Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə31/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   27   28   29   30   31   32   33   34   ...   189

Ullyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Birləşdirdi mənim Romeo ilə 

Allah ürəyimi, sənsə əlimi, 

tirəyim eşqinə xəyanət edib, 

Başqa birisinə mehr salmamış, 

Əlim dönük çıxıb həmin sevgiyə - 

O mənfur sənədə möhür basmamış, 

Bax, bu parçalayar ikisini də. 

Olduqca artıqdır həyat təcrübən

Bir düşün, fikirləş, bir məsləhət ver. 

Yoxsa mənim ilə mənim dərdimin 

Arasında, bax, bu hakim olacaq. 

Sənin biliyinin, sənin yaşının 

Deyə bilmədiyi şərəfli yolu 

Bu qan tökən bıçaq göstərəcəkdir. 

Qısa danış, ölmək istəyirəm mən, 

Bir çıxış yoxdursa, heç danışma sən. 

Lo re ns o.  

Dayan, qızım, dayan, deyəsən axı, 

tİmid işartısı görürəm bir az. 

Qarşısını almaq istədiyimiz 

Bu böyük dəhşəttək o dəhşətlidir. 

Ərə getməkdənsə qraf Parisə 

Özünü öldürmək niyyətindəsən?! 

İndi ki, var buna gücün, cürətin, 

Ölümə bənzəyən bir tədbir də var. 

Yerinə yetirsən sən onu əgər, 

Bu ağır bəladan qurtarar səni. 

İndi hünər səndən, əlac da məndən. 

Cü ly e t t a .  

Ah, Parisə ərə getməmək üçün, 

Razıyam, hökm elə, uca qalanın 

Qülləsindən yerə atılım, ya da 

Gedib quldurlara yoldaş olum mən. 

Razıyam qaranlıq dar mağarada 

Bir yerə sal məni ilanlar ilə. 

Bağla ayılarla eyni zəncirə, 

Ya da ölülərin sür-sümükləri, 

 

118 

downloaded from KitabYurdu.org




Dişsiz kəllələri, əl-ayaqları Dəhşətlə 

səslənən sərdabəyə at. Razıyam, qoy 

məni təzə məzara, 

Ya da ölü ilə bir kəfənə bük. 

Əvvəl bu sözlərdən tir-tir əsərdim, 

İndi bu şeylərdən qorxmuram əsla; 

Təki namusuma ləkə dəyməsin, 

Təki sadiq qalım öz sevgilimə. 

Əgər belədirsə, onda evə get, 

Hamıyla de-danış, görün şad-xürrəm, 

Qrafa getməyə tez razılıq ver. 

Sabah çərşənbədir. Sən sabah axşam 

Yerində təkcə yat. Elə eylə ki, 

Dayə də səninlə birgə qalmasın. Yatağa 

uzanıb, bu şüşəni al, 

Ondakı məlhəmi axıradək iç. 

Bir azca keçməmiş damarlarını Buztək 

bir soyuqluq bürüyəcəkdir, Yuxuya 

dalacaq bütün varlığın. 

Bu an dayanacaq nəfəsin, nəbzin, 

Canında hərarət görünməyəcək, Səndə 

qalmayacaq həyatdan nişan, Saf 

dodaqlarında, yanaqlarında Açan 

qızılgüllər solacaq tamam. Həyata 

əbədi qapanır kimi, 

O göz qapaqların bağlanacaqdır. Sənin 

hər bir üzvün, əlin, ayağın Soyuyub, 

sustalıb quruyacaqdır. Ölümü andıran 

bu dəhşətli hal Düz qırx iki saat davam 

edəcək. 


Sonra da bir gözəl, şirin yuxudan 

Ayılırmış kimi, ayılacaqsan. 

Səni oyatmağa gələndə qraf Səni 

yatağında ölmüş görəcək. Adətinə görə 

bizim ölkənin Səni paltannda açıq 

tabutda 


119 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Bütün Kapuletti nəsli yatdığı 

Qədim sərdabəyə aparacaqlar. 

Məktub yazacağam mən Romeoya, 

O biləcək bizim planımızı. 

Dərhal, dayanmadan bura gələcək. 

Sən oyanan vaxtı həm o, həm də mən 

Durub sərdabədə sənin yanında 

Sənin qalxmağını gözləyəcəyik. 

Elə həmin gecə səni özüylə 

Romeo buradan aparacaqdır. 

Qadın qorxaqlığı, şübhə, tərəddüd 

Qırmasa əzmini, cəsarətini, 

Bununla ləkədən qurtaracaqsan. 

Cü ly e t t a .  Qorxudan danışma, o şüşəni ver! 

Lo re ns o.  

Al, di get, möhkəm ol öz qərarında. 

Mən də məktub yazım, təcili onu 

Bir rahib aparsın vəfadarına. 

Cü ly e t t a .  

Ey sevgi, sən mənə güc ver, qüvvət ver! 

Yalnız bir bundadır nicatım mənim. 

Salamat qal, ata! 

Gedir. 

 

İKİNCİ SƏHNƏ



 

Kapulettinin evində zal. 

Kapuletti, ledi Kapuletti, dayə ve iki xidmətçi daxil olurlar. 

Ka pu le t t i.



 

Get, çağır burada yazılanları! 



120 

Birinci xidmətçi gedir. 

Ey, iyirmi nəfər yaxşı aşpaz tut. 

downloaded from KitabYurdu.org



İ kin ci  x id m ə t ç i.  

Ağa, heç biri də pis ola bilməz

Hamısı yalayar barmaqlarını. Ka pu le t t i.  Bu nə 

deməkdir ki? 

İ kin ci  x id m ə t ç i.  

Bilirsiz, ağa, 

Pis aşpaz yalamaz öz barmağını. 

Hansı ki, yalamır öz barmağını, Eləsini tutub 

gətirmərəm mən. Ka pu le t t i.  Yaxşı, yaxşı, cəld 

ol! 


ikinci xidmətçi gedir. 

Qorxuram, düzü, 

Çatdıra bilməyək işi vaxtında. 

Qızım, doğrudanmı, getdi kilsəyə? 

Da y ə .  Bəli, doğrudan da. 

Ka pu le t t i.  

Him, çox pakizə, 

Bəlkə, rahib onu yola gətirdi. 

Necə də inaddır, sırtıqdır bu qız! 

Da y ə .  

Bir baxın, qızınız gəlir kilsədən, 

Cİzündən, gözündən sevinc tökülür. 



Cülyetta daxil olur. 

Ka pu le t t i.  Hə, tərs qız, sən harda veyllənirdin? 

Cü ly e t t a .  

Sizin əmrinizə, qərarınıza İtaət 

eyləyib, boyun əymədim; 

Tövbə qaydasını öyrənirdim mən. 

Çox ciddi buyurdu müqəddəs rahib, 

Məni əfv etməkçün sizə diz çöküm. 

Sizə yalvarıram, məni əfv edin. 

Bir də sözünüzdən çıxmaram, ata! 

Ka pu le t t i.  

Gedin, xəbər verin bunu qrafa

Lap sabah qurtaraq bu xeyir işi. 

121 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə