Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə25/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   21   22   23   24   25   26   27   28   ...   87

 
75 
 
1.5. Gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq) 
kursunun digər ümumtəhsil fənlərilə əlaqəli tədrisinin məktəb 
praktikasında vəziyyəti 
 
Tədqiq olunan problem baxımından gənclərin çağırışaqədərki 
hazırlığına (ibtidai hərbi hazırlıq) dair tədris proqramının, dərsliyin 
və  metodik  ədəbiyyatın  təhlili,  məktəb  təcrübəsinin  öyrənilərək 
ümumiləşdirilməsi  göstərdi  ki,  gənclərin  çağırışaqədərki  hazırlığı 
kursunun şagirdlərin digər ümumtəhsil fənləri üzrə bilikləri ilə əla-
qəli tədrisi, həmçinin bu prosesdə fizika, riyazi və s. məzmunlu hər-
bi çalışmalardan istifadə olunmasına geniş imkanlar var. Bəs təlim 
prosesində bu imkanlar necə nəzərə alınır? Başqa sözlə, respublika-
mızın şəhər və kənd məktəblərində çalışan hərbi rəhbərlər gənclərin 
çağırışaqədərki hazırlığı məşğələlərini apararkən məktəblilərin digər 
fənlər  üzrə  bilik  və  bacarıqlarına  əsaslanırlarmı?  Belə  bilik  və 
bacarıqların köməyi ilə həll edilə bilən hərbi tapşırıq və çalışmalar-
dan istifadə olunursa, bu sahədə vəziyyət necədir? Göstərilən əlaqə 
hərbi  təlimlə  bərabər  fizika,  riyaziyyat  və  digər  fənlərin  tədrisi 
keyfiyyətinə necə təsir edir? 
Bütün bu suallara cavab almaq məqsədi ilə, tədqiqat obyekti-
nə  uyğun  olaraq,  Bakı,  Gəncə,  Sumqayıt,  Xaçmaz,  Quba,  Qusar, 
Şirvan, Göy-göl şəhərləri üzrə 20 məktəbdə və Ucar, Göyçay, Ma-
sallı,  Astara,  Yevlax,  Quba,  Xaçmaz,  Daşkəsən,  Samux,  Şəmkir 
rayonları  üzrə  16  kənd  məktəbində  çalışan  40  nəfərdən  artıq  hərbi 
rəhbərin iş təcrübəsi öyrənilmişdir. Bu zaman hərbi rəhbərlərlə mü-
sahibələr, şagirdlərlə fərdi, qrup və kollektiv şəkildə söhbətlər apa-
rılmış, əvvəlcədən hazırlanmış kartoçkaların köməyi ilə sorğu keçi-
rilmiş,  bir  neçə  məktəbdə  müəyyənedici  eksperiment  qoyulmuş, 
təlim zamanı hərbi rəhbərlərin şagirdlərlə qarşılıqlı fəaliyyəti müşa-
hidə  edilmişdir.  Toplanan  bütün  materiallar  nəzərdən  keçirdiyimiz 
problem  baxımından  təhlil  edilərək  ümumiləşdirilmişdir.  Eyni  za-
manda  gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq) 
üzrə qabaqcıl iş təcrübəsi öyrənilib ümumiləşdirilərkən Sovet döv-


 
76 
ründə Azərbaycan Respublikası Maarif Nazirliyi İbtidai hərbi hazır-
lıq  və  şagirdlərin  hərbi  vətənpərvərlik  tərbiyəsi  üzrə  respublika 
metodik  kabineti  əməkdaşlarının  araşdırmalarına  da  istinad  olun-
muşdur.  Kabinetin  metodisti,  ehtiyatda  olan  polkovnik-leytenant 
M.P.Valeyev tərəfindən hazırlanmış ”şagirdlərin ibtidai hərbi hazır-
lığı və hərbi-vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlərin forma və 
metodları”  adlı  metodik  tövsiyələrdə  oxuyuruq:  “Orta  ümumtəhsil 
məktəblərində  ehtiyatda  olan  xeyli  zabit,  serjant  və  sıravi  əsgər 
hərbi rəhbər vəzifələrində işləyir, əksəriyyətinin  də pedaqoji təhsili 
və  məktəblilərlə  iş  təcrübəsi  yoxdur.  Onların  çox  hissəsi  dərslərin 
gedişi zamanı müasir didaktikanın və metodikanın elementar tələb-
lərini pozur, ...fənlərarası əlaqəni nəzərə almır” (76, s.5). 
İradı  ilə  yanaşı,  müəllif  onu  da  göstərmişdir  ki,  “respublika 
məktəblərində  şagirdlərin  ibtidai  hərbi  hazırlıq  və  hərbi-vətənpər-
vərlik tərbiyəsi işini müvəffəqiyyətlə həyata keçirən təcrübəli hərbi 
rəhbərlərimiz də çoxdur. Onlardan birinin iş təcrübəsi və fənlərarası 
əlaqəni  nəzərə  alması  metodik  ümumiləşdirmədə  öz  əksini  belə 
tapır:  “Hərbi  rəhbər  ibtidai  hərbi  hazırlıq  dərslərində  fənlərarası 
əlaqədən  bacarıqla  istifadə  edir.  Bu  məqsədlə  o,  özünün  dərs 
planında, həmçinin proqram mövzularına uyğun bütün dərs ili üçün 
tərtib  etdiyi  plan-konspektdə  ibtidai  hərbi  hazırlıq  üzrə  hər  bir 
dərsdə  istifadə  edəcəyi  digər  ümumtəhsil  fənn  dərsliklərindəki 
mövzuların  paraqraflarını  göstərir.  Məsələn,  ibtidai  hərbi  hazırlıq 
proqramının “Sovet Silahlı Qüvvələri Vətənin Keşiyində” bölməsini 
öyrədərkən  hərbi  rəhbər  tarix  və  ədəbiyyat  üzrə  dərsliklərdəki 
materiallardan bacarıqla istifadə edir və rus əsgərinin “gözəl ənənə-
ləri” haqqında tam və rəngarəng danışmaq imkanı verir... (76, s.10) 
Müəllif göstərir ki, “Atəş hazırlığı” bölməsində öyrədiləcək bilikləri 
hərbi  rəhbər  şagirdlərin  kimya,  riyaziyyat  və  rəsmxət  dərslərindən 
(üçbucaqda  metrik  münasibətlər,  sinuslar  teoremi,  dinamikanın 
əsasları,  dinamika  qanunlarının  tətbiqi,  istilik  hadisəsi,  bucaqların 
qiymətinin, çevrənin uzunluğunun, dairənin sahəsinin hesablanması 
və  s.  kimi  mövzular  üzrə)  aldıqları  biliklərlə  əlaqələndirir.  İbtidai 
hərbi  hazırlığın  ümumtəhsil  fənlərilə  fənlərarası  əlaqəsindən  hərbi 


 
77 
rəhbər  digər  proqram  bölmələri  üzrə  dərslərdə  də  istifadə  edir.  Bu 
zaman o, hərbi işlər üzrə praktik vərdişlərin şagirdlərə mənimsədil-
məsinə xüsusi diqqət yetirir” (76, s.11). Göründüyü kimi, hərbi rəh-
bərin  o  vaxtkı  iş  təcrübəsini  olduğu  kimi  qəbul  etmək  mümkün 
deyil.  Birincisi,  ona  görə  ki,  ibtidai  hərbi  hazırlıq  üzrə  tədris 
proqramında  “SSRİ  Silahlı  Qüvvələri  Vətənin  keşiyində”  bölməsi 
mövcud  proqramdan  tamamilə  çıxarılmış  və  “Azərbaycan  Silahlı 
Qüvvələri  Vətənin  keşiyində”  bölməsi  ilə  əvəz  olunmuş,  hazırki 
proqram və dərslikdən isə tamam çıxarılmışdır. İkincisi, rus əsgəri-
nin “gözəl ənənələri” haqqında danışmaq xatirinə yaradılmış fənlər-
arası  əlaqə  hazırda  pedaqoji  elmimizə  və  bu  xalqa  lazım  deyil.
 
Lakin  buradakı  təşəbbüsdən  “Azərbaycan  Silahlı  Qüvvələri 
Vətənin  keşiyində”  bölməsinin  tədrisində  faydalanmaq,  mövzunu 
Azərbaycan  ədəbiyyatı üzrə  materiallarla  əlaqələndirmək  daha mü-
nasib olar. 
Digər  bölmələrin  tədrisi  prosesində  hərbi  rəhbərin  fənlərarası 
əlaqə məqsədilə müraciət etdiyi fənlərin və mövzuların adları çəkilir. 
Lakin  bu  əlaqələrin  konkret  məzmunu,  forma  və  metodları  açılmır. 
Ona görə də hərbi rəhbərin tədqiq etdiyimiz problem baxımından iş 
təcrübəsini  yalnız  qabaqcıl  bir  təşəbbüs  kimi  qiymətləndirmək 
mümkündür.  Apardığımız  müşahidələr  göstərir  ki,  respublikanın 
əksər  məktəblərində  (Bakı  şəhəri  7,  9,  18,  31  və  132  saylı,  Gəncə 
şəhəri 1, 5, 15, 18, 28, 39 saylı, Daşkəsən rayonu Xoşbulaq kənd orta 
məktəbləri)  “Silahlı  Qüvvələr  Vətənin  keşiyində”  bölməsinin  tədrisi 
zamanı hərbi rəhbərin şərhində şagirdlərin riyazi  təsəvvürlərinə isti-
nad olunur. Bu təsəvvürlər həm onluq kəsrləri, həm də 100 milyonluq 
dairəsində  tam  ədədləri  yazmaq,  oxumaq  və  onlar üzərində  əməlləri 
icra etmək bacarıqlarından ibarətdir. Bu zaman hərbi rəhbərlər mək-
təblilərə  ordumuzun  yaranması  və  möhkəmləndirilməsi  haqqında 
məlumat verir, erməni-faşist işğalçılarına qarşı apardığı mübarizədən 
epizodlar  danışır,  milli  qəhrəmanlarımızın  şücaətlərini,  ordunun  tər-
kibini və s. statistik göstəricilərlə aydınlaşdırırlar. 
Statistik  məlumatların  verilməsi  o  zaman  daha  əhəmiyyətli 
olur ki, şagirdlər onluq kəsr şəklində ifadə olunmuş ədədləri düzgün 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə