Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə33/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   29   30   31   32   33   34   35   36   ...   87

 
99 
Riyazi çalışmaların içərisində elələri vardır ki, onlar hərbi təy-
yarələrin  manevrlərinə  aiddir.  Məsələn,  “hərbi  manevr  zamanı 
tutucu  təyyarə  əvvəlcə  20  km  qalxmış,  sonra  isə  5,5  km  enmişdir. 
Təyyarənin  qalxma  hündürlüyü  necə  dəyişmişdir?”(63,  199  saylı 
çalışma). Riyaziyyat müəllimi məsələnin həllinə belə bir məlumatla 
başlaya  bilər:  keçmiş  sovetlər  ölkəsi  aviasiyanın  vətəni  olmuşdur. 
Rus alimlərindən M.V.Lomonosovun, A.F.Mojayskinin, N.E.Jukov-
skinin,  K.E.Sialkovskinin,  azərbaycanlı  general  Kərim  Kərimovun 
sovet aviasiyasının yaranması və inkişafında xidmətləri əvəzsizdir. 
Azərbaycan Milli Ordusunda qoşun növlərindən biri də Hərbi 
Hava  Qüvvələridir.  Bu  qoşunlar  müasir  hərbi  təyyarələrlə  təchiz 
edilmişdir. Hərbi tapşırıqları müxtəlif tipli təyyarələr  yerinə  yetirir. 
Bunlar  qırıcı,  qırıcı-bombardmançı,  bombardmançı,  tutucu,  kəşfiy-
yatçı və s. təyyarələrdən, həmçinin vertolyotlardan ibarətdir. Tutucu 
təyyarə  çox  qısa  müddətdə  havadakı  döyüş  təyyarə  və  vertolyotla-
rının başının üstünü almağa, onları yerə endirməyə qadirdir. Reaktiv 
mühərrikli müasir hərbi təyyarələrin sürəti 3 min km/saatdan çoxdur. 
Bu  təyyarələr  yerdən  30km  hündürlükdə  uça  bilir.  Bizim  indi  həll 
edəcəyimiz məsələ də bu təyyarənin hərbi manevrinə aiddir. 
Bir sıra çalışmalar da vardır ki, onlar X-XI siniflərdə keçilən 
gənclərin  çağırışaqədərki  hazırlığı  fənninin  “Əsgərin  döyüşdə  dav-
ranış  qaydaları”  (ibtidai  hərbi  hazırlıq  fənninin  “Taktiki  hazırlıq”) 
bölməsindəki  anlayışlarla  bağlıdır.  Məsələn,  4-cü  sinfin  “Riyaziy-
yat”ındakı  965  saylı,  5-8-ci  siniflərin  “Həndəsə”  dərsliyindəki  825 
saylı çalışmalar buna nümunədir. 
Belə çalışmaların həllinə başlayarkən qısaca məlumat vermək 
olar ki, müasir döyüşlər zamanı düşmənin arxa cəbhəsinə desant və 
kəşfiyyat  qrupu  çıxarmaq  məqsədi  ilə  paraşüt  sistemindən  istifadə 
edilir. Paraşütün köməyi ilə həm  əsgərləri, həm  də hərbi texnikanı 
və  döyüş  ləvazimatını  istənilən  yerə  atmaq  olur.  Müasir  paraşütlər 
idarə ediləndir və onu istənilən əraziyə salmaq mümkündür. Nəzərə 
almaq lazımdır ki,  güclü külək paraşütün istiqamətini  dəyişə bilər. 
Hərbi  rəhbər:  “İndi  bu  şəkildə  siz  paraşütçünü  görürsünüz”,  – 
deyərək  şagirdlərə  paraşütlə  atılan  əsgərin  şəklini  göstərir  və  para-


 
100 
şütün  quruluşu  haqqında  yığcam  məlumat  verir,  sonra  məsələnin 
həllinə keçir. 
VII-IX  siniflərdə  əşyanın  hündürlüyünün  təyini  ilə  əlaqədar 
hərbi – texnika üzrə biliklər vermək mümkündür. Əşyanın hündür-
lüyünü  müəyyənləşdirmək  üçün 


AC
BC
:
BC
C
A
1
1
1


 düstu-
rundan  istifadə  etmək  əlverişlidir.  Buarada 
1
1
C
A
 –  əşyanın  hün-
dürlüyü,  AC – yerə sancılmış payanın uzunluğu,  BC  və 
1
BC  isə 
göstərilən  B  nöqtəsindən  uyğun  olaraq  payaya  və  əşyaya  qədərki 
məsafədir. Sonra belə bir məsələyə baxılır: 
“Kəşfiyyatçı  əsgər  çayın  əks  tərəfində  yerləşən  düşmən  ob-
yektinə qədər olan məsafəni necə müəyyənləşdirə bilər?”. 
Həlli:  Tutaq  ki,  B  müşahidə  nöqtəsindən  çayın  əks  tərəfində 
yerləşən C düşmən obyektinə qədər olan məsafəni tapmaq lazımdır 
(1-ci  şəkil).  Əvvəlcə  B  bucağını  düz  bucaq  qəbul  edərək  xəyalən 
ABC  düzbucaqlı  üçbucağı  qurulur.  Sonra  E  nöqtəsindən  AB  par-
çasına perpendikulyar EK düz xətti çəkilir və K nöqtəsi qeyd olunur. 
 ABC 
və 
AEK 
düzbucaqlı 
üçbucaqların 
oxşarlığından 

BC

:

EK

=

AB

:

AE

 

BC

–  müşahidə  nöqtəsindən 
düşmən  obyektinə  qədər  olan 
məsafə, 

AB



AE

  və 

EK

 
məsafələrini  isə  ölçmək  müm-
kündür.  
 

AB

=m; 

AE

=n; 

EK

=1 
olsun. Onda, düşmən obyektinə 
qədər olan məsafə 
n
l
m
BS


 
                                                           olar. 
 
 
Şəkil 1 
C
 
A
 
E
 
K
 
B
 
• 
• 
Şəkil 1. 


 
101 
Müəllim  şagirdlərə  məlumat  verir  ki,  məsafənin  belə  təyini 
artilleriya  və  raket  qoşunlarımızın  düşmənin  obyektinə  dəqiq  zərbə 
vurmaq üçün əvəzsiz əhəmiyyətə  malikdir. 
Məşğələnin bu şəkildə əyaniləşdirilməsi, riyaziyyat dərslərin-
də  müəllimin  yeri  gəldikcə  hərbi  –  texnika  elementlərinə  müraciət 
etməsi,  məktəbliləri  fəal  təfəkkür  və  fikri  əməliyyatlara  qoşması, 
məzmununda hərbi-texniki məlumatlar olan çalışmaların yerinə  ye-
tirilməsi gənc nəsildə bir tərəfdən sadə hərbi təsəvvürlərin yaranma-
sına, döyüş texnikası ilə tanış olmasına kömək göstərir, digər tərəf-
dən  hərbi  biliklərin  mənimsənilməsinə  maraq,  döyüş  texnikasına 
yiyələnmək həvəsi, Milli Orduda xidmətə tələbat, Vətənin müdafiə-
sinə hazır olmaq və s. bu kimi müsbət hislər tərbiyə edir. 
 
 
2.2. Fizikanın tədrisi prosesində hərbi- texniki  
 
və taktiki biliklərin nəzəri məsələlərinin verilməsi 
 
Gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq) 
kursunun  ümumtəhsil  fənləri  ilə  əlaqəli  tədrisindən  danışılarkən 
fizikanın hərbi-texniki və taktiki bilikləri ilə bağlı imkanlarını unut-
maq olmaz. Göstərilən məsələ baxımından VII-IX siniflər üzrə fizi-
ka  proqramı  və  dərslikləri  araşdırılmış  və  aşkara  çıxarılmışdır  ki, 
fizika  kursundan  öyrədilən  bir  qrup  mövzuların  mətnində,  digər 
qrup mövzulara aid isə sual və çalışmalarda hərbi-texniki və taktiki 
döyüş məlumatları verilir. Lakin bunlar arasında vahid bir ardıcıllıq 
və  sistem  olmadığından  həmin  məlumatlar  yadda  qalan  biliklər 
şəklində  formalaşa  bilmir.  Odur  ki,  şagirdlər  bəsit  şəkildə  də  olsa 
hərbi-texniki  biliklərə  yiyələnmir.  X  sinifdə  gənclərin  çağırışaqə-
dərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  kursu  üzrə  məşğələlərə  ilkin 
hazırlıq  olmadan  gəlirlər.  Əslində  isə  VII-IX  sinif  fizika  kursunda 
bu hazırlığı  həyata keçirməyə kifayət  qədər imkan var.  Bu imkan-
lardan  istifadə  edərək  şagirdlərə  Azərbaycan  dövlətinin  qüdrəti  və 
onun inkişaf  yolu, Milli  Ordunun  yaranması və getdikcə möhkəm-
lənməsi,  onun  qəhrəmanlıq  səhifələri,  Milli  Qəhrəmanlarımız, 
Ordumuzun qoşun növləri, müasir döyüş texnikası, odlu əl silahları, 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə