Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində



Yüklə 235,02 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix24.12.2017
ölçüsü235,02 Kb.
#17504
1   2   3   4   5   6

http://www.amu.edu.az

25 iyun  2014-ъц ил

6

Azərbaycan  Tibb  Universitetinin  Hərbi 

Tibb  Fakültəsi  Respublika  Preziden-

ti  Ali  Baş  Komandan  Heydər  Əlirza  oğlu 

Əliyevin 25 may 425 saylı 2000-ci il tarixli  

Fərmanına uyğun olaraq hərbi tibb kadrla-

rının hazırlığı məqsədi ilə təsis edilmişdir.

Hərbi  tibb  fakültəsinin rəisi tibb  xidməti  

polkovnik-leytenantı  Fəxrəddin Ağayevdir.

Fəaliyyət  göstərdiyi  14  il  ərzində  Hərbi 

Tibb Fakültəsində  hərbi təbabətin müxtəlif 

sahələri üzrə onlarla mütəxəssis yetişdiril-

mişdir.

Hərbi  Tibb  fakültəsinin  zabit-müəllim 



heyəti  Qarabağ  müharibəsində  böyük 

təcrübə  toplamış,  döyüş  əməliyyatlarının 

qızğın  vaxtında  müalicə-təxliyyə,  sanita-

riya-epidemioloji,  tibbi  təchizat  və  digər 

tədbirləri uğurla həyata keçirmişlər. 

Hərbi Tibb Fakültəsinin tədris və maddi-

texniki  bazasına  Silahlı  Qüvvələrin  hərbi 

tibb müəssisələri və Azərbaycan Tibb Uni-

versitetinin  hərbi  həkimlər  və  feldşerlərin  

ümumi  ixtisas  hazırlığı  üçün  zəruri  olan 

klinikaları  (poliklinikaları),  tədris  labora-

toriyaları  və    tədris  planının  tam  həcmdə 

keçirilməsini, elmi-tədqiqat işlərinin aparıl-

masını təmin edən digər obyektlər daxildir. 

Hərbi 

həkimlərin 



hazırlanmasında 

beynəlxalq  təcrübəyə  əsaslanan  fakültə 

Azərbaycan  Silahlı  Qüvvələrinin  bütün 

güc  strukturları  üçün  yüksək  səviyyəli 

hərbi tibb kadrları hazırlayır və fəaliyyətini 

Avropanın,  Türki yənin,  digər  inkişaf  et-

miş ölkələrin hərbi tibb müəssiləri ilə  sıx 

əməkdaşlıq çərçivəsində qurur. 

Azərbaycanda ali əczaçılıq 

təhsilinin 

tarixi 

1938-ci 


ildən  başlanır.  Həmin  ildə 

Bakıda  Azərbaycan  Dövlət 

Əczaçılıq 

İnstitutu 

təşkil 

edilmişdir.  İnstitutun  rektoru 



vəzifəsini  bacarıqlı  təşkilatçı 

və  siyasi  dövlət  xadimi  prof. 

Əziz  Məmmədkərim  oğlu 

Əliyev,  prorektoru  vəzifəsini 

prof.  Əbdüləhəd  Səftər  oğlu 

Həsənov,  dekan  vəzifəsini    isə  əczaçılıq  magistri  İ.K.Qolberq  yerinə 

yetirmişdir. 1941-1945-ci illərdə  Böyük Vətən müharibəsi başladıqdan 

sonra institut əməkdaşlarının bir hissəsi ordu sıralarına cəlb edildiyinə 

görə tədris prosesində ciddi çətinliklər yaranmışdı. Bunu əsas tutaraq 

1942-ci lidə Əczaçılıq İnstitutu ləğv edilmiş, onun bazası və tələbələri 

Azərbaycan Dövlət Tibb İnstitutunda təşkil edilən əczaçılıq fakültəsinə 

verilmişdir.    Son  illərdə  ölkəmizdə  ali  təhsil  sahəsində  aparılan 

islahatlar əczaçılıq fakültəsinin fəaliyyətində də öz əksini tapmışdır. Bu 

islahatlarla  əlaqədar,  fakültədə  çoxpilləli  təhsil  sisteminə  keçilmişdir.  

Hal-hazırda  fakültədə  tələbələr  müvafiq  olaraq  Azərbaycan,  rus  və 

ingilis dillərində bakalavr və magistr pilləsində təhsil alırlar. Əczaçılıq 

fakültəsinin  dekanı  vəzifəsini  professor  Tahir  Süleymanov  icra  edir.  

Fakültənin nəzdində 9 kafedra fəaliyyət göstərir.

Hazırda  Tibb  Universitetində  hüquq  və  vəzifələri 

eyni  olan  2  müalicə-profilaktika  fakültəsi  (birinci 

və  ikinci)  vardır.  Bu  fakültələr  1974-cü  ildə  vahid 

müalicə-profilaktika    fakültəsinin  2  yerə  bölünməsi 

yolu  ilə  yaradılmışdır.  Müalicə-profilaktika  fakültəsi 

Azərbay can Tibb Universitetinin bütün 84 illik tarixi 

ərzində,  həmçinin  də  1919-cu  ildə  yaradılmış  Bakı 

Dövlət  Universitetinin  «tibb  fakültəsi»  nəzdində 

elə  bu  ad  altında    fəaliyyət  göstərmişdir.    On  ildən 

artıq bir müddətdə (1919-1930) BDU-nun tərkibində  

fəaliyyət  göstərən  müalicə  -  profilaktika  fakültəsi 

maddi - texniki bazasını, kadr potensialını və tələbə 

qəbulunu  genişləndirərək  böyük  bir  fakültəyə 

çevrilmişdi.  Müalicə-profilaktika fakültəsinin bazası 

əsasında  2  fakültənin  yaradılması  zərurəti  bununla 

əlaqədar  olmuşdur  ki,  1956-cı  ildən  etibarən  bu 

fakültədə tələbələrin sayı ilbəil artırılmış və 1973-cü 

ildə 4500 nəfərə çatdırılmışdır.

İnstitutun o vaxtkı rektoru professor Z.Quliyevanın 

5  may  1974-cü  il  tarixli  89  N-li  əmri  ilə  II  müalicə-

profilaktika  fakültəsi  təşkil  edilmişdir.  Həmin 

əmrə  əsasən  I  müalicə-profilaktika  fakültəsinin 

dekanı  vəzifəsinə  professor  S.Kərimov,  II  müalicə-

profilaktika  fakültəsinin  dekanı  vəzifəsinə  isə 

professor R.Yusibov təyin edilmişdi.

Fakültəyə hal-hazırda professor Abuzər Qaziyev rəhbərlik edir. 

I MPF-də 299 nəfər professor-müəllim he yə ti çalışır ki, onlardan 1 

nəfəri AMEA-nın həqiqi, 2 nəfər müxbir üzvü, 30 nəfər professor, 

86 nəfər dosentdir. 

I MPF-nin on ko lo gi ya kafedrası 2007-ci ilin iyun ayında fəaliyyətə 

başlayan ATU-nun onkoloji klinikası bazasında, nəzəri kafedralar 

(insan  anatomiyası,  tibbi  biologiya  və  genetika,  fəlsəfə)  onlara 

məxsus  tədris  binalarında  fəaliyyət  göstərirlər.  Kliniki  kafedralar 

Səhiyyə  Nazirliyinin  müxtəlif  bazalarında  fəaliyyət  göstərirdi. 

Artıq  terapiya  yönümlü  kafedralar  Tədris  Terapevtik  Klinikada, 

cərrahiyyə yönümlü kafedralar isə Tədris Cərrahiyyə klinikasında 

yerləşdirilmişdir.   Fakültədə 15 kafedra və 1 kurs fəaliyyət göstərir.

Pediatriya  fakültəsinin  ya-

ranmasına  qədər  pediatr  kadr-

ları  Bakı  Universitetinin  tibb 

fakültəsinin  məzunlarının  ixti-

sas  kursu  keçməsi  yolu  ilə  ha-

zırlanırdı.  Bu  kurslar  1925-ci 

ildə  yaradılmış  Elmi-  Tədqiqat 

Pediatriya  İnstitutunda  keçiri-

lirdi.  Azərbaycanda  o  dövrdə 

uşaq  səhiyyəsi  sahəsində  ça-

lışan  həkimlərin  az  olması, 

xəstəliklərin  geniş  yayılması  və 

uşaq  ölümü  hallarının  həddən 

artıq  yüksək  olması  həkim-

pediatr  kadrlarının  hazırlanması 

məsələsinin  vacibliyini  meydana 

çıxarmışdı.  Bu zərurətdən  1936-

cı ildə Azərbaycan Xalq Səhiyyə 

Komissarlığının 

qərarı  ilə  ləğv 

edilmiş 


sanita-

r i y a - g i g i y e n a 

fakültəsinin  baza-

sı  əsasında  pe-

diatriya  fakültəsi 

y a r a d ı l m ı ş d ı r. 

Əslində  indiki  pe-

diatriya  fakültəsi 

1932-ci  ilin  fevral 

ayında  təşkil  edilmiş  «Ana  və 

uşaq mühafizəsi» fakültəsinin va-

risi hesab edilir.  Fakültədə 13 ka-

fedra və 1 kurs fəaliyyət göstərir.  

Fakültənin  ilk  dekanı  göz 

xəstəlikləri  kafedrasının  müdi-

ri  professor  A.Trubin  olmuşdur. 

Hazırda  həmin  fakültəyə  do-

sent  Nəriman  Nağıyev  rəhbərlik 

edir. 

Fakültənin 



fəaliyyəti 

illərində minlərlə yüksək ixtisaslı 

mütəxəssislər  hazırlanmış,  onun 

məzunları  içərisindən  görkəmli 

alimlər  və  səhiyyə  təşkilatçıları 

yetişmişdir.

A

zərbaycan 



Dövlət 

Tibb 


İnstitutu 

1930-cu 


ildə 

təşkil 


edilərkən, 

onun 


fakültələrindən 

biri 


sanitariya-

profilaktika 

fakültəsi 

olmuşdur. 

1932-ci  ildə  institutda  tropik  təbabət 

fakültəsi təşkil edilmiş və 1933-cü ildə 

həmin  fakültə  sanitariya-profilaktika 

fakültəsi 

ilə 

birləşdirilmişdir. 



Birləşmiş  fakültə  sanitariya-gigiyena 

fakültəsi  adlandırılmışdır.  1936-cı 

ildə  bu  fakültə  dövrün  tələbi  nəzərə 

alınmadan, 

yuxarı 

təşkilatların 



sərəncamı  ilə  bağlanmışdır.  Lakin 

bu  qərarın  məqsədəuyğun  olmadığı 

tezliklə  özünü  göstərmiş  və  1938-ci 

ildən etibarən fakültənin fəaliyyəti bərpa 

edilmişdir.  Fakültəyə  1991-ci  ildən 

etibarən «tibbi-profilaktika fakültəsi» adı 

verilmişdir. 1996-cı ildə bu fakültə «tibbi-

biologiya»  fakültəsi  ilə  birləşdirilmiş  və 

bundan sonra ona  «tibbi-profilaktika  və 

tibbi-biologiya» fakültəsi adı verilmişdir. 

Sanitariya-profilaktika 

fakültəsinin 

ilk 

dekanlarından 



biri 

professor 

C.Hüseynov  olmuşdur.  1985-1992-

ci  illərdə  dosent  fakültəyə  rəhbərlik 

edən  Aydın  Məmmədov  1995-ci  ildən 

yenidən    fakültənin  dekanı  vəzifəsinə 

seçilmişdir  və  həmin  ildən  indiyə  kimi 

bu vəzifəni yerinə yetirir. Tibbi-biologiya 

fakültəsinə yarandığı vaxtdan (1991-ci il) 

sonra professor  N.Quliyev (1991-1994) 

və  dosent  M.Əminova  (1994-1995) 

rəhbərlik etmişlər. Birləşmədən sonrakı 

illər  ərzində  (1996-cı  ildən  etibarən) 

tibbi-profilaktika 

və 

tibbi-biologiya 



fakültəsinə 

dosent 


A.Məmmədov 

rəhbərlik  edir.  Hazırda  tibbi-profilaktika 

və  tibbi-biologiya  fakültəsində  383 

tələbə  təhsil  alır.  Bunlardan  327  nəfəri 

tibbi-profilaktika,  56  nəfəri  isə  tibbi-

biologiya 

bölməsinin 

tələbələridir. 

Fakültədə  9  kafedra  fəaliyyət  göstərir.  

Ali  təhsil  sahəsində  Respublikamızın 

«Boloniya»  prosesinə  qoşulması  ilə 

əlaqədar  olaraq,  2006-cı  ildən  tibbi-

biologiya  ixtisası,  2008-ci  ildən  isə 

tibbi-profilaktika  ixtisası  üzrə  tədris 

Avropa  Kredit  Sistemi  əsasında  təşkil 

edilmişdir. 

2005-ci  ildə  fakültənin  dekanı  vəzifəsinə  do sent 

Tariyel  Mus tafa  oğlu  İsmayılov  se çil mişdir  və  o,  indiyə 

qədər bu vəzifədə çalışır.  Hazırda fakültədə 1809 tələbə 

təhsil alır. Onlardan 1541 nəfəri Azərbaycan, 184 nəfəri 

rus, 84 nəfəri isə təhsillərini ingilis dili bölməsində alır. 

Diplomaqədərki dövrdə təhsildə fərqlənən tələbələr bir 

sıra xarici ölkələrin (Türkiyə, Almaniya, ABŞ, Bolqarıstan, 

Rumıniya  və  s.)  qabaqcıl  Universitetlərində  təcrübə 

keçmək  imkanına  malikdirlər.  Hazırda  məzunların 

diplomdansonrakı  mütəxəssis  hazırlığı  2009-cu  ildə 

qəbul edilmiş «Təhsil qanunu»na uyğun olaraq aparılır.  

Fakültənin  nəzdində  15  kafedra  və  3  (2  sərbəst  və  1 

müştərək) kurs fəaliyyət göstərir.  

Azərbaycanda  stomatoloji  fənlərin  tədrisi 

ilk  dəfə  1925-ci  ildə  yaradılmış  Diş  Həkimliyi 

İnstitutunda 

aparılmışdır. 

İnstitut 

ləğv 

edildikdən  sonra  1930-cu  ildə  yaradılmış 

Azərbaycan  Dövlət  Tibb  İnstitutunun  müalicə-

proifilaktika  fakültəsinin  verdiyi  ixtisaslara 

stomatologiya  ixtisası  da  daxil  edilmişdir.   

Stomatologiya  fakültəsi  sərbəst  fakültə  kimi 

1954-cü ildə yaradılmışdır.

Həmin il fakültə dekanı olan professor Rüstəm 

Ə

liyev  ixtisasca  farmakoloq  idi.  O,  eyni 



zamanda  əczaçılıq  fakültəsinin  də  dekanı  idi. 

1959-cu  ildən  isə  fakültəyə  yenə  də  ixtisasca 

farmakoloq  olan  professor  Həmid  Abdullayev 

rəhbərlik  etməyə  başlamışdır.  Hazırda  fakültə 

dekanı  vəzifəsini  professor  Zöhrab  Qarayev 

yerinə yetirir.

Fakültədə  gələcək  həkim  -  stomatoloqlar 

təhsil  alır.  2002-ci  ildə  ulu  öndər  Heydər 

Əliyevin qayğ ısı sayəsində ATU-nun stomatoloji 

klinikası  təşkil  edilmişdir.  Bu  yaxınlarda 

klinikanın nəzdində yenicə tikilən tədris mərkəzi 

tələbələrin  ixtiyarına  verilmişdir.  Fakültədə  9 

kafedra və 1 kurs fəaliyyət göstərir. 

Fakültələrimiz bu gün

I müalicə-profilaktika fakültəsi

PEDİATRİYA FAKÜlTƏSİ

STOMATOlOGİYA  FAKÜlTƏSİ

TİBBİ-PROFİlAKTİKA vƏ TİBBİ-BİOlOGİYA FAKÜlTƏSİ

Hərbi Tibb Fakültəsi

II müalicə-profilaktika fakültəsi

Müalicə-profilaktika 

fakültələri

Əczaçılıq fakültəsi 



Yüklə 235,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə