Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə37/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   33   34   35   36   37   38   39   40   ...   87

 
111 
Belə məlumatların verilməsinə və  yaxud, çalışmaların həllinə 
başlamazdan əvvəl fizika müəllimi hazırda ordumuzda istifadə olu-
nan topun şəklini göstərib belə bir izahat apara bilər: “Uşaqlar, gün-
dən-günə  inkişaf  edən  Azərbaycan  Milli  Ordusunun  Quru  Qo-
şunlarının əsas atəş gücü raket qoşunları və artilleriyadır. Artilleriya 
erməni  işğalçılarına  qarşı  müharibə  zamanı  düşmənin  müdafiəsini 
dağıtmış,  piyada  və  tanklarımızın  yolunu  açmışdır.  1941-1945-ci 
illərin müharibəsi zamanı artilleriyanı “müharibənin allahı” adlandı-
rırdılar. Müasir artilleriya reaktiv və lüləli artilleriyalardan, həmçi-
nin minomyotlardan və digər texnikadan ibarətdir. Bunlar düşmənin 
istənilən  hədəflərini  çox  dəqiq  şəkildə  vura  bilir.  Siz  bu  şəkildə 
ordumuzda olan “122mm Qaubisa” markalı topu (79, s.50) görürsü-
nüz.  Atəş  zamanı  topun  lüləsi  üfüqlə  bucaq  təşkil  edir.  Dərsliyi-
mizdə verilən rəngli tablodan  (79,  s.  96)  görürsünüz ki,  üfüqlə  bu-
caq təşkil etməklə atılan mərminin uçuş trayektoriyası parabola şək-
lindədir. Bu da onu göstərir ki, hətta dağların arxasında, görmə dai-
rəsindən uzaqda yerləşən düşmən obyektlərini də uzaqvuran toplarla 
məhv etmək mümkündür. 
Həmin məlumatdan sonra ya dərslikdə verilən hissənin şərhi-
nə keçilir, ya da məsələ oxunur və həll olunur (Şərhin yerini mətn-
dən  və  ya  çalışmanın  məzmunundan  asılı  olaraq  müəllim  müstəqil 
seçə bilər). 
Dərslikdə artilleriyaya dair elə materiallara rast gəlinir ki, on-
ların gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq) fənni 
üzrə biliklərlə bilavasitə əlaqələndirilməsinə sadəcə ehtiyac qalmır. 
Bu  materialların  özləri  hərbi  biliklər  verir.  Belə  ki,  VIII  sinfin 
“Fizika” dərsliyində “Üfüqlə bucaq təşkil etməklə başlanğıc sürətlə 
atılan  cisimlərin  ağırlıq  qüvvəsinin  təsiri  altında  hərəkəti”  (§37) 
belə bir məsələyə əsasən aydınlaşdırılır: “Üfüqlə bucağı təşkil et-
mək şərtilə V
0
 başlanğıc sürətilə mərmi atılmışdır. a) mərminin uçuş 
müddətini,  b)  maksimal  qalxma  hündürlüyünü,  v)  uçuş  məsafəsini 
tapmalı” (78, s.134). Sonra məsələ riyazi biliklərin, o cümlədən, əy-
rinin parametrik tənliyindən, triqonometrik funksiyaların xassələrin-
dən, triqonometrik eyniliklərdən, cəbri çevrilmələrdən və s. istifadə 


 
112 
əsasında  izahlı  yerinə  yetirilir  və  isbat  olunur  ki,  mərminin  uçuş 
müddəti, maksimal qalxma hündürlüyü və uçuş məsafəsi aşağıdakı 
düsturlarla hesablanır: 
 T
qalxma
 = 
;
g
Sin
V
0
a
   
h
max

2g
Sin
V
2
2
0
a
;      l = 
g
Sin2
V
2
0
a
 
Bu mövzunun tədrisi zamanı müəllim həmin fizika üzrə mate-
rialın  tam  mənimsənilməsinə  nail  olarsa,  onda  bu  sahədə  şagirdlər 
həm də zəruri hərbi biliklərə yiyələnmiş olurlar. 
VIII.  Dərsliklərdə  verilən  bir  sıra  çalışmalar,  məsələn,  VIII 
sinfin “Fizika” dərsliyində 7 (7) saylı çalışma, 222-ci səhifədə 3-cü 
sual və s. raketlərin quruluşu, reaktiv mühərriklər, onlarda enerjinin 
çevrilməsi, raketlərin hərəkət sürəti, təcili və s. bağlıdır. Belə çalış-
maların  həlli  zamanı  fizika  müəllimi  qeyd  edə  bilər  ki,  son  illərin 
müharibələri  göstərir  ki,  döyüşlər  zamanı  raketlərdən  müntəzəm 
istifadə  olunur.  Hava  Hücumundan  Müdafiə  Qoşunlarının  əsas 
döyüş gücü zenit – raket qoşunlarıdır. Zenit – raket kompleksi bö-
yük atəş gücünə malikdir. Bu raketlər günün istənilən anında, hava 
şəraitindən  asılı  olmayaraq  müdafiə  olunan  obyektdən  istənilən 
məsafədə  və  istənilən  hündürlük  və  sürət  diopozonlarında  olan  hər 
hansı havadan hücum vasitələrini yüksək dəqiqliklə məhv edə bilir. 
Qərbi Avropada yerləşdirilmiş “Perşinq-2” və qanadlı nüvə raketləri 
keçmiş  SSRİ-nin  müxtəlif  obyektlərinə  tərəf  tuşlanmışdır.  Hazırda 
ABŞ  raketləri  Əfqanıstan  və  İraq  ərazilərini  gecə-gündüz  dağıdır, 
milli  əhali  qırılır.  Rus  raketləri  isə  Çeçenistan  ərazisini  xarabazara 
çevirmiş,  Gürcüstan  ordusuna  isə  böyük  dərs  vermişdir.  Hazırda 
kosmosun  güclü  raket  sistemlərilə  silahlandırılması  planları  həyata 
keçirilir. 
IX.  Dərsliklərə  salınmış  bir  sıra  çalışmalar  ibtidai  hərbi 
hazırlıq  fənninin  “Taktiki  hazırlıq”  bölməsindəki  anlayışlarla  bağ-
lıdır. Məsələn, VIII sinfin “Fizika” dərsliyində təyyarədən tullanan 
paraşütçunun  bir  müddətdən  sonra  sabit  sürətlə  düşməsindən  danı-
şılır  (78,  s.153),  sonradan  isə  paraşütçünün  barəbərsürətli  hərəkəti 
ilə bağlı çalışma (78, s.216; çal. 36/5) verilir. 


 
113 
Çalışmanın  həllinə  başlayarkən  qeyd  etmək  olar  ki,  hərbi 
əməliyyatlar zamanı əsas döyüşən hissələrdən biri də desant qoşun 
hissələridir.  Bu  hissələr  və  onların  texnikası  paraşütlər  vasitəsilə 
düşmənin  arxa  cəbhəsinə  atılır,  gözlənilmədən  düşmənə  arxadan 
zərbələr  vurur.  Hazırda  paraşütlər  idarə  olunandır  və  havada  ikən 
onun  düşmə  istiqamətini  dəyişmək  mümkün  olur.  Siz  bu  şəkildə 
paraşütlə düşən əsgəri görürsünüz, – deyərək fizika müəllimi hərbi 
kabinetdən  gətirdiyi  plakatı  göstərir  və  şərhinə  davam  edir: 
Paraşütçü paraşütü açana kimi yerə doğru təcillə, paraşütü açdıqdan 
sonra  isə  yerə  çatana  qədər  bərabərsürətli  hərəkət  edir.  Bizim  indi 
yerinə  yetirəcəyimiz  çalışma  da  məhz  bu  prosesə  aiddir  –  dəyərək 
müəllim çalışmanı oxuyur və onun həllinə keçir. 
X.  Fizika  dərsliklərində  bir  sıra  görkəmli  rus  alimlərinin,  o 
cümlədən,  M.V.Lomonosovun,  Y.N.Jukovskinin,  K.E.Siolkovski-
nin, S.P.Korolyovun, İ.V.Kurçatovun elmi kəşflərindən söhbət açı-
lır.  Rus  hərbi  texnikasının  inkişafında  da  həmin  alimlərin  böyük 
xidmətləri  olmuşdur.  Bunu  nəzərə  alaraq,  fizika  müəllimi  həmin 
alimlər  haqqında  söhbət  gedərkən  göstərə  bilər  ki,  fiziklərin  gör-
kəmli  ixtiraları  müasir  hərbi  texnikanın  inkişafında  geniş  tətbiq 
olunmuş, K.E.Siolkovskinin, S.P.Korolyovun nəzəriyyələri əsasında 
reaktiv mühərrikli səsdən iti uçan qırıcı təyyarələr, atom enerjisinin 
əldə olunması üçün tədqiqatlara başçılıq edən İ.V.Kurçatovun nəzə-
riyyəsi əsasında isə nüvə silahı əldə edilmişdir. 
XI.  Həm  fizika  dərsliklərində,  həm  də  gənclərin  çağırışaqə-
dərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  dərsliyində  elə  praktik  işlər 
vardır ki, onlar mahiyyətcə eyni məsələyə – əşyanın (obyektin və ya 
insanın) yerini müəyyənləşdirməyə aiddir. Məsələn, fizikada “Kən-
din  şərqindəki  axırıncı  evin  tinində  üzü  şimala  doğru  dayan,  120 
addım gedərək şərqə dön və 200 addım get. Həmin yerdə 10 dirsək 
dərinlikdə çala qazı. Sən 100 talant qızıl taparsan” (78, s.7). İbtidai 
hərbi hazırlıqda “Meşənin şimal hissəsindəyəm: şimala tərəf 600 m 
zavod  trubası,  qərbə  tərəf  200  m  xutor,  cənuba  tərəf  300  m  çay, 
şərqə tərəf 500 m  yol  var” (58, s.190) fikirləri eyni  məzmunludur. 
Məzmunların belə eyni olması onu göstərir ki, fizika dərsliklərində 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə