Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə33/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   29   30   31   32   33   34   35   36   ...   189

Uilyam Şohspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Kapuletti gəlir. 

Ka pu le t t i.  

Cəld olun, cəld olun, tez tərpənin bir! 

Xoruzun ikinci banıdır, artıq! 

Gecə zəngi vurdu, saat üç olub. 

Şəkərçörəyə bax, qoçağım dayə, 

Hər şeyi bol elə, xəsislik etmə. 

Le di  Ka pu l e t t i.  

Arvad işlərinə qanşmayın siz. 

Gedin, yatın, sabah durun vaxtında, 

Yuxusuz qalsanız, xəstələnərsiz. Ka p u le t t i.  

Yox, sən arxayın ol, tez-tez əvvəllər 

Yuxusuz qalmışam bütün gecəni, 

Xəstələnməmişəm fəqət heç zaman. Le di 

Ka pu le t t i.  

Bəli, bir vaxt vardı tez-tez gecələr 

Arvadlar dalınca sürünərdiniz. 

İndi buraxmaram sizi heç yerə. 



Ledi Kapuletti ilə dayə gedirlər. 

Ka pu le t t i.  Qısqanclıq, qısqanclıq! 



Üç-dörd xidmətçi ellərində şiş, odun və səbət daxil olurlar. 

Dostum, o nədir? 

Bi rin ci  x i dm ə t çi.  

Bunu aşpaz üçün aparıram mən, 

Cənab, heç özüm də bilmirəm nədir? 

Ka pu le t t i.  Zirək ol, zirək ol! 



Birinci xidmətçi gedir. 

Ey, o ki yaşdır, 

Quru odun apar. Soruş Piterdən, O 

gəlib yerini göstərər sənə. 

downloaded from KitabYurdu.org



İ kin ci  x id m ə t ç i.  

Mənim öz başım var, tapar odunu, 

Bununçün Piteri narahat etməz. Ka pu le t t i.  

Vallah, yaxşı dedin, yaman biçsən, ha! 

Axı, sənin başın elə odundur. 

ikinci xidmətçi gedir. 

Paho, səhər oldu. Bu saat qraf Bura 

gələcəkdir çalğıçılarla. 

O mənə demişdi. 



Səhnə arxasında musiqi. 

Odur, gəlirlər. 

Dayə! Arvad! Ey, ey, dayə deyirəm! 

Dayə daxil olur.

 

Cülyettanı oyat, onu geyindir. 



Mən gedim Parisin başını qatım. 

Tez olun, tələsin, adaxlı gəlib, 

Tez olun deyirəm! 

Gedirlər. 

BEŞİNCİ SƏHNƏ

 

Cülyettanın otağı. 

Dayə daxil olur. 

Da y ə .  Ay xanım! Ay xanım! Nə möhkəm yatıb! 

Cülyetta, qadası, yatağan quzum! 

Əzizim, ürəyim, sevimli gəlin! 

Bu nədir, ayılmır, bir cavab vermir? 

127 

downloaded from KitabYurdu.org




Uilyant Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Yoxsa bir həftənin, gələn gecənin 

Yuxusunu yatmaq istəyirsən, hə? 

Yat, yat, indən belə gecələr qraf Səni çox 

yatmağa qoymayacaqdır. 

Bıy, başıma xeyir, necə bərk yatıb! 

Oyatmaq lazımdır. Xanım, ay xanım! 

Nişanlın görəcək yatdığın yerdə, 

Səni oyadacaq, hə, belə olsun? 

(Pərdəni kənara çəkir.) 

Necə, paltardasan? Qalxıb, geyinib, 

Təzədən yatıbsan? Xanım, ay xanım! 

Di qalx, görək! Vay-vay, o ki ölübdür. 

Ay haray, ay aman, kömək eləyin. 

Kaş ki, görməyəydi bunu gözlərim

Mənə bir az cövhər. Ah, cənab, cənab! 

Ledi Kapuletti daxil olur. 

Le di  Ka pu l e t t i. N ə  səs-küy salmısan? 

Da y ə .  

Oh, oh, fəlakət! 

Le di  Ka pu l e t t i.  Axı, nə olubdur? 

Da y ə .  

Baxın, müsibət! 

Le di  Ka pu l e t t i.  

Aman Allah, aman! Mənim tək balam, 

Yeganə həyatım, gözünü aç, bax, Yoxsa 

öləcəyəm mən də səninlə. Kömək edin, 

kömək! 


Kapuletti daxil olur. 

 

Ka pu le t t i.  



