bildirilmişdir ki, ABŞ təhsil müəssisələrinə qəbul edilmiş və hökumət
tərəfindən təqaüdə layiq
görülmüş tələbələr gənc fəallar Emin Milli və Adnan Hacızadə həbs edildikdən sonra bundan
məhrum olmuşlar (bax bölmə 1.e.). Hacızadə Birləşmiş Ştatların ali təhsil müəssisəsində təhsil
almış və sonradan Riçmond Universitetinin məzunu olmuşdu. Hökumət iddia edirdi ki, xaricdə
təhsil üçün seçim prosesi şəffafdır və siyasi mənsubluq əsas amil deyil.
Müxalifət partiyalarının üzvləri məktəb və universitetlərdə müəllimlik işi tapmaqda çətinliklər
çəkdiklərini bildirmişlər. Dövlət təhsil müəssisələrində dərs deyən əksər tanınmış müxalifət
partiya üzvləri ötən illərdə işdən çıxarılmışdılar.
2008-ci il prezident seçkiləri kampaniyası zamanı bir neçə universitetlərdə təhsil alan tələbələr
dekanları tərəfindən onlara təzyiq göstərilərək seçkiləri izləyən müstəqil QHT ilə əməkdaşlıq
etməməyə məcbur edildiklərini bildirmişdilər. Bəzi tələbələr bildirirdi ki, fakültə dekanları
onlara göstəriş vermişdi ki, universitetdə səs verə bilmək üçün qeydiyyatda olduqları yerdən
seçici qeydiyyatının yerini dəyişsinlər. Digərləri bildirirdi ki, universitetlərdə tələbələrdən
prezident yönümlü yürüşlərdə iştirak etmək tələb olunmuşdu. Bunun üçün onlar nəqliyyat
vasitələri ilə təmin edilmiş və iştirak etmədikləri halda isə universitetdən qovulacaqları ilə
onlara hədə-qorxu edilmişdi. Həmçinin tələbələr seçki monitorinqində iştirak etdikləri halda
yataqxanadan qovulacaqları ilə hədələnmişdir.
Mədəniyyət tədbirlərə hökumət məhdudiyyətlərinin qoyulmasına dair heç bir məlumatlar
olmamışdı.
b. Sərbəst toplaşma və Birləşmə azadlığı
Toplaşma azadlığı
Qanunla toplaşma azadlığı təmin edilsə də hökumət bu hüququn praktiki tətbiqini kəskin surətdə
məhdudlaşdırmışdı. Qanunda qrupların yalnız müvafiq hökumət orqanlarının ilkin razılığından
sonra sərbəst toplaşmasına icazə verilsə də hökumət bu müddəanı Bakı meriyasından əvvəlcədən
icazə alınmasına dair tələb kimi şərh etməyə davam etmişdir.
2008-ci ilin iyun ayında sərbəst toplaşma azadlığına dair qanuna yeni düzəlişlər qüvvəyə mindi.
Beynəlxalq təşkilatlar tərəfindən düzəliş edilmiş qanuna baxışda bildirilirdi ki, o, əksər
beynəlxalq standartlara cavab verir və bir çox beynəlxalq müşahidəçilər hökuməti onu tam
şəkildə şərh etməyə çağırırdılar. Bununla belə, hökumət faktiki olaraq, bütün yürüşlərin
əvvəlcədən təsdiqlənməsini və şəhər mərkəzindən kənarda yerləşən məntəqələrdə keçirilməsinə
dair tələbini davam etdirmişdir. Bu şərti əksər siyasi partiyalar və QHT-lər qeyri-məqbul hesab
etmişdi. Əksinə, hakim Yeni Azərbaycan Partiyası prezidentin təkrar seçilməsini qeyd etmək
üçün 2008-ci ilin oktyabr ayında mərkəzi meydanda böyük mitinq təşkil etmişdi. Müxalifət
partiyalarına həmin meydanda yürüş keçirilməsinə icazə verilməmişdi. Hökumət müxalifət və
bəzi digər QHT-lərin siyasi yürüşlər keçirməsinə dair tələblərini rədd etmiş və çox vaxt yürüş
iştirakçılarını bir neçə saatlıq saxlamaqla, bir sıra icazəsiz piket və nümayişləri dağıtmışdı.
2 yanvar tarixində təxminən 150-200 nəfər İsrailin Qəzza zolağındakı hərəkətlərinə qarşı
Bakıdakı İsrail Səfirliyinin yaxınlığında etiraz etməyə cəhd etmişdi. Polis bunlardan təqribən 150
nəfəri müvəqqəti saxlamış və 25 nəfəri həbs edərək bir neçə gün ərzində həbsdə saxlamışdı.
Jurnalistlər bildirmişdi ki, nümayişi dağıtmaq üçün gücdən istifadə edilmişdi.
21 yanvar tarixində müxalifətdən olan Müsavat partiyasının gənclər qrupu Amerikanın Səsi
Radiosu, Azadlıq Radiosu və BBC-nin bağlanmasına etiraz əlaməti olaraq, Milli Televiziya və
Radio Yayım Şurasının yaxınlığında etiraz nümayişi keçirmişdi (bax 2.a. bölməsi). Qrupun
qanunda tələb edildiyi kimi, Bakı meriyasına əvvəlcədən bildiriş təqdim etməsinə baxmayaraq,
polis nümayiş zamanı qrupun yeddi üzvünü həbs etmiş və müvəqqəti olaraq, həbsdə saxlamışdı.
22 iyun tarixində təxminən 50 nəfərdən ibarət tanınmış vətəndaş cəmiyyətinin fəalları Milli
Məclis yaxınlığında QHT-lərə dair qanuna planlaşdırılan dəyişikliklərlə əlaqədar etiraz nümayişi
keçirməyə cəhd etmişdi. Həm uniformalı və həm də adi geyimli onlarla polis işçisi nümayişçiləri
Milli Məclisin binasından uzaqlaşdırmaq üçün onları b bir neçə məhəllə uzaqlıqdakı yerə
aparmış və nümayişlərini həmin yerdə keçirməyə icazə vermişdi.
Oktyabrın 6-da təxminən 20 gənc Bakı metrosunda gediş haqqının qiymətindəki üç qat artıma
etiraz əlaməti olaraq, Bakı Dövlət Universitetinin qarşısında etiraz nümayişi keçirmişdi.
Oktyabrın 13-də gənclərdən ibarət daha böyük qrup eyni yerdə buna bənzər başqa bir nümayiş
keçirməyə cəhd göstərmişdir. Bu qrup şüarlar səsləndirmiş və onlardan səkkiz nəfər dərhal həbs
edilərək bir neçə saat həbsdə saxlanılmışdır. Onlar yalnız cərimə ödədikdən sonra axşam
azadlığa buraxılmışlar.
Birləşmə azadlığı
Qanunda birləşmə azadlığı təmin edilməsi nəzərdə tutulsa da, təcrübədə hökumətin bu hüquqa
qoyduğu məhdudiyyətin il ərzində sərtləşmişdir. Qanunun bir sıra müddəası hökumətə icazə
verir ki, siyasi partiya, dini qrup, biznes və QHT-lərin fəaliyyətlərini tənzimləsin. Buraya
həmçinin, bütün təşkilatların Ədliyyə Nazirliyi və ya Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsində (DQİDK) qeydiyyatdan keçməyə dair tələb də daxildir. Qanunda
qeydiyyatərizələrinəhökumət tərəfindən 30 gün ərzində baxılması tələb olunsa da, qeyri-
müəyyən, ağır və qeyri-şəffaf qeydiyyat prosedurları uzunmüddətli ləngimələrə səbəb olmuşdur
ki, bu da vətəndaşların birləşmə azadlığını effektiv şəkildə məhdudlaşdırmışdır.
30 iyun tarixində Milli Məclis birləşmə azadlığına yeni məhdudiyyətlər qoymaq üçün QHT-lərə
dair qanuna düzəliş etdi. Rəsmilər düzəliş edilmiş qanunun ilkin
layihəsinin əksər problemli
müddəalarını qanundan çıxarsa da, yeni düzəlişlərdə bəzi məhdudiyyətlər qaımışdır. Buraya
QHT filiallarının rəhbərlər müavinlərinin Azərbaycan vətəndaşları olması və xarici QHT-lərdən
ofis açmazdan əvvəl hökumətlə razılaşma imzalamasına dair tələb də daxildir. 25 dekabr
tarixində Prezident İlham Əliyev QHT-lərə dair qanuna əlavə dəyişiklikləri nəzərdə tutan
sərəncamı imzaladı. Beynəlxalq və yerli QHT-lər onlardan əldə etdikləri bütün qrantları
Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyə dair bu fərmanda nəzərdə tutulan yeni müddəadan
narahatlıqlarını bildirmişlər. Hökumət ilin sonunda bu qeydiyyat prosesinə dair prosedurları elan
etməmişdi.
İl ərzində nazirlik 162 qeyri-kommersiya hüquqi şəxsi qeydiyyata almışdır. Nazirlik il ərzində
qəbul və ya rədd edilmiş QHT ərizələrinin cəmi sayına dair məlumatı təmin etməmişdir. Bir
neçə QHT-lər Ədliyyə Nazirliyində qeydiyyatdan keçməklə bağlı problemlərlə üzləşdiklərini
bildirmişlər. Məsələn, 2008-ci ildə nazirlik tərəfindən qeydiyyatıı ləğv olunmuş keçmiş
Seçkilərin Monitorinq Mərkəzi QHT-sinin bir neçə üzvü yeni təşkilat, Seçkilərin Monitorinqi və
Demokratik Araşdırmalar Mərkəzi kimi qeydiyyatdan keçməyə cəhd etmişdir. Müşahidəçilər bu