Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə29/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   25   26   27   28   29   30   31   32   ...   87

 
87 
III səviyyə orta məktəb fizika və riyaziyyat kursundan mənim-
sədikləri anlayışlardan, qayda və qanunlardan düzgün istifadə edən 
və həmin biliklərin köməyi ilə hərbi məzmunlu çalışmaların həllinə 
nail olan, lakin bu zaman ya elementar qüsurlara yol verən,  yaxud 
da mühakimələrində məntiqi ardıcıllığı gözləməyən, fikirləri tam və 
bitkin olmayan məktəblilərin cavablarını səciyyələndirir. 
IV səviyyəyə elə şagirdlərin cavabları daxil edilmişdir ki, onlar 
hərbi materialın izahı  zamanı riyaziyyat  və  fizika fənləri üzrə bilik 
və  bacarıqlardan  şüurlu,  düzgün  və  tam  məntiqi  nəticə  çıxararaq, 
mühakimələr yürüdərək istifadə edirlər. Çalışmalar isə tam və düz-
gün həll olunur. 
Sorğu zamanı məktəblilərin cavablarının keyfiyyətcə bu şəkil-
də  təhlil  süzgəcindən  keçirilməsi  onlara  hərbi  anlayışları  şüurlu 
mənimsətmək  sahəsində  bilik  səviyyələrini  və  dəyişikliyi  izləməyə 
və daha dəqiq təhlil aparmağa imkan verir. 
Şagirdlərdən  alınan  hər  bir  cavab  bu  səviyyələr  qrupundan 
yalnız birinə daxil edilmişdir. Cədvəl və ona uyğun qurulmuş qrafik 
əyani  olaraq,  sorğu  zamanı  şagirdlərin  cavablarının  keyfiyyət  və 
kəmiyyətcə müqayisəsini göstərir. 
 
      
Səviyyələr 
 
Məktəblər 

II 
III 
IV 
Şag.sayı 
 
Şəhər 
 
 
Kənd 
87 
41,4% 
 
41 
45,5% 
79 
37,6% 
 
33 
36,7% 
30 
14,3% 
 
12 
13,3% 
14 
6,7% 
 

4,4% 
210 
 
90 
 


 
88 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Cədvəldən  və  qrafikdən  əyani  şəkildə  görünür  ki,  I  və  II 
səviyyəli cavablar üstünlük təşkil edir. Şəhər məktəblərində şagird-
lərin  79,0%-indən  (41,4+37,6=79,0%),  kənd  məktəblərində  isə 
82,2%-indən (45,5+36,7=82,2%) I və II səviyyəli cavablar alınmış-
dır. Göstərdiyimiz kimi, I və II səviyyəli cavablara həm öyrəndikləri 
hərbi  anlayışların  izahı  zamanı  fizika  və  riyazi  biliklərindən  istifa-
dəyə,  həm  də  fizika  və  riyazi  məzmunlu  hərbi  çalışmaların  həllinə 
heç bir ehtiyac hiss etməyən və yaxud belə çalışmaları yerinə yetir-
məyi bacarmayan məktəblilərin cavabları daxil olunmuşdur. Demə-
li, respublikada XI sinfi bitirən şagirdlərin 80,6%-i [(79,0+82,2):2 = 
=80,6] həm hərbi materialların izahı zamanı, həm də hərbi məzmun-
lu  çalışmaların  həllində  fizika  və  riyaziyyat  kursundan  mənimsə-
dikləri bilik və bacarıqlardan səmərəli istifadə edə bilmirlər. 
Cədvəldən aydın göründüyü kimi III və IV səviyyəli cavablar 
da  azlıq  təşkil  edir.  Şəhər  məktəblərində  şagirdlərin  21,0%-nin 
(14,3+6,7=21,0%),  kənd  məktəblərində  isə  17,7%-inin  (13,3+4,4= 
=17,7%) verdiyi cavablar III və IV səviyyəlidir. III və IV səviyyəli 
cavabların təhlili göstərmişdir ki, XI sinfi bitirən şagirdlərin yalnız 
az  bir  qismi,  yəni  19,3%-i  [(21,0+17,7):2=19,3%]  fizika  və  riyazi 
biliklərini  hərbi  çalışmaların  izahı  və  çalışmaların  həlli  prosesində 
O
 
 
Y
 
 
 
 
50,0% 
 
 
 
 
 
 
10,0%
 
 
X
 
 
I       II      III     IV
 
 

 
 
 

 
 
 
• 
 
 

 
 
 

 
 
 

 
 
 

 
 
 

 
 
 


 
89 
səmərəli  şəkildə  tətbiq  etməyi  bacarır.  Buradan  görünür  ki,  ibtidai 
hərbi  hazırlıq  fənninin  tədrisi  prosesində  öyrənilən  hərbi  anlayış-
ların izahı və fənnin məzmununa uyğun hazırlanmış fizika və riyazi 
çalışmalardan istifadəni daha səmərəli təşkil etmək mümkündür. 
Nəhayət,  sorğudan  alınan  cavabları  ümumiləşdirərək  belə  bir 
nəticəyə  gəlmək  olur:  Respublikada  orta  məktəb  məzunlarının  bö-
yük bir qismi (80,6%-i) ibtidai hərbi hazırlıq fənninin məzmununa 
uyğun  fizika və riyazi biliklərindən düzgün istifadə etməyi, həmçi-
nin tərtib olunan fizika və riyazi məzmunlu hərbi çalışmaları yerinə 
yetirməyi bacarmır. İbtidai hərbi hazırlıq keçən gənclərin yalnız ki-
çik bir qrupu (19,3%-i) bu bacarıqlara malikdirlər. Bu isə, gənc nəs-
li Vətənin müdafiəsinə, o cümlədən, elm və texnikanın müasir nai-
liyyətləri nəticəsində yaradılan döyüş vasitələrindən istifadə etməyə 
hazırlamaq məqsədi daşıyan ibtidai hərbi hazırlıq təlimində fənlər-
arası əlaqənin müasir tələblər səviyyəsində olmadığını göstərir. 
İndi isə müvafiq səviyyəli cavablardan nümunələr gətirək. 
I  səviyyə:  Şagirdlər  “Biz  hərbi  topoqrafiyanı  öyrənərkən  elə 
riyazi çalışmalardan istifadə edirik ki, ... (sükut)”, “hərbidə hərbi to-
poqrafiyaya müraciət edirik”, “ Əgər lazım gəlsə, biz riyaziyyatdan 
çalışmalar həll edirik” və s. 
Hərbi rəhbərlər: “Əgər fizika və riyazi məzmunlu hərbi çalış-
malardan istifadə  etməliyiksə, bu tələb proqramda öz ifadəsini tap-
malıdır, proqramda bu barədə bir şey deyilmirsə, bizə nöqsan tutul-
mamalıdır”,  “Bəzi  hərbi  mövzularda  riyaziyyatdan  istifadə  olunur, 
bunu  biz  də  bilirik,  şagirdlər də.  Daha  bununla  əlaqədar  çalışmalar 
həll  etmək  nə  üçün  lazımdır?  Bunun  yerinə  başqa  hərbi  anlayış 
öyrədərik, yaxud da öyrətdiyimizi bir daha təkrar etdirərik” və s. 
II səviyyə: Şagirdlər: “Hərbi topoqrafiyada kompasa və xəritə-
yə aid çalışmalar həll edə bilərik”. “Hərbi topoqrafiyada riyaziyyat-
dan  qazandığımız  biliklər  köməyimizə  gəlir,  yoxsa  xəritədə  məsa-
fəni ölçə bilmərik, cəhətləri müəyyən etmək çətin olar” və s. 
Hərbi rəhbərlər: İbtidai hərbi hazırlıq kursunu tədrisində digər 
tədris  fənləri  üzrə  biliklərdən  istifadə  etmək  olar.  (Hərbi  rəhbərlər 
sualın  konkret  qoyulmasına  baxmayaraq  hərbi  materialların  tarix, 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə