Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə34/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   30   31   32   33   34   35   36   37   ...   87

 
102 
taktiki döyüş priyomları, güllə atıcılığı qaydaları, mülki müdafiə və 
s.  haqqında  qısaca  və  lazımi  məlumatlar  vermək  mümkündür. 
Zəruri  biliklər  elə  bir  sistemlə  məktəblilərə  çatdırıla  bilər  ki,  onlar 
fizika dərsliklərinin  məzmununu  ağırlaşdırmamaqla və  dəyişdirmə-
məklə bərabər, həm fizikanın özünün asan mənimsənilməsinə, həm 
də  gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  kursu-
nun öyrənilməsinə, daha sonra isə X sinifdən başlayaraq, fizika və 
gənclərin çağırışaqədərki hazırlığı fənlərinin qarşılıqlı-əlaqəli tədri-
sinə hazırlıq olsun. 
Bu  iş  əsasən  paralel  şəkildə  iki  istiqamətdə  aparıla  bilər. 
Birincisi, fizikadan yeni mövzuların tədrisi zamanı. Bir sıra mövzu-
lar  vardır  ki,  onlarda  hərbi  biliklərə  rast  gəlinir  və  fizika  anlayış-
larının mənası aydınlaşdırılarkən hərbə dair materiallardan nümunə 
kimi istifadə edilir. Ona görə də həmin materialları dərsdə nisbətən 
qabarıq şəkildə verərək, onları yığcam şəkildə genişləndirmək olar. 
İkincisi,  fizika  dərsliklərindəki  hərbi  məzmunlu  çalışmaların  həlli 
zamanı həyata keçirilə bilər. Hər iki istiqamətdə iş qarşılıqlı əlaqədə 
və biri o birini tamamlamaqla aparılmalıdır. 
Fizika dərslərində  hərbi-texniki və  taktiki biliklərin verilməsi 
prosesi konkret hərbi mövzular üzrə qruplaşdırılmışdır. 
I.  Fizika  dərsliklərində  gənclərin  çağırışaqərdəki  hazırlığı 
(ibtidai hərbi hazırlıq) fənninin əsas bölmələrindən biri olan “Silah-
lar və atıcılıq hazırlığı”na (“Atəş hazırlığı”na) dair məlumatlar var-
dır. Onların bir qismi  yeni tədris materialının məzmununda verilir. 
Məsələn,  “Kalaşnikov  avtomatının  gülləsinin  (lülədən  çıxan  anda) 
hərəkət sürəti 715m/san-yə bərabərdir” (VI-VII siniflər üçün “Fizi-
ka” dərsliyi, 29-cu səhifə). 
Həmin  məlumatların  digər  qismi  fizika  çalışmalarının  məz-
munundadır.  Məsələn,  “Kütləsi  10q  olan  və  üfüqi  istiqamətdə 
600m/san sürətlə hərəkət edən güllə, kütləsi 2kq olan taxta tirə də-
yərək orada qalır. Bu vaxt güllə və tir qızır. Qızmaya nə qədər enerji 
sərf  olunur?  Havanın  müqavimətini  nəzərə  almamalı”  (VIII  sinfin 
“Fizika” dərsliyi, 216-cı səhifə, 36/7-ci çalışma). 


 
103 
6-7-ci  siniflərin  “Fizika”  dərsliyinin  36-cı,  37-ci  (3-cü  çalış-
ma),  38-ci  (2  və  3-cü  çalışmalar),  VIII  sinfin  “Fizika”  dərsliyində 
isə  134-cü,  207-ci  (34,3-cü  çalışma),  222-ci  səhifələrindəki  məlu-
mat və çalışmalar da həmin qəbildəndir. 
Bunu nəzərə alaraq, müəllim ardıcıllıq etibarı ilə əvvəldə veri-
lən çalışmaların həlli zamanı Kalaşnikov avtomatının ümumi görü-
nüşü və ondan atılan güllənin hərəkət trayektoriyası plakatını hərbi 
kabinetdən götürüb nümayiş etdirə bilər. Bu zaman o, bir-iki cümlə 
ilə  belə  məlumat  verə  bilər:  “Uşaqlar,  siz  Kalaşnikov  avtomatını 
görürsünüz. Bu qoşunlarımızın ən güclü odlu əl silahlarından biridir. 
Onu  görkəmli  rus  konstruktoru  M.T.Kalaşnikov  yaratmış  və 
Modernləşdirilmiş  Kalaşnikov  avtomatı  (MKA-“AKM”)  adlanır. 
M.T.Kalaşnikov  həm  də  Kalaşnikov  əl  pulemyotunun  (“KƏP”-
RPK)  yaradıcısıdır.  Ona  görə  də  bu  silahlar  Kalaşnikov  avtomatı 
(ya pulemyotu) adlanır. Kalaşnikov avtomat və pulemyotunun fərqli 
cəhətləri  olmasına  baxmayaraq  onların  iş  prinsipi  və  əsas  hissələri 
eynidir.  Avtomat  müxtəlif  hissələrdən  ibarətdir.  Bu  onun  qundağı, 
bu darağı, bu çaxmağı, bu isə lüləsidir (müəllim göstərir). Atəş açıl-
dıqda  güllə  lülənin  içərisində  öz  sürətini  artırır və  lülədən  çıxanda 
özünün  ən  böyük  sürətini  alır.  Bu  sürət  güllənin  başlanğıc  sürəti 
olur. Məhz bizim fizika kitabında verilən 715m/san Kalaşnikov av-
tomatlarında güllənin başlanğıc sürətidir. Bu sahədə geniş məlumat-
lara  siz  gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq) 
kursunda yiyələnəcəksiniz. 
II. VI-VII siniflərinin “Fizika” dərsliyində bir sıra nəzəri mə-
lumatlar və çalışmalar vardır ki, onların məzmunu bilavasitə gənclə-
rin  çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  kursunda  geniş 
şərh olunan atəşin baş vermə hadisəsinin, onun elmi-nəzəri əsasları-
nın və silahdan atəş açma qaydalarının məzmunu ilə bağlıdır. Məsə-
lən, “güllə atəşdən qabaq tüfəngə nisbətən sükunətdə olur. Atəş açı-
landa qarşılıqlı təsir nəticəsində güllə və tüfəng müxtəlif istiqamət-
lərdə  hərəkət  edir. Təpmə hadisəsi  baş  verir”  (səh.36). “Tüfəngdən 
atəş  açıldıqda  qarşılıqlı  təsir  hadisəsini  şərh  edin”  (səh.37,  çal.3). 
“Tüfəngdən  atəş  açarkən  tüfəngi  çiyinə  bərk  sıxmaq  lazımdır.  Nə 


 
104 
üçün bu zaman təpmə hadisəsi azalır?” (səh.38, çal.2). “Ov patron-
larını hazırlayarkən tüfəngin kütləsini nəzərə alırlar. Yüngül tüfəng-
lər  üçün  patrona  qırmanı,  ağır  tüfənglərə  nisbətən  az  doldururlar. 
Niyə belə edildiyini izah edin” (səh.38, çal.3) və s. 
Belə  tip  çalışmaların  həllinə  başlamazdan  əvvəl  müəllim 
izahat verə bilər ki,  atəş  patronlardakı barıtın hesabına əmələ gəlir. 
Atəş  açdıqda  barıt  alışır  və  barıtın  yanması  nəticəsində  patronun 
içərisində  çox  yüksək  təzyiqli  qaz  yaranır.  Qaz  gülləni  patrondan 
ayıraraq  irəliyə,  patronu  isə  silahla  birlikdə  geriyə  itələyir.  Atəş 
zamanı silahın geriyə hərəkəti geritəpmə adlanır. Geritəpmə zamanı 
silah çiyinə, qola və döşə təsir göstərir. Gələcəkdə öyrənəcəksiniz ki, 
bu təsir silahın geriyə hərəkəti zamanı malik olduğu sürət və enerji 
ilə  xarakterizə  edilir.  Güllə  atıldığı  silahdan  nə  qədər  yüngüldürsə, 
silahın  geritəpmə  sürəti  də  güllənin  başlanğıc  sürətindən  o  qədər 
dəfə  azdır.  Şagirdlər  öyrənirlər  ki,  tüfəngdən  (yaxud  avtomatdan) 
atəş açarkən tüfəngin  qundağını çiyinə  bərk sıxmaq lazımdır. Əgər 
qundaq  çiyindən  aralı  qalarsa,  onda  geritəpmə  nəticəsində  qundaq 
çiyinə kənardan bərk dəyər və adam zədələnə bilər. Lakin qundağı 
çiyinə  bərk  sıxdıqda  geritəpmə  qüvvəsi  çiyinə  və  bədənə  ötürülür. 
Güllə və tüfəng elə hazırlanır ki, bu geritəpmə qüvvəsi insan orqa-
nizminə zərərli təsir göstərmir. Müəllim bütün bu məlumatları müx-
təlif  çalışmaların  həllindən  əvvəl  hissə-hissə  də  verə  bilər.  Bundan 
sonra fizika müəllimi müvafiq çalışmaları oxuyub həllinə keçir. 
8-ci sinif “Fizika” dərsliyində (səh 210) V

başlanğıc sürəti ilə 
yuxarı  atılmış  cismin 
2g
V
h
2
0

 hündürlüyünə  qalxdığı  isbat  olunur. 
Burada qeyd etmək lazımdır ki, “Kalaşnikov avtomatının başlanğıc 
sürətinin V
0
=715 m/san olduğunu bilirik. Kim həmin düstura əsasən 
yuxarı  atılmış  güllənin  qalxma  hündürlüyünü  tapar?  (şagirdlər 
müstəqil  olaraq  həll  edirlər:  h=26km).”  Bu  düsturda  havanın 
müqaviməti və yerin cazibə qüvvəsi nəzərə alınmır. 
“Cazibə  hadisəsi.  Ağırlıq  qüvvəsi”  kimi  bəzi  mövzuların 
tədrisindən sonra müəllim aşağıdakı tipli çalışmalar tərtib edə bilər. 
“Üfüqi istiqamətdə atılmış güllə nə üçün bir müddət gedəndən sonra 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə