təşkilatın qeydiyyata alınmamasının səbəblərinin əsassız olduğunu hesab etmişlər.
Təşkilat ilin
sonunda nazirliyə qarşı məhkəmə iddiası qaldırmışdı. Başqa bir QHT, Demokratik İslahatlar
Cəmiyyəti,10 il ərzində qeydiyyatdan keçmək üçün uğursuz cəhdlər etmişdir.
c. Dini Etiqad azadlığı
Konstitusiya və qanun dini etiqad azadlığını təmin edir. Lakin mürəkkəb qeydiyyat tələbləri və
seçim əsasında dini qrupların təqibi qanunun tətbiqinə kölgə salmışdır. Mayda qəbul edilmiş
qanuna düzəlişlər dini qrupların fəaliyyət göstərməsinə yeni məhdudiyyətlər qoymuşdur.
Qanunda hökumətin hər hansı fərdin və ya qrupun dini fəaliyyətinə müdaxiləsi qadağan edilsə
də, bir sıra istisnalar mövcuddur. Bu istisnalara dini qrupun fəaliyyətinin
ictimai asayiş və
sabitliyə təhlükə halları daxildir. Əksər dini qruplar hökumət müdaxiləsi olmadan toplaşsa da,
yerli orqanlar dini mərasimləri müşahidə etmiş, rəsmilər İslamçı və “qeyri-ənənəvi” dini
qrupların üzvlərini təqib etmiş və saxlamışdır.
Hökumətin “ənənəvi” və “qeyri-ənənəvi” adlandırdığı dini qruplara yanaşması arasında fərqin
olduğu görünür. “Ənənəvi” dini qruplara hökumət tərəfindən qeydiyyata alınmış İslam icmaları,
Yəhudi qrupları, Pravoslav Kilsəsi və Katolik Kilsəsi aiddir. “Qeyri-ənənəvi” adlandırılan
qruplara qeydiyyata alınmamış İslamçı qruplar, Yəhova Şahidləri və bir neçə Protestant icmaları
daxildir. Ümumilikdə “ənənəvi” qruplar dini azadlıqla bağlı heç bir problemin olmadığını
bildirsələr də, “qeyri-ənənəvi” icmalar tez-tez seçim əsasında təqibə məruz qaldıqlarını və
hökumətin onların qeydiyyatına əsassız qaydada maneələr yaratdığından şikayət etmişlər.
Bir sıra hüquqi müddəalar hökumətə dini qrupları tənzimləmək və xüsusilə də hər hansı dini
təşkilatlarıneyni zamanda fərdi icmalarının qeydiyyatdan keçirilməsini tələb etməyə imkan
yaradır.. Müsəlman dini qruplar DQİDK-dən qeydiyyatdan keçməzdən əvvəl Qafqaz
Müsəlmanları İdarəsindən (QMİ) təsdiq məktubu almalıdırlar. DQİDK və onun sədri qeydiyyat
üzərində geniş hüquqlara malikdir və hər ikisi dini ədəbiyyatın nəşri, idxalı, yayılması üzərində
nəzarət edə və qanunu pozan qrupların fəaliyyətlərini dayandıra bilib. DQİDK da həmçinin hər
hansı dini qrupun fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət etmək hüququna
malikdir.
Qeydiyyatdan keçmiş Müsəlman təşkilatları məscidlərə müsəlman ruhanilərini təyin edən, İslam
təhsil müəssisələrini inzibati idarə edən, xütbələri müntəzəm izləyən və hər il həcc səfərlərini
təşkil edən Sovet dövründən qalmış qurum olan QMİ-yə tabedirlər. Bəzi yerli müsəlmanlar QMİ
və DQİDK-in onların icmalarını qeydiyyata almaq və tənzimləmək imkanına malik olmasına
görə onları tənqid etmişdir.
İl ərzində səlahiyyətli orqanlar DQİDK-da qeydiyyatdan keçməmiş bir neçə məscidi bağlamış və
ya fəaliyyətini qadağan etmişdir . Məsələn, avqust ayında Bakı şəhərinin səlahiyyətli orqanları
məscid icmasının qeydiyyatdan keçmədiyini deyərək Fatimeyi-Zəhra məscidinin tikintisini
dayandırmışdır. Sentyabr ayında Gəncə şəhərində səlahiyyətli orqanlar qeydiyyatdan keçməmiş
Cümə məscidinin fəaliyyətini dayandırmışlar. Türkiyənin dini vəqfi (dini fond) tərəfindən
tikilmiş Bakının Şəhidlər məscidi ilin əvvəllərində bağlandı və ilin sonuna kimi bağlı qalmışdı.
17 oktyabr tarixində hökumət Türkiyənin dini vəqfinin idarə etdiyi və Bakının şimal-qərbində
yerləşən Mehdiabaddakı digər məscidi də bağlamışdı. Əmlak mübahisəsinə görə Bakı şəhəri
üzrə dövlət orqanları tərəfindən aprel ayında Məhəmməd Peyğəmbər Məscidinin
dağıdılmasından etibarən əmlak və ya bu icma ilə bağlı hər hansı dəyişiklik barədə heç bir
məlumat olmamışdı.
İlin əvvəllərində ölkədə cəmi 529 qeydiyyatdan keçmiş dini icma var idi ki, bunun 497-si
Müsəlman və 32-si qeyri-Müsəlman icmalar idi.
Bununla belə, may ayında düzəliş
edilmiş Dini
Azadlıqlara dair Qanun ənənəvi və qeyri-ənənəvi dini icmalardan DQİDK-də təkrar
qeydiyyatdan keçməyi tələb etmişdir. DQİDK-da əvvəlki qeydiyyat daha etibarlı sayılmamış və
təkrar qeydiyyatı başa çatdırmaq üçün dini icmalara 2010-cu ilin yanvar ayına kimi vaxt
verilmişdir. İlin sonuna kimi təkrar qeydiyyat üçün müraciət etmiş dini icmaların cəmi sayı 660-
a çatmış, bunun da 150-si qeydiyyatdan keçirilmişdir.
May ayındakı düzəlişlərdən əvvəl bir neçə dini qrup bildirmişdi ki, DQİDK bəzən qeydiyyat
üçün təqdim edilmiş ərizələr üzrə vaxtında qərar çıxarmır. Bəzi qruplar ondan şikayətlənirdi ki,
DQİDK və ya yerli rəsmilər müraciət prosesini çətin və ya qeyri-mümkün edir. Bu bəzi
Yevangelik Protestant icmaları da daxil olmaqla, qeyri-ənənəvi dini qurumlara aid olmuşdur.
Qeydiyyatdan keçməmiş təşkilatlar qanunsuz bəyan edilmək, səlahiyyətli orqanlar tərəfindən
bağlanmağa və ya seçim əsasında təqib olunmağa həssas olmuşlar.
Müsəlman qrupları, Yəhova Şahidlərinin üzvləri və bəzi yevanqelist xristianlar da daxil olmaqla,
qeydiyyatdan keçməmiş müxtəlif dini qruplar fəaliyyət göstərməyə davam etmişlər. DQİDK 160
qeydiyyatdan keçməmiş qrupun olduğunu hesablamışdır. Bununla belə, bəzi qeydiyyatdan
keçməmiş qruplar və xüsusilə də qeyri-ənənəvi dini təşkilatlar dini ayinlərin dayandırılması və
hədə-qorxu formasında vaxtaşırı və ünvanlı polis təqibinə məruz qalmışdı. Yerli hüquq-mühafizə
orqanlarının rəsmiləri bəzən dini ayinləri izləyir və əldə edilən məlumata əsasən bəzi mömin
xristian və müsəlmanları təhlükəsizlik məsələləri ilə bağlı axtarışların aparılması üçün seçmişlər.
Hüquq-mühafizə və milli təhlükəsizlik orqanları bəzi məscidlərin fəaliyyətlərini müşahidə
etmişlər.
Bəzi müsəlman nümayəndələri hökumətin 2008-ci ilin avqustunda Əbu Bəkr məscidində
törədilən partlayışa cavab olaraq çox sərt mövqe tutmasını tənqid etmişdir. Partlayışdan sonra
səlahiyyətli orqanlar adətən çox adamın gəldiyi məscidi bağladı və ilin sonuna kimi
məhkəmədən onu təkrar açmaq üçün icazə almaq səyləri heç bir nəticə verməmişdir. Həmin
partlayışdan sonra Bakıda polis tərəfindən saxlanılma və məcburi saqqalın qırxılması hallarının
sayında çoxalma müşahidə olunmuşdu.
Bir neçə mömin müsəlman hökumətin çox vaxt mömin müsəlmanlarla ekstremistlər arasında
fərq qoymadığını söyləmişlər. Onlar iddia edirdi ki, hökumət çox vaxt möminmüsəlmanlara qarşı
sərt münasibət bəsləyib və bu proses ərzində onlara əsl dini azadlıq verməmişdi. Bu cür
münasibətə müsəlmanların saqqalının məcburi qırxılması və barmaq izlərinin götürülməsi,
məscidlərdən kənarda namaz etmələrinə qadağanın qoyulması və bəzi televiziya kanallarını dini
verilişləri nümayiş etdirməmək üçün təzyiqin göstərilməsi daxil olmuşdur. Bir sıra müsəlman
QMİ-ni ölkədəki İslam dini fəaliyyətini inhisarlaşdırmağa cəhd etdiyinə görə tənqid etmişdi.
May ayında düzəliş edilmiş Dini Etiqadların Azadlığı Haqqında Qanun xarici təhsil
müəssisələrində təhsil almış ruhanilərin İslam mərasimlərini aparmasını qadağan edir. Bu isə,
ölkədəki dini xadimlərin sayını Bakı İslam Universitetində təhsil alanlarla məhdudlaşdırmışdır.
29 noyabr tarixində polis işçisi dini yığıncağı tərk edəndən sonra Zaqatala da Yəhova
Şahidlərinin 81 yaşlı üzvü Lidiya Süleymanovanı saxlamış və döymüşdür. Polis işçisi onu