Canım, ayıbdır! 

Nişanlısı gəlib, hanı Cülyetta? 

Da y ə .  Cülyetta ölübdür, ölüb, o yoxdur! 

Le di  Ka pu l e t t i.  Ən ağır bədbəxtlik, o ölüb, ölüb! 

Ka pu le t t i.  

Qoy bir ona baxım. Ya rəbb, sən saxla! 

Bu ki buza dönüb. Qanı işləmir. 

128 

downloaded from KitabYurdu.org




Bədəni quruyub. Hər şey qurtarıb, 

Həyat çoxdan uçub dodaqlanndan. Ölüm 

vaxtsız düşən bir şaxta kimi Məhv edib 

çəmənin saf çiçəyini. 

D a y ə .  Fəlakət, fəlakət! 

L e d i   K a   p u   l e t t i .  Ah, dəhşət, dəhşət! 

K a p u l e t t i .  

Ölüm əllərimdən alıb balamı, 

Dağ çəkib, ağladır yazıq qəlbimi. 

Dilimi bağlayır, qoymur danışam. 



Rahib Lorenso, Paris və çalğıçılar 

daxil olurlar. 

L o r e n s o .  Kilsəyə getməyə gəlin hazırdır? 

K a p u l e t t i .  

Getməyə hazırdır, fəqət geriyə Heç 

zaman bir daha qayıtmayacaq. 

(Parisə.) 

Ah, oğlum! Toyuna bir gecə qalmış Ölüm 

qucağına aldı zövcəni. 

Bir bax, zövcən yatır solmuş gül kimi

Ölüm kürəkənim, varisim oldu. 

O qatil evləndi mənim qızımla. 

Bu dözülməz dərddən öləcəyəm mən, 

Ölümə qalacaq bütün hər şeyim: 

Canım da, ömrüm də, var-dövlətim də! 

P a r i s .  

Bu günü gözlədim sonsuz həsrətlə, 

Bu gün, gör, nə dəhşət göstərir mənə! 

L e d i   K a p u l e t t i .  

Qorxulu, heybətli, uğursuz bir gün! 

Zamanın əbədi sərgüzəştində Gördüyü 

ən mənfur, ən müdhiş vaxtdan Çox ağır, 

çox yaman, dözülməz anlar. Bir dənəm, 

zavallı, sevimli balam, Yeganə sevincim, 

təkcə təsəllim... 

Onu məndən aldı amansız ölüm! 



129 

downloaded from KitabYurdu.org




Uilyam Şclıspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

D a y ə .  

Qara bəxt, qara gün, bəxtiqara gün! 

Günlərin bədbəxti, ən kədərlisi. 

Bu cür kədərli gün görməmişəm mən. 

Ah, bu gün, ah, bu gün! Ah, dəhşətli gün! Belə 

qara günü görməyib heç kəs. 

Aman Allah, belə müsibət olar? 

P a r i s .  

Aldandım, ayrıldım öz sevgilimdən, 

Məni, mənfur ölüm, sən təhqir etdin. 

Oh, zabm, oh, qəddar, dağladın məni, Ömrüm 

də, sevgim də tamam puç oldu. K a p u l e t t i .  

Alçaldım, məhv oldum, düşdüm zillətə! 

Ey uğursuz zaman, sən niyə gəlib Matəmə 

döndərdin bayramımızı? 

Ah, balam! Ah, balam! Mənim ürəyim! 

Sən öldün, sən öldün! Ah, balam öldü. Balamla 

birlikdə öldü sevincim. 

L o r e n s o .  

Bir susun, dayanın! Axı, ayıbdır. 

Dərdi göz yaşıyla sağaltmaq olmaz. 

Göylərlə birlikdə siz əzəl gündən Bu gözəl 

sənəmə şərik idiniz, 

İndisə o yalnız göylərin oldu. 

Ənginlik onunçün daha yaxşıdır. 

Sizə düşən payı ölümdən heç cür Qoruya 

bilmədiz, fəqət göylərsə O gülə əbədi bir 

həyat verdi. 

Siz ki istəyirdiz ömrünüz boyu CJcalsın 

zirvəyə ciyərparanız. 

Buludlardan yüksək nurlu göylərdə İndi onu 

görüb, ağlayırsınız? 

Nə pis sevirsiniz qızınızı siz, 

Onu xoşbəxt görüb inləyirsiniz? 

Ərdə çox yaşayan sahibi-təxtdir, 

Ancaq gəlin ölən daha xoşbəxtdir. 

 

130 

downloaded from KitabYurdu.org



Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə