Azərbaycan Respublikasının Təhsil Nazirliyi baki döVLƏt universiteti



Yüklə 48,53 Kb.
səhifə2/6
tarix31.12.2021
ölçüsü48,53 Kb.
#81502
1   2   3   4   5   6
Sənəd 1-3

3.Tapşırığın verilmə tarixi:15.11.2021

4.Məqsəd: Azərbaycanın tarixi-mədəni qoruqlarının öyrənmək və onları dəyərləndirmək

5. Kurs işinin planı:

Giriş

Fəsil I. Tarixi-mədəni qoruqların yaradılması şərtləri və təşkili formaları

Fəsil II. Azərbaycanın tarixi-mədəni qoruqlarının səciyyəsi

Fəsil III. Tarixi-mədəni qoruqlar üzrə turizm məhsulunun təşkili

Nəticə.

Ədəbiyyat :

1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003.

2. İlqar Hüseynov Nigar Əfəndiyeva “ Turizmin Əsasları”

3. T.O.İbrahimov “Azərbaycan qoruqlarının ekoloji problemləri”

4. https://www.eea.europa.eu/help/glossary/eea-glossary/nature-reserve

5.https://www.wildlifetrusts.org/wildlife-and-wild-places/protecting-wildlife-sites/nature-reserves

6. The National Atlas of Sri Lanka (2nd ed.). Department of Survey. 2007

7.Sri Lanka Wildlife Conservation Society (SLWCS)". Archived from the origi-nal on 28 October 2011. Retrieved 27 October 2011.

8."Walton Hall history". Archived from the original on 20 August 2010. Retrieved 17 December 2012.

9.Charles Waterton (1782–1865)". Archived from the original on 17 December 2013. Retrieved 29 June 2014

10.Wakefield Express (23 February 2013). "Sir David Attenborough will open ci-ty centre's new museum".Archived from the original on 26 February 2013.Retrie-ved 24 August 2014

11.Weiner, Douglas R. (1988). Models of Nature: Ecology, Conservation, and Cultural Revolution in Soviet Russia. University of Pittsburgh Press. p. 29. ISBN 978-0-8229-5733-1.

12.Accreditation". Yellowstone Wildlife Sanctuary. Archived from the original on 8 December 2019. Retrieved 26 February 2020.

13.Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident kitabçası

14.https://medeniyyet.az/page/news/12872/Medeni-irs-ve-turizm.html

15.https://www.yeniazerbaycan.com/Turizm_e50028_az.html

16.Azərbaycan Təbiətinin Ekocoğrafi problemləri. AMEA-nın Coğrafiya Cəmiy-yətinin əsərləri XII-cild, Bakı – 2008

17.Budaqov B.Ə. Azərbaycanın təbiət abidələri. Bakı - 1990,

18.Əsgərov Ə.T., Bilalov B.Ə., Gülalıyev Ç.G.. Ekoloji turizm (dərs vəsaiti) Bakı, Adiloğlu, 2011.

Yerinə yetirilmə müddəti: 20.12.2021

Kafedra müdiri: Həbibə Soltanova Elmi rəhbər: Vuqar Dərgahov

“ “ __________ 2021-cu il “ “ ____________ 2021-cu il

Protokol: Qəbul etdi: _______________
“ “ ___________ 2021-cu il “ “ ____________ 2021-cu il

Qiymət: ______________ “ “ ____________ 2021-cu il



Plan

Giriş.................................................................................................5-7

I. Tarixi-mədəni qoruqların yaradılması şərtləri və təşkili formaları ............8-11

II. Azərbaycanın tarixi-mədəni qoruqlarının səciyyəsi......................................12-16

III. Tarixi-mədəni qoruqlar üzrə turizm məhsulunun təşkili ........................17-22

NƏTİCƏ........................................................................................................23-24

ƏDƏBİYYAT...............................................................................................25-26

Giriş

Mövcud təbiət komplekslərini qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisinə qoruq deyilir. Qoruqlar dövlət tə-rəfindən mühafizə edilən ən yaxşı mühafizə formalarından biridir. Burada müxtə-lif təbii zonaların xarakterik landşaftları, kökü kəsilməkdə olan, yaxud nadir hal-larda rast gələn bitki və heyvan növləri, aradan çıxmaq təhlükəsinə məruz qalan təbii komplekslər və onların komponentləri, mağaralar, şəlalələr, buzlaqlar və s. qorunur. Qoruqlarda geoloji kəşfiyyat işləri, şumlama, mal-qara otarması, turizm, ov etmək, balıq tutmaq, ağac kəsmək,bitkiləri məhv etmək,ümumiyyətlə təbii sər-vətlərdən istifadə etmək və onların təbii halını pozmaq qadağan edilir.

Qoruqlar təbii canlı laboratoriya sayılır. Burada müxtəlif obyektlərdə uzun illər boyu tədqiqatlar aparılır, təbiətin etalon və kontrol sahələrində mürəkkəb ekoloji sistemlərin inkişafı qanunauyğunluqları öyrənilir. Tədqiqat zamanı əldə edilən materiallar təsərrüfatda istifadə edilən sahələrlə müqayisə edilir. Belə nəticələr tə-bii mühitin pozulma dərəcəsini aşkara çıxarmağa və onun qarşısını almaq üçün tədbirlər sistemini hazırlamağa imkan yaradır. Ekoloji sistemin daha çox rənga-rəngliyini öyrənmək, genetik fondun növlərini saxlamaq məqsədilə qoruqlar müx-təlif landşaft zonalarında yaradılır. Qoruq əraziləri ətrafında mühafizə zonaları ya-radılır. Bu zonalar insanın təsərrüfat fəaliyyətinin qoruğa daxil olmasının qarşısını alır.1

Öz quruluşuna görə Qobustan ərazisi Turistlər üçün çox maraqlıdır.Sanki göy-dən yerə səpələnmiş möhtəşəm qayalar, həmin qayaları yararaq çıxmış əncir ağac-ları, “Qoval Daş” adlanan qədim zərb aləti bütün dövrlərdə turistlərin diqqətini cəlb etmişdir. Bakının içəri şəhərinin memarlıq komplekslərini, Abşeron qalaları-nı, Atəşgahı və başqa qədim memarlıq nümunələrini ziyarət edən turistlər Qobus-tan qaya təsvirlərini də görmək istəyirlər. Elə buna görə də, Qobustan qayaları hə-lə 1967-ci ildən qoruq-muzey elan edilərək Turizm maşurutuna daxil edilmişdir.2

Qəbələ qalası və onun ətrafı hələ, 1979-cu ildə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qoruq-muzey kimi rəsmiləşdirilmiş, həmin ildən onun mühafizə olunması işinin təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi-nə və rayon mədəniyyət və turizm şöbəsinə həvalə edilmişdir.3

Subtropik iqlimə malik olan Lənkəran ərazisi də Azərbaycanın ən gözəl guşələ-rindən biridir. Burdakı Qızılağac qoruğunda müxtəlif növdən olan quşlara tamaşa etmək mümkündür. Belə ki, sahəsi 93 hektardan çox olan bu qoruqda 129 növdən artıq quş vardır.4

Milli meşə zonaları (835 mln səfər, onlardan 34%-i avtomobillərlə) və heyvan-ların qorunması üçün yaradılmış 500 milli qoruq (30 mln səfər) turistlər arasında böyük nüfuz qazanıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyin 2003-cü ilə aid statistik məlumatına görə respublikamızda 140 muzey var. Tibbi – səhhiyə, elm və təhsil, texnika muzeyləri və açıq – səma altında qoruq muzeylər bu cəhətdən xüsusi qrup təşkil edir.

Təbii mühafizə ərazilərinin (qoruq, yasaqlıq, milli park, təbiət abidələri və s.) təsnifatı məsələsi ilə V.Firiş (1964), V.S.Hart (1966), V.A.Borison (1973), S.M. Stoyko (1972-1973), V.V.Krlnitiski (1974), R.Dasman (1974) və s. məşğul ol-muşlar.

Onlar qoruq və yasaqlıq ərazisinin pozulma dərəcəsinə,onlardan istifadə xüsu-siyyətlərinə, landşaftın mühafizəsinə və başqa əlamətlərinə görə təsnifatını ver-mişlər.

V.A.Borisov (1973), mühafizə olunan təbii əraziləri 6 qrupa ayırmışdır. Qoruq-ların tipi, qrupu, növü, sinifi, ölçüsü, reaksiya xüsusiyyətləri.

S.M.Stoyko qoruqların 4 taksonomik dərəcəsini ayırmışdır.Qoruqların sinifi, tipi, cinsi, növü.

Yuxarıda göstərilən müəlliflərin verdikləri təsnifatlar qoruqların yerləşməsinə, təbiətin pozulma dərəcəsinə, qoruğun landşaft komponetinin qruplaşmasına aid olub, təbiətin mühafizə edilməsində böyük elmi-nəzəri əhəmiyyətə malikdir.

AR-da təşkil olunmuş 16 qoruğu məqsədinə, funksiyasına görə 4 qrupa ayırmı-şıq.

1.Flora qoruqlarına- relikt flora, meşə yarımqrupları aiddir.Hirkan, Bəsidçay və s.

2.Fauna qoruqları- qrupuna və orintoloji və heyvanlar mühafizə edilən yarımqrup-lar daxildir. Şirvan, Qızılağac və s.

3.Kompleks landşaft qoruqları- qrupuna xarakterik dağ landşaftları və kompleks landşaft qoruqları yarımqrupları daxildir. Bu tip qruplara Zaqatala, İlisu və s.

4.Tarixi-təbii abidələrə Qobustan qoruğunu misal göstərmək olar.

Qeyd edilən qoruqlardan statusuna və məqsədinə görə fərqlənən Biosfer qoruq-larının da respublikamızda yaradılması olduqca zəruridir.5


Yüklə 48,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə