Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə30/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   26   27   28   29   30   31   32   33   ...   87

 
90 
təbiətşünaslıq, fizika, bədən tərbiyəsi fənləri ilə əlaqəsindən danışır 
və nəhayət, riyaziyyatla əlaqədar bir neçə fikir söyləyirlər). 
III səviyyə: Şagirdlər: – “Mən topoqrafik xəritə üzərində hərbi 
obyektlər arasındakı məsafənin hesablanmasına aid çalışma həll edə 
bilərəm.  Bunun  üçün  cəbr  və  həndəsədən  öyrəndiyim  tənasübə 
müraciət etmək kifayətdir. Xəritənin miqyası 1:50000 nisbətindədir-
sə və xəritədə iki obyekt arasındakı məsafə 3,5 sm – dirsə, onda yer 
üzərində  bu  məsafə  3,5∙500=1750m  olar,  yəni  1km  750m”,  “Mən 
əyri  xətt  üzrə  məsafənin  tapılmasına  aid  çalışma  həll  edə  bilərəm. 
Bunun üçün əyri xətti hissələrə bölərəm, onların hər birini hesabla-
yıb,  sonra  bu  kiçik  məsafələrin  cəmini  taparam.  Bu  cəm  təxminən 
həmin məsafəyə bərabərdir” və s. 
Hərbi  rəhbərlər:  –  “Taktiki  hazırlıq”  məşğələlərində  nəzərdə 
tutulan  obyektə  qədər  məsafənin,  hədəf  və  digər  obyektlərin 
yerləşdiyi yerlərin təyin olunmasına aid çalışmalara müraciət edilir. 
Məsələn, “Müşahidə nöqtəsindən 900m uzaqlıqda dağılmış bina, bu 
binadan  sağ  tərəfdə  isə  düşmənin  dayaq  məntəqəsi  yerləşir.  Əgər 
qol  tam  açıldıqda  baş  barmaq  dağılmış  bina  ilə  düşmənin  dayaq 
məntəqəsi arasındakı məsafəni örtürsə, onda müşahidə nöqtəsindən 
dayaq məntəqəsinə qədər olan məsafə nə qədər olar?” Belə çalışma-
ların həlli zamanı xətti və bucaq kəmiyyətləri arasındakı münasibət-
lərdən,  bucaq  ölçüsündən,  xətti  uzunluğa  cəld  keçmədən  və  əksinə 
olan  əməliyyatdan  istifadə  edirik.  İbtidai  hərbi  hazırlıq  məşğələlə-
rində bucaqların dərəcə  və dəqiqə ilə ölçülməsində təqribi hesabla-
ma  qaydalarına müraciət  olunur. Bucaq ölçüsü vahidi  olaraq  uzun-
luğu çevrə uzunluğunun 1/6000 hissəsinə bərabər olan qövsə söykə-
nən mərkəzi bucaq qəbul edilir. Belə ölçü vahidi bucaqölçənin böl-
güsü  adlanır  (bu  bölgü  vahidi  bütün  artilleriya  və  piyada  qoşun 
hissələrində  tətbiq  olunan  bucaqölçən  cihazlarda  istifadə  edilir). 
“Minlik” adlanan bölgü vahidi şərti olaraq çevrə radiusunun 1/1000 
hissəsi götürülür...” 
Hərbi  rəhbərlərin  bir  qismi  bu  qaydada  geniş  izahat  verir, 
gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  məşğələ-
lərində istifadə olunacaq riyazi çalışmanın yerini və həll yolunu ay-


 
91 
dınlaşdırırlar,  lakin  ondan  istifadə  metodikasından  danışdıqda  şa-
girdlərin  qavrayış  səviyyəsini,  onların  biliklərinin  məzmununu  və 
pedaqoji prinsipləri (əyanilik və s.) nəzərə almırlar. 
Bu  qrupa  daxil  edilmiş  cavablar  bir-birindən  yalnız  formaca 
fərqlənir.  Lakin  hərbi  məzmunlu  fizika  və  riyazi  çalışmaların  həlli 
zamanı  şagirdlərin  yürütdükləri  mühakimələr  prinsipcə  bir-birinə 
çox  yaxındır.  Cavablardan  aydın  görünür  ki,  həm  məktəblilərin, 
həm də hərbi rəhbərlərin cavabları əvvəlki hər iki qrupdakı cavablar 
sisteminə nisbətən keyfiyyətcə yüksəkdir və hərbi məzmunlu fizika 
və riyazi çalışmalardan əsasən düzgün istifadə olunur. 
IV  səviyyə:  Şagirdlər:  “Xəritə  üzərində  məsafənin  müəyyən-
ləşdirilməsinə  aid  çalışmaları  yerinə  yetirərkən  riyaziyyat  dərslə-
rindən öyrəndiyimiz aşağıdakı biliklər bizə kömək göstərir: miqyas, 
miqyas  vahidi,  ədədin  ədədə  nisbəti,  təqribi  qiymətin  hesablanma 
qaydası,  xəta,  nisbi  xəta,  pərkar  və  xətkeş  vasitəsilə  ölçmə,  ölçü 
vahidləri  (sm,  m,  km,  və  s.),  onluq  kəsrlər,  onlar  üzərində  əməllər 
və s. Xəritədə düşmənin dayaq nöqtəsini təyin etməyə  aid çalışma-
ların  həlli  zamanı  əvvəlcə  xəritədə  düşmənlə  bizim  aramızdakı 
uzunluğu  ölçürük.  Sonra  xəritənin  xətti  və  yaxud  ədədi  miqyasına 
əsasən  həmin  məsafəyə  yer  üzərində  uyğun  olan  həqiqi  məsafəni 
müəyyən edirik. Məsələn, çalışmanın şərtinə görə, xəritədə miqyas 
vahidi  1:50000-sə  və  xəritə  üzərində  nəzərdə  tutulan  nöqtədən 
müəyyən  obyektə  qədər  olan  məsafə  4,6  sm-ə  bərabərdirsə,  onda 
həqiqi  məsafə  4,6×500=2300m-dir”,  “Kompas  və  azimuta  əsasən 
hərəkət  istiqamətinin  müəyyənləşdirilməsinə  aid  çalışmaların  həlli 
zamanı riyaziyyatdan öyrəndiyim  bilikləri  yadıma  salıram.  Azimut 
üzrə hərəkət zamanı addımlar cütündən də istifadə etmək əlverişli-
dir.  Bunun  üçün  əvvəlcədən  iki  addımın  neçə  metr  olduğunu 
müəyyənləşdirmək lazımdır. Mən bilirəm ki, iki addımım 1,5m-dir. 
Hamı  öz  iki  addımının  uzunluğunu  bilməlidir.  Bunu  riyazi  düstur 
vasitəsilə də hesablamaq olar: L=
4
P
 + 37. Burada P – adamın bo-
yudur.  4  və  37  isə  sabit  ədədlərdir.  Əgər  birinin  boyu  168  sm-ə 
bərabərdirsə, onun addımının uzunluğu 


 
92 
L = 







37
4
168
sm = 0,8 m;  L = 0,8m-ə 
bərabər olacaq” və s. 
Hərbi  rəhbərlər:  –  Məşğələlərdə  yeni  öyrənilən  materialı 
möhkəmləndirmək üçün hərbi məzmunlu fizikaya, riyaziyyata, kim-
yaya  dair  çalışma  və  məsələlərdən  istifadə  etmək  əlverişlidir.  Mən 
fizika və riyazi biliklərin əlaqəsinə dair hərbi məzmunlu məsələlərin 
həllinə  üstünlük  verirəm.  Bu, həmin hərbi anlayışın  elmi  mahiyyə-
tini  şagirdlərə  daha  aydın  başa  salır.  Məsələn,  güllənin  başlanğıc 
enerjisinin hesablanmasında 
E = 
2
mV
2
0
; m = 
g
p
 
düsturundan istifadə edirəm. Həmin düsturlar şagirdlərə fizika 
kursundan məlumdur. Burada m (cismin kütləsi), p (cismin çəkisi), 
g  (sərbəstdüşmə  təcilidir)  kəmiyyətləri  bir-birilə  riyazi  münasibət-
dədirlər: fizikadan isə məlumdur ki, g=9,8m/san
2

İndi Kalaşnikov avtomatında başlanğıc enerjini hesablayaq: 
san
m
715
0
V


 
?
(enerji)
E
7,9
(g)
P


 
və yaxud 
 











?
enerji
E
0,0079kq
g
P
san
m
715
0
V
 
 
g
p
m

 və 
2
san
m
9,8
g

 
 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə