Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə39/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   35   36   37   38   39   40   41   42   ...   87

 
117 
sistemi  və  orada  nöqtənin  koordinatları,  düzbucaqlı  (kilometr)  şə-
bəkə,  funksional  asılılıq,  funksiyanın  qrafik  və  cədvəl  şəklində 
verilməsi, dairə, çevrə qövsü, diametri və s. üzrə biliklərindən əlve-
rişli  şəkildə  istifadə  etmək  mümkündür.  Ona  görə  də  həmin  böl-
mənin tədrisinə belə bir müsahibə ilə başlamaq məqsədə uyğundur: 
Miqyas nə deməkdir? (Miqyas məhəldəki obyektlərin xəritədə və ya 
planda  təsviri  zamanı  neçə  dəfə  kiçildiyini  göstərən  kəsr  ədəddir). 
Xətti  miqyas  nəyə  deyilir?  (Düz  xətt  şəklində  göstərilib,  bərabər 
hissələrə bölünmüş miqyasa xətti miqyas deyilir). Bəs adlı və ədədi 
miqyaslar nəyə deyilir? (Sözlərlə ifadə olunmuş miqyas adlı miqyas 
adlanır. Məsələn, 1sm-də 500sm, (1:10000) şəklində ifadə olunmuş 
miqyas isə ədədi miqyas adlanır). Bu müsahibədən sonra coğrafiya 
xəritələrinin  əhəmiyyəti,  xəritələrin  miqyasa  görə  fərqlənməsi, 
kartoqrafik  ümumiləşdirmə  və  şərti  işarələr  qaydası  və  s.  bu  kimi 
məsələlərin üzərində dayanılır. 
“Kartoqrafik proyeksiyalar”ın tədrisi zamanı isə  bu anlayışın 
riyaziyyatla  sıx  bağlı  olduğunu  göstərmək  və  belə  bir  müsahibə 
aparmaq  məsləhət  bilinir:  “Bucaq  nəyə  deyilir?  (Ortaq  başlanğıclı 
iki müxtəlif yarım düz xətdən ibarət olan fiqura bucaq deyilir). Bu-
cağın təpəsi və tərəfləri nəyə deyilir? ” (Ortaq nöqtəyə təpəsi, yarım 
düz  xətlərə  isə  bucağın  tərəfləri  deyilir).  Bucaqlar  nə  ilə  ölçülür? 
(Dərəcə və radianlarla). Bərabər bucaqlar nəyə deyilir? (Ədədi qiy-
mətcə  eyni  dərəcəli  ölçüyə  malik  bucaqlar  bərabər  bucaqlardır). 
Uzunluq  vahidləri  hansılardır?  (mm,  sm,  m,  km  və  s).  Bəs  sahə 
vahidləri?  (sm
2
,  m
2
,  km
2
  və  s).  Biz  həndəsi  formalardan  istifadə 
edəcəyik.  “Həndəsə”  dedikdə,  nəyi  başa  düşürsünüz?  (Həndəsə  – 
həndəsi fiqurların xassələri haqqında elmdir). Hansı həndəsi fiqurla-
rı  tanıyırsınız?  (düz xətt,  düz xətt  parçası,  bucaq,  üçbucaq,  düzbu-
caqlı, kvadrat, dairə, kub, kürə, silindr, konus və s.) Sonra xəritələr-
də  proyeksiyanın  növlərini  aydınlaşdırmaq  və  kartoqrafik  proyek-
siyanın riyazi tərifini vermək məsləhətdir: “Yer səthinin riyazi üsul-
larla müstəvi üzərində (xəritədə) təsvir edilməsinə kartoqrafik pro-
yeksiya deyilir”. Riyazi üsullar dedikdə isə, yer səthində olan müx-
təlif  obyektlərin  ölçülərini  (uzunluğunu,  enini  və  hündürlüyünü), 


 
118 
onların  sahələrini,  həndəsi  formalarını,  onlara  oxşar  olan  (ölçücə 
kiçik  şəkilli)  fiqurlara  gətirmək  və  həmin  fiqurları  kağız  üzərinə 
köçürmək  anlaşılır.  Qeyd  edək  ki,  kağız  üzərinə  köçürülmüş  bu 
həndəsi  fiqurlarla bağlı aparılan bütün  riyazi  hesablamalar oxşarlıq 
əmsalının (xəritələrdə isə miqyasın) nəzərə alınması ilə yer üzərin-
dəki həqiqi fiqurlara uyğundur. 
Kartoqrafik proyeksiyaların növləri aydınlaşdırılarkən şagird-
lər öyrənirlər ki, dənizdə və quruda hərəkət istiqamətlərini müəyyən 
etmək üçün xəritələr lazımdır. Belə xəritələrdə ölçülən bucaqlar yer 
üzərində ölçmələr zamanı bucaqlara bərabər olmalıdır. Bu xəritələr-
də  hərəkət  istiqamətləri  dəqiq  müəyyənləşərsə  də,  lakin  məhəldəki 
obyektlərin  formaları,  uzunluqları  və  sahələri  təhrif  olunur.  Bu  isə 
müasir  elmi-texniki  inkişafın  tələbləri,  ən  başlıcası  isə,  hərbi  əmə-
liyyatların  idarə  olunması  baxımından  əlverişsizdir.  Həmin  çatış-
mazlığı aradan qaldırmağa nisbətən imkan verən üsullardan biri isə 
bərabərsahəli proyeksiyalarla tərtib olunan xəritələrdir. Belə xəritə-
lərdə  obyektlərin  sahələri  arasındakı  nisbət  sabit  saxlanılır  və  xəri-
tənin miqyasına uyğun gəlir. Bu proyeksiyalamalardan ən əlverişlisi 
isə  ixtiyari proyeksiyalama adlanır.  İxtiyari proyeksiyalamanın özü 
də müxtəlif növlüdür. Bunlardan  ən  əlverişlisi bərabər aralıqlı pro-
yeksiyalardır. Bu proyeksiyalarda bir istiqamət saxlanılır. 
Burada  şərhi  ümumiləşdirmək,  kartoqrafik  proyeksiyaların 
bərabərbucaqlı,  bərabərsahəli  və  ixtiyari  proyeksiyalar  olduğunu 
göstərmək məsləhətdir. 
“Kartoqrafik proyeksiyaların qurulmasına görə müxtəlifliyi və 
xəritələrin  proyeksiyaları”nı  izah  edərkən  riyaziyyat  kabinetindən 
gətirilmiş həndəsi fiqurlardan istifadə oluna bilər. Bu zaman həmin 
fiqurları şagirdlərə göstərib onların adlarını soruşmaq, sonra həmin 
fiqurlara  bənzər  əşyalar  tapdırmaq  məsləhətdir.  Məktəblilər  sinifdə 
bu fiqurlara oxşar predmetlər göstərdikdən sonra müəllim öz şərhini 
aşağıdakı kimi davam etdirir: Yer səthini müstəvi üzərinə köçürdük-
də  köməkçi  həndəsi  səthlərdən  istifadə  olunur.  Bunlar,  silindr,  ko-
nus, prizma, kürədir. Kim silindrin səthini göstərər? Kim prizmanın 
səthini göstərər? (Şagirdlər müvafiq səthləri göstərirlər). Bu səthlərə 


 
119 
uyğun  olaraq  proyeksiyalar  da  silindrik,  konus  şəkilli  və  azimutal 
proyeksiyalar adlanır. Keçmiş SSRİ-nin böyük ərazilərinin xəritələri 
hazırlanarkən  bərabərbucaqlı  konusvari  proyeksiyadan  istifadə  edi-
lirdi.  Riyaziyyat  kursundan  isə  məlumdur  ki,  belə  proyeksiyalarda 
bucaqlar  sabit  qalır,  proyeksiyalanan  fiqur  isə  formasını  dəyişir. 
Formanın dəyişməsi isə onun ölçülərinin və sahəsinin dəyişməsinə 
səbəb  olur.  Odur  ki,  proyeksiyalamadan  xəritələrin  hazırlanması 
zamanı  istifadə  etdikdə  sahələrin  ölçüsü  təhrif  olunur.  Bu  təhrif 
keçmiş SSRİ-də xəritələrin tərtibi zamanı 65
0
şm. e. paralelindən şi-
mala, 45
0
şm. e. paralelindən cənuba doğru daha çox artırdı. 
“Topoqrafik xəritələr” mövzusunun tədrisi zamanı şagirdlərin 
nəzərinə  çatdırılır  ki,  topoqrafik  xəritələrdə  verilən  güclü  informa-
siyalardan tikinti və geoloji işlərdə, meşə təsərrüfatı və yer quruluşu 
işlərində geniş istifadə olunur. Topoqrafik xəritələr hərbi işlərdə də 
tətbiq edilir. Müasir döyüşlərin müvəffəqiyyətli getməsi, qoşunların 
manevr  etməsi  və  s.  üçün  topoqrafik  xəritələr  böyük  əhəmiyyətə 
malikdir. Bu xəritələr artilleriya, raket,  tank, aviasiya qoşun  növlə-
rinə  naməlum  ərazilərdə,  müxtəlif  hava  şəraitlərində,  gündüz  və 
gecə  vaxtları,  istənilən  iqlimdə  müvəffəqiyyətli  döyüşlər  aparmaq 
üçün zəmin yaradır. Topoqrafik xəritələrin quruluşunun öyrədilmə-
sinə isə belə bir müsahibə ilə başlamaq məsləhətdir : 
–  Sütunlar  və  sıralar  necə  olur?  Siz  riyaziyyat  dərslərindən 
dördbucaqlının  hansı  növlərini  tanıyırsınız?  (düzbucaqlı,  kvadrat, 
trapesiya və s). Trapesiya nəyə deyilir? (Ancaq iki qarşı tərəfi para-
lel olan dördbucaqlı trapesiya adlanır, paralel tərəflərə trapesiyanın 
oturacaqları, qalan iki tərəfə trapesiyanın  yan tərəfləri deyilir). Bə-
rabəryanlı  trapesiya  nəyə  deyilir?  (Yan  tərəfləri  bərabər  olan  tra-
pesiya bərabəryanlı trapesiya adlanır). Kim bir düzbucaqlı koordinat 
sistemi  çəkər  və  ixtiyari  bir  nöqtəni  onun  koordinatlarına  əsasən 
qurar? (Şagirdlərdən biri Dekart düzbucaqlı koordinat sistemini çə-
kir və A (4;5) nöqtəsini həmin koordinat sistemində qurur). 
Bu müsahibədən sonra çoxvərəqli xəritələr sisteminin (topoq-
rafik  və  icmal  topoqrafik)  şərhinə  başlamaq  məsləhət  görülür.  Bir 
vərəq xəritə almaq üçün yer kürəsinin səthini meridianlarla hər 6

-


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə