Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə36/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   32   33   34   35   36   37   38   39   ...   87

 
108 
Dərslikdə  bu  tip  çalışmalar  çoxdur.  Onların  həllinə  başla-
mazdan əvvəl fizika müəllimi belə bir məlumat verə bilər: Rusiya, o 
cümlədən,  keçmiş  SSRİ  dövləti  dünya  aviasiyasının  yaranması  və 
inkişafında böyük rol oynayıb. Bu sahədə görkəmli rus alimlərindən 
M.V.Lomonosovun,  A.F.Mojayskinin,  N.E.Jukovskinin,  K.E.Siol-
kovskinin  böyük  xidmətləri  olmuşdur.  Müasir  aviasiya  xalq  təsər-
rüfatının  müxtəlif  sahələrində,  o  cümlədən  mülki  aviasiyada,  ağır 
sənayedə, kənd təsərrüfatı işlərində, tibbdə, hərbi texnikada və sairə 
sahələrdə  geniş  istifadə  olunur.  Bu  təyyarələr  bir  başa  uzaq 
məsafələrə  uçma  qabiliyyətini  hələ  1937-ci  ildə  təsdiq  etmişdir. 
Turboreaktiv və reaktiv mühərrikli belə təyyarələrin bütün hissələri, 
o  cümlədən  pəncərə  şüşələri  yüksək  təzyiqə  və  sürtünmə  zamanı 
qızmaya tab gətirə bilən materiallardan hazırlanır. Təyyarələrin pən-
cərələri nə içəriyə, nə də içəridən çölə hava buraxmır. Ona görə də 
hansı  yüksəklikdən  uçmasına  baxmayaraq  təyyarənin  içərisində 
atmosfer təzyiqi sabit qalır. İndi həll edəcəyimiz məsələlər də təyya-
rələrin  pəncərələrinin  hava  buraxmamasına  (başqa  məsələ  1937-ci 
ildə  sovet  mülki  aviasiyasının  keyfiyyətinə  və  təyyarəçilərin  şüca-
ətinə) aiddir – dəyərək fizika müəllimi müvafiq çalışmanın həllinə 
başlayır. 
V.  Fizika  dərsliyində  elə  tip  nəzəri  məlumatlar  və  çalışmalar 
vardır  ki,  onların  məzmununda  əsas  döyüş  vasitələrindən  biri  olan 
tanklardan danışılır. Məsələn, “Asfalt yol ilə gedən ağır tank asfaltı 
dağıtmır. Bəs nə üçün yolda onun tırtılı altında qalan kərpic əzilir?” 
(77,  s.  304;  1-ci  çalışma);  “Hərəkətdə  olan  tankdan  top  atılır.  Bu 
atəş  tankın  sürətinə  təsir  edirmi?”  (77,  s.185;  çal.4).  Çalışmaların 
həllinə fizika müəllimi belə başlaya bilər: “Uşaqlar, Azərbaycan Or-
dusu,  həmçinin  digər  ölkələrin  quru  qoşunları  güclü  döyüş  vasitə-
lərindən  biri  olan  tanklarla  təchiz  olunmuşdur.  Siz  bu  şəkillərdə 
hazırda  Azərbaycanın,  Rusiyanın,  ABŞ-ın,  Almaniyanın  və  Böyük 
Britaniyanın  tanklarını  görürsünüz”  –  deyərək  keçmiş  SSRİ-də 
istehsal olunmuş T-72 markalı son tip tankın (79, s.50), ABŞ-ın M 
551 “Şeridan” və  Böyük Britaniyanın  “Skorpion” tip tankının  (79, 
№ 11, s.45) ümumi görünüşünü şagirdlərə nümayiş etdirir. Hazırda 


 
109 
keçmiş  sovet  tankları  çox  güclü  döyüş  maşınıdır.  Onun  möhkəm 
zirehi,  güclü  mühərriki,  yüksək  hərəkət  ehtiyatı,  sürmək  və  idarə 
etmək  üçün  yeni  aparatları  var.  Tankların  içi  nüvə  partlayışından 
mühafizə vasitələri ilə təchiz olunmuşdur. Uşaqlar, şəkildə bu, tan-
kın tırtılı, bu, topun lüləsi, bu, pulemyotu, bu da gövdəsidir. Gördü-
yünüz kimi, tank tırtılın üzərində dayanır. Tank yerə təsir göstərən-
də  də  tırtıllar  vasitəsilə  edir.  Tankın  ağırlıq  qüvvəsi  tırtıla  ötürülür 
və  tırtılın  yerdə  oturan  hissəsinin  bütün  nöqtələrinə  eyni  dərəcədə 
paylanır.  İndi  həll  edəcəyimiz  məsələ  də  tankın  tırtıllarının  bu 
xüsusiyyətinə aiddir; – deyərək fizika müəllimi çalışmanı oxutdurur 
və onun həllinə keçir. 
VI. VI sinfin “Fizika” dərsliyinin 25-ci səhifəsində kompasın 
xarici görünüşünün şəkli, gənclərin çağırışaqədərki hazırlığı dərsli-
yinin  (2007-ci  il  nəşri)  163-cü  səhifəsində  (ibtidai  hərbi  hazırlıq 
dərsliyinin 188-ci  səhifəsində)  isə  Adrianov kompasının  həm  fiziki 
görünüşünün,  həm  də  onun  hissələrinin  şəkli  nümayiş  etdirilir  və 
işləmə  prinsipi  aydınlaşdırılır.  Hər  iki  mövzuda  kompasın  yerin 
maqnit  sahəsi  əsasında  işlədiyi  göstərilir,  coğrafi  qütblər,  yerin 
şimal  və cənub maqnit  qütbləri və s. barədə danışılır. Bu  əlaqələri 
nəzərə alaraq, fizika müəllimi hərbi kabinetdən Adrianov kompasını 
götürüb onun ümumi və fiziki görünüşü haqqında məlumat verərkən 
yerin maqnit sahəsinin müəyyənləşdirilməsində onun böyük praktik, 
o cümlədən, hərbi əhəmiyyət daşıdığını şagirdlərin nəzərinə çatdırır. 
Müəllim  sinfə  müraciətlə  deyir:  Yerin  maqnit  sahəsi  əsasında 
hazırlanan  və  hərbi  işlərdə  geniş  istifadə  olunan  cihazlardan  biri 
kompasdır.  Siz  coğrafiya  dərslərində  kompas  haqqında  məlumat 
almısınız.  İndi  isə  hərbi  məqsədlər  üçün  hazırlanmış  Adrianov 
kompasını  görürsünüz.  “Döyüş  şəraitində  səmtlənməni  (oriyentir-
lənməni) bacarmaq böyük əhəmiyyət kəsb edir. Əsasən meşədə, na-
bələd yerlərdə, gecə vaxtı və pis hava şəraitində fəaliyyət göstərən-
də səmtlənmənin əhəmiyyəti əvəzolunmazdır” (60, s.163). Kompa-
sın  maqnit  əqrəbi  yerin  maqnit  sahəsinin  təsiri  ilə  maqnit  xətləri 
boyunca yönəlir. Bununla da, yerin şimal istiqaməti, sonra isə digər 
üfüq cəhətləri müəyyənləşdirilir. 


 
110 
Kompasın  necə  işlədiyi  praktik  şəkildə  şagirdlərə  göstərilir. 
Məktəblilər  öyrənirlər  ki,  bunun  üçün  kompası  üfüqi  istiqamətdə 
tutmaq və əqrəbləri hərəkət etdirmək lazımdır. Kompası çevirməklə 
maqnit  əqrəbinin  şimal  ucu  limbanın  (gərəcələrə  bölünmüş  dai-
rənin)  sıfır  bölgüsünün  qarşısına  gətirilir.  Kompasın  vəziyyətini 
səmtləşdirdikdən sonra limbanın sıfır bölgüsünə doğru  yönələn  əq-
rəb  şimal  istiqaməti  göstərəcəkdir.  Şimal  istiqamətini  müəyyənləş-
dirdikdən sonra digər qütbləri tapmaq asan olur. 
Fizika  müəllimi  hərbi  rəhbərlərin  nəzərinə  belə  bir  cəhəti  də 
çatdırır  ki,  yerin  maqnit  qütbləri  onun  coğrafi  qütblərinin  üzərinə 
düşmür.  Yəni,  maqnit  əqrəbinin  istiqaməti  coğrafi  meridian  istiqa-
mətində  olmur.  Kompasın  maqnit  əqrəbi  isə  yalnız  təqribi  olaraq 
şimal istiqaməti göstərir (77, s.251). 
VII. Məlumdur ki, artilleriya elə bir hərbi sahədir ki, onu fizika 
və  riyaziyyatsız  təsəvvürə  gətirmək,  sadəcə,  mümkün  deyil.  Fizika 
dərsliklərində də bu xüsusiyyət nəzərə alınmış və artilleriya ilə bağlı 
çoxlu  materiallar  verilmişdir.  Həmin  materialların  bir  qismi  pa-
raqraflar üzrə mövzuların mətnlərində öz əksini tapmışdır. Məsələn, 
“Havanın sürtünməsi olmadıqda topdan atılmış mərmi parabola üzrə 
hərəkət edir. Bucaq 45
0
-yə bərabər olduqda mərminin uçuş məsafəsi 
maksimal  olur.  Mərmi  45
0
  –  a  və  45
0
  +  a  bucağı  altında  atıldıqda 
uçuş  məsafələri  eyni  olur”  (78,  rəngli  tablo  1a).  Belə  məlumatlara 
dərsliyin 33, 131, 185-ci səhifələrində də rast gəlmək mümkündür. 
Artilleriya  ilə  bağlı  materialların  digər  qismi  çalışmaların 
məzmununda  öz  ifadəsini  tapır.  Məsələn,  “Şaquli  istiqamətdə  atıl-
mış zenit topunun mərmisi maksimal hündürlüyə çataraq partlamış-
dır.  Partlayış  nəticəsində  üç  qəlpə  əmələ  gəlmişdir.  İki  qəlpə  bir-
birinə düzbucaq təşkil edən istiqamətlərdə uçmuşdur. Birinci qəlpə-
nin  kütləsi  9kq,  sürəti  60m/san,  ikincisinin  kütləsi  18kq,  sürəti  40 
m/san olmuşdur. Üçüncü qəlpə 200m/san sürətlə uçmuşdur. Üçüncü 
qəlpənin  uçuş  istiqamətini  qrafiki  olaraq  təyin  edin.  Bu  qəlpənin 
kütləsini  hesablayın”  (78,  çal.  29/3).  Dərsliyin  7(6),  35(2),  20(1) 
saylı və s. çalışmaları da bu məzmundadır. 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə