyuq bir gizilti keçir canımdan,
Vahimə dondurur qanımı artıq.
Onları geriyə çağıracağam,
Qoy gəlib təsəlli versinlər mənə.
Dayə! Ah, o burda nə edəcəkdir?
Bu ağır, bu müdhiş səhnəni gərək Mən təkcə
oynayım. Gəl, gəl, ey şüşə!
Birdən heç bu məlhəm təsir etmədi,
Onda səhər ərə gedəcəyəmmi?
Yox, yox! Bax, bu qoymaz. Sən burada dur.
Xəncəri yanma qoyur.
Bəlkə, bu zəhərdir. Rahib bicliklə Bunu
hazırlayıb, məni öldürsün;
Axı, gizlicənə Romeo ilə Mənim kəbinimi o özü
kəsib,
Bu iş açılarsa, biabır olar.
Bəli, bu belədir, yox, belə deyil.
O hər vaxt müqəddəs bir adam olub,
Belə pis fikirlər ona yaraşmaz.
Bəs birdən Romeo gəlib çıxmamış Məzarda
oyansam, onda nə olsun?
Bax, ən dəhşət budur, dözülməz budur!
Məni öz Romeom aparmayınca Saf hava
görməyən dar sərdabədə Pis iydən, qoxudan
boğulmarammı?
Hərgah mən sağ qalsam, bu mümkündürmü?
Ölümün, gecənin qorxunc kölgəsi Qəbiristanlıq
olmuş o qorxunc yerin Müdhiş dəhşətiylə,
vahiməsiylə Başımdan huşumu almayacaqmı?
Yüz illərdən bəri qədim sərdabə Saxlayır
qoynuna gömülmüş mərhum Bütün əcdadımın
sümüklərini.
Ah, orda məzara təzə qoyulmuş Öz qanına
qəltan bədbəxt Tibaltın Nəşi çürüməyə başlayıb
indi.
124
downloaded from KitabYurdu.org
Gecənin bir vaxtı orda, deyirlər,
Ölülərin ruhu gəzib-dolaşır.
Bəs bunlar ağlımı çaşdırmayacaq?
Əfsus, əfsus! Necə bu mümkün deyil!
Əgər mən ayılsam, vaxtından qabaq,
Ən murdar, ən iyrənc üfunətlərdən,
Kökündən ayrılmış mandraqoranın
İnsanı sarsıdıb dəli etdiyi Naləsitək
qorxunc iniltilərdən Axı, necə dəli
olmayacağam?
Kim deyər, bu dəhşət əhatəsində Öz
əcdadlarımın sümükləriylə
Oynamayacağam mən dəli kimi?
Tabutda iylənən yazıq Tibaltın Qanlı
kəfənini cırmayacağam? Dəliliyin
yüksək coşqun çağında Babamın ən iri
bir sümüyünü Əlimə götürüb dəyənək
kimi,
Birdən öz kəlləmə çırpmayacağam?
Oh, bax, bir bax! Mənə elə gəlir ki,
Tibaltın ruhunu görürəm indi.
Onu qılınc ilə vurub öldürən Romeonu
gəzir, qisas axtarır.
Dayan, Tibalt, dayan! Romeo, gəldim!
Sənin sağlığına içirəm bunu.
Şüşədəki dərmanı içib yatağa yıxılır.
DÖRDÜNCÜ SƏHNƏ
Kapulettinin evində zal.
Ledi Kapuletti ile dayə daxil olur.
Le di Ka pu l e t t i. Götür açarları, ədviyyə gətir.
Da y ə . Xurma, heyva gərək pirojna üçün.
125
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |