Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/46
tarix14.10.2017
ölçüsü2,8 Kb.
#4596
1   ...   14   15   16   17   18   19   20   21   ...   46

37 
 
tapşırılmış,  bütün  ―dövlət  və  din  işləri‖  onun  öhdəsinə  buraxılmışdı  [65,  491]. 
Məlumdur ki, o, sonradan Məhəmməd Xudabəndənin də vəziri olmuşdu [65, 502]. 
Dövlətin  bütün  mülki  və  mali  işlərinə  nəzarət  edən  ali  divanın  ayrı-ayrı 
vilayətlərdə də  vəzirləri  olurdu  ki,  onların hamısına  bilavasitə  baş  vəzir rəhbərlik 
edirdi.  958  (1551/52)-ci  ildə  Xacə  Qiyasəddin  Əli  ilə  vəzarəti  şərikli  icra  edən 
Xacə  Əmir  bəy  Keçəçi  həbs  edilmiş  [65,  355],  onun  yerinə  Şirvan  vəziri  Ağa 
Məhəmməd Fərahani keçmişdi [81, 271a]. Həsən bəy Rumlunun məlumatına görə, 
Əmir bəy Keçəçi cavanlığında əvvəl Qazi xan Təkəlunun, sonra isə Əmir Sultan 
Rumlunun  vəziri  olmuş,  sonradan  bütün  Xorasan  vəzarəti  ona  tapşırılmışdı  [65, 
355]. 
Mənbələrin məlumatına görə, divan vəzirlərindən birisi qorçi dəstələrinin 
vəzarət işlərinə rəhbərlik edir və ―qorçilər vəziri‖ adlanırdı [61, 305b; 88, 87; 77, 
182].  Qorçilərə  çatası  məvacib  və  mükafat  yalnız  bu  vəzirin  möhürü  ilə  icra 
edilirdi [63, 37]. 
Hakim: XV - XVI əsr Azərbaycan feodal dövlətləri tarixində hakimin də 
özünəməxsus  yeri  və  fəaliyyəti  olmuşdur.  Göstərmək  lazımdır  ki,  ―hakim‖  də, 
başqa  istilahlar  kimi,  həm  geniş,  həm  də  dar  mənalarda  işlənmişdir.  Həsən  bəy 
Rumlu bəzən şahları da hakim adlandırır [66, 82]. Məlumdur ki, şahın tabeliyində 
olan ölkə, vilayət və şəhərlər həmçinin hakimlər tərəfindən idarə edilirdi [74, 45]. 
Onlar məşhur əmirlərdən təyin edilir [65, 12] və xəzinəyə hər il müəyyən miqdar 
vergi  verir,  şaha  vaxtaşırı  hədiyyə  göndərir  və  müharibə  vaxtı  əsgəri  qüvvə  ilə 
kömək  edirdilər.  Hakimlərin  ən  mühüm  xüsusiyyəti  onların  hərbi  qüvvələrə 
başçılıq  etmələrində  idi  [74,  68].  Hakim  bəzən  əlindən  çıxarılan  əyaləti  ―böyük 
xərclə‖  geri  alırdı  [65,  13]  ki,  bu  da  hakimin  hakimiyyəti  əldən  verməmək 
ehtirasını göstərir. 
XV  -  XVI  əsr  tarixi  mənbələrində  inzibati  cəhətcə  tutduqları  yerə  görə 
hakimlər bu dərəcələrə bölünmüşlər: vilayət, şəhər və qala hakimləri. Axırıncılara 
―kutval‖ da deyilirdi [66, 46, 67; 88, 273]. 
Təyin  olunduğu  yerə  gedən  hakim  özü  ilə  şahın  təsdiq  edib  ona  verdiyi 
hökm  sənədini  -  ―nişan‖ı  aparırdı  [66,  67,  325;  69,  163;  77,  93].  Nişanda  adı 
göstərilən yerin ona çatdığı yazılır,  əhalidən hakimi peşkəşlə qarşılaması, qala və 
xəzinə açarlarının təqdim edilməsi və ona sözsüz itaət olunması yazılırdı [66, 67].  
Hakimə ―daruğə‖ də deyilmişdir ki, işləndiyi məna baxımından hakim və 
daruğə sözləri bir-biri ilə qarışdırılmamalıdır. K. M. Röhrborn yazır ki, ―darğa sadə 
dillə  hakim  deməkdir  və  şah  tərəfindən  təyin  edilirdi‖  [74,  191].  Alman 
tədqiqatçısının  bu  fikri  XV  əsrə  aid  edilə  bilər.  O  zaman  doğrudan  da  müəyyən 
inzibati sahəni idarə edən şəxsə həm hakim, həm də daruğə deyilmişdir [66, 323, 
461;  56,  295,  326].  Məsələn,  Uzun  Həsənin nəvəsi  Əlvənd  886  (1481/82)-cı  ildə 
vəfat  etdikdən  sonra  əmirlərin  bir  neçəsi  ―Yaqub  padşahın  dərgahına  məktub 
yollayıb‖  darğa  istəmişdi  [64,  489a].  Aydındır  ki,  əmirlərin  xahişi  onlara  hakim 


38 
 
göndərilməsindən ötrü nəzərə çatdırılmış və burada darğa hakim sözünün sinonimi 
kimi işlənmişdir. 
Başqa bir misal: Həsən bəy Rumlunun məlumatına görə, I Şah Təhmasib 
yerlərə  darğa  yollamadığından  Azərbaycan  rəiyyəti  arasında  daim  dava-dalaş 
olardı [65, 489]. Bu fikrə tənqidi yanaşmaq lazımdır. Mənsub olduğu feodal sinfinə 
qarşı  baş  verən  narazılığı  ört-basdır  etməyə  çalışan  Həsən  bəy  Rumlu  sinfi 
mübarizənin səbəbini şahın Azərbaycana darğa (hakim) göndərməməsi ilə izah edir 
ki,  bu,  düzgün  fikir  deyildir.  Çünki  1571-1573-cü  illərlə  Təbriz  üsyanı  baş 
verərkən,  şəhərdə  hakim  var  idi  və  üsyana  səbəb  xalqın  yerli  hakimiyyətdən 
narazılığı olmuşdu. 
Darğa  istilahı  hakim  mənasında  işləndikdə,  hakimin  rütbəcə,  yəni  onun 
əmirliyi  (əmarət)  dərhal nəzəri  cəlb  edir.  Bunun  əksinə  olaraq,  darğa  istilahı  dar 
mənada  işlənərkən  bu  darğalığın  ―əmirlik‖  olmadığı  aydınlaşır.  Məsələn,  905 
(1499/1500)-ci ildə Sultan Murad və Məhəmmədi Mirzə döyüşərkən, birinci tərəfin 
dövlət bayrağı yerə düşmüşdü. Həsən bəy Rumlu göstərir ki, pəhləvan Şahi adlı bir 
döyüşçü cəld həmin bayrağı yerdən qaldıraraq, geri qaçmaqda olan Sultan Murad 
döyüşçülərini qaytardı və onlar yenidən gəlib, həmin bayrağın altında toplaşdılar. 
Döyüş qələbə ilə bitdikdən sonra Sultan Murad döyüşçüləri ruhlandıran pəhləvan 
Şahiyə kəndinin darğalığını verir. Camaat ondan nə üçun Sultan Muraddan əmirlik 
istəmədiyini  soruşduqda  o,  cavab  vermişdi:  ―Atam  o  kəndin əkinçisi  idi, mən  isə 
darğası olmuşam‖ [65, 24-25]. 
Hakim və darğa vəzifələrinin eyni bir vəzifə olmadığını göstərən başqa bir 
misal:  906  (1500/01)-cı  ildə  Bakı  qalasının  hakimi  şahzadə  Qazi  bəyin  arvadı, 
darğası isə Əbülfəttah bəy idi [65, 46]. 
Mənbələrdə  bazar  darğası,  dəftərxana  darğası  adlı  vəzifələrdən  də  bəhs 
edilir [61, 338a; 77, 239]. 
Beləliklə,  darğa  sözü  K.  M.  Röhrbörnün  dediyi  kimi,  hakim  mənasını 
verir,  lakin  hər  bir  darğanın  şah  tərəfindən  təyin  edilməsi  fikri  düzgün 
deyilməmişdir,  çünki  bazar,  yaxud  dəftərxana  darğasının  şah  tərəfindən  təyin 
edildiyini heç bir dəlil təsdiq etmir. 
Hakimlərin də idarəedici aparatı - vəkili, sədri, vəziri və qoşunu olmuşdur. 
Həsən  bəy  Rumlu  göstərir  ki,  hakim  xəstələndikdə  onun  işini  vəkil  aparırdı  [65, 
11]. 
Qazi: XV - XVI əsr tarixi  mənbələri yeri gəldikcə, qəza, yəni məhkəmə 
işləri ilə məşğul olan qazi haqqında da məlumat vermişdir [66, 393; 88, 307; 81, 
257a]. ―Əhsənüt-təvarix‖də qoşun qazisi (qazi-yi əsgər) və şəri qazi haqqında az da 
olsa danışılır [66, 393, 607]. Qoşun qazisi orduda dini iş, təbliğat aparır, şəri qazi 
isə yerlərdə bəzi mübahisələrin həllinə çalışırdı [11, 41]. 
Öz bacarıq və qabiliyyətinə görə bəzən qazilər sədr və vəzir kimi yüksək 
vəzifələrə layiq görülürdülər. Məsələn, 822 (1419/20)-ci ildə şirvanşah I İbrahimin 
vəziri qazi Bayazid idi [66, 106]. Yaqub Ağqoyunlunun sarayında sədrliyi isə qazi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə