Azərbaycan Respublikasının Təhsil Nazirliyi baki döVLƏt universiteti


Tarixi mədəni qoruqlar üzrə turizm məhsulunun təşkili



Yüklə 48,53 Kb.
səhifə5/6
tarix31.12.2021
ölçüsü48,53 Kb.
#81502
1   2   3   4   5   6
Sənəd 1-3

3.Tarixi mədəni qoruqlar üzrə turizm məhsulunun təşkili

Tarix və mədəniyyət qoruqlarında, turizm məqsədləri üçün istifadə edilən abi-dələrdə müvafiq infrastrukturun yaradılması sektorun inkişaf etdirilməsi baxım-dan xüsusi aktuallıq kəsb edir. Bu gün Azərbaycanda turizmin əsas infrastrukturu qurulub, yeni hotellər istifadəyə verilir, keyfiyyətli xidmətin təşkili, kadr hazırlığı, turizm imkanlarımızın tanıtımı istiqamətində işlər görülür.Turistlərin mədəni isti-rahəti, tarixi-mədəni məkanlara turların təşkili də bu sahədə işin növbəti mühüm mərhələsidir.

Qeyd edək ki,Azərbaycanda hazırda 6308 tarix və mədəniyyət abidəsi dövlət mühafizəsindədir, 27 dövlət tarix-mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qo-ruğu fəaliyyət göstərir. Abidə və qoruqların bir qisminin ərazisində turizm infras-trukturu qurulub. Turizm şirkətləri tarixi abidələrə infoturlar təşkil edirlər. Eyni zamanda bu abidələrin özlərinin lazımi səviyyədə təqdim olunması, müvafiq pas-portlaşmanın aparılması zəruridir: “Turizmin inkişafı baxımından tarixi abidələr əvəzolunmaz bir imkan yaradır. Çünki səyahətə gələn hər bir insan gəldiyi ölkənin tarixi, mədəni irsi ilə yaxından maraqlanır.Bunun üçün də turistlərə dəqiq məlu-mat təqdim olunmalıdır”.17

Azərbaycanın turizm istiqaməti kimi tanınma səviyyəsinin artırılması olan Azərbaycan Turizm Bürosu (ATB) yaradılıb. Bununla yanaşı, DTA-nın tərkibinə daxil olan Qoruqları İdarəetmə Mərkəzi dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafı-nın təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyət göstərir.


Mərkəzin tərkibində aşağıdakı qoruqlar var: “Yanardağ” Dövlət Tarix-Mədə-niyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu,“Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu, “Lahıc”Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kom-pleksi daxil olmaqla),“Kiş” Tarix-Memarlıq Qoruğu,“Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti isə ayrılıqda DTA-nın tərkibinə daxildir.18

Qoruqlar təbii komplekslərin mühafizəsini təmin etməklə bərabər, həm də tu-rizm və rekreasiyanın inkişafı üçün də mühüm amildir.

Qoruqların turizmdə istifadəsi XX əsrin ortalarında Aropa ölkələrində ekotu-rizmin inkişafı ilə bağlı olmuşdur. Bu mərhələdə qoruqlardan istifadə əsasən təbii mühitlə insanların qarşılıqlı əlaqəsi və ölkələrdə ekoloji tərbiyənin inkişafı ilə bir-başa əlaqəli olsa da XX əsrin 70-80-ci illərində Avropa ölkələri və Amerikada ekoturizmin digər turizm növlərinə alternativ formalaşması ilə əlaqədar olaraq mənimsənilməsinə addım atılıb.

Qoruqların turizm ehtiyatı kimi istifadənin məqsəd və vəzifələri aşağıdakılardır:

1. Təbii komplekslərin qorunması və ətraf mühitlə əlaqəli olan turizmin həvəslən-dirilməsi. Bu məqsədlə Milli Parkların ərazisində nadir bitki və heyvan aləmi nü-munələrinin qorunması üçün xüsusi zonalar ayrılır;

2. Qoruqların elmi-təcrübi əhəmiyyət kəsb etməsi burada olan fauna və flora növ-lərinin həyat tərzini, yaşadığı ətraf mühitin dəyişmələrinin öyrənilməsindən iba-rətdir;

3.Ekoloji monitorinqin həyata keçirilməsində qoruqlar elmi-təcrübi əhəmiyyət kəsb etdiyinə görə, onlarda müvafiq dövlət və beynəlxalq təşkilatlar tərəfindən monitorinqlərin təşkili mümkündür. Belə monitorinqlərin aparılması qoruqlarda olan fauna və flora növlərinin sayma, artım dinamikasına nəzarət etməyə imkan yaradır.19

Milli Parklarda turizm təşkili baxımından məqsəd və vəzifələrindən asılı olaraq funksiyaları aşağıdakı qruplara ayrılır:

- Qoruqda sanitar normalara əməl olunması.

- Qoruğun ərazisində və onun yaxınlığında turizm infrastrukturunun stimullaşdır-ılması üçün onların yaxınlığında olan torpaq sahələri icarəyə verilməklə investisi-yalara cəlb olunur.20

Dünyada ilk təşkil olunan qoruq ABŞ-da Ellostondur (1872-ci il). Burada 3000-dən çox qeyzer, bizonlar və s. digər təbii komplekslər qorunur.Yosemit qoruğu ABŞ-ın qərbində əlverişli coğrafi mövqeyə malik ərazidə yerləşir.Qoruğda təbii meşə landşaftı ilə yanaşı meşə heyvanları da qorunur.Qoruq uzun ömürlü sekvoya ağaclarının məskənidir. Burada 500-ə yaxın bənzərsiz, çox gözəl sekvoya ağacları bitir. Onlardan ən böyüyü olan Nəhəng Qrizlindir.Qoruqda 1400 bitki, 70 növdən çox məməli heyvanlar məskunlaşıblar.

Yellouston qoruğu. Ümumiyyətlə, ABŞ-da olan qoruqların əksəriyyəti ölkənin qərbində yerləşir. Yellouston qoruğu Kordilyer dağının ətrafında yaradılıb. Dün-yada ilk qoruq olan Yellouston 1872-ci ildə salınıb.Yelloustonun sahəsi o qədər böyükdü ki, o, 3 ştatın ərazisini əhatə edir. Vayo-minq, Montana, Aydaxo ştatları.

Denali qoruğu. Milli park Мак-Kinli dağının yaxınlığında yerləşir. Deməli qoruğun bəzəyi onun Мак-Kinli zirvəsində yerləşməsidir. Denali dünyada ən bö-yük qoruqlarından biridir.

Böyük Kolorado Kanyonu. Burada 1500 bitki növü mövcuddur. Onlardan 11-i nadir və nəsli kəsilməkdə olanlardır. Qrand-Kanyon qoruğu həm də 76 növ mə-məlinin, 50 növ amfibiyaların və sürünənlərin, 300 növ isə quşların məskənidir.

Tikal qoruğu. 54 növ məməlı heyvanların məskənidir. Burada ağquyruqlu ma-rallar, pumalar. yaquarlar, tapirlər, böyük və kiçik qarışqayeyənlər, üçpəncəli tən-bəllərə və s. rast gəlinir. Həmçinin burda uluyan meymunlara və hörümçəyəbən-zər meymunlar da yaşayır.12 min növdən çox heyvan növləri qoruqda qorunur.

Pantanal qoruğu. Pantanal qoruğu Braziliyanın cənub-qərbində yerləşir. Onun rəngarəng bioloji xüsusiyyətləri, çoxsaylı göl və çayları, rütubətli sıx tropik meşə-ləri, savannaların olması flora və faunanın tükənən növlərinin qorunmasına qarşı əlverişli şarait yaradır. Pantal meşələrində yaquar, varan, tapir, alligator və bataq-lıq quşları yaşayırlar. Meşələrdə hündürlüyü 10-18 m-ə çatan palma və sıx ot bit-kiləri vardır.21

Banqladeşdə benqal pələnglərinin qorunduğu Sundarban qoruğu 8 min km-dən çox sahəni əhatə edir.Qoruğun ərazisində nəsli kəsilməkdə benqal pələngi, Cənubi Asiyanın səciyyəvi olan müxtəlif fauna növləri qorunur.Çində pandaların qorun-duğu Volonq qoruğu onun cənub-şərqində musson meşələrinin arasında yerləşir. Qoruğun ərazisində 500-ə yaxın panda qorunur.Qoruq pandaların qorunduğu ye-ganə ərazi sayılır. Buraya gələn turistlər pandaların qidalanmasını, həyat tərzini müşahidə edə bilirlər.Qoruğun daxilində eko və safari turist marşrutları təşkil olu-nur.Milli Parkın Çin DXR-na gələn xarici turistlərin daha çox baş çəkdiyi ərazilər-dəndir.

Turizmin sürətlə inkişaf etməsi Azərbaycanda da xüsüsi mühafizə olunan əra-zilərin milli parklar formasının təşkil edilməsinə və genişləndirilməsinə əlverişli zəmin yaratdı.Bu isə həmin qoruqların sahəsini genişləndirməklə onların ərazisin-də ekoturizmi inkişaf etdirməyə şərait yaradır.Ekologiya və Təbii Sərvətlər Nazir-liyi yaranmamışdan əvvəl Azərbaycan Respublikasında milli parklar mövcud deyildi. Təbiətin mühafizəsini daha ciddi rejimli forması kimi qoruqların və Milli parkların yaradılması Azərbaycanın nadir və qiymətli landşaftlarının mühafizə-sində böyük rol oynamışdır. 2005-ci ilə qədər dövlət qoruqları və Milli parkları vasitəsilə Azərbaycanın 2,3% ərazisi mühafizə olunurdu. Hazırda Respublikamız-da 16 müstəqil təbiət qoruğu (2015) var və 4 Təbii qoruq isə (Altıağac, Şirvan, Hirkan, Göygöl) Milli parklar daxilində fəaliyyət göstərir. Yaxın vaxtlarda sahəsi 20 min hektar olan Kürün deltası qoruğunun yaradılması nəzərdə tutulur. Azər-baycanda landşaftların mühafizə formaları rekreasiya və Turizm baxımından üç qrupa bölünür: landşaftların tam mühafizəsi; landşaftın bütövlüyünü saxlamaqla təbii obyektlərin qismən mühafizəsi; optimal antropogen landşaftların yaradılma-sı. Landşaftların mühafizəsinin birinci və ikinci forması qorunan ərazilərlə bağlı-dır. Qoruqlar təsərrüfat istifadəsindən tam çıxarıldığı üçün burda landşaftlar öz tə-bii vəziyyətindən qorunub saxlanılır. Təbiət qoruqlarından Böyük Qafqazda 5, Kür çökəkliyində 5, Naxçıvanda 1, Kiçik Qafqaz vilayətində isə 4 qoruq yerləşir. Təbiət qoruqlarının 60 %- ə qədəri dağlıq ərazilərdə o cümlədən 34 % -i Böyük Qafqazın ərazisində təşkil olunub. Dövlət Qoruqlarının yarıdan çoxu düzənlik ərazilərdə və su akvatoriyasında yaradılmışdır.Hazırda bütün təbiət qoruqları va-sitəsilə Azərbaycanda müxtəlif landşaftlarının 2,5 %-ə qədəri ciddi rejimlə müha-fizə olunur. Xəzərin sahilindəki qumlar, su-bataqlıq landşaftları və düzənlik ya-rımsəhralarından tutmuş yüksək dağ çəmənliklərinə kimi respublikamızda yayı-lan bütün landşaftlar bu və ya digər dərəcədə təbiət qoruqları vasitəsilə mühafizə olunur.Azərbaycanda yayılan landşaft tipləri içərisində ən çox mühafizə olunan meşə landşaftlarıdır. Hazırda bütün qoruq ərazilərinin 45%-dən çoxunu müxtəlif növ meşə landşaftları təşkil edir. Azərbaycanın alçaq dağlığın arid-meşə landşaft-ları qoruq ərazilərinin 11,3 %, Kür boyu tuqay meşələri isə 4,5 %-ni təşkil edir. Mövcud qoruqların 28%-ə qədərini dağ-meşə landşaftları, 1,3 %-ni isə subtropik meşələr təşkil cdir.

Dövlət təbiət qoruqları. Azərbaycan dünya ölkələri meşəsi çox az olan ölkələr sırasındadır. Respublikamızda adambaşına düşən meşə sahəsi olduqca azdır (0,14 ha). Lakin Azərbaycan meşələrinin böyük torpaqqoruyucu, havatəmizləyici və susaxlayıcı əhəmiyyəti vardır. Ona görə də mövcud meşələrin ciddi mühafizəsi isə dövlət qoruqları vasitəsilə həyata keçirilir. Bu gün Azərbaycan meşələri 16 təbii təbiət qoruğunun ərazisində mühafizə olunur ki, bunlardan da 8-i orta və yük-sək dağlıq ərazidə təşkil olunmuşdur. Azərbaycanda təbii təbiət qoruqlarının ümu-mi sahəsinin 14 %-ə qədərini yarımsəhra və çöl landşaftları, 33 %-ə qədərini isə su - bataqlıq kompleksləri təşkil edir. Ümumiyyətlə, təbii təbiət qoruqları landşaft qurşaqları üzrə qeyri-bərabər paylanmışdır. Dağ-meşə və dağ-çəmən landşaft qur-şağında 5 qoruq təşkil olunmuşdur. Su-bataqlıq komplekslərində isə 2 qoruq təşkil olunmuşdur. Azərbaycanın dağ-meşə landşaftlarının 7,3 %-i, dağ-çəmən landşaft-larının 2,0 %-i qoruqlar vasitəsilə mühafizə olunur.22

Nəticə

Mövcud təbiət komplekslərini qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət əraziləridir. Qoruqlar elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən əra-zilərdir (akvatoriyalar).19-cu əsirdən etibarən heyvan,bitki və s. təbii komplekslə-rin nəsli kəsilməsin deyə qoruqlar yaradıldı.1912-ci ildə Çarlz Rotşild Təbiət qo-ruğun təşfiqi cəmiyyətini qurdu.O, ilk olaraq Britaniyada vəhşi təbiət üçün ən yax-şı yerləri axtarmaq və onları təbiət qoruğu kimi tanıtmaq ideasını irəli sürdü. Dün-yanın ilk müasir təbiət qoruğu 1821-ci ildə təbiətşünas və tədqiqatçı Çarlz Uoter-ton tərəfindən yaradılmışdır.

Qoruq aşağıdakı vəzifələri yerinə yetirir:

1.Qoruq ərazisində dövlət nəzarətini həyata keçirir

2.Qoruq sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir və qo-ruğun inkişafını təmin edir

3.Qoruğun idarə edilməsi ilə bağlı müvafiq planlar hazırlayır, Qoruqları İdarəet-mə Mərkəzi ilə razılaşdırır və həyata keçirir

4.Qoruq ərazisindəki rekreasiya zonalarını, yaşıllaşdırma sahələrini və nəqliyya-tın hərəkətini müvafiq qaydada təşkil edir, abidələrə yaxın olan və ya onların mü-hafizə zonasından keçən yol sahələrində boru kəmərlərinin, elektirik xətlərinin və digər kommunikasiyaların, eləcə də nəqliyyat vasitələrinin hərəkəti abidələrin qo-runmasına təhlükə yaratdıqda, onların məhdudlaşdırılması və ya qadağan edilmə-si üçün Qoruqları İdarəetmə Mərkəzi ilə birgə qanunvericiliyə uyğun qaydada təd-birlər görür

5.Tarix və mədəniyyət abidələrində aparılan konservasiya, inşaat-möhkəmləndir-mə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini Qoruqları İdarə-etmə Mərkəzinə təqdim edir.

Qoruqlarda təbiətdən istifadə etmənin əsas və fərqləndirici xüsusiyyətləri təbiət resurslarından xammal kimi yox, məlumat (informasiya) mənbəyi kimi istifadə etməkdir.

Qoruqlar təbii komplekslərin mühafizəsini təmin etməklə bərabər, həm də tu-rizm və rekreasiyanın inkişafı üçün də mühüm amildir.

Qoruqların turizmdə istifadəsi XX əsrin ortalarında Aropa ölkələrində ekotu-rizmin inkişafı ilə bağlı olmuşdur. Bu mərhələdə qoruqlardan istifadə əsasən təbii mühitlə insanların qarşılıqlı əlaqəsi və ölkələrdə ekoloji tərbiyənin inkişafı ilə bir-başa əlaqəli olsa da XX əsrin 70-80-ci illərində Avropa ölkələri və Amerikada ekoturizmin digər turizm növlərinə alternativ formalaşması ilə əlaqədar olaraq mənimsənilməsinə addım atılıb.


Yüklə 48,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə