Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə45/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   41   42   43   44   45   46   47   48   ...   87

 
136 
rində fizika və riyazi biliklərdən müntəzəm şəkildə istifadəyə hərtə-
rəfli hazır olmalıdırlar. 
Bu baxımdan ilk növbədə şagirdlər  gənclərin çağırışaqədərki 
hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  məşğələlərinin  keçirilməsi  zamanı 
digər  fənlərdən,  o  cümlədən,  fizika  və  riyazi  biliklərdən  istifadə 
prosesi ilə qarşılaşdırılmalı, bu prosesdən keçmənin zəruriliyini gör-
məlidirlər. Sonra fizika və riyazi bilikləri tətbiq etmənin hərbi anla-
yışların möhkəm və şüurlu mənimsədilməsindəki rolu məktəblilərə 
başa  salınmalıdır.  Bunun  üçün  əvvəlcə  hərbi  materialın  izahında 
bilavasitə istifadə olunacaq fizika və riyazi bilikləri hərbi rəhbər özü 
qruplaşdırır,  bu  anlayışların  necə  təkrar  etdiriləcəyini  müəyyənləş-
dirir,  sonra  həmin  anlayışların  müsahibə  yolu  ilə  təkrarına  keçir. 
Təkrar  prosesində  bu  anlayışların  fizika  və  riyaziyyat  kurslarından 
öyrədilən biliklər olduğu şagirdlərə bir daha xatırladılır və təkrarın 
yekunlaşdırılması yeni hərbi hazırlıq materiallarının şərhinə başlan-
ğıc olur. Bu prosesdə hərbi materialların yüksək səviyyədə mənim-
sənilməsi  üçün  şagirdlərə  öz  fizika  və  riyazi  biliklərində  istifadəyə 
tələbat tərbiyə edilir. Belə bir tələbat tərbiyəsi gənclərin çağırışaqə-
dərki hazırlığı (ibtidai hərbi hazırlıq) kursunda “Dövləti müdafiənin 
əsasları”  bölməsi  üzrə  (xüsusən,  əvvəlki  dərsliyin  “Azərbaycan 
Silahlı  Qüvvələri,  onların  xarakteri  və  əsas  xüsusiyyətləri”,  “Atəş 
hazırlığı” üzrə) ilk mövzuların tədrisi zamanı həyata keçirilməlidir. 
Yeni  hərbi  materialın  fizika  və  riyazi  biliklərin  köməyi  ilə 
izahından sonra məktəblilərdə bu fənlərə dair hansı biliklərə müra-
ciət  olunduğu  soruşulur.  Şagirdlər  isə  bu  biliklərdən  necə  istifadə 
etdiklərini  öz  başa  düşdükləri  kimi  aydınlaşdırırlar.  Hərbi  rəhbər 
məktəblilərin  cavablarını  diqqətlə  izləyir  və  yeri  gəldikcə  onlara 
düzəliş verir. Bu mərhələ X sinifdə bilavasitə fizika və riyazi bilik-
lərlə  əlaqəli  öyrədilən  hərbi  mövzuların  tədrisində  xüsusən  qabarıq 
şəkildə öz əksini tapmalıdır. 
XI sinifdə tədris ilinin birinci  yarısında “hansı riyazi biliklər-
dən  istifadə  edildi?”  sualı  yeni  hərbi  dərsin  izahı  prosesində  də 
verilir. Qoyulmuş sual şagirdlərin  yaş xüsusiyyətlərindən  asılı  ola-


 
137 
raq didaktikanın asandan çətinə, sadədən mürəkkəbə prinsipi əsasın-
da tərtib edilir. 
Hərbi  materialların  tədrisində  məktəblilərin  uyğun  fizika  və 
riyazi  biliklərindən  istifadə  prosesinə  bilavasitə  həmin  biliklərin 
təkrarı ilə başlamaq lazımdır. Təkrara başlamazdan əvvəl, yəni hər-
bi rəhbər yeni dərsə hazırlaşarkən əvvəlcə tədris materiallarını ciddi 
təhlil edir. Hərbə dair anlayışlardan hansılarının digər tədris fənləri 
ilə  əlaqələndiriləcəyini  müəyyənləşdirir,  onların  adlarını  göstərir. 
Müraciət ediləcək ümumtəhsil fənn anlayışı məlum olduqdan sonra, 
bu anlayışın hərbi məşğələlərdə istifadə edilən məzmunu dəqiqləş-
dirilir.  Bu  məzmun  konkret  və  qısa  olmalı,  tədris  materiallarına 
əlavə  yük  rolunu  oynamamalıdır.  Göstərilən  məzmunun  təkrarı  ya 
müsahibə,  ya  da  fizika  və  riyazi  anlayışların  mahiyyətinin  qısaca 
şərhi  yolu  ilə  aparıla  bilər.  Buna  görə  də  hərbi  rəhbər  müsahibəyə 
ciddi hazırlaşmalı, sualları qabaqcadan müəyyənləşdirməlidir. Sual-
lar elə tərtib  edilməlidir ki, alınan cavablar istifadə olunacaq fizika 
və  riyazi  biliklərin  məzmununa  tam  uyğun  gəlsin  və  şagirdlər  bu 
biliklərdən istifadənin formasını aydın görə bilsinlər. Müvafiq fizika 
və riyazi anlayışların qısa izahı zamanı isə hərbi rəhbər onların əsas 
mahiyyətini, bu biliklərdən istifadənin zəruriliyini və formasını gös-
tərir,  sonra  yeni  hərbi  anlayışın  fizika  və  riyazi  anlayışlar  əsasında 
şərhinə keçir. Bu zaman şagirdlərin fizika və riyazi biliklərindən elə 
istifadə  edilməlidir  ki,  məzmunca  yaxın  anlayışlar  məntiqi  olaraq 
uyğunlaşdırılsın, şagirdlərin əqli və praktik fəaliyyətində, o cümlə-
dən,  hərbi  üzrə  fizika  və  riyazi  məzmunlu  nəzəri  və  praktiki  çalış-
maların  həllində  də  bu  biliklər  tətbiq  oluna  bilsin.  Tətbiq  zamanı 
şagirdlərin fizika və riyaziyyat kursundan mənimsədikləri biliklərin 
elmi  dəqiqliyi  gözlənilməli,  bu  anlayışların  təhrif  olunmasına  yol 
verilməməlidir. 
Fizika və riyazi biliklərin sual-cavablar vasitəsilə təkrarı pro-
sesində bu biliklər şagirdlərin beynində tam canlandırıldıqdan sonra 
onların tətbiqinə keçmək daha məqsədəuyğundur. Tətbiqin sonunda 
bir daha ümumiləşdirmə aparıla bilər. Bu zaman hərbi rəhbər nəzərə 
almalıdır ki, ümumiləşdirilən hərbi və ümumtəhsil fənn biliklərinin 


 
138 
məzmunu  oxşar  anlayışlardakı  fərqli  əlamətlərin  atılması  hesabına 
yoxsullaşır,  lakin  həmin  məzmun  anlayışlardakı  oxşar  əlamətlərin 
aşkara  çıxarılması  hesabına  isə  genişlənir.  Buradan  aydın  görünür 
ki,  prof.  N.M.Kazımovun  sübüt  etdiyi  kimi,  “ümumiləşdirilən 
cisimlərdəki oxşar və fərqli əlamətləri nəzərə almadan ümumiləşdir-
mələr  aparmaq  mümkün  deyil.  Deməli,  nəzərdən  keçirilən  fərqli 
cisimlərdə (hadisələrdə) oxşar əlamətlərin üzə çıxarılması və anlayış 
formasında  ifadə  olunması  ümumiləşdirmədir”  (50,  s.39).  Belə 
pedaqoji  ümumiləşdirmələr  hərbi  məşğələlərdə  böyük  mövzuların 
fizika  və  riyazi  biliklər  ilə  əlaqəli  tədrisindən  bilavasitə  sonra, 
əsasən riyazi və hərbi, həmçinin fizika və hərbi anlayışların müqayi-
səsi yolu ilə həyata keçirilməlidir. Çünki, tədqiqat zamanı N.M.Ka-
zımov  tərəfindən  elmə  gətirilmiş  belə  bir  qanunauyğunluq  burada 
da  müşahidə  olundu:  “müqayisədən  nə  qədər  əsaslı  və  ardıcıl 
istifadə  edilərsə,  müqayisə  olunan  cisimlərin  anlaşılması  səviyyəsi 
bir  o  qədər  yüksəlir”  (50,  s.44).  Ona  görə  də  şagirdlər  mahiyyətcə 
yaxın (məs. hərbi topoqrafiya və homotetik inikas) hərbi anlayışlar-
la fizika və riyazi anlayışların oxşar və fərqli cəhətlərini, onların bir-
birilə əlaqəsini müqayisə yolu ilə daha asan öyrənə bilirlər. Təcrübə 
göstərdi  ki,  bu  zaman  mənimsənilən  hərbi  biliklər,  doğrudan  da, 
şagirdlərin yadında daha möhkəm qalır. Müqayisə ya konkret hərbi 
anlayışların  (məs.  güllənin  atılma  prinsipinin)  fizika  və  riyazi 
anlayışlarla  (biliklərlə)  əlaqəli  tədrisindən  bilavasitə  sonra,  ya  da 
məşğələnin  sonunda  aparıla  bilər.  Müqayisədə  şagirdlər  mənimsə-
dikləri  hərbi  anlayışlarla  fizika  və  riyazi  anlayışları  oxşar  və  fərqli 
əlamətlərinə görə qarşılaşdırır və müqayisə edirlər. 
Hərbi  biliklərin  mənimsədilməsində  məktəblilərdə  fizika  və 
riyazi  biliklərindən  istifadə  bacarıqları  fizika  və  riyazi  məzmunlu 
hərbi  çalışmaların  və  praktik  tapşırıqların  icrası  prosesində  forma-
laşdırılir. Bu çalışmalar və praktik tapşırıqlar həm yeni hərbi mate-
rialların  tədrisindən  bilavasitə  sonra,  yəni  yeni  biliyin  möhkəmlən-
dirilməsi zamanı, həm də ev tapşırıqları kimi verilə bilər. 
Deməli,  belə  qənaət  hasil  olur  ki,  fizika  və  riyazi  biliklərdən 
istifadə,  fizika  və  riyazi  məzmunlu  hərbi  çalışmaların  və  praktik 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə