Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/46
tarix14.10.2017
ölçüsü2,8 Kb.
#4596
1   ...   12   13   14   15   16   17   18   19   ...   46

33 
 
şahın əvəzçisi kimi hərbi yürüşlərə də çıxırdı [66, 62]. Həsən bəy Rumlu yazır ki, 
Qara  Yusif  813  (1410/11)-cü ildə  Ərzincana hücum  edən  vaxt hərbi  yürüşün  çox 
uzandığını  görərək,  oranı  ələ  keçirməyi  öz  vəkillərinin  öhdəsinə  qoymuşdu.  40 
gündən  sonra  Ərzincan  hakimi  təslim  olub,  qapı  və  xəzinə  açarlarını  onun 
vəkillərinə verməyə məcbur olmuşdu [66, 62]. Hərbi yürüşlərdə orduya başçılıq bir 
neçə  şəxs  tərəfindən  icra  olunduğundan  Həsən  bəy  Rumlu,  hökmdarın  adından 
hərəkət edib, müəyyən tapşırığı yerinə yetirən həmin şəxsləri ―vükəla‖ (―vəkillər‖) 
adlandırmışdır [66, 435, 448]. İndi görək, qaraqoyunlu dövrünə aid olan ―vükəla‖ 
ifadəsi  sonralar  Ağqoyunlu  və  səfəvi  dövlətlərində  mühüm  əhəmiyyət  kəsb  edən 
vəkalət  vəzifəsinin  icraçılarına  aiddirmi?  Əsla  yox!  Çünki  qaraqoyunlular 
dövründə  vəkalət  bir  vəzifə  kimi  hələ  formalaşmamışdı.  Bu  fikri  Qaraqoyunlu 
dövlətinin  təsviri  zamanı  müxtəlif  mənbələrdə  vəkalət  vəzifəsinə  əhəmiyyət 
verilməməsi  ilə  izah  etmək  olar.  Doğrudur,  yuxarıdakı misaldan  da  vəkillərin  bir 
əvəzçi kimi fəaliyyəti məlum oldu, lakin şübhəsiz ki, bu vəkillər sonradan böyük 
əhəmiyyətə malik olan vəkillərdən fərqli idilər. 
Vəkalət  vəzifəsinin  formalaşması,  fikrimizcə  ağqoyunluların hakimiyyəti 
zamanı həyata keçmişdir. Məlumdur ki, 12 il bu dövlətə başçılıq edən Yaqub şahın 
vəkili Şeyx Nəcməddin Məsud idi [66, 595]. 
―Əhsənüt-təvarix‖də  verilən  aşağıdakı  məlumata  əsasən  Ağqoyunlu 
dövlətində  vəkalət  mənsəbinin  hətta  bəzən  əmirül-üməradan  da  üstün  olduğunu 
söyləmək  mümkündür.  Tarixi  bir  faktdır  ki,  Yaqub  şahın  öldürülməsindən  sonra 
hakimiyyəti  Sufi  Xəlilin  köməyi  ilə  azyaşlı  şahzadə  Baysunqur  ələ  almış  və 
dövlətin əmirül-ümərası Fərrux bəy
18
 təyin edilmişdi [66, 630]. Gənc şahın adından 
dövləti  idarə  etməyi  əmirül-üməra  olmaqdan  daha  üstün  tutan  Sufi  Xəlil  məhz 
vəkaləti  öz  əlinə  almışdı  [66,  632].  ―Əhsənüt-təvarix‖-də  vəkalət  mənsəbinin 
üstünlüyünü  təsdiq  edən  başqa  bir  fakt  da  vardır.  903  (1497/98)-cü  ildə  Uzun 
Həsənin nəvəsi  Gödək  Əhməd  ağqoyunlu  Rüstəm  şahı məğlub  edib,  taxt-tacı  ələ 
keçirən vaxt Kirman valisi Eybə sultan və Şiraz valisi Qasım bəy Pornak ona qarşı 
sui-qəsd  hazırlayaraq  qərara  gəlmişdilər  ki,  Uzun  Həsənin  digər  nəvəsi  Sultan 
Muradı Şirvandan gətirib, taxta çıxarsınlar və özləri yeni şahın vəkili olsunlar [65, 
16].  Bu  faktla  o  zaman  vəkalət  mənsəbinin  böyük  üstünlüyü  nəzərə  çatdırılır  və 
eyni  zamanda  vəkalətin  də  bəzən  müştərək  icra  edildiyi  aydınlaşır.  Başqa 
mənbələrdə də vəkalətin şərikli aparılmasına cəhd olunma faktı vardır [65, 189; 60, 
253b; 77, 169]. 
Orta  əsr  tarixçiləri  vəkilə  ―ixtiyar  sahibi‖,  ―iqtidar  sahibi‖,  vəkalət 
mənsəbinə  isə  ―ali  vəzifə‖,  ―şərəfli  mənsəb‖  demişlər  [66,  632;  88,  271;  58,  46, 
159]. Vəkil səltənətin ―ixtiyarlı adamı‖ da adlandırılmışdır [81, 240; 58, 49]. 
Bacarıqlı vəkilin işə cəlb edilməsi zəruri və təxirəsalınmaz bir vəzifə kimi 
qarşıda dururdu. Belə ki, 904 (1498/99)-cü ildə qardaşı Məhəmmədi Mirzəyə qalib 
                                                             
18
 Bu da ―Əhsənüt-təvarix‖in Leninqrad əlyazma nüsxəsində Qoç bəy kimi getmişdir [64, 122a] 


34 
 
gəlib,  yenidən Təbrizdə  taxta  çıxan  Əlvənd  bəyin  ilk  işi  özunə  vəkil təyin  etmək 
olmuşdu.  O,  Lətif  bəy  adlı  bir  əmiri  vəkil  etmişdi  [65,  21].    I  Şah  İsmayılın  ən 
etibarlı  köməkçisi  vəkil  Nəcməddin  Məsud  idi  [65,  110;  82,  309].  Onun 
ölümündən sonra vəkil təyin edilən Yar Əhməd Xuzaninin ―Nəcm-i sani‖ (―ikinci 
Nəcm‖) adlandırılması əvvəlki    vəkilin ehtiramla yad edildiyini göstərir [65, 110, 
89, 309].                                  I Şah Təhmasibin hakimiyyətinin ilk illərində 
vəkalət mənsəbini ələ keçirmək uğrunda əmirlərin mübarizəsi qanlı döyüş xarakteri 
almışdı.  931  (1524/  25)-ci  ildə  bu  10  -  11  yaşlı  səfəvi  şahının  iki  qüdrətli  əmiri 
arasında  başlanan  ixtilafın  səbəbi  məhz  vəkalət  mənsəbinin  kim  tərəfindən  ələ 
keçiriləcəyi  olmuşdur.  Həmin  mübarizədə  əmirül-üməra  Div  sultan  Rumlu  qalib 
gələrək,  gənc  şahın  müstəqil  vəkili  olmuşdu  [65,  189].  Lakin  bundan  sonra  da 
səfəvi  əmirləri  arasında  vəkalət  uğrunda  gedən  mübarizə  sakitləşmədi.  Çox 
keçmədən  Çuhə  sultanın  ―Gözəldərə‖  yaylağında  I  Şah  Təhmasibi  təhrik  etməsi 
nəticəsində Div sultan öldürüldü və Çuhə sultan vəkil oldu [65, 205; 58, 48]. Lakin 
başqa  əmirlərin vəkil olmaq arzusu bununla sakitləşmədi və nəticədə ikinci qanlı 
bir  hadisə  baş  verdi:  Vəkil  Çuhə  sultan  və  əmir  Hüseyn  xan  Şamlu  arasındakı 
mübarizədə vəkil öldürüldü [65, 235]. Vəziyyəti belə görən Çuhə sultanın mənsub 
olduğu təkəlu tayfasının əmirləri dərhal onun böyuk  oğlu Şahqubadı vərik etdilər 
[65, 236]
19
. Ancaq ustaclu, Rumlu, zülqədər və əfşar tayfalarının əmirləri vəkalətin 
yenidən təkəlu əmirlərinin əlinə keçməsinə razı olmayıb onlarla döyüşə başladılar. 
Hadisənin belə şəkil aldığını görən I Şah Təhmasib dərhal bütün təkəlu tayfasının 
qətl edilməsi əmrini vermiş, nəticədə böyük qırğın baş vermişdi [65, 236]. 
Vəkalət  vəzifəsi  uğrunda  gedən  bu  çəkişmələr  vaxtı  Azərbaycan  əmirül-
ümərası Üləma Təkəlu də üsyan etdi. Buna səbəb onun da vəkil olmaq arzusu idi, 
lakin bu arzu həyata keçmədi [65, 237; 58, 49]. Həsən bəy Rumlu göstərir ki, I Şah 
Təhmasib  vəkaləti  Hüseyn  xan  Şamluya  verdi  [65,  236,  253].  Ancaq  onun  da 
vəkilliyi  uzun  sürmədi.  939  (1532/33)-cu  ildə  şahı  zəhərləmək  istəyən  Hüseyn 
xanın qəsdinin üstü açılmış və o, dərhal qətl edilmişdi. Həsən bəy Rumlu yazır ki, 
vəkil  Hüseyn  xan  dövlətdə  dəyişiklik  etmək  və  xalqı  Sam  Mirzənin  taxta 
çıxarılmasına rəğbətləndirmək istəyirmiş [65, 253]. 
Şübhəsiz  ki,  vəkalət  vəzifəsi  uğrunda  gedən  bu  ehtiraslı  mübarizənin 
səbəbi  səfəvi  şahının  hələ  çox  gənc  olmasında  və  əmirlərin  hakimiyyəti  idarə 
edərək öz şəxsi məqsədlərini həyata keçirmək istəmələrində olmuşdur. Məhəmməd 
Bəqa Səxaranpuri açıq-aşkar yazır ki, Şah Təhmasibin yaşı az olduğundan vəkalət 
uğrunda gedən mübarizənin qarşısını ala bilmirdi [92, 242]. 
Vəkil  də  görkəmli  dövlət  nümayəndəsi  kimi  şəxsən  döyüşlərdə  iştirak 
edirdi. Həsən bəy Rumlunun məlumatına görə Şirvanşah Şahrux 944 (1537/38)-cü 
ildə I Şah Təhmasiblə döyüşə öz vəkili Hüseyn bəyi yollamışdı [65, 287]. 
                                                             
19
 ―Rövzətüs-səfəviyyə‖də göstərilir ki, təkəlu tayfası vəkaləti ―qılınc gücünə‖ ələ keçirmişdi [97, 292] 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